Kafedra: MÜhasibat uçotu və audiT



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə29/68
tarix17.09.2018
ölçüsü1,65 Mb.
#69040
1   ...   25   26   27   28   29   30   31   32   ...   68

88 
 
qurulması  sistemi  başa  düşülür.  Bu  sistemə  mühasibat  uçotu  hesablarının  iş 
planının  qurulması,  analitik  uçot  registrlərinin  seçilməsi,  sənədlərin  saxlanması 
qaydasının  müəyyən  edilməsi  daxildir  və  müəssisənin  baş  mühasibinin 
qanunvericilikdə nəzərdə tutulmuş hüquq, vəzifə və məsuliyyətinin icra olunmasını 
təmin etməlidir. 
Mühasibatlıqda kargüzarlığın təşkilinin yoxlanılması zamanı ilkin sənədlərin 
və  uçot  registrlərinin  saxlanılmasına  xüsusi  diqqət  verilməlidir.  Belə  ki,  bütün 
yazılışlar  mühasibat  uçotunda  ilkin  sənədlər  əsasında  aparılır,  sonra  həmin 
məlumatlar  uçot  registrlərinə  köçürülərək  sistemləşdirilir  (mühasibat  hesablarına 
yazılır).  Hesabat  dövrünün  sonunda  uçot  registrlərinin  məlumatları  əsasında 
müəssisənin hesabatı tərtib edilir. 
Uçota  yalnız  düzgün  sənədləşdirilmiş  (bütün  rekvizitlər  mütləq 
doldurulmuş)  sənədlər qəbul edilir. Mühasibatlıüa daxil olan bütün ilkin sənədlər 
mütləq  forma  üzrə  sənədlərin  rəsmiləşdirilməsinin  tamlıüı  və  düzgünlüyü, 
rekvizitlərin doldurulması və məzmununa görə əməliyyatların qanuniliyi, ayrı-ayrı 
göstəricilər  arasında  məntiqi  əlaqə  yoxlanılmalıdır. 
Sənədi  tərtib  etmiş  və 
imzalamış şəxs onun vaxtında və keyfiyyətli tərtibinə, məlumatların dürüstlüyünə, 
uçot  registrlərində  yazılış  aparmaq  üçün  müəyyən  edilmiş  vaxtda  təqdim 
olunmasına görə məsuliyyət daşıyır. 
Ilkin  kassa  və  bank  sənədlərində  düzəlişlərin  edilməsinə  icazə  verilmir. 
Mühаhasibat  uçotu  haqqında  Azərbaycan  Respublikasının  Qanununa  əsasən 
müəssisələr  sərbəst  olaraq  əməliyyatların  sənədləşdirilməsinin,  sənəd  dövriyyəsi, 
mühasibat uçotu registrlərinin aparılmasının daxili qaydalarını müəyyən edir.
 
 
         
3.  Müəssisənin uçot siyasətinin auditi 
 
Mühasibat  uçotu  haqqında  Azərbaycan  Respublikası  Qanununa  uyğun 
оlaraq  mühasibat  uçotunun  metodikası  mühasibat  uçotunun  vəzifələrinin  həllini 
təmin  edən  metodlar,  üsullar  və  qaydaların  məcmusunu  əks  etdirir  ki,  bu  da 
müəssisənin  uçot  siyasəti  adlanır.  Mühasibat  uçotu  və  hesabatı  üzrə  mövcud 
qanunvericiliyə  mühasibat  uçotunun  təşkili  üçün  müəssisə  rəhbərliyi  məsuliyyət 


89 
 
daşıyır. Belə ki, o, müəssisədə mühasibat uçotunun düzgün aparılması üçün zəruri 
şəraiti  yaratmalı,  bütün  bölmə  və  xidmətlər,  eləcə  də  uçota  aidiyyatı  olan  işçilər 
tərəfindən  mütləq  icranı  təmin  etməlidir.  Müəssisə  rəhbərliyi  tərəfindən  uçotun 
aparılmasının  müəyyən  olunmuş  qaydası  uçot  siyasətində  əks  etdirilir.  Uçot 
siyasətinin  hazırlanmasına  qədər  uçot  və  hesabat  üzrə  qaydalar,  göstərişlər, 
təlimatlar və digər reqlamentləşdirici sənədlər dəqiq öyrənilməlidir.  
Mühasibat aparatının fəaliyyəti «Mühasibat uçotu» haqqında AR Qanunu və 
müəssisədə mühasibat xidməti haqqında daxili Əsasnamə ilə müəyyən edilir. Uçot 
siyasəti  müəssisə  tərəfindən  müəyyən  edilmiş  qaydalara  və  onun  fəaliyyət 
xüsusiyyətləri  baxımından  mühasibat  uçotunun  təşkili  və  aparılmasının  konkret 
metodikası,  formaları,  texnikasının  seçilməsini  əks  etdirir.  Yoxlama  zamanı 
müəssisənin  uçot  siyasətinin  rəhbəri  tərəfindən  təsdiq  olunması  haqqında  əmrin 
mövcudluüuna,  eləcə  də  uçot  siyasətinin  seçilməsi  zamanı  mətndə  mühasibat 
hesabatından  istifadə  edənlər  tərəfindən  qiymətləndirməyə  və  qərar  qəbul 
edilməsinə  ciddi  təsir  göstərən  mühasibat  uçotunun  aparılması  qaydasının  tam 
açıqlandıüına diqqət verilməlidir.  
Auditor  uçоt  siyаsətinə  əsasən  əsas  vəsaitlər  və  dövriyyədə  olan  əmək 
vasitələri  arasında  dəyər  həddinin  müəyyən  olunmasına
  da  fikir  verməlidir. 
Obyektlərin  müvafiq  köhnəlmə  şifrəsinə  aid  edilməsinin  düzgünlüyünün,
 
azqiymətli, tezköhnələn əşyaların və onların köhnəlməsinin uçotu qaydasının uçot 
siyasətinə  uyğunluüu  yoxlanılmalıdır. 
Qeyri-maddi  aktivlər  üzrə
  də  həmin 
məsələlər yoxlamaya cəlb edilməlidir. 
Alınmış 
əmtəə-material 
qiymətlilərinin 
dəyərləndirilməsi 
qaydası 
müəssisənin  uçot  siyasətində  öz  əksini
  tapmalıdır.  Əgər  müəssisədə  alınmış 
material  resursları  uçot  qiymətləri  ilə  qiymətləndirilirsə,  onda  auditor  onların 
alınması və  müəssisəyə  gətirilməsi ilə bağlı xərclərin toplandığı 201  (15) və 208 
(16)  saylı  hesablar  üzrə  yazılışları  yoxlayır.  Anbara  mədaxil  edilən  hər  bir  növ 
material üzrə hesablama kalkulyasiyası tərtib edilir: Debet 201 (15)  və ya debet 
208  (16),  kredit  431  (60),  sonra  debet  113  (08),  201  (10),  131  (11),  207  (12)  
(növlər üzrə), 205, 206 (41)   kredit 201 (15),  208 (16) mühasibat yazılışı edilir. 


90 
 
Istehsala silinən ehtiyatlarının ya orta zəki maya dəyəri ilə, ya sonuncu partiyanın 
maya dəyəri ilə (FIFO) və ya sonuncu partiyanın maya dəyəri ilə (LIFO) müəyyən 
edilə bilər. Auditor göstəriilən məsələnin müəssisənin qəbul etdiyi uzot siyasətinə 
uyğun olduüunu yoxlamalıdır.  
Məhsul  buraxılışının  uçotunun,  qeyri-müstəqim  xərclərin  bölüşdürülmə-
sinin  və  bitməmiş  istehsalatın  qiymətləndirilməsi  metodu  da  auditin  obyektinə 
daxildir.  Bu  zaman  həmin  məsələlərin  uçot  siyasətində  əks  etdirilmiş  qaydalara 
uyğunluğunu yoxlamalıdır.  
Əsas  vəsaitlərin  təmirinin  uçotu  və  maliyyələşdirmə  qaydası  (yаrаdılmış 
təmir  fondu  hesabına  bərabər  qaydada  bütün  növ  təmir  üzrə  xərclərin  "Gələcək 
dövrlərin хərcləri" maddəsində məhsulun maya dəyərinə silinməsi və ya 191, 242 
saylı  hesabda  toplanaraq  işlər  qurtardıqdan  sonra  xüsusi  hesablama  yolu  ilə 
istehsalat  hesablarına  silinməsi  və  ya  təmir  başa  çatdıqca  təmir  üzrə  xərclərin 
müvafiq  elementlər  üzrə  məhsulun  maya  dəyərinə  daxil  edilməsi),  gələcək 
dövrlərin  xərclərinin  uçotu  və  onların  ödənilməsi  müddəti,  məhsul  (iş,  xidmət) 
satışından  pul  gəlirinin  müəyyən  edilməsi  qaydası  (məhsul  ödənildikcə  satılmış 
hesab  olunur,  və  ya  sifarişçiyə  sənədlər  təqdim  olunmaqla  göndərilmiş  məhsullar 
satılmış hesab olunur), kurs fərqlərinin uçotu qaydası (birbaşa 801 sаylı "Ümumi 
mənfəət(zərər)"  (80    "Mənfəət  və  zərər")  hesabına  silinməsi  və  ya  il  ərzində  442 
sаylı  "Gələcək  hesаbаt  dövrlərin  gəlirləri",  542  sаylı  "Gələcək  hesаbаt  dövrün 
gəlirləri"  (83)  hesablаrında  toplamaqla  ilin  sonunda  801  (80)  saylı  hesaba 
silinməsi),  dividendlərin  hesablanması  və  ödənilməsinin  uçotu  qaydası  (hüquqi 
şəxslər üzrə dividendlər hesablandıqda  D-t 901, 902 (81), K-t 302, 534 (75), fiziki 
şəxslər  üçün  K-t  533  (70),  sərbəst  mənfəət  təsisçilər  arasında  bölüşdürüldükdə 
hüquqi şəxslər üçün, D-t 342, 343 (88), K-t 302, 534 (75), fiziki şəxslər üçün D-t 
342, 343 (88), K-t 533  (70) uçоt siyasətində öz əksini tapmalıdır.  
Əmlakın və öhdəliklərin inventarizasiyasının aparılması qaydası, mühаsibаt 
uçоtu formaları (memorial-order, jurnal-order və s.) müəssisə tərəfindən müəyyən 
edilir. Auditor həmin işlərin uçоt siyasətinə uyğunluüunu yoxlamalıdır.  


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə