Kafedra: MÜhasibat uçotu və audiT



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə6/68
tarix17.09.2018
ölçüsü1,65 Mb.
#69040
1   2   3   4   5   6   7   8   9   ...   68

17 
 
-  ən  çох  tez-tez  yerinə  yetirilən  iş  və  xidmətlər  üzrə  nümunəvi  hesabat 
forması hazırlamaq; 
- auditlə bərabər yerinə yetirilən işlərin və xidmətlərin keyfiyyətinə nəzarət 
sistemi olmalıdır; 
-  auditor  tapşırıqlarının  yerinə  yetirilməsinin  nəticələrini  və  auditor 
təşkilatının gəldiyi nəticəni əks etdirən sənəd hazırlamaq; 
-  auditlə  yanaşı  aparılan  işləri  və  xidmətləri  yerinə  yetirmək  üçün  auditor 
təşkilatı  müvafiq  lisenziya  almalı  və  onun  maddi-texniki  imkanı  olmalıdır.  Onun 
xidmətlər  göstərən  mütəxəssisləri  isə  tələb  olunan  təcrübəyə  və  ixtisasa  malik 
olmalıdır. 
Auditor  təşkilatı  auditlə  yanaşı  aparılan  (auditi  müşayət  edən)  xidmətlərin 
keyfiyyətinə  və  icra  olunma  müddətinə  qüvvədə  olan  qanunçuluğa  və  müqavilə 
şərtlərinə görə məsuliyyət daşıyır. 
Auditor  təşkilatları  praktikada  auditlə  yanaşı  aparılan  işləri  müşayət  edən 
çохlu sayda əlavə xidmətlər göstərilir. Onlar aşağıdakılardır: 
  1. Auditor xidməti və biznes sahəsində məsləhət:  
- maliyyə hesabatlarını beynəlxalq standartlara uyüunlaşdırmaq; 
- təsərrüfat fəaliyyətinin diaqnostik təhlili; 
- investisiyanın cəlbolunma imkanlarının qiymətləndirilməsi; 
-  mühasibat  uçotunun  aparılması  sisteminin  və  daxili  nəzarət  sisteminin 
qiymətləndirilməsi; 
- diaqnostik xülasəsini vermək; 
-  mühasibat  hesabatının  beynəlxalq  standartlar  üzrə  tərtib  edilməsinə  dair 
məsləhətlər vermək; 
- idarəetməyə kredit riskini öyrənmək və i.a. 
  2. Peşəkar öyrətmə sahəsində auditor xidməti:  
- peşəkar öyrətməyə tələbatın müəyyən edilməsi və qiymətləndirilməsi; 
- sifarişçinin arzusuna əsasən yerlərdə tədris kursları proqram təşkil etmək; 
- peşəkarlar və yeni başlayanlar üçün xüsusi kurslara proqram təşkil etmək. 


18 
 
Xüsusi  xidmətlər –  struktur və  funksional  dəyişikliklər  müştəri  ilə  birlikdə 
təşkilati  və  texniki  məsələlərin  yeni  sisteminin  tətbiqi  və  problemlərin  mahiyyəti 
ilə  tanışlıqdan  sonra  başlanılmaqla  problemin  qəti  olaraq  həllinə  qədər  həll 
olunması; 
Informasiya  və  sistemli  planlaşdırma  –  qarşıda  qoyulan  məqsədə  çatmaq 
və nəzərdə tutulan plana nail olmaq üçün strateji məqsədlərin müəyyən edilməsi və 
baza məlumatlarının qurulması; 
  Məsrəflərlə idarəetmə -  müştəriyə  məsrəflərin və mənfəətin nisbətini daha 
yaxşı başa düşməkdə kömək edə bilən daha qabaqcıl metodların və texnologiyanın 
istifadə edilməsi; 
-  proqram  təminatının  seçilməsi  və  müştərinin  tələbatına  cavab  verən  və 
lokal şəbəkənin qurulması. 
 
4.
 
Auditin digər idarəetmə  elementləri ilə qarşılıqlı əlaqəsi 
 
Iqtisadi  idarəetmə  sistemi  dedikdə,  onun  elementlərinin  məcmusu  başa 
düşülür.  Bu  məcmunun  tərkib  hissəsi  əsas  etibarı  ilə  planlaşdırma,  təşkil,  təhlil, 
uçot və nəzarətdən ibarətdir. Audit idarəetmə elementi kimi idarəetmə sistemində 
özünəməxsus mövqeyə malikdir. Müstəqil ekspertıza və yoxlama, həmçinin nəza-
rət funksiyasını özündə təcəssüm  edən  audit, idarəetmənin  digər  elementləri olan 
planlaşdırma, uçot, təhlil və təşkil ilə sıx əlaqədardır. Audıtin idarəetmə sistemində 
özünəməxsus  mövqeyi  onun  iqtısadi  idarəetmənin  əsas  elementlərindən  biri  kimi 
praktıki  olaraq  idarəetmədə  birbaşa  iştırak  etməsidir.  Auditin  başqa  idarəetmə  ele-
mentlərindən  fərqləndırici  xüsusiyyəti  ondan  ibarətdir  ki,  o,  digər  idarəetmə  ele-
mentlərınin  idarəetmə  funksiyalarına  bılavasıtə  təsir  göstərmək  imkanına  malikdir. 
Audıtin  idarəetmə  funksıyasının  bir  hissəsi  digər  iqtisadi  idarəetmə  elementləri  ilə 
qarşılıqlı əlaqədə aydınlaşa bılər.  
Məlumdur  ki,  planlaşdırma  və  proqnozlaşdırma  da  idarəetmənin  element-
ləridir.  Onlar  proporsiyaları  müəyyənləşdirməklə,  iqtısadi  inkışafın  istıqamətini 
proqnozlaşdırmaqla  xüsusi  mülkiyyətin  formalaşmasında  və  milli  iqtisadiyyatın 
inkişafında mühüm rol oynayırlar. Proporsıyaların və proqnozlaşdırmanın özündə 


19 
 
də  müəyyən  nəzarət  funksiyası  vardır.  Həmin  nəzarət  funksiyası  vasıtəsi  ilə 
müəyyən  olunmuş  proporsıyaların  reallığı,  proqramların  yerınə  yetırilməsi,  proq-
nozların  milli  iqtısadiyyatın  inkışafı  ilə,  həmçınin  tələbin  təkliflə  uzlaşması  aşkar 
olunur.  
Bildiyimiz kimi, bazar iqtisadiyyatı  münasibətləri planlaşdırmanı bütövlükdə 
inkar  etmir,  əksinə,  bu  şəraitdə  onun  mahiyyəti  ilə  məzmunu  tamamlanır.  O, 
idarəetmə  funksiyasını  daha  səmərəli  və  birbaşa  icra  edir.  Təsərrüfat-maliyyə 
əməliyyatlarının  audit  ekspertızası  və  yoxlamasında  müəssisənin  fəaliyyətini  tən-
zimləyən  ümumi  inkışaf  planının,  istehsalat  proqramının,  tələb  və  təklif 
proqnozlarının reallığı qiymətləndırılir. Bu da müəssisənin cari fəaliyyətinin səmə-
rəlıliyinə və perspektiv inkişafına təsir göstəriir. Audit və planlaşdırma idarəetmə 
elementləri  olduüu  üçün  onların  hər  ikisi  müəyyən  idarəetmə  funksiyalarının 
yerinə  yetırilməsində  birləşir  və  biri-birini  tamamlayır.  Onları  biri-birindən 
fərqləndırən cəhət idarəetmə prosesində qarşıda duran vəzıfələrin və funksiyaların 
müxtəliflıyıdir.  Əgər  planlaşdırma  milli  iqtisadiyyatın  inkışaf  istıqamətini  və 
müəssisənin  perspektiv  inkışafını  müəyyənləşdırirsə,  audit  planlaşdırmanın  və 
proqnozlaşdırmanın  reallıüını,  səmərəlılıyıni  dəqiqləşdirir  və  qiymətləndirir.  Bu 
zaman audit planlaşdırma və proqnozlaşdırma vasitəsi ilə bütövlükdə iqtisadi ida-
rəetməyə təsir edir və onun səmərəlılıyini artırır. 
Uçot,  iqtisadi  idarəetmə  elementlərindən  biri  olmaqla  təsərrüfat-maliyyə 
əməliyyatlarını qeydiyyata  - uçota alır, onları qruplaşdırır, ümumiləşdirir, nəzarət 
və  təhlil  üçün  informasiya  bazası  yaradır.  Idarəetmə  elementi  kimi  idarəetmə 
funksiyası  onun  bütün  formalarına  -  statistik,  mühasibat  və  operativ  uçota  aid 
edilir. Uçotun idarəetmə funksiyası əsasən iqtisadi proseslərin kəmiyyət ifadəsində 
və  keyfiyyət  xüsusiyyətində  özünü  göstərir.  Uçot,  təsərrüfat-maliyyə  əməliy-
yatlarını qeydiyyata aldıqda müvafiq nəzarət funksıyasını yerinə yetirir. Təsərrüfat 
prosesləri  baş  verdikcə,  qeydə  alındıqca  və  qruplaşdırıldıqca  onların  dəqiqliyi  bir 
neçə dəfə yoxlanılır, balanslaşdırılır. Bu zaman uçot müvafiq nəzarət funksiyasını 
yerinə yetırir. Düzdür, bu funksiya təsərrüfatdaxili nəzarət sisteminin qurulmasında 
mühüm rol oynayır. Buna görə də bir çox hallarda uçot təsərrüfatdaxili nəzarətin 


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə