Kafedra: MÜhasibat uçotu və audiT



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə44/68
tarix17.09.2018
ölçüsü1,65 Mb.
#69040
1   ...   40   41   42   43   44   45   46   47   ...   68

135 
 
-  523  sаylı  "Digər  məcburi  ödənişlər"  (67  saylı  «Büdcədənkənar  ödənişlər 
üzrə hesablaşmalar») hesabı üzrə analitik və sintetik uçоt yazılışlarının baş kitab və 
balans üzrə yazılışlara uyğunluüu; 
-  vergi  orqanlarına  təqdim  olunan  qeyri-büdcə  ödəmələri  növləri  üzrə 
hesabat formasının tərtib edilməsinin düzgünlüyü və vaxtlılıüı; 
 
6.
 
Təsisçilərlə və səhmdarlarla hesablaşmaların auditi 
 
Təsisçilərlə  hesablaşmaların  auditi  zamanı  təşkilatın  təsis  sənədlərindən, 
təsisçilərin  və  səhmdarların  iclaslarının  protokollarından,  təsisçilərin  nizamnamə 
ka-pitalına üzvlük haqqlarını əks etdirən ilkin sənədlərdən, dividendlərin və səhm-
darların  gəlirlərinin  hesablanması  üzrə  sənədlərdən,  302  sаylı  "Nоminаl  (nizаm-
nаmə)  kаpitаlın  ödənilməmiş  hissəsi",  534  sаylı  "Gəlirlərin  ödənilməsi  üzrə 
təsisçilərə  kreditоr  bоrclаrı"  (75saylı  «Təsisçilərlə  hesablaşmalar»)  hesаblаrı  üzrə 
analitik və sintetik uçоt məlumatlarından istifadə edilir. 
 
Təsisçilərlə hesablaşmaların auditi zamanı auditor aşağıdakıları yoxlayır: 
-  təsisçilərin  nizamnamə  kapitalına  köçürdükləri  üzvlük  haqqının  həcmi, 
növü (bina, avadanlıq, nəqliyyat vasitələri, əmtəə-material dəyərləri, pul vəsaitləri, 
qiymətli kaüızlar) və həmin köçürmələrin vaxtında aparılması; 
-  müəssisənin  fəaliyyətində  iştirakdan  əldə  edilən  gəlirlərin  hesablanma-
sının düzgünlüyü və gəlirdən verginin tutulmasının tamlıüı; 
- nizamnamə kapitalının formalaşması və müəssisənin fəaliyyətində iştiraka 
görə  gəlirlərin  hesablanması  üzrə  mühasibat  yazılışlarının  tərtib  edilməsi-nin 
düzgünlüyü; 
- təsisçilərlə hesablaşmaların analitik və sintetik uçоtu üzrə yazılışların ilkin 
sənədlərdə,  registrlərdə  baş  kitabda  və  balansda  əks  etdirilən  məlumatlara 
uyğunluüu. 
Auditor  mühasibat  uçotu  hesablarında  elan  edilmiş  nizamnamə  kapitalının 
əks  olunmasının  düzgünlüyünü  yoxlamalıdır.  Bunun  üçün  302,  534  (75)    saylı 
hesabın  analitik  məlumatları  301  (85)    saylı  hesabın  məlumatları  ilə  və  təsis 


136 
 
sənədləri  ilə  müqayisə  olunmalıdır.  Belə  müqayisənin  nəticələri  cədvəldə  əks 
etdirilir (cədvəl 11). 
                                                                                                Cədvəl 11 
Nizamnamə kapitalının formalaşdırılmasının düzgünlüyünün yoxlanması 
Təsisçinin  
adı, soyadı 
 
Təsis 
sənədlə- 
ində nizam- 
namə kаpi- 
talının elan  
edilmiş 
məbləüi 
 
Nizamnamə  
kapitalının 
301 (85) sаylı 
hesab  
üzrə əks  
etdirilmiş  
məbləüi 
 
Nizamnamə  
kapitalının  
302,534(75) 
sаylı hesаbdа 
əs etdirilmiş  
məbləüi 
 
Məlumatların kənarlaşması  
 (+, - ) 
 
Təsis sə-
nədləri- 
nin 301  
(85) sаylı 
hesabın  
məlumat- 
larından 
 
Təsis  
Sənədlə- 
rinin  
302,534 
(75) sаylı 
hesabın  
məlumat- 
larından 
 
301 (85)  
saylı  
hesabı 
üzrə  
yazılışların  
302,534 
(75) sаylı 
hesab  
üzrə 
yazılış- 
lardan 
 
 
 
 
 
Yekun 
 
 
 
 
 
 
 
Kənarlaşma  müəyyən  edildikdə  auditor  onun  səbəblərini,  günahkar  şəxsləri 
və müəssisəyə dəyən ziyanı müəyyən edir. Yoxlama zamanı auditor təsis sənədləri 
ilə  tanış  olaraq  müəssisənin  nizamnamə  kapitalının  həcminə  diqqət  yetirir, 
nizamnamə kapitalına payların hansı qaydada (pul və ya qeyri pul) köçürülməsini 
öyrənir. Nizamnamə kapitalına qeyri pul formasında edilən paylar ekspert yolu ilə 
müəyyən edilir. Ekspertizanın nəticələri aktla rəsmiləşdirilir. 
Nizamnamə  fonduna  köçürmənin  faktiki  vaxtı  aşağıdakı  qaydada  müəyyən 
edilir: pul formasında pay üzrə müəssisənin hesabına pul köçürülməsi haqda bank 
çıxarışının tarixi və ya kassa mədaxil orderindən çıxarışın tarixi; qeyri pul payları 
üzrə- həmin qeyri pul paylarının mədaxil edilməsi ilə əlaqədar ilkin sənədin tərtib 
olunması  tarixi  (əsas  vəsaitlərin  təhvil-təslim  aktları,  əmtəə-nəqliyyat  qaimələri, 
gömrük bəyannamələri, materialların qəbulu aktları). 
Auditor  həmçinin  gəlirlər  üzrə  səhmdarlarla  hesablaşmaların  düzgünlüyünü 
və  vaxtında  aparılmasını  öyrənir.  Bunun  üçün  o,  534  sаylı  "Gəlirlərin  ödənilməsi 


137 
 
üzrə təsisçilərə kreditоr bоrclаrı" (75/2"Gəlirlər üzrə hesablaşmalar" ) hesabı üzrə 
analitik məlumatları təhlil edir. Auditor gəlirlərin hesablanması və ödənil-məsinin 
düzgünlüyünü  yoxlayır.  Auditor  həmçinin  müəssisədə  iştiraka  görə  gəlirlərdən 
verginin hesablanması və tutulmasının düzgünlüyünü də yoxlamalıdır. 
 
7.
 
Kredit əməliyyatlarının auditi 
 
Bazar  iqtisadiyyatı  şəraitində  müəssisə  və  şirkətlərin  fəaliyyətinin 
maliyyələşdirilməisnin  əlavə  mənbəyi  kimi  kreditin  rolu  artmışdır.  Kredit  əsasən 
bank tərəfindən müəyyən məqsəd üçün konkret müddətə, haqq ödənilməklə zəmanət 
altın-da verilir. 
Kredit əməliyyatlarının auditi zamanı ssuda almaq məqsədi ilə banka təqdim 
olunan  məlumat  və  arayışlardan,  501  sаylı  "  Qısamüddətli  bank  kreditləri"  (90 
"Qısamüddətli  bank  kreditləri"),    401  sаylı  "  Uzunmüddətli  bank  kreditləri"(92 
"Uzunmüddətli  bankların  kreditləri"),  402  sаylı  "Işçilər  üçün  uzunmüddətli  bаnk 
kreditləri",  502  sаylı  "Işçilər  üçün  qısаmüddətli  bаnk  kreditləri"  (93  "Işçilər  üçün 
bank  kreditləri"),  (503  sаylı  "Qısаmüddətli  kоnvertаsiyа  edilə  bilən  istiqrаzlаr", 
504 sаylı "Qısаmüddətli bоrclаr", 505 sаylı  "Аlınmаlı məhdud müddət tədаvüllü 
imtiyаzlı  səhmlər  (qısаmüddətli"  (94  "Qısamüddətli  borclar"),  (403  sаylı  " 
Uzunmüddətli  kоnvertаsiyа  edilə  bilən  istiqrаzlаr",  404  sаylı  "Uzunmüddətli 
bоrclаr",  405  sаylı  "Аlınmаlı  məhdud  müddət  tədаvüllü  imtiyаzlı  səhmlər 
(uzunmüddətli)" (95 "Uzunmüddətli borclar")  hesablаrı üzrə bank çıxarışlarından, 
onlara  əlavələrdən,  kredit  əməliyyatlarının  uçotu  üzrə  jurnal-оrderlərdən,  ilkin 
sənədlərdən və uçot registrlərdən istifadə edilir. 
Kreditlərin auditi zamanı aşağıdakı məsələlər yoxlanılır: 

 
kreditdən istifаdəçinin məqsədi və onun kredit şərtlərinə uyğunluüu; 

 
kreditlərin vaxtında və tam ödənilməsi (bank çıхarışları üzrə); 

 
baülanmış müqaviləyə müvafiq olaraq kreditə görə faizlərin ödənilməsinin 
düzgünlüyü; 


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə