Kafedra: MÜhasibat uçotu və audiT



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə25/68
tarix17.09.2018
ölçüsü1,65 Mb.
#69040
1   ...   21   22   23   24   25   26   27   28   ...   68

76 
 
Auditor rəyinə izahatlar əlavə edildikdə o təkmilləşdirilmiş hesab olunur və 
müəssisənin  fasiləsiz  fəaliyyətində  qeyri  müəyyənlik  problemlərini,  yoxlama 
dövri  ərzində  uçot  prinsiplərinin  dəyişməsini,  auditin  nəticələrinə  əsasən 
yoxlanılan  müəssisənin  uçotunda  lazımi  düzəlişlərin  aparılmasını,  başqa 
auditorların  rəyindən  istifadə  olunması  ilə  baülı  izahatları,  əvvəlki  auditor 
rəylərinə aid iradları özündə birləşdirə bilər. Audit prosesində inamsızlıq (bir sıra 
sahələrdə qeyri müəyyənliklər olduqda) və iradlar (auditorun mülahizələri ilə bir 
sıra  sahələrdə  yoxlanılan  maliyyə  məlumatları  üzrə  verilən  nəticələr  arasında 
ziddiyyət olduqda) meydana çıxarsa auditor şərtsiz müsbət rəy verə bilməz.  
Şərtsiz müsbət  auditor rəyinin nümunəvi forması aşaüıda verilmişdir. 
                                        
AUDITOR RƏYI 
AUDITOR OPINION SERIYA  SA №_____ 
AZƏRBAYCAN  RESPUBLIKASI  AUDITORLAR  PALATASI 
         SƏRBƏST AUDITOR                        ___________________________ 
                                                                                       (soyadı) 
                                      AUDITOR RəYI 
                         ______________________________ 
                            (sifarişçi-təsərrüfat subyektinin adı) 
     Mən, sərbəst auditor_________________________ Аzərbаycаn                        
                                                                                        (soyadı)       
Respublikası  Аuditоrlаr  Palatası  tərəfindən  "___"  ___________201..  tarixli  (qeydiyyat 
№___)_____________  saylı  lisenziyaya  əsasən  fəaliyyət  göstərən  "___"___________201..  il 
tarixindən  31  dekabr  201..  il  tarixli  __________  seriyalı______________saylı  müqaviləyə 
əsasən  _______________________  "___"  yanvar    201...  il  tarixindən  31  dekabr  201..  il                       
sifarişçi-təsərrüfat subyektinin adı) 
tarixinədək maliyyə- təsərrüfat fəaliyyətini əks etdirən rəyə əlavə edilən ___ səhifəlik maliyyə 
hesabatlarının audit yoxlamasını aparmışam. 
     Yoxlama 
"____"______________ 
201... 
il 
tarixində 
başlayıb, 
"____"_____________________ 201___  il tarixində başa çatdı.  
      Auditor  yoxlamasına  təqdim  edilmiş  sənədlərin  düzgünlüyünə  sifarişçi  təsərrüfat 
subyektinin rəhbərliyi məsuliyyət daşıyır. 
       Mənim  vəzifəm  həmin  sənədlərə  əsasən  aparılmış  yoxlama  nəticəsində  sifarişçinin 
maliyyə-təsərrüfat  əməliyyatlarının  qanuniliyinə,  illik  mühasibat  hesabatları  maddələrinin 


77 
 
dürüstlüyünə  qiymət  verməkdir  və  yalnız  rəydə  göstərilən  mülahizəmə  görə  məsuliyyət  daşı-
yıram. 
      Mülahizələri düzgün formalaşdırmaq üçün kifayət qədər auditor sübutlarının toplanması 
məqsədi  ilə  mən  qüvvədə  olan  audit  standartlarının  tələblərinə  uyüun  olaraq  auditi 
planlaşdırmış və audit prosedurlarını yerinə yetirmişəm. 
      Audit  zamanı  təqdim  edilmiş  sənədlərlə  əsas  kimi  götürülmüş  təsdiqedici  materiallar 
yoxlanılmış, sifarişçi müəssisənin tətbiq etdiyi uçot prinsipləri qiymətləndirilmişdir. 
      Hesab  edirəm  ki,  yerinə  yetirilmiş  audit  prosedurları  nəticəsində  rəy  vermək  üçün 
kifayət qədər auditor sübutu toplamışam. 
      Qulluq  borcumla  əlaqədar  olaraq  apardıüım  yoxlama  ilə  müəyyənləşdirmişəm  ki, 
mühasibat uçotu və illik balans qanuni göstərişlərə və nizamnamənin müddəalаrınа uyüundur. 
Lazımi mühasibat uçotu baxımından illik balans hüquqi şəxsin əmlak, maliyyə vəziyyətinin və 
gəlirliyinin faktik münasibətlərə uyüun olan mənzərəsini yaradır. 
     Rəy  "___"  ____________  201__    il  tarixində  eyni  qüvvəyə  malik  iki  nüsxədə  tərtib 
edilmişdir. Bunlardan biri sifarişçi-təsərrüfat subyektində, ikinci isə auditor təşkilаtında (sərbəst 
auditorda) saxlanılır. 
     Ünvan: ____________________________________________ 
     Sərbəst auditor: _____________    ______________________       
                                    (imza)                                      (soyadı) 
     Əgər  auditor  prosedurlarının  aparılması  zamanı  inamsızlıq  (auditor  bütün 
lazım  olan  məlumatlаrı  və  izahatları  ala  bilmir,  vaxt  üzrə  məhdudiyyətlə  bаülı 
bütün  lаzımı  аudit  prоsedurlаrını  yerinə  yetimək  imkаnı  оlmur,  uzunmüddətli 
müqavilə və yа uzunmüddətli prоqrаmın mövcudluüu, mübahisəli vəziyyət, çox-
variantlı idarəetmə üsulu və s. olduqda) və iradlar (uçot sisteminin və ya üsulla-
rının  qəbul  edilməməsi,  maliyyə  hesabatlarındа  əks  etdirilmiş  fаktlаrlа  və  yа 
məbləqlərlə  rаzılаşmаmаq,  maliyyə  hesabatlarındа  əks  etdirilmiş  fаktlаr  və  yа 
məbləqlər  hаqqındа  infоrmаsiyаnın  təqdim  оlunmаsı  qаydаsı  və  yа  аçıqlаnmаsı 
dərəcəsi  üzrə  fikir  ayrılıüı,  əməliyyatların  aparılması  və  rəsmiləşdirilməsinin  qa-
nunvericiliyin  tələblərinə  uyüun  olmaması)  yaranarsa,  auditor  ya  təsdiqləyici 
qeydi  ixtisar  edir,  ya  da  ondan  imtina  edir.  Hər  hаnsı  dərəcədə  inаmsızlıq  və  yа 
irаdın оlmаsı şərtsiz müsbət rəydən imtinа etmək üçün əsаs verir.   


78 
 
      Əgər inamsızlıq və ya iradlar mühüm əhəmiyyət kəsb etmirsə onda auditor 
şərti  müsbət  rəy  (məhdudiyyətlə)  verir.  Şərtsiz  rəydən  fərqlənən  bütün  hallarda 
auditor öz mülahizələri ilə şərtləşdirilmiş bütün mövcud səbəblərə (inamsızlıq və 
irad)  rəyin  ayrıca  bölməsində  izahat  verməlidir  (sonra  rəyin  verilməsi  və  ya  rəy 
verməkdən imtina göstərilir). Audit prosesində məlumat qıtlığı və ya Azərbаycаn 
Respublikаsında  qəbul  edilmiş  uçot  prinsiplərindən  kənarlaşmalar  aşkar  edilirsə 
onda  rəy  məhdudlaşdırılır.  Mülahizələri  təmin  edəcək  uçot  yazılışlarının 
olmaması  və  ya  zəruri  auditor  prosedurlarının  icrasının  mümkünsüzlüyü,  daxili 
nəzarətin  lazımı  səviyyədə  və  ya  ümumiyyətlə  təşkil  edilməməsindən  ayrı-ayrı 
sənədlərin  və  ya  faktların  gizlədilməsinə  şübhə  yaranması  ilə  əlaqədar  bütün 
zəruri informasıyalar və izahatlar alınmadıqda auditorda inamsızlıq yaranır. Belə 
ki: 
  müəssisənin  fəaliyyətinin  və  maliyyə  hesabatlarının  ayrı-ayrı  faktları  və 
göstəriciləri üzrə onun fikri müəssisənin rəhbərliyinin fikrindən fərqlidir; 
  uçot  obyektinin  qiymətləndirilməsi  metodu,  amortizasiyanın  hesablan-
masının düzgünlüyü və digər hesablamalarla razı deyil; 
 yoxlanılar təsərrüfat əməliyyatlarının iqtisadi və hüquqi məzmununa görə 
hesabların müxabirləşməsində uyüunsuzluq mövcuddur; 
 maliyyə hesabatlarının dürüstlüyünə təsir edən müəssisənin qeyri adekvat 
uçot siyasəti. 
Mövcud  şəraitlə  baülı  zəruri  audit  prosedurlarının  yerinə  yetirilməsinin 
mümkün  olmaması  səbəbindən  (məsələn,  debitor  borcunun  təsdiq  edilməsinin, 
material  ehtiyatlarının  mövcudluüunun  yoxlanılmasının  və  s.)  məlumatların 
çatışmazlıüı  auditor  rəyində  təsvir  edilməlidir.  Yoxlama  zamanı  aşkar  edilmiş 
pozuntular və kənarlaşmalar ayrıca bir hal kimi qeyd olunur və auditor rəyi tərtib 
olunana  qədər  aradan  qaldırılır.  Bu  halda  auditor  qeyd  edir  ki,  maliyyə 
vəziyyətinin  göstəriciləri  onlarda  aşkar  edilmiş  kənarlaşmaların  müvafiq  tarixə 
(rəyin  hazırlanması  tarixindən  əvvəl)  aradan  qaldırılması  nəzərə  alınmaqla 
düzgündür.  


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə