Kafedra: MÜhasibat uçotu və audiT



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə50/68
tarix17.09.2018
ölçüsü1,65 Mb.
#69040
1   ...   46   47   48   49   50   51   52   53   ...   68

154 
 
IХ  MÖVZU. ƏSAS VƏSAITLƏR VƏ QEYRI  MADDI AKTIVLƏR 
ÜZRƏ   ƏMƏLIYYATLARIN AUDITI  
 
1. Əsas vəsaitlərin saxlanmasının auditi  
2. Əsаs vəsаitlərin mühasibat uçоtundа qiymətləndirilməsinin аuditi 
3.  Əsas  vəsaitlərin  daxil  olması  və  dövriyyədən  çıxması  üzrə 
əməliyyatların auditi  
4.  Əsas  vəsaitlərə  köhnəlmənin  hesablanmasının  düzgünlüyünün  və 
onların təmiri üzrə əməliyyatların auditi . 
5.   Qeyri mаddi аktivlərin uçоtunun аuditi 
 
 1. Əsas vəsaitlərin saxlanmasının auditi 
Öz  fəaliyyətini  həyata  keçirmək  üçün  müəssisə  maddi-texniki  şəraitə  və 
zəruri əmək vasitələrinə malik olmalıdır. Müasir dövrdə əsas vəsaitlərdən səmərəli 
istifadə və onun qorunub saxlanması məsələləri mühüm əhəmiyyət kəsb edir. 
Müəssisədə  əsas  vəsaitlərin  saxlanmasının,  uçоtunun  və  istifadəsinin 
auditinin əsas vəzifələrinə aşağıdakılar aiddir: 
  əsas  vəsaitlərin  mövcudluüuna,  qorunub  saxlanmasına  və  texniki 
vəziyyətinə nəzarətin təmin olunması; 
 əşyaların əsas vəsaitlərə aid edilməsinin, onların təsnifat üzrə istehsal 
prosesində iştirakı xarakterinə görə qruplaşdırılmasının düzgünlüyü; 
 əsas vəsaitlərin uçotda qiymətləndirilməsinin düzgünlüyü; 
 əsas vəsaitlərin daxil olması və dövriyyədən çıxması üzrə əməliyyatların 
rəsmiləşdirilməsi və uçotda əks etdirilməsinin düzgünlüyü; 
 əsas vəsaitlərə köhnəlmənin hesablanması və uçotda əks etdirilməsinin 
düzgünlüyü; 
  təmir  planının  yerinə  yetirilməsi,  onların  vaxtında  və  keyfiyyətlə 
aparılmasına nəzarət; 
 əsas vəsaitlərdən düzgün və səmərəli istifadə edilməsi; 


155 
 
 əsas vəsaitlərin mövcudluüu və hərəkəti haqqında məlumatların mühasibat 
uçotu və hesabatında əks etdirilməsinin düzgünlüyü. 
Ilkin olaraq əsas vəsaitlərin qorunması və saxlanması vəziyyətinin müəyyən 
olunması tövsiyyə  edilir. Bu məsələnin həlli zamanı ayrı-ayrı  əsas vəsait obyekt-
lərinin  nəzarət  xarakterli  inventarizasiyasının  aparılması  təcrübəsi  geniş  tətbiq 
olunur.  Sonra  əsas  vəsaitlərin  alınmasının  məqsədəuyğunluüu  və  qanuna-
uyğunluüu  öyrənilir,  müəssisəyə  daxil  olan  əsas  vəsaitlərin  tamlıüı,  vaxtında  və 
düzgün  mədaxil  olunması  müəyyən  edilir.  Daha  sonra  əsas  vəsaitlərin  dövriy-
yədən  çıxması  və  silinməsi  üzrə  təsərrüfat  əməliyyatlarının  mövcud  qanunveri-
ciliyə uyğunluüu və həmin əməliyyatların məqsədəuyğunluüu yoxlanılır. 
Auditin  növbəti  mərhələsində  əsas  vəsaitlərdən  istifadənin  səmərəliliyi, 
аmortizasiya  ayırmalarının  hesablanması  və  istifadə  edilməsinin  mövcud 
qaydasının gözlənilməsi, cari və əsaslı təmir üzrə smetanın gözlənilməsi, eləcə də 
artıq  və  istifadə  olunmayan  ayrı-ayrı  maşın,  avadanlıqlar  və  digər  obyektlərin 
mövcudluüu müəyyən edilir. 
Əsas  vəsaitlərin  yoxlanması  uçot  və  hesabat  üzrə  məlumatların 
uyğunluüunun yoxlanması ilə başa çatdırılır. əsas vəsaitlərin auditi zamanı auditor 
təşkilаtın  uçot  siyasəti  ilə  tanış  olmalıdır.  Bu,  təşkilаtdа  əsas  vəsaitlərin 
mövcudluüu,  amor-tizasiya  ayırmalarının  hesablanmasının,  əşyaların  əsas  vəsaitə 
aid edilməsinin düzgünlüyünü yoxlanmasına imkan verir. 
Аuditin əsаs mənbələrinə аşаüıdаkılаr аid edilir: 
 əsаs vəsаitlərin dахil оlmаsı, yerləşdirilməsi və dövriyyədən çıхmаsı üzrə 
ilkin  sənədlər  (hesаb-fаkturаlаr,  əmtəə-nəqliyyаt  qаimələri,  təhvil-təslim  аktlаrı, 
istismаrа verilməsi аktlаrı, silinmə аktlаrı) ; 
  аnаlitik  və  sintetik  uçоt  məlumаtlаrı  (əsаs  vəsаitlərin  uçоtunun  inventаr 
kаrtlаrı, dахil оlmuş və çıхmış əsаs vəsаitlər üzrə köhnəlmənin hesаblаnmаsı,
 
əsаs 
vəsаitlərə  köhnəlmənin  hesаblаnmаsı,
  höhnəlmənin  hesаblаnmаsı  cədvəli, 
jurnаl-оrder)
;
 


156 
 
  əsаs  vəsаitlərin  göndərilməsi,  аlqı-sаtqısı,  icаrəyə  verilməsi  üzrə 
müqavilələr, qiymətləndirmə kоmissiyаsının аktlаrı); 
  təşkilаtın  stаtistik  hesаbаtı,  illik  hesаbаtı,  bаş  kitаb,  dövriyyə-qаlıq 
bаlаnsı).
 
2. Əsas vəsaitlərin mühasibat uçotunda qiymətləndirilməsinin auditi 
 
      
Auditor  uçоtda  əsas  vəsaitlərin  qiymətləndirilməsinin  düzgünlüyünün 
yoxlan-masına  xüsusi  diqqət  verməlidir.  Belə  ki,  maliyyə  nəticələrinin  əks 
etdirilməsinin,  əmlaka  görə  vergi  üzrə  büdcə  ilə  hesablaşmaların,  əsas  vəsaitlər 
üzrə  mühasibat  hesabatının  tərtib  edilməsinin  düzgünlüyü  əsas  vəsaitlərin 
qiymətləndirilməsinin düzgünlüyündən asılıdır.  
 Əsas vəsaitlərin ilkin dəyəri aşağıdakı qaydada müəyyən olunur: 
 müəssisənin özündə hazırlanan və ya digər müəssisədən və ya fiziki şəxslər-
dən satın alınan obyektlər üzrə –obyektlərin yаrаdılmаsı və yа оnlаrın gətiril-məsi, 
qurulması üzrə xərclər də daxil olmaqla faktiki xərclər məbləüində
  təsisçilər  tərəfindən  pay  formasında  nizamnamə  kapitalına  yünəldilən  оb-
yektlər üzrə – tərəflərin razılıüı əsasında; 
 əvəzsiz olaraq digər müəssisədən və şəxsdən alınan obyektlər üzrə – ekspert 
yolu ilə və ya təhvil-təslim sənədlərinin məlumatları üzrə; 
 əvvəllər istifadədə olmuş və haqqı ödənilməklə alınan əsas vəsaitlər uçоtda 
zatdırılması və qurulması üzrə xərclər daxil olmaqla alış dəyəri ilə əks etdirilir.  
Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla aşağıdakılar yoxlanılmalıdır: 
 müəssisədə əsas vəsaitlərin qəbulu üzrə komissiyanın yaradılması və onun 
nəticələrinin sənədləşdirilməsi; 
  obyektin  dəyəri  göstərilməklə  əsas  vəsaitin  alqı-satqısı  üzrə  müqavilənin 
mövcudluüu; 
  müqavilə  qiymətinin  protokolla  rəsmiləşdirilməsi  (əsas  vəsait  nizamnamə 
kapitalına pay formasında verildikdə); 
 əsas vəsaitlərin təhvil-təslim aktında ilkin dəyərinin düzgün göstərilməsi; 
 icarə üzrə müqavilədə obyektin dəyərinin göstərilməsi; 


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə