Kafedra: MÜhasibat uçotu və audiT



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə7/68
tarix17.09.2018
ölçüsü1,65 Mb.
#69040
1   2   3   4   5   6   7   8   9   10   ...   68

20 
 
zəmanəti hesab edilir.  Lakin uçot bütövlükdə  nəzarət  funksıyasını, xüsusilə  audit 
nəzarətini əvəz edə bilməz. Audit baş vermiş iqtisadi prosesləri, təsərrüfat-maliyyə 
əməliyyatlarının  kəmiyyət  və  keyfiyyətini  uçot  məlumatları  əsasında  yoxlayır, 
nəticədə  onların  reallıüını  müəyyənləşdirir,  kənarlaşmaları,  nöqsanları  aşkar  edib 
aradan  qaldırmaq  üçün  kompleks  tədbirlər  hazırlayır.  Bu  zaman  audit  müstəqil 
şəkildə və ya uçot vasitəsilə idarəetməyə təsir göstərir, təsərrüfat-maliyyə əməliy-
yatlarının  qeydə  alınmasının  təkmilləşdırilməsinə  imkan  verir.  Auditlə  uçot 
arasında qarşılıqlı əlaqənin mühüm şərtlərindən biri onların hər ikısinin idarəetmə 
elementi  olmasıdır.  Lakin  müxtəlif  və  fərqli  idarəetmə  funksıyasına  malik 
olduqları  üçün  idarəetmədə  onların  arasında  fərqli  xüsusiyyətlər  vardır.  Uçot  iq-
tisadi prosesləri təsərrüfat əməliyyatlarını qeydə alır və onları ümumiləşdirir. Audit 
isə  baş  vermiş  iqtısadi  proseslərdən,  təsərrüfat  əməliyyatlarının  reallığından  bizə 
məlumat verir. Ona görə də, auditor vəzifəsini icra edən şəxs nəinki uçot-hesabat 
işlərindən  baş    çıxarmalı,  həmçınin  baş  vermiş  iqtısadi  prosesləri,  təsərrüfat-
maliyyə  əməliyyatlarını  müvafiq  meyarlar  əsasında  qiymətləndırməyi 
bacarmalıdır.  
Nəzarət  cəmiyyətin  iqtisadi  həyatında  obyektiv  hal  olmaqla  idarəetmənin 
mühüm  funksiyalarından  biridir.  Maliyyə  vəsaitlərinin  idarə  edilməsi  sferasında 
nəzarət tənzimlənmənin ümumi sisteminin tərkib hissəsidir. Maliyyə nəzarəti audit 
və  təftiş  nəzarəti  olmaqla  iki  növə  bölünür.  Aşağıda  audit  və  təftiş  arasında 
prinsipial fərqlər verilmişdir: 
a) məqsədinə görə
auditin  məqsədi  –  mühasibat  (maliyyə)  hesabatlarının  dürüstlüyü  haqqında 
fikir söyləmək, xidmət, kömək göstərmək, müştəri ilə əməkdaşlıq; 
təftişin  məqsədi  –  çatışmazlıqların  müəyyən  edilməsi,  onların  aradan  qaldı-
rılması və təqsirkarların cəzalandırılması. 
b) xarakterinə görə
audit – sahibkarlıq fəaliyyətidir; 
təftiş – icra fəaliyyətidir, göstərişlərin yerinə yetirilməsidir.  
c) qarşılıqlı əlaqələrin əsasına görə


21 
 
audit – könüllü (müqavilə əsаsındа həyаtа keçirilir), məcburi (öz mаliyyə he-
sаbаtlаrını dərc etdirməli оlаn təsərrüfat subyektləri üçün);  
təftiş – məcburilik, yuxarı orqanların və ya dövlət orqanlarının sərəncamı ilə 
həyata keçirilir. 
d) idarəetmə əlaqəsinə görə
audit – üfüqi əlaqə, müştəri ilə qarşılıqlı əlaqədə eyni hüquqluluq, onlar qarşı-
sında hesabat veririlməsi
təftiş  –  şaquli  əlaqə,  yuxarı  bölmə  tərəfindən  təyin  olunur,  icrası  haqqında 
onlar qarşısında hesabat verir.  
e) xidmətin ödənilməsi prinsipinə görə
audit – ödəməni müştəri həyata keçirir; 
təftiş – ödəməni yuxarı və ya dövlət orqanı həyata keçirir.  
f) praktiki vəzifələrinə görə
audit  –  müştərinin  maliyyə  vəziyyətinin  yaxşılaşdırılması,  passivlərin 
(investorların, kreditorların) cəlb edilməsi, müştəriyə köməkliyin edilməsi, məslə-
hət verilməsi; 
təftiş  –  aktivlərin  qorunması,  mənimsəmələrin  аşkаr  оlunmаsı  və  qarşısının 
aınması.  
g) nəticələrə görə: 
audit – auditor rəyinin  (bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və 
idarəetmə  orqanları, yerli  idarəetmə  orqanları  və  məhkəmə  orqanları  üçün hüquqi 
mahiyyət kəsb edən rəsmi sənəd) tərtibi ilə tаmаmlаnır; 
təftiş  –  təftiş  aktının  (bütün  aşkar  edilən  çatışmazlıqların  əks  etdirildiyi 
idarədaxili  sənəd)  tərtib  edilməsi  ilə  bаşа  çаtır.  Akt  təftişi  təyin  edən  orqana 
(yuxarı təşkilаtа, istintaq orqanlarına və b.) təqdim edilməlidir.  
Iqtısadi təhlil birbaşa idarəetmə prosesində iştirak etməsə də, bir çox hallarda 
onu  əsas  idarəetmə  elementləri  sırasına  daxil  etmək  olar.  Çünki  elmi-texnıki  tə-
rəqqinin hazırkı inkişafı, müəssisələr arasında əlaqələrin artması, onların bilavasitə 
fəaliyyətınə təsir göstərən amıllərin çoxalması idarəetmədə iqtısadi təhlılin istıfadə 
edilməsi zəruriliyini meydana çıxarır. Iqtısadi təhlil qəbul edılən qərarların əsasını 


22 
 
təşkil edir. Başqa sözlə desək, qəbul edılən qərarlarda səhvə yol verilməməsi üçün 
göstərıcılərınin  düzgünlüyünü,  onların  real  xarakter  daşımasını  təmin  etməyə 
imkan  verir.  Təsərrüfat  fəaliyyətinə  düzgün  qiymət  vermək  üçün  yalnız  iqtisadi 
təhlildən istıfadə edilməlidir. Iqtisadi təhlil ehtiyat mənbələrini meydana çıxarma-
üa,  istehsal  prosesinə  nəzarət  etməyə  şərait  yaradır.  Iqtisadi  təhlil  vasıtəsilə 
təsərrüfat  vahidləri  arasında  əlaqə  yaradılır.  Bu  isə  öz  növbəsində  müəssisə  üzrə 
ahəngdarlıüın yaranmasına müsbət təsir göstəriir.  
Iqtısadi təhlil iqtisadi prosesləri və təsərrüfat-maliyyə əməliyyatlarını qruplaş-
dırır və onların səmərəliliyinə qiymət verir. Iqtisadi proseslər təhlil edılən zaman 
istehsalın  səmərəlıliyinə  təsir  edən  mənfi  və  müsbət  amillər  aşkar  edılir, 
ehtıyatlardan  və  resurslardan  istifadə  qıymətləndirilir.  Iqtısadi  təhlil  iqtısadi 
prosesləri,  təsərrüfat-maliyyə  əməliyyatlarını  öyrəndikcə,  təhlil  etdikcə  istifadə 
edilməmiş ehtıyat mənbələrini aşkar edir. Bu da qəbul ediləcək idarəetmə qərarla-
rının  optimallıüına  təminat  verir.  Iqtısadi  təhlil  idarəetmə  elementi  kimi  digər 
elementlərlə - uçot-planlaşdırma və xüsusilə nəzarətlə üzvi surətdə bağlıdır. Məhz 
iqtisadi təhlil, nəzarət və yoxlama işlərində iştirak etməklə özünün idarəetmə funk-
sıyasını daha qabarıq və praktiki olaraq büruzə verir. Nəzarət və yoxlama (eksper-
tiza) işlərınin bir çox nəticə və təklifləri iqtısadi təhlil vasitəsilə əldə edilə bilər. Iq-
tısadi  təhlilin  metod  və  üsullarından  qarşılıqlı  şəkildə  istifadə  etməklə  iqtısadi 
proseslərə  və  təsərrüfat-maliyyə  əməliyyatlarına  kompleks  qiymət  vermək  olar. 
Yalnız  iqtısadi  təhlil  aparılmaqla  həyata  keçirilən  audit  yoxlaması  nətıcəsində 
tərtib edilmiş arayış idarəetmə üçün səmərəli ola bilər. Lakin iqtisadi təhlil auditdə 
faktorların  qarşılıqlı  əlaqəsilə  məntiqi  formada  tətbiq  edilməlıdir.  Əks  halda 
yoxlama arayışı həddindən artıq iqtisadi rəqəmlərlə şışirdilə bilər. Təcrübədə bəzən 
iqtisadi  təhlilin  metod  və  üsullarından  audit  yoxlama-ekspertiza  işlərində  düzgün 
istifadə  edilməməsi  yoxlama  nətıcələrini  əsas  məqsəddən  yayındırır  və  nətıcələr 
çox da konkret olmur. Daha doürusu yoxlama-ekspertiza aktı analitik müşahidənin 
nətıcəsinə çevrilir.  
 
 


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə