Kafedra: MÜhasibat uçotu və audiT



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə24/68
tarix17.09.2018
ölçüsü1,65 Mb.
#69040
1   ...   20   21   22   23   24   25   26   27   ...   68

73 
 
Adətən müştərilərin dosyeləri auditor firmasında xüsusi otaqda saxlanılır. Onların 
saxlanılma  müddəti  hüquqi  və  peşə  baxımından  auditorun  özü  (auditor  firması) 
tərəfindən müəyyənləşdirilir. 
Işçi sənədlərində onların adı, tarixi, hazırlayan auditorun soyadı göstərilməli-
dir. Auditor işçi sənədlərində yerinə yetirilən auditor prosedurlarının planlaşdırıl-
ması mərhələlərini, xarakterini, müddətini və həcmini və onun nəticələrini göstər-
məlidir.  Burada  eyni  zamanda  öz  fikirlərini  yürütmək  və  auditor  rəyini 
formalaşdırmaq üçün zəruri olan bütün əsas məsələlərə cavab öz əksini tapmalıdır.     
Mürəkkəb  prinsipial  məsələlər  və  ya  fikirlər  nəzərdən  keçirilərkən  işçi 
sənədlərində  auditin  nəticələrinin  formalaşması  üçün  əsas  olan  faktlar  göstəril-
məlidir.  Işçi  sənədlərinin  forma  və  məzmunu  işin  xarakterindən,  auditor  rəyinin 
(hesabatının)  formalarından,  sifarişçinin  biznesinin  (fəaliyyətinin)  xarakteri  və 
mürəkkəblliyindən,  təsərrüfat  subyektinin  mühasibat  uçotu  və  daxili  nəza-rət 
sisteminin  xarakteri  və  vəziyyətindən,  digər  auditorlar  tərəfindən  yerinə  yetirilən 
işlərin idarə olunmasının, ona nəzarətin və təhlilinin aparılmasının zəruriliyindən, 
audit  prosesində  istifadə  olunan  spesefik  auditor  metodikasından  və  texnologiya-
sından asılıdır. 
Onu  da  qeyd  edək  ki,  auditlərin  rəsmiyyətə  salınması  üçün  lazım  olan  iş 
sənədlərinin forması, məzmunu və mahiyyəti, tərtib olunma və saxlanma qaydaları 
BАS 230 «Sənədləşdirmə» ilə tənzimlənir. 
 
5.
 
Аuditоr rəyləri   
 
Təsərrüfat  subyektinin  mühasibat  və  maliyyə  hesabatlarının  dürüstlüyü 
haqqında  auditorun  fikrini  əks  etdirən  auditor  rəyinin  tərtib  edilməsi  auditor 
yoxlamasının  son  mərhələsi  hesab  edilir.  Auditor  rəyi  müəssisənin  mühasibat 
(maliyyə)  hesabatlarının  dürüstlüyü  və  obyektivliyini  təsdiq  edən  hüquqi 
əhəmiyyətli rəsmi sənəddir. Yoxlanılan təsərrüfat subyektində mühasibat (maliyyə) 
hesabatlarının dürüstlüyü haqqında auditor şərtsiz müsbət, şərti müsbət, mənfi rəy 
verə  bilər  və  ya  rəy  verməkdən  imtina  edə  bilər  və  üzünün  nətıcələrini  başqa 
hesabat formasında rəsmiləşdirir.  


74 
 
Aparılan  auditin  yekununda  yoxlanılan  hesabatlar  haqqında  aydın  yazılı 
fikri əks etdirən auditor rəyinin quruluşu aşağıdakı kimidir: 
  auditi  aparan  sərbəst  auditor  (auditor  təşkilatı)  haqqında  məlumat 
(təşkilatın adı, auditorun soyadı göstəriilir); 
  yoxlanılan  təsərrüfat  subyekti  barədə  məlumat  (fiziki  və  ya  hüquqi 
şəxslərin ünvanları göstərilir); 
  giriş  (auditi  aparmış  auditorun  və  ya  auditorların  soyadı,  lisenziya 
nömrəsi  və  tarixi,  sifarişçi  ilə  baülanmış  müqavilənin  tarixi  və  nömrəsi, 
yoxlamanın əhatə etdiyi  dövr qeyd olunur); 
  yoxlamanın  məzmunu  (hesabatların  əsasını  təşkil  edən  təsdiqedıci 
materialların  yoxlanması  üsulları  hesabatların  hazırlanmasında  və  təqdim 
edilməsində  istifadə  olunan  uçotun  metodologiyası,  sifarişçılər  tərəfindən  tətbiq 
edilən  uçot  prinsiplərini  qiymətləndırilməsi,  təqdim  olunan  mühasibat  (maliyyə 
hesabatlarının bütövlükdə qiymətləndirilməsi); 
  təqdim  olunan  hesabatlara  dair  auditorun  rəyi  (hesabatların  mövcud 
qanunvericiliyə,  onların  tərtibi  qaydasına  və  uçot  prinsiplərinə  müvafiq  olması 
barədə),  auditor  rəyinin  tarixi,  sərbəst  auditorun  (auditor  təşkilatının)  həqiqi 
yerləşdiyi ünvan, auditor rəyinin auditor (auditor təşkilatı apardıqda auditorlar və 
auditor təşkilatının rəhbəri) tərəfindən imzalanması və möhürlə təsdiq edilməsi. 
Auditor  rəyi  hüquqi  sənəd  olmaqla  əsas  təyinatı  təsərrüfat  subyektinin 
mаliyyə  hesabatlarının  dürüstlüyü  haqqında  informasiyanı  istifadəçilərə 
çatdırmaqdır. Auditor rəyi aşağıdakı suallara cavab verməlidir: 
  balans  hesabat  ilinin  (maliyyə  ilinin)  sonuna  müəssisənin  aktivləri  və 
passivləri haqqında düzgün və obyektiv təsəvvür yaradırmı? 
  maliyyə  nəticələri  haqqında  hesabat  yoxlanılan  dövr  (maliyyə  ili)  üçün 
müəssisənin  təsərrüfat  fəaliyyətinin  nəticələri  haqqında  düzgün  və  obyektiv  
təsəvvür yaradırmı? 
 maliyyə hesabatları mühasibat uçotunun ümumi qəbul edilən prinsiplərinə 
uyüun tərtib və təqdim edilmişdirmi? 


75 
 
 ötən dövrlə müqayisədə cari dövrdə bu prinsiplərin gözlənilməməsi fаkt-
lаrı olubmu? 
 konsolidə edilmiş hesabat ana şirkətin və onun törəmə firmasının mənfə-
əti və ya zərəri haqqında düzgün və obyektiv təsəvvür yaradırmı? 
  mühasibat  (maliyyə)  hesabatları  mühasibat  uçotu  üzrə  normayiv  qayda-
lara tam uyüundurmu? 
      Təsərrüfat 
subyektinin 
maliyyə-təsərrüfat 
fəaliyyətinin 
auditinin 
nəticələrinə  görə  auditor  aşaüıdakı  rəy  növlərindən  birini  verməlidir:  şərtsiz 
müsbət, şərti müsbət (və ya iradlar əlavə etməklə); mənfi; rəy verməkdən imtinа
Şərtsiz  müsbət  auditor  rəyi  maliyyə  hesabatlarının  müəssısə-nin  maliyyə 
vəziyyətinin,  mənfəət  və  zərərinin, pul  vəsaitlərinin  hərəkətınin  dürüst  əks  etdir-
dıyini,  mühasibat  uçotunun  qüvvədə  olan  qanunvericiliyin  və  mühasibat  uçotu 
haqda normativ aktların tələblərinə cavab verdiyini əks etdirir. Auditor aşağıdakı 
şərtlərin yerinə yetirildiyinə əmin olduqda şərtsiz müsbət rəy tərtib edir: 
-  auditor  yoxlama  üçün  zəruri  olan  bütün  məlumatları  və  izahatları  əldə 
etmişdir; 
-  məlumatların  kifayətliliyi  və  düzgünlüyü  üçün  əhəmiyyətli  olan  bütün 
suallar üzrə tam informasiya mövcuddur
-  təqdim  olunan  məlumatlar  audit  aparılan  müəssisənin  həqiqi  maliyyə 
vəziyyətini kifayət qədər əks etdirir; 
-  maliyyə  sənədləri  audit  aparılan  müəssisə  tərəfindən  qəbul  edilmiş 
mühasibat  uçotu  sisteminə  əsasən  tərtib  edilir  və  bu  sistem  özü  mövcud 
qanunvericiliyin tələblərini ödəyir; 
- hesabatlar həqiqi uçot məlumatları əsasında və müəyyən olunmuş qaydada 
təsdiq olunmuş formalar üzrə tərtib edilmişdir.  
Audit  prosesində  müəssisənin  qəbul  etdiyi  qərarların  düzgünlüyü  ilə  baülı 
etiraz  və  ya  şübhə  yaranarsa,  lakin  auditora  arqumentləşdirilmiş  əsaslar  təqdim 
olunarsa  auditor  rəyində  həmin  qərarlar  göstərilməyə  bilər  və  bu,  müsbət  rəyin 
şərtsiz olmasına təsir göstərmir.  


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə