Kafedra: MÜhasibat uçotu və audiT



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə17/68
tarix17.09.2018
ölçüsü1,65 Mb.
#69040
1   ...   13   14   15   16   17   18   19   20   ...   68

51 
 
  
 Planlaşdırmanın  fasiləsizliyi  dedikdə,  auditorlar  qrupu  üçün  əlavə 
tapşırıqların  müəyyənləşdirilməsi  və  planlaşdırılan  mərhələlərin  təsdiq  olunan 
müddətlərə əlaqələndirilməsi başa düşülür. 
   
Auditin  planlaşdırılmasının  optimallığı  dedikdə,  planlaşdırmanın  variantlı-
ğının  təmin  olunması  başa  düşülür.  Auditor  təşkilatının  audit  planlaşdırılması 
aşağıdakı əsas mərhələlərdən ibarətdir: 
- auditin əvvəlcədən planlaşdırılması  
- auditin ümumi planının hazırlanması  
- auditin proqramının hazırlanması və tərtib edilməsi. 
Ümumi  planın  və  audit  proqramının  hazırlanmasına  başlayan  auditor 
təşkilat-  iqtisadi  subyekt  haqqında  bəzi  məlumatlara  malik  olmalıdır.  Auditin 
ümumi planında auditor ilkin təhlil, daxili nəzarət sisteminin etibarlıüı və auditor 
risklərinin qiymətləndirilməsinin üsullarını müəyyənləşdirir. 
 Audit  nəzarətinin  planlaşdırılması  mühasibat  (maliyyə)  hesabatlarının, 
keyfiyyətinin,  təsərrüfat-maliyyə  əməliyyatlarının,  onların  mühasibat  uçotu 
hesablarında əks etdirilməsinin qanunılıyinin və dürüstlüyünün auditi üçün aparılır. 
Planlaşdırma  gözlənilən  işlərin  planının  tərtib  edilməsini  və  auditor  proqramının 
hazırlanmasını əks etdirir. Adətən planlaşdırmaya aşağıdakılar daxil edilir: 
 qrafiklərin hazırlanması; 
  auditin  aparılması  müddətinin  müəyyən  edilməsi  və  onun  müştəri  ilə 
müzаkirə edilməsi; 
 icra komandasının üzvlərinin təlimatlandırılması; 
 müştərinin bölmələri ilə əlaqələrin təşkili; 
 auditin strategiyası və auditə hazırlıqla baülı müştəri ilə müzakirə.  
"Auditin  planlaşdırılması"  BАS-nın  tələblərinə  müvafiq  olaraq  auditin 
planlaşdırılması  yoxlanılan  müəssisənin  fəaliyyətinin  nəticələri  və  idarəetmə 
strukturu  ilə  əvvəlcədən  ilkin  tanışlıqla  qarşılıqlı  əlaqəlidir  və  aşağıdakıları  təmin 
etməlidir: 
  mühasibat  uçotunun  vəziyyəti  və  daxili  nəzarətin  səmərəliliyi  haqqında  
zəruri informasiyaların əldə edilməsi; 


52 
 
 daxili audit materiallarına auditorun nə  dərəcədə  inana bilməsi; 
  auditor  yoxlamasının  ikinci  mərhələsində  yerinə  yetiriləcək  nəzarət 
prоsedurlаrının məzmununun, aparılma vaxtının və həcminin müəyyən  edilməsi; 
  təsərrüfat-maliyyə  əməliyyatlarının dürüstlüyünü və  qanunauyüunluüunu, 
mühasibat  balansının  və  maliyyə  hesabatlarının  dürüstlüyünü  qiymətləndirmək  
üçün zəruri informasiyaların toplanması və təhlili üzrə işlərin əlaqələndirilməsi.   
 Auditin planlaşdırılması zamanı auditor təşkilatı (auditor) aşağıdakı mərhə-
lələləri nəzərdə tutur: 
 auditin ilkin planlaşdırılması; 
 auditin ümumi planının hazırlanması və tərtib edilməsi; 
 auditin proqramının hazırlanması və tərtib edilməsi. 
Ilkin planlaşdırma mərhələsində auditor təşkilatı müstəqil (auditor) təsərrüfat 
subyektinin  maliyyə-təsərrüfat  fəaliyyəti  ilə  tanış  olmalı,  təsərrüfat  fəaliyyətinə 
xarici  və  daxili  amillər  haqda  informasiyaya  (təsis  sənədləri,  qeydiyyаt  hаqqındа 
şəhаdətnаmə,  idərəetmə  оrqаnının  yıüıncаüının  prоtоkоllаrı,  edilmiş  dəyişikliklər 
nəzərə  аlınmаqlа  uçоt  siyаsətini  reqlаmentləşdirən    sənədlər,  mühasibat,  mаliyyə 
və  stаtistik  hesаbаtlаr,  biznes  plаnlаr,  mаliyyə  plаnlаrı,    kоntrаktlаr,  müqavilələr, 
rаzılаşmаlаr,  təşkilаtdахili  təlimаtlаr  və  digər  səndlər    əsаsındа)  malik  olmalıdır. 
Eyni zamanda aşağıdakı məsələlərlə də tanış olmaq vacibdir: 
 təsərrüfat subyektinin təşkilati strukturu; 
  təsərrüfat  fəaliyyətinin  növləri  və  istehsal  olunan  məhsulların 
nomenklaturası;     
 kapitalın strukturu; 
 məhsul istehsalının texnoloúi xüsusiyyətləri; 
 rentabellik səviyyəsi; 
 əsas malalanlar (sifarişçilər) və malgöndərənlər; 
 
 mənfəətin bölüşdürülməsi qaydası; 
 törəmə müəssisə və digər asılı təşkilatların mövcudluüu; 
 daxili nəzarət xidmətinin təşkili; 
 heyətin əməyinin ödənişi sisteminin təşkili prinsipləri. 


53 
 
Auditor  qrupuna  daxil  olan  mütəxəssislərin  tərkibinin  planlaşdırılması  za-
manı  auditin  hər  bir  mərhələsi  üçün  iş  vaxtı,  üzvlərin  miqdarca  tərkibi  və 
peşəkarlıq səviyyəsi nəzərə alınmalıdır. 
Planın  keyfiyyətli  tərtibi  və  görüləcək  işlərin  həcmini  daha  real  müəyyən 
etmək üçün auditor: 
 müqavilənin şərtlərinin və auditorun qanunvericilikdə nəzərdə tutulan mə-
suliyyətini öyrənməlidir; 
  bağlanmış  müqaviləyə  uyüun  olaraq  sifarişçiyə  verilən  hesabatın  və  ya 
digər informasiyanın məzmununu dəqiqləşdirməlidir; 
 dövlət orqanlarının yeni uçot, audit standartlarının, qanunların, qаydаlаrın, 
təlimatların və normativ aktların auditə təsirini öyrənməlidir; 
 aparılan auditin daha mühüm məsələlərini ayırmalıdır; 
 yoxlanılan müəssisənin uçot və daxili nəzarət sisteminə inam səviyyəsini 
müəyyən etməlidir; 
 təsərrüfat subyektinin fəaliyyət növünü bilməlidir; 
 müəssisənin biznesinə təsir göstərən ümumi iqtisadi amilləri öyrənməlidir; 
  biznesin  xüsusiyyətlərini  maliyyə  göstəricilərini  və  onların  müəssisənin 
mühasibat  (maliyyə)  hesabatlarının  tərtib  edilməsinə  təsirinin  öyrənməli  və  təhlil 
etməlidir; 
 ötən illər üzrə auditorun işçi sənədlərini öyrənməlidir; 
 təsərrüfat subyektinin qəbul etdiyi mühasibat uçotunun metodikasını təhlil 
etməlidir; 
  daxili  risk  və  daxili  nəzarət  riskini  qiymətləndirməli,eləcə  də  audit  üçün 
mühüm  sahələri müəyyən etməlidir; 
 mühasibat uçotunun nisbətən mürəkkəb sahələrini müəyyən etməlidir; 
 auditor sübutlarının mahiyyətini və həcmini təyin etməlidir; 
  daxili  auditorların  işini  qiymətləndirmək  və  onların  auditə  cəlb  edilməsi 
imkanlarını təhlil etməlidir; 
  əlavə  auditorların  və  ekspertlərin  cəlb  olunması  zərurəti  müəyyən  etməli   
dir. 


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə