Kafedra: MÜhasibat uçotu və audiT



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə5/68
tarix17.09.2018
ölçüsü1,65 Mb.
#69040
1   2   3   4   5   6   7   8   9   ...   68

14 
 
  Həll olunan məsələlərdən və qarşıya qoyulmuş məqsədlərdən asılı olaraq аu-
dit  maliyyə  auditinə,  razılaşdırılmış  və  ya  reqlamentləşdirilmiş  auditə,  idarəetmə  
auditinə və ictimai auditə bölünür. 
  Maliyyə  auditi  mövcud  informasiyaların  dürüstlüyünün  və  obyektivliyinin 
müəyyən edilməsi baxımından mühasibat balansı və maliyyə hesabatlarının yохlа-
nılmаsıdır.  Bu  zaman  təsərrüfat  və  maliyyə  əməliyyatlarını  əks  etdirən  bütün 
sənədlərin  tələb  olunan  standartlara,  müəyyən  olunmuş  qayda  və  normativlərə 
uyüun  olması  yoxlanılmalıdır.  O,  əsasən  kənar  auditorlar  tərəfindən  həyata 
keçirilir. 
   Razılaşdırılmış  və  ya  reqlamentləşdirilmiş  audit  fəaliyyətin  konkret 
prosedur, nоrma və ya qaydasının gözlənilməsi haqqında informasiya  əldə etmək 
üçün müəssisə rəhbərinin tələbi ilə həyata keçirilir. Auditin bu növü əsasən daxili 
auditorlar tərəfindən aparılır. 
   Idarəetmə  (və  ya  istehsal)  auditi  idarəetmə  fəaliyyətinin  keyfiyyətinin 
yохlаnılmаsı,  müəssisənin  maliyyə-təsərrüfat  fəaliyyətinin  və  onun  inkişaf 
perspektivinin proqnozlaşdırılması üçün istifadə olunur və əsasən daxili auditorlar 
tərəfindən aparılır. 
Ictimai  audit  (yoxlama)  geniş  ictimaiyyət  üçün  ətraflı  informasiyaların  tоp-
lаnmаsı və nəşri üçün nəzərdə tutulmuşdur. Belə yoxlamalar müxtəlif ictimai təşki-
latların və fondların (ətraf mühitin qorunması, minimal istehlak səbətinin müəyyən 
edilməsi və i.a.) tapşırıüı ilə aparıla bilər. 
Audit könüllü  və məcburi  ola bilər.  
Könüllü audit  təsərrüfat subyektinin təşəbbüsü ilə aparılır. Belə auditin miq-
yası, xarakteri, həcmi və məzmunu müştərinin tələbinə uyüun müəyyən edilir.  
"Audit  xidməti  haqqında"  Azərbaycan  Respublikası  Qanununun  2-  ci 
maddəsində  göstərilir  ki,  qanunvericiliyə  görə  öz  maliyyə  hesabatlarını  dərc 
etdirməli  olan  təsərrüfat  subyektləri  üçün,  habelə  qanunvericilik  aktları  ilə 
bilavasitə  nəzərdə  tutulmuş  hallarda  və  ya  səlahiyyətli  orqanın  müvafiq  qərarına 
əsasən (sifarişi ilə) həyata keçirilən audit məcburi, digər hallarda isə könüllüdür. 


15 
 
Auditor  xidmətlərinə  müqavilə  əsasında  təsərrüfat  subyektlərində  maliyyə-
təsərrüfat  fəaliyyəti  sahəsində  yoxlama,  ekspertiza,  təhlil  aparmaq  və  izahlı  rəy 
vermək,  mühasibat  uçotunu  qurmaq,  hesabat  göstəricilərinin  dürüstlüyünü  təsdiq 
etmək  və  auditorun  peşə  fəaliyyətinə  uyüun  olaraq  maliyyə-təsərrüfat  məsələləri 
üzrə digər xidmətləri göstərmək daxildir. 
Məcburi  audit    mövcud  qanunvericilikdə  nəzərdə  tutulduüu  hallarda  aparılır 
və  bu  zaman  təsərrüfat  subyekti  mühasibat  balansının  və  maliyyə  hesabatlarının 
dürüstlüyünün  təsdiq  edilməsi  üçün  xarici  (kənar)  auditoru  dəvət  etməyə  borclu-
dur.  Məcburi  auditor  yoxlamalarına hər  il  kommersiya  bankları, sıüorta  şirkətləri, 
xarici  investisiyalı  müəssisələr,  əmtəə  və  fond  birúaları,  bank  və  qeyri  bank- 
maliyyə  təşkilatları,  qiymətli  kaüızlarla  vasitəçilik  və  kommersiya  fəaliyyəti 
göstərən  təşkilatlar,  investisiya  fondunun  fəaliyyəti,  açıq  və  qapalı  səhmdar  cə-
miyyətləri cəlb edilir. 
Təsərrüfаt  subyektinin  yохlаnmаsı  ilə  yаnаşı  аuditоrlаr  аuditə  yахın 
хidmətlər  də  göstərə  bilər.  Auditlə  yanaşı  (bərabər)  yerinə  yetirilən  xidmətlər 
dedikdə,  auditor  təşkilatı  tərəfindən  auditlə  yanaşı  aparılan  sahibkarlıq  fəaliyyəti 
başa  düşülür.  Bu  cür  xidmətlər  ona  icra  edənlərdən  müəyyən  edilmiş  hallarda 
müstəqilliyə,  habelə  mühаsibat  uçоtu,  vergiyə  cəlb  olunma,  təsərrüfat  hüququ  və 
iqtisadi təhlil sahəsində müstəqil, peşəkar səlahiyyətli olmasını tələb edir.  
Auditi  müşayət  edən,  onunla  yanaşı  yerinə  yetirilən  xidmətləri 
aşaüıdakı iki növə bölmək olar: 
-  iqtisadi  subyektlərin  məcburi  audit  yoxlamaları  ilə  birlikdə  aparıla  bilən 
xidmətlər; 
-  iqtisadi  subyektlərdə  məcburi  auditlə  bir  yerdə  aparılması  mümkün 
olmayan xidmətlər. 
Iqtisadi  subtektlərdə  auditor  yoxlamaları  ilə  birlikdə  aparılan  xidmətlər 
aşağıdakı  sahələrdə  göstərilir  (yerinə  yetirilir):  -  mühasibat  uçоtunun 
qurulmasında:  uçоtun  aparılması  və  hesabatın  tərtib  edilməsinə  nəzarət  olduqda; 
vergilərin  hesablanması  və  ödənilməsi  və  digər  məcburi  ödənişlərin  nəzarətində; 
maliyyə  təsərrüfat  –  fəaliyyətinin  təhlilində;  iqtisadi  investisiya  lahiyəsinin 


16 
 
qiymətləndirilməsində,  mühasibat  uçоtu  sisteminin  iqtisadi  təhlükəsizliyini  və 
iqtisadi  subyektin  daxili  nəzarət  sisteminin  qiymətləndirilməsində;  məşüələlərin 
aparılması,  ixtisasın  artırılması,  iqtisadi  subtektin  heyətinin  öyrənilməsində 
(oxudulmasında) və s. 
Iqtisadi  subyektdə  məcburi  auditlə  birlikdə  aparılması  bir  araya  sığmayan 
xidmətlər  mühasibat  uçоtunun  aparılması  sahəsində:  mühasibat  uçоtunun  bərpa 
olunması,  vergi  bəyannaməsinin  tətbiqi  zamanı  və  mühasibat  hesabatı  tətbiq 
edilərkən həyata keçirilir. 
Auditlə  yanaşı  aparılan  xidmətlərə  auditor  –  fəaliyyətində  olan  xidmətlər, 
nəzarət xidmətləri, informasiya xidmətləri aiddir. 
Hərəkətdə  olan  xidmətlərə  tərkibi  iqtisadi  subyektə  bağlanan  müqavilədə 
müəyyən  edilmiş  və  əvvəllər  iqtisadi  subyekt  tərəfindən  yaradılmış  sənədlərin 
bərpası aiddir. 
Nəzarətin  xidmətlərinə  -  sənədlərin  auditor  təşkilatının,  Iqtisadi  subyektlə 
razılaşdıüı  kriteriya  uyüunluüuna,  uçоtun  aparılmasına  və  hesabatın  tətbiqinə 
nəzarət, vergilərin hesablanmasının nəzarəti və s. aiddir. 
Informasiya xidmətlərinə  aiddir:  -  müxtəlif  məsələlərə dair  şifahi  və  yazılı 
məsələlərin hazırlanması; seminarların (məşüələlərin) “dəyirmi stolun” və digər bu 
kimi öyrətmələrin informasiya xidmətləri, metodiki vəsaitlərin nəşri və s. 
Bunlardan  başqa  auditor  təşkilatı  işlərin  və  xidmətlərin  hər-bir  növü  ilə 
əlaqədar olan firmadaxili standartlarda işləyib hazırlaya bilər. 
Xidmətlər göstərən auditor təşkilatları aşaüıdakılara əməl etməlidir: 
- auditor rəsmi qaydada (müqavilə, saziş, məktub-öhdəlik və s.) rəsmiyyətə 
salınmış və yerinə yetirilməsi tərəfindən gözlənilən tapşırıüa əsasən hərəkət etməli; 

işlərin  yerinə  yetirilməsivə  xidmətlərin  göstərilməsi  qaydasını 
planlaşdırmaq; 
- işlərin və xidmətlərin yerinə yetirilməsinin gedişini sənədləşdirmək; 
-  kənar  təşkilat  və  əməkdaşlartərəfindən  (auditor  təşkilatının  ştatında 
olmayan)  tapşırıqların  bir  hissəsi  yerinə  yetirilərkən  icraçıların  məsuliyyətini  və 
funksiyasını dəqiq fərqləndirmək; 


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə