Kafedra: MÜhasibat uçotu və audiT



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə15/68
tarix17.09.2018
ölçüsü1,65 Mb.
#69040
1   ...   11   12   13   14   15   16   17   18   ...   68

44 
 
edildiyini; həmin sənədlərin yoxlanılan müəssisənin fəaliyyətini tam əhatə etdiyini; 
maliyyə  hesabatlarının  bütün  tərəflərinin  tam  açıqlandıüını;  maliyyə  hesabatının 
müxtəlif  elementlərinin  lazımi  dərəcədə  qiymətləndirildiyini,  yoxlanıldıüını  və 
təqdim edildiyini. 
     8.  Hesabatda  əvvəlki  dövrlə  müqayisədə  audit  olunan  cari  dövr  ərzində 
mühasibat uçotunun fasiləsiz aparılmasının müəyyən olunmuş təlimat və qaydala-
rına riayət olunub-olunmaması haqda mütləq qeyd edilməlidir
     9. Maliyyə hesabatlarında verilən məlumatlar o halda kifayətedici və dürüst 
hesab olunur ki, auditor rəyində başqa mövqe əks olunmasın
    10.  Hesabat  bütövlükdə  maliyyə  hesabatları  ilə  baülı  nəticəni  əks 
etdirməlidir  və  ya  auditor  rəyinin  verilməsini  mümkünsüz  edən  səbəblər 
göstərilməlidir. Əgər maliyyə hesabatlarında rast gəlinən səhvlərlə baülı auditor və 
yoxlanılan  müəssisənin  rəhbərliyi  arasında  fikir  ayrılıüı  olarsa,  auditor  mütləq 
bunu öz hesabatında əks etdirməlidir. 
Beynəlхаlq  audit  standartları  ilə  yanaşı  firmadaxili  audit  standartları  da 
mövcuddur. Bu audit  standartları auditor təşkilatları tərəfindən auditor yoxlaması 
aparılarkən vahid tələbatı təmin etməklə aşağıdakıları özündə əks etdirir: 
  - razılaşmanın məqsədinin müəyyən edilməsini  
  - biznesin icmalını və xülasəsini  
  - mümkün riskin qiymətini  
  -  аudit  strategiyasını  işlənib  hazırlanması  üçün  daxili  nəzarət  sisteminin 
qiymətləndirilməsi  
  - аuditor yoxlamasının strategiyasını müəyyən edilməsi  
  - nəzarət sisteminin səmərəliliyinin qiymətləndirilməsi  
  - müstəqil tədqiqat planını 
  - müstəqil tətqiqatı  
  - auditor yoxlamasının yekunlaşdırılması  
  - rəyin təqdim edilməsini. 
 
 


45 
 
III MÖVZU. DAXILI NƏZARƏTIN - АUDITIN TƏŞKILI     
TEХNОLОGIYАSI 
 
1.
 
Dахili nəzаrət sistemi 
2.
 
Аuditin plаnlаşdırılmаsı.  
3.
 
Auditor riski və оnun qiymətləndirilməsi metоdlаrı    
 
 
1.
 
Daxili nəzarət sistemi 
 
Daxili nəzarət sistemi (DNS) dedikdə, təsərrüfat fəaliyyətini qaydaya salmaq 
üçün  İqtisadi  subyektin  rəhbərliyi  tərəfindən  qəbul  olunan  metodika  və 
prosedurların  məcmusu  başa  düşülür.  Daxili  nəzarət  sistemi  özündə  aşağıdakıları 
birləşdirir: 
  a) qanunvericilik tələblərinin gözlənilməsini;  
  b) mühasibat uçotu sənədləşməsinin tamlığı və dəqiqliyi; 
  c) mühasibat hesabatlarının vaxtında hazırlanılması; 
  d) səhvlərin və saxtalaşdırmaların aradan qaldırılması; 
  e) əmr və sərəncamların icrası; 
  f) müəssisə əmlakının mühafizəsini təmin olunması. 
  Daxili nəzarət sistemi aşağıdakıların mövcudluğunu nəzərdə tutur. 
1) Hüquq və vəzifələr dəqiq göstəriilməklə işçi heyətinin tərkibini. 
    Işçilər haqda auditor müəyyən qiymət verməlidir. 
2) Müvafiq vəzifə bölgüsünü. 
3) Əməliyyatlar baş verən zaman zəruri prosedurlara əməl olunmasını; 
4) Sənədləşmənin mühafizəsinə nəzarəti;  
5) Aktivlər və sənədlər üzərində həqiqi nəzarəti
6) Yerinə yetirilən vəzifələrin müstəqil surətdə yoxlanılmasını. 
  Daxili nəzarət sisteminin yaradılması aşağıdakı məqsədlərə xidmət edir: 
  a) Məlumatların etibarlılıüının təmin olunmasına; 
  b) Aktivlərin və köçürmələrin mühafizəsinə; 
  v) Təşkilatın fəaliyyət göstəriməsinin səmərəliliyinin yüksəldilməsinə 


46 
 
  q)  Menecment  tərəfindən  müəyyənləşdirilən  qaydalara  və  proseduralara 
əməl olunmasına; 
  d)  DNS-nin  qanunvericilik  aktlarına  və  normalarına  uyüunluüunun  təmin 
olunmasına; 
  e) Auditin keçirilməsinə çəkilən xərclərin aşaüı salınmasına. 
  Daxili  nəzarət  sisteminin  yoxlayan  zaman  auditor,  onun  səmərəliliyini 
müəyyənləşdirərsə, onda müştərinin informasiyasına kifayət dərəcədə etibar etmək 
və auditor işinin həcmini ixtisar etmək mümkündür. 
  Bununla  əlaqədar  olaraq  auditor,  aşağıdakıları  müəyyənləşdirmək 
məqsədilə mühasibat uçоtu və daxili nəzarət sisteminin yoxlamasını aparır: 
1. Əməliyyatların mövcudluğunu (əməliyyatın həyata keçirilməsi üçün icazə 
səlahiyyəti çatan şəxs tərəfindən verilmizdir). 
2.  Qeydlərin  tamlığını  (baş  verən  bütün  əməliyyatlar  qeydlərdə  öz  əksini 
tapmışdır). 
3. Qiymətləndirməni (əməliyyat düzgün qiymətləndirilmişdir). 
4.  Hesablamaların  və  köçürmələrin  dürüstlüyünü  (əməliyyatlar  əsasında 
düzgün  köçürmələr  aparılmış,  qeydlər  uçоt  kitablarında  qeydə  alınmış,  yekun 
dürüst hesablanmışdır). 
  Bundan  başqa  auditora  DNS-nin  quruluşunu  təşkil  edən  aşağıdakı 
elementlərlə yaxından tanış olmaq vacibdir: 
  a) həmin müəssisədə rəhbərliyin iş sistemi ilə; 
  b) idarəetmənin təşkilat strukturu ilə; 
  v) hüquq və vəzifələrin qulluqçuların nəzərinə çatdırılması ilə; 
  q) rəhbərlik tərəfindən istifadə olunana nəzarət metodları ilə; 
  d) daxili auditin funksiyaları ilə; 
  e) kadr siyasəti ilə. 
  Auditor,  daxili  nəzarət  sistemi  nin  bütün  sadalanan  altı  elementini  tədqiq 
etməlidir.  Bu  zaman  iqtisadi  subyektin  ölçüsü  daha  mühüm  əhəmiyyət  kəsb  edir. 
Aydın  məsələdir  ki,  kiçik  müəssisələrdə  vəzifə  bölgüsü  prinsipinin  gözlənilməsi 


47 
 
böyük  çətinlik  törədir  və  buna  görə  daxili  auditor  ştatı  açmaq  məqsədə  uyüun 
hesab edilmir.   
  
Azərbaycan Respublikası ərazisində həyata keçirilən auditor xidmətlərinin 
keyfiyyətinə  nəzarət  olunmasını  təmin  etmək  məqsədi  ilə  beynəlxalq  audit 
standartlarına  uyğun  “Auditin  keyfiyyətinə  nəzarət”  milli  audit  standartı  işlənib 
hazırlanmışdır  və  Auditor  Palatası  Şurasının  1997-ci  il  21  may  tarixli  21/1  saylı 
qərarı  ilə  təsdiq  olunmuşdur.    Lakin  2010-cu  ildən  milli  adit  standartlarının 
tətbiqinin  dayandırılması  ilə  əlaqədar  beynəlxalq  audit  standartlarından  istifadı 
olunur.    Azərbaycan  Respublikasında  keyfiyyətə  nəzarət  daxili  və  kənar  nəzarət 
olmaqla iki növə bölünür: 
  Daxili  nəzarət  auditor  orqanının  rəhbərlik  və  sərbəst  auditorlar  tərəfindən 
audit planlaşdırılmasının, auditin qayda və prosedurlarının tətbiqinin qüvvədə olan 
qanunvericiliyinin  və  audit  standartlarının  tələblərinə  uyğunluğu  və  bunlara  əməl 
olunmasının təmin edilməsinə xidmət edir. Bu nəzarət iki formada: ümumi nəzarət 
və ayrı-ayrı audit prosedurları üzrə nəzarət formasında həyata keçirilir. 
  Adətən daxili nəzarət qaydalarını müvafiq auditor təşkilatı özü təsdiq edir 
və bu nəzarəti auditor təşkilatının rəhbərliyi və sərbəst auditorlar həyata keçirirlər. 
  Daxili nəzarət qaydalarında aşağıdakılara xüsusi fikir verilir: 
1.  Peşəkarlıq  tələbləri.  Peşəkarlıq  tələbləri  dedikdə  auditor  təşkilatının 
əməkdazlarının müstəqillik, obyektivlik, düzgünlük və məxfilik prinsiplərinə əməl 
etmələri nəzərdə tutulur. 
2.  Səriştəlilik.  Səriştəlilik  dedikdə  auditor  təşkilatının  öz  peşəkar  vəzifə 
borclarını  yüksək  səviyyədə  yerinə  yetirmələri  üçün  audit  standartlarına  əməl 
edən,  müəyyən  olunmuş  peşə  ixtisasına  və  böyük  səriştəyə  malik  olan 
mütəxəssislərlə kompleksləşdirilməsi başa düşülür. 
3.  Təyinetmə.  Təyinetməni  auditin  aparılmasının  tələb  olunan  səviyyədə 
təcrübəsi və hazırlıüı olan işçilərə tapşırılması kimi qəbul etmək olar. 
4.  Səlahiyyətlər.  Burada  auditin  müvafiq  keyfiyyət  standartlarına  uyüun 
olmasını  təmin  etmək  üçün  işlərin  təhlili  və  nəzarətin  bütün  səviyyələrdə 
qənaətbəxş aparıldıüı ifadə olunur. 


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə