88
qurulması sistemi başa düşülür. Bu sistemə mühasibat uçotu hesablarının iş
planının qurulması, analitik uçot registrlərinin seçilməsi, sənədlərin saxlanması
qaydasının müəyyən edilməsi daxildir və müəssisənin baş mühasibinin
qanunvericilikdə nəzərdə tutulmuş hüquq, vəzifə və məsuliyyətinin icra olunmasını
təmin etməlidir.
Mühasibatlıqda kargüzarlığın təşkilinin yoxlanılması zamanı ilkin sənədlərin
və uçot registrlərinin saxlanılmasına xüsusi diqqət verilməlidir. Belə ki, bütün
yazılışlar mühasibat uçotunda ilkin sənədlər əsasında aparılır, sonra həmin
məlumatlar uçot registrlərinə köçürülərək sistemləşdirilir (mühasibat hesablarına
yazılır). Hesabat dövrünün sonunda uçot registrlərinin məlumatları əsasında
müəssisənin hesabatı tərtib edilir.
Uçota yalnız düzgün sənədləşdirilmiş (bütün rekvizitlər mütləq
doldurulmuş) sənədlər qəbul edilir. Mühasibatlıüa daxil olan bütün ilkin sənədlər
mütləq forma üzrə sənədlərin rəsmiləşdirilməsinin tamlıüı və düzgünlüyü,
rekvizitlərin doldurulması və məzmununa görə əməliyyatların qanuniliyi, ayrı-ayrı
göstəricilər arasında məntiqi əlaqə yoxlanılmalıdır.
Sənədi tərtib etmiş və
imzalamış şəxs onun vaxtında və keyfiyyətli tərtibinə, məlumatların dürüstlüyünə,
uçot registrlərində yazılış aparmaq üçün müəyyən edilmiş vaxtda təqdim
olunmasına görə məsuliyyət daşıyır.
Ilkin kassa və bank sənədlərində düzəlişlərin edilməsinə icazə verilmir.
Mühаhasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən
müəssisələr sərbəst olaraq əməliyyatların sənədləşdirilməsinin, sənəd dövriyyəsi,
mühasibat uçotu registrlərinin aparılmasının daxili qaydalarını müəyyən edir.
3. Müəssisənin uçot siyasətinin auditi
Mühasibat uçotu haqqında Azərbaycan Respublikası Qanununa uyğun
оlaraq mühasibat uçotunun metodikası mühasibat uçotunun vəzifələrinin həllini
təmin edən metodlar, üsullar və qaydaların məcmusunu əks etdirir ki, bu da
müəssisənin uçot siyasəti adlanır. Mühasibat uçotu və hesabatı üzrə mövcud
qanunvericiliyə mühasibat uçotunun təşkili üçün müəssisə rəhbərliyi məsuliyyət