Kafedra: MÜhasibat uçotu və audiT



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə10/68
tarix17.09.2018
ölçüsü1,65 Mb.
#69040
1   ...   6   7   8   9   10   11   12   13   ...   68

29 
 
haqqında"  Azərbaycan  Res-publikasının  Qanununun  17-  ci  maddəsində  auditor 
xidmətindən istifadə üzrə təsərrüfat subyektinin vəzifələri və hüquqları təsbit olun-
muşdur.  Belə  ki,  sifarişçi  auditin  vaxtında  və  keyfiyyətlə  aparılması  üçün  lazımi 
şərait  yaratmalı,  audit  üçün  zəruri  olan  bütün  sənədləri,  registrləri  və  hesabatları 
auditora  təqdim  etməli,  onun  sorüusu  üzrə  yazılı  və  ya  şifahi  izahatlar  verməli, 
yoxlanılmalı  olan  məsələlərin  əhatəsini  məhdudlaşdırmaq  məqsədi  ilə  auditorun 
fəaliyyətinə qarışmamalı, auditor tərəfindən aşkar edilmiş qanunvericiliyin və mü-
ha-sibat  uçotunun  aparılması  və  maliyyə  hesabatlarının  tərtib  edilməsi  üzrə 
müəyyən  olunmuş  qaydaların  pozulması  faktlarını  vaxtında  aradan  qaldırmalıdır. 
Müəssisələr (şirkətlər və s.) auditor seçməkdə sərbəstdirlər.  
Sifarişçi  auditin  aparılması  ilə  bağlı  qanunvericiliyin  tələbləri  haqqında, 
eləcə  də  auditorun  irad  və  nəticələri  müəyyən  edərkən  əsaslandığı  normativ 
sənədlər  haqqında  tam  məlumat  almaq  hüququ  vardır  və  auditor  belə 
informasiyaları sifarişçiyə təqdim etməyə borcludur. Sifarişçi auditora yoxlanmağa 
verilən  sənədlərin  və  digər  informasiyaların  tamlığına  və  dürüstlüyünə  görə 
məsuliyyət daşıyır. 
4.
 
Auditin əsas prinsipləri,  auditоrun məsuliyyəti və peşə etikаsı   
 
Auditin əsas vəzifəsi - müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinə dair dürüst 
informasiya  toplamaq  və  həmin  informasiya  əsasında  müəssisənin  maliyyə 
vəziyyəti haqqında, mühasibat balansı və maliyyə hesabatlarının dürüstlüyü haqda 
nəticələri formalaşdırmaqdır. Həmin vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi 
üçün  аpаrılаn  аudit  ümumi  prinsiplərə  əsаslаnır  (BАS  120    «Аuditin  beynəlхаlq 
stаndаrtlаrının  əsаs  prinsipləri»).    Auditi  tənzimləyən  prinsiplər  iki  əsas  qrupa 
bölünür: peşə etikası  və metodoloji
Auditin  aparılması  zamanı  peşə  etika  prinsipləri  mütləq  nəzərə  alınmalıdır. 
Metodoloji  prinsiplər  mütləq  və  tövsiyə  xarakteri  daşıya  bilər.  Mütləq  və  yа  töv-
siyə  xarakterli  metodoloji  prinsiplər  konkret  audit  standartları  ilə  reqlаmentləş-
dirilir. 


30 
 
Auditor vicdanlılıq, obyektivlik, müstəqillik, peşəkarlıq, kompetentlik, kоnfi-
densiallıq kimi əsas prinsiplərə əsaslanmalıdır. 
Müstəqillik,  vicdanlılıq  və  obyektivlik.  Istənilən  auditor  xidmətləri  göstərər-
kən  auditor  obyektiv  və  vicdanlı  olmalı,  konfliktə  maraq  göstərməməli,  qərəzli 
mövqe tutmamalı, faktları qəsdən təhrif və ya başqalarını öz fikrinə  tabe etməmə-
lidir. 
Vicdanlılıq peşəkar qəbul edilmək üçün auditorun  əsas xarakterik siması оl-
malıdır, sifarişçinin, cəmiyyətin etibarının əsaslandıüı bu keyfiyyəti doürultmаlıdır. 
Vicdanlılıq  auditordan  obyektivlik,  müstəqillik  prinsiplərini  və  lazımi  dərəcədə 
diqqətli olmağı tələb edir. 
Auditorun  müstəqilliyinə  bir  sıra  obyektiv  amillər  təsir  göstərir.  Bura:  peşə 
etikasının pozulması səbəbindən ixtisası üzrə işləmək hüququndan məhrum olun-
ması ehtimalı, imicinin itirilməsi, auditorun düzgünlüyünə və оbyektivliyinə qarşı 
olan hər bir hərəkətə müqavimət aid edilir. 
Auditor  yoxlamasının  aparılması  və  rəyin  tərtib  edilməsi  zamanı  auditorlar 
yoxlanılan  təsərrüfat  subyektinə  və  ya  üçüncü  tərəfə,  məsələn,  yoxlama  aparıl-
masını sifariş edən dövlət orqanına, eləcə də mülkiyyətçilərə və işlədikləri auditor 
təşkilatlarının  rəhbərlərinə  qarşı  münasibətdə  müstəqil  olmalıdırlar.  Maliyyə 
hesabatları haqqında auditor öz rəyini verərkən müstəqillik böyük əhəmiyyət kəsb 
edir. Ona görə də auditor müştəri ilə müəyyən maliyyə münasibətlərinə malikdirsə 
və  o,  müştərinin  şirkətinin  idarə  olunmasında  faktiki  iştirak  edirsə  və  ya  həmin 
şirkətin nəzarəti altında işləyirsə, maliyyə hesabatını qiymətləndirə bilməz. Başqa 
sözlə,  kənardan  auditorun  fikrinə  təsir  edilməməli,  onun  fikri  müstəqil  olmalıdır. 
Bununla  yanaşı,  o,  idarəetmə  və  vergitutma  sahəsində  müəssisəyə  məsləhət 
xarakterli xidmətlər göstərə bilər. 
Auditorun  müstəqilliyi  onunla  şərtlənir  ki,  o,  hər  hansı  bir  dövlət  idarəetmə 
orqanında  ştatda  olan  işçi  deyil,  təftiş-nəzarət  orqanlarına  tabe    deyil  və  onların 
göstərişi  və  nəzarəti  altında  işləmir.  Nəticələrin  obyektivliyi  müəssisədə  işlərin 
müfəssəl,  onun  istehsal-maliyyə  fəaliyyətinin  nəticələrinin  öyrənilməsinə,  iqtisadi 
təhlili  və  yoxlamanın  nəticələri  üzrə  auditor  rəyinin  tərtib  edilməsi  prosesində 


31 
 
zaman  həqiqi  məlumatlardan  və  zəruri  analitik  metodlardan  istifadəyə  əsaslanır. 
Beləliklə,  müştərinin  maraqlarına  diqqət  cəmiyyət  qarşısında  auditorun 
müstəqillik,  vicdanlılıq  və  obyektivlikdə  təcəssüm  olunan  cəmiyyət  qarşısında 
auditorun borcunun yerinə yetirilməsinə mane olmamalıdır. Belə ikiqat məsuliyyət  
həm müştəri, həm də cəmiyyət qarşısında yüksək səviyyədə etik dərketmə və dav-
ranış tələb edir. 
Auditor  müştəriyə  qarşı  mehriban  və  diqqətli  olmalıdır.  əlbəttə,  takt və  dip-
lоmatçılıq  çox  vacibdir,  əsas  məsələlər  üzrə  auditorun  mövqeyi  müştəriyə  tam 
aydın  olmalıdır,  heç  bir  peşəkar  mütəxəssis  özünün  fikrini  və  nəticələrini 
mehribаnçılıq hisslərinə tabe etməz və mehribançılıüa görə özünün obyektiv fikrini 
dəyişməz. 
Peşəkarlıq və kompetentlikAuditor xidmətlərinin göstərilməsi üçün auditor 
lazımi  səviyyədə  səriştəyə,  kompetentliyə,  biliyə  və  vərdişlərə  malik  olmalıdır. 
Peşəkar kompetentlik iki mərhələyə bölünür: peşəkar kompetentliyi əldə etmək və 
peşəkar  kompetentliyi  lazımi  səviyyədə  saxlamaq.  Peşəkar  kompe-tentliyin  əldə 
olunması ali iqtisad və ya hüquqşünas təhsilinin, ixtisas üzrə 5 ildən az olmayaraq 
təcrübənin və auditor fəaliyyəti göstərmək hüququ verən lisenziyanın olmasını nə-
zərdə  tutur.  Auditorların  peşəkarlığının  peşəsinin  saxlanması  audit  üzrə  təsdiq  və 
qəbul  edilmiş  qanunverici,  normativ  və  təlimat  materiallarının,  norma  və 
standartların müntəzəm öyrənilməsi, eləcə də maliyyə, iqtisadi fəaliyyətin müxtəlif 
məsələləri  üzrə  seminarlarda  iştirak  etməklə  biliyin  təkmilləşdirilməsini  və 
artırılmasını nəzərdə tutur. 
Auditor təmiz  imicə, yüksək  iqtisadi və hüquqi hazırlığa  malik  olmalıdır. O, 
özünün  peşəsinə  olan  inama  xələl  gətirə  biləcək  bütün  hərəkətlərdən  çəkinməli, 
belə hərəkətə yol verməməlidir. Belə hərəkətlərə aiddir: 
 müştərinin tələbi ilə mühasibat sənədlərini və uçot yazılarını qaytarmamaq 
(hətta müştəri onun xidmətinin haqqını ödəməmişdirsə); 
 peşəkar fəaliyyətdə irqi, dini etiqad, cins və milliyyətinə görə fərqin qоyul-
mаsı; 


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə