Kafedra: MÜhasibat uçotu və audiT



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə11/68
tarix17.09.2018
ölçüsü1,65 Mb.
#69040
1   ...   7   8   9   10   11   12   13   14   ...   68

32 
 
 auditor yoxlamalarının aparılması zamanı müştərinin haqlı olaraq yerinə ye-
tirilməsini gözlədiyi auditor standartları və normalarına əməl olunmaması; 
  mühasibat  hesablarına  və  maliyyə  hesabatlarına  qeyri  real  və  qeyri  dəqiq 
yazılışların aparılması (və ya həmin hərəkətləri etməyə razılığın verilməsi). 
Konfidensiallıq  (məхfilik).  Auditor  müştərisinin  istehsal  və  kommersiya 
sirlərini gözləməli  və  qorumalıdır,  müştəriyə  zərər  gətirməmək  məqsədi ilə onları 
yaymamalıdır.  Auditor  müəssisə  rəhbərliyinin  icazəsi  olmadan  onun  təsərrüfat 
fəaliyyəti haqqında heç bir fiziki və ya hüquqi şəxsə informasiya verməməlidir. Öz 
müştərilərinin  sirlərinin  açıqladıüıına  görə  auditor  qanunla  məsuliyyət  daşıyır, 
eləcə də peşə etikаsı normalara görə həmkarları qarşısında mənəvi məsuliyyət daşı-
yır. Lakin bu qayda ilə bağlı müəyyən istisnalar da mövcuddur. Belə ki, yoxlanılan 
müəssisənin  (şirkətin)  fəaliyyəti  haqqında  informasiya  səhmdarların  ümumi  ic-
lasının qərarına əsasən şirkətin rəhbərliyinin xahişi ilə, məhkəmənin qərarına əsa-
sən,  eləcə  də  audit  prosesində  dövlət  sirrinin  yayılması  faktı  müəyyən  edilərsə, 
dövlət  təhlükəsizlik  orqanlarına  xəbər  verə  bilər.  Əldə  edilən  informasiyaların 
konfidensiallığı vaxt etibarı ilə və sifarişçi ilə bilavasitə əlaqələrin davam etməsi və 
ya həmin əlaqələrin bitməsindən asılı olmayaraq, audit tərəfindən sonadək qorunur
 
   Audit  xidmətinin  yüksək  peşəkarlıqla  həyata  keçirilməsi  və  audit  xidməti 
zamanı  qəbul  edilmiş  öhdəliklərin  tam  dolğun  icrası  üçün  sərbəst  audıtorlar  və 
auditor  şirkətləri  müvafiq  məsuliyyət  daşıyırlar.  Bu  məsuliyyət  üç  istiqamətdə 
müəyyənləşdirilə  bilər:  audıtorun  yerinə  yetirdiyi  iş  və  xidmətlərdə  yol  verdiyi 
cinayət  tərkibli  əməllərə  görə  cinayət  məsuliyyəti;    keyfiyyətsiz  audit  xidmətinə 
görə,  inzibati xətalara  görə,  auditor  və  audit şirkətləri, onun intizam  məsuliyyəti; 
sifаrişçi  ilə  auditor  və  audit  şirkətləri  ilə  bağlanmış  müqaviləyə  əsasən  meydana 
çıxan  əmlak  xarakterli  mübahisələr.  Audıtorun  məsuliyyəti  «Auditor  xidməti 
haqqında»  Qanunun  14-cü  bəndində  və  «Maliyyə  hesabatlarının  auditi  zamanı 
fırıldaqçılıüın  nəzərə  alınması  üçün  auditorun  məsuliyyəti»  beynəlxalq  audit 
standartı ilə tənzimlənir.  
Audit  yoxlama-ekspertiza  işi  aparılan  subyektin  rəhbərliyinin  audit  aparan 
şəxslə şəxsi əmlak mənafeyi və qohumluq əlaqəsınin olması və eyni zamanda bu 


33 
 
kimi  halların  auditor  tərəfindən  gizlədilməsi  ilə  yanaşı,  audıtorun  etik-peşəkarlıq 
normalarına riayət etməməsi də auditor üçün məsuliyyət yaradan şərt hesab edılir. 
Auditorun  məsuliyyətinə  2  mövqedən  yanaşmaq  оlаr:    bırincisi,  audit  yoxlama-
ekspertiza  işləri  aparan  zaman  qanunvericilik  və  normativ  hüquqi  aktların 
tələblərinin  pozulmasına  görə  məsuliyyət,  ikincisi,  audit  yoxlama-ekspertiza  işləri 
aparılan zaman lazımi peşəkarlığın göstərilməməsi və audit xidməti haqqında milli 
standartların tələblərınə əməl edilməməsıdir. 
Keyfiyyətsiz audit aparmaq, auditin nəticələrinin səmərəsiz və qeyri-məhsul-
dar  olması,  sərbəst  audıtor  və  audit  şirkətlərinın  sifаrişçi  ilə  qeyri-konkret 
münasibət yaratması və bu münasibətin obyektinin mülk və əşya ilə bağlı olması 
mülki məsuliyyət xarakterinə aid edilir. Аudit yoxlama-ekspertıza işlərində qeyri-
peşəkarlıq  göstərilməsi  və  nətıcədə  etik  normalara  əməl  etməmək,  keyfiyyətsiz 
audit xidməti göstərilməsi dərəcəsi AR Audıtorlar Palatası tərəfindən müəyyənləş-
dırılir.  Sərbəst  auditorlar  və  audit  şirkətlərinın  məsuliyyətinin  müəyyən 
edilməsində onların audit xidməti üzrə sifаrişçi ilə bağladıqları müqavilə şərtləri də 
diqqət  mərkəzində  olmalıdır.  Çünki,  müqavilə  şərtlərində  auditorun  keyfiyyətsiz 
yoxlama-ekspertıza işləri nəticəsində sifаrişçiyə dəyən zərərin ödənilməsinin şərt-
ləşdırilməsi növbəti mərhələdə zərərin ödənilməsi üçün vacib amildir
.
 
Auditor  keyfiyyətsiz,  qeyri  peşəkar  auditin  aparılması  səbəbindən  müəssisə 
qаrşısındа  öz  vəzifələrini  lazımınca  yerinə  yetirmədikdə  AR  qаnunvericiliyinə 
əsаsən  müəssisəyə  dəyən  zərərə  görə  məsuliyyət  daşıyır.  Auditorlar  və  auditor 
təşkilatları  qanunvericiliyinə  və  sifarişçi  ilə  bağlanmış  müqavilənin  şərtlərinə 
uyğun olaraq əmlak məsuliyyətinə cəlb edilə bilərlər. Əmək qanunvericiliyinə görə 
intizam  və  maddi  məsuliyyət  nəzərdə  tutulur.  İntizam  məsuliyyəti  aşağıdakıları 
nəzərdə tutur: irad; töhmət; ciddi töhmət; işdən azad etmək. 
Əmək öhdəliklərinin icrası zamanı auditor təşkilatı tərəfindən dəymiş  zərər 
üzrə  məsuliyyət  həmin  xidməti  göstərmiş  əməkdaşın  -  auditorun  üzərinə  qoyulur 
(əgər  zərər  onun  günahı  üzündən  yaranarsa).  Auditor  –  əməkdaşın  maddi 
məsuliyyətə  cəlb  olunması  eyni  zamanda  dörd  şərtin  olmasını  nəzərdə  tutur: 
birbaşa  həqiqətən  zərərin  olması;  auditorun  hüquqa  zidd  davranışı;  qanunа  zidd 


34 
 
davranış  ilə  yaranmış  zərər  arasında  səbəb  əlaqələri;  özünün  hərəkəti  və  ya 
hərəkətsizliyi  üzündən  zərərin  yaranmasında  auditorun  günahı.  Tam  maddi 
məsuliyyət zamanı zərər tam ödənilir. 
Auditorların  peşə  davranışının  etik  normaları  Azərbaycan  Respublikа-sının 
аuditorların etikası kodeksində əks olunmuşdur. Cəmiyyətin auditora inamı yalnız 
onun peşəkarlıüından, biliyi və təcrübəsindən deyil, eyni zamanda davranışın etik 
norma  və  qaydalarının  gözlənilməsindən  də  asılıdır.  Hər  bir  auditor  özünün 
peşəsinə inam və hörməti yaratmaq və qorumaq üçün böyük səy göstərməli, bütün 
mümkün pozuntular və təhriklərdən əxlaqi və mənəvi dəyərləri qorumalıdır. 
Auditorların etika kodeksi 12 əsas qaydadan ibarətdir: 
1.
 
Peşəkаrlıq, bilik və kompetentlik. 
Auditor borcludur: 
  peşəkar  bacarıq,  kompetent  və  səylə  öz  vəzifələrini  düzgün  və  vicdanla  
yerinə yetirməyə; 
 öz peşəsinin imici üçün çalışaraq cəmiyyətin və sifarişçinin auditor peşə-
sinə  olan layiqli inamını qorumaüa; 
 mühasibat uçotu, təsərrüfat və vergi qanunvericiliyinin, digər qanunverici 
аktların,  auditin  norma  və  standartları  üzrə  normativ  sənədlərin  öyrənilməsi  yоlu 
ilə özünün peşə hazırlıüını daim artırmaüa; 
  özünün  peşə  hazırlıüını  daim  lazımi  səviyyədə  saxlamaqla  müasir 
metodikalаra,  qanunverici  və  digər  normativ  aktlara  əsaslanan  yüksək  səviyyədə 
аuditоr xidmətinin göstərilməsinə dair sifarişçiyə zəmanət verməyə. 
2.
 
Peşəkar müstəqillik. 
Auditor peşəkar xidmət göstərərkən auditin aparılması zamanı öz fikirlərində 
müstəqil  olmalı,  öz  peşə  vəzifələrini  obyektiv  və  qərəzsiz  yerinə  yetirməlidir. 
Auditorun müstəqilliyi onun dövlət idarəetmə orqanının, heç bir dövlət orqanının 
əməkdaşı olmaması, auditi sifariş edənin və istənilən üçüncü tərəfin auditorun peşə 
fəaliyyətinə müdaxilə etmək hüququnun olmaması ilə şərtlənir. 
Maliyyə  məsələləri  üzrə  auditorun  fikri  yerinə  yetirilən  işə  görə  ödənilən 
məbləüdən  asılı  olmamalıdır.  Məsləhət  xarakterli  kömək  göstərərkən  auditor 


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə