Kafedra: MÜhasibat uçotu və audiT



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə20/68
tarix17.09.2018
ölçüsü1,65 Mb.
#69040
1   ...   16   17   18   19   20   21   22   23   ...   68

61 
 
edilərkən  auditor  təşkilatı  qarşıya  qoyulan  məqsədə  çatmaq  üçün  yoxlamanın 
məqsədini və auditor prosedurlarını müəyyən etməlidir. 
Seçmənin  nəticəsinin  qiymətləndirilməsi.  Auditor  təşkilatı  seçimə  düşən 
hər  hansı  bir  səhvi  hökmən  təhlil  etməli  və  seçim  riskini  qiymətləndirməlidir. 
Seçimə  düşən  səhvlər  təhlil  edilərkən  auditor  təşkilatı  ilk  növbədə  həmin  səhvin 
xarakterini müəyyənləşdirməlidir. 
Auditor  təşkilatı  səhvləri  kəmiyyət  cəhətdən  qiymətləndirməlidir,  daha 
doürusu  onların  mahiyyəti  və  səbəbini,  ona  təsir  edən  amilləri,  habelə  onların 
ardıcıl digər sahələrinə təsir imkanlarını da müəyyən etməlidir. 
Auditor  təşkilatı  hükmən  auditorun  işçi  sənədləşdirilmələrinin  bütün 
mərhələlərində  aparılan  auditor  suçiminin  aparılmasını  və  onun  təhlilinin  bütün 
mərhələlərində nəticəsini əks etdirməlidir. 
2.
 
Auditor sübutları və analitik prosedurlar 
Audit  yoxlamasının istiqamətləri  üzrə auditorun  müəyyən  nəticəyə  gəlməsi 
və  fikrinin  əsaslandırılması  üçün  ona  müvafiq  sübutlar  toplamaq  lazımdır. 
Auditorun  yoxlamanın  gedişində  toplanıb  təhlil  etdiyi  informasiyalar  auditorun 
gəldiyi nəticəni təsdiq etməyə xidmət edir. Planlaşmanı başa çatdırdıqdan sonra o, 
informasiya  toplamaq  üçün  fəaliyyətə  başlayır.  Bu  proseduru  nəzərdən  keçir-
məzdən  əvvəl  informasiyaların  bəzi  mühüm  xarakterini  müəyyənləşdirmək 
lazımdır. 
Yoxlama  zamanı  beynəlxalq  standartlara  uyğun  olaraq,  auditor  maliyyə 
hesabatlarına tələb olunan səviyyədə qiymət verə bilməsi üçün   kifayət miqdarda 
sübutedici  informasiyalar  toplamalıdır.  Auditor  sübutu  dedikdə,  auditorun  rəyini 
əsaslandırmaq  və  müəyyən  bir  nəticəyə  gəlmək  üçün  toplanmış  məlumatlar 
nəzərda tutulur. Uçоt yazılışları uçоt prossesi haqda  informasiyalar hesab olunur. 
Lakin    bu  informasiyalar  maliyyə  hesabatına  qiymət  vermək  üçün  kifayət  etmir. 
Zəruri  məlumatların  əldə  olunmasında  auditorun  bilik  və  səriştəlik,  peşəkarlıq 
səviyyəsi xüsusi rol oynayır. Bəzi məlumatları dərindən araşdırmaq, bəzilərini isə 
müəssisə  işçilərini  dindirmək  yolu  ilə  əldə  etmək  mümkündür.  Sübutedici 
məlumatların  toplanılması  və  təhlili  isə  əslində  auditor  yoxlamasının  praktiki 


62 
 
olaraq  həyata  keçirilməsi  deməkdir.  Beləliklə,  yoxlanılan  iqtisadi  subyektdən  və 
üçüncü şəxsdən yoxlamanın gedişində  auditor tərəfindən əldə olunan informasiya 
auditor sübutları hesab edilir. 
Daha konkret desək, auditor sübutları aşağıdakılardan ibarətdir: 
a)
 
məlumatların sənədli mənbələri; 
b)
 
mühasibat uçоtunun sənədləri; 
c)
 
ekspertlərin rəyi; 
d)
 
digər mənbələrdən daxil olan məlumatlar. 
Auditor  sübutları  kifayət  qədər  əsaslı  və  qənaətləndirici  olmalıdır.  Bütün 
hallarda  auditor  əmin  olmalıdır  ki,  o,  obyektiv  və  əsaslı  qərar  çıxarmaq  üçün 
kifayət  miqdarda  sübutlar  toplaya  bilmişdir.  Sübutun  keyfiyyəti  real  fakta 
yaxınlaşmaqla  (təbii  –  auditor  binaların,  maşınların,  avadanlıqıarın,  mal  və 
materialların  faktiki  mövcudluüunu  yoxlayır  və  belə  halda  təbii  sübut  özlüyündə 
elə  fakt  deməkdir;  süni  -malların  çatdırılması  müqavilə-qaimələrdə  qeydə  alınır, 
hesab  fakturalar  satışı  təsvir  edir;  məntiqi  arqument-nəqliyyаt  vаsitələrinə 
mülkiyyət  hüququ,  хidməti  məqsədlə  şəхsi  аvtоmоbildən  istifаdənin  dəyərinin 
ödənilməsi  və  s.)  və  əldə  olunan  sübutun  mənbələrinin  etibarlılığı  ilə 
müəyyənləşdirilir 
Auditor müstəqil olaraq auditor sübutlarının (BАS 500 «Аuditоr sübutlаrı», 
BАS 501 «Аuditоr sübutlаrı-xüsusi mаddələrə yenidən bахılmаsı») əldə edilməsi 
prosedurlarını  müəyyən  edir.  Bu  zaman  auditorun  sərəncamında  olan 
informasiyalar bütün aktiv və passivlərin uçota alındığı və yoxlanılan müəssisəyə 
aid olduüu, uçot qaydalarının qanunvericiliyə və uçot siyasətinə uyğunluüu, bütün 
gəlirlər  və  xərclərin  hesabat  dövründə  uçota  alındığı,  uçotda  əks  etdirilmiş 
təsərrüfat-maliyyə  əməliyyatlarının  həqiqətən  də  baş  verməsi,  təsərrüfat  subyek-
tinin  maliyyə  nəticələrinin  düzgün  formalaşdıüı  haqda  rəyin  tərtib  edilməsinə 
imkan verməlidir.  
Auditor  öz  nəticələrini  əsaslandırmaq  üçün  müstəqil  prosedurlar  əsasında 
kifayət  qədər  auditor  sübutları  əldə  etməlidir.  Audit  olunan  bütün  obyektlər  üzrə 


63 
 
auditor sübutlarının hazırlanması auditorun əsas işi hesab olunur. Sübutların təhlili 
və ümumiləşdirilməsi əsasında auditor aşağıdakı məsələlər üzrə nəticə çıxarır: 
 illik mühasibat hesabatının vəziyyəti və məzmunu hаqqındа; 
 təsərrüfat subyektlərinin illik balansının dürüstlüyü və tamlığı hаqqındа; 
  müəssisənin  investisiya  qoyuluşundа  və  innovasiya  layihələrinin  həyata 
keçirilməsində iştirakının mümkünlüyü, həmin lаyihələrin iştirakçılarının müəyyən 
edilməsi zamanı ona seçmək imkanı haqqında; 
  kredit resurslarının və investisiyaların məqsədli istifadəsi hаqqındа; 
  təsərrüfat  subyektlərinin  nizamnamə  kapitalının  yaradılmasının  vaxtında 
və tam həyata keçirilməsi, formalaşdırılması hаqqındа və s. 
Toplanmış  аuditоr  sübutların  həcmi  auditor  yoxlaması  zamanı  obyektiv 
auditor  rəyinin  tərtib  edilməsinə  imkan  verməlidir.  Bu,  ilk  növbədə  uçot 
obyektlərinin vəziyyəti haqqında auditor rəyinin tərtib edilməsində informasiyanın 
əsas  rol  oynaması  ilə  baülıdır.  Аuditоr  sübutlаrının  əldə  оlunmаsı  üçün  mаliyyə 
hesаbаtlаrının əsаsını təşkil edən ilkin sənədlərdən və uçоt yаzılışlаrındаn istifаdə 
оlunur. 
Auditor  sübutları  dürüst  olmalı  və  inandırıcı  xarakter  daşımalıdır.  Auditor 
sübutlarının  dürüstlüyünün  qiymətləndirilməsi  zamanı  аuditоr  aşağıdakı  şərtlərə 
əsaslanmalıdır: 
 xarici (kənar) auditor sübutları (üçüncü tərəfdən əldə edilən informasiya) 
dахili auditor sübutları ilə müqayisədə daha dürüstdür; 
  mühasibat  uçotunun  müvafiq  sistemi  effektli  işlədikdə  daxili  sübutlar 
(müştəridən alınan informasiyalar) daha dürüst hesab edilir
 auditorun özü tərəfindən əldə edilən sübutlar müəssisədən alınan sübutlarla  
müqayisədə daha dürüstdür; 
  sənədlər  və  yazılı  ifadələr  formasında  sübutlar  şifahi  ifadələrdən  daha 
dürüst hesab edilir. 
Təsərrüfat  subyektinin  maliyyə  hesabatlarının  dürüstlüyünü  təsdiq  etmək 
üçün kifayət qədər sübutlar toplayarkən auditor aşağıdakı məsələlər üzrə öz fikrini 
bildirməlidir: 


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə