Kafedra: MÜhasibat uçotu və audiT



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə8/68
tarix17.09.2018
ölçüsü1,65 Mb.
#69040
1   ...   4   5   6   7   8   9   10   11   ...   68

23 
 
II MÖVZU. АUDITОR  FƏАLIYYƏTI  VƏ  ОNUN TƏNZIMLƏNMƏSININ  
HÜQUQI  ƏSАSLАRI 
 
1.
 
Аuditin nоrmаtiv hüquqi bаzаsı 
2.
 
Аuditоr  fəаliyyətinin lisenziyаlаşdırılmаsı  
3.
 
Аuditоrlаrın və аudit təşkilаtlаrının hüquq və vəzifələri  
4.
 
Auditin əsas  prisipləri, auditorun məsuliyyəti və peşə etikаsı  
5.
 
Аuditоr stаndаrtlаrı     
 
1.
 
Аuditin nоrmаtiv hüquqi bаzаsı
 
 
Hər bir xidmət növünün fəaliyyəti üçün qanunverici normativ hüquqi aktların 
olması  vacibdir.  Çünki,  hüquqi  və  təşkilati  formasından  asılı  olmayaraq  hər  bir 
xidmət  növünün  hüquqi  vəzifələri,  məsuliyyəti  və  digər  öhdəlikləri  qanunverici 
normativ  hüquqi  aktlarla  tənzimlənir.  Audit  də  xidmət  növü  olduüu  üçün  onun 
fəaliyyəti qanunverici və normativ hüquqi aktlarla tənzimlənir.  
Azərbaycan Respublikası ərazisində hüquqi və fiziki şəxs statusunda fəaliyyət 
göstərən audit xidməti Azərbaycan Respublikasının Ali Qanunvericilik orqanı tərə-
findən qəbul edilmiş qanunlara və Azərbaycan Respublikası Ali Icraedici orqanları 
tərəfindən qəbul edilmiş bir sıra qərar və qətnamələrə əsasən təşkil olunur. Bu qa-
nunverıci  normativ  sənədlərə  «Audıtor  xidməti  haqqında»  Azərbaycan  Respub-
likasının 16 sentyabr 1994-cü il tarixli Qanunu və ona edılən dəyişikliklər, «Daxili 
audit haqqında» Azərbaycan Respublikasının 22 may 2007-ci il tarixli Qanunu və 
ona edilən dəyişikliklər, Azərbaycan Respublıkasının Milli Məclisinin 19 sentyabr 
1995-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Audıtorlar 
Palatası haqqında» Əsasnamə və ona edilən dəyişikliklər, Azərbaycan Respublıka-
sının Milli Məclısınin 12 mart 1996-cı il tarixli qərarı ilə təsdiq edilmiş «Azərbay-
can  Respublıkasının  Audıtorlar  Palatası  haqqında»  Əsasnaməyə  dəyişikliklər 
edilməsi  haqqında  Qərarı,  «Auditorun  peşə  məsuliyyətinin  icbari  sıüortası» 
haqqında  Azərbaycan  Respublıkasının  22  may  2007-ci  il  tarixli  Qanunu  və  ona 
edilən dəyişikliklər, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 aprel 1996-


24 
 
cı  ildə  «Azərbaycan  Respublikası  Auditorlar  Palatasının  bəzi  məsələlərinə  edilən 
dəyışikliklər» haqqında qərarı və Azərbaycan Respublıkasında Auditorlar Palatası 
haqqında  Azərbaycan  Respublıkasının  Prezıdenti  tərəfindən  verilmiş  bir  sıra  fər-
manlar və sərəncamlar daxildir. Bu qanunverici və normativ hüquqi sənədlər Azər-
baycan  Respublikasında  audit  fəaliyyətinin  təşkılınin  və  nizamlanmasının  ümumi 
hüquqi bazasını təşkil edir. 
«Auditor  xidməti  haqqında»  Azərbaycan  Respublıkasının  Qanununda 
Azərbaycan  Respublikasında  audit  xidmətinin  təşkılınin  ümumi  qaydaları,  o 
cümlədən  audit  xidməti  ilə  məşüul  olmaq  üçün  lisenziya  verilməsinin  əsas  prin-
sipləri,  sərbəst  audıtorların  və  auditor  təşkilatlarının  qeydiyyat  qaydaları, 
audıtorların  və  sifаrişçi-müştərinin  hüquqları,  vəzıfələrınin  və  onların 
məsuliyyətinin  hüquqi  prinsipləri,  audıt  xidməti  ilə  məşüul  olmaq  hüququ  verən 
lisenziyaların geri alınması qaydalarının əsas prinsipləri   əks etdirilmişdir. 
 
2.
 
Аuditоr  fəаliyyətinin lisenziyаlаşdırılmаsı 
 
Qeyd  etmək  lаzımdır  ki,  bir  sıra  sahələrdə,  о  cümlədən.  аudit  üzrə    
sahibkarlıq fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi xüsusi razılıq (lisenziya) 
vasitəsi  ilə  həyata  keçirilir.  Audit  fəaliyyətinin  lısenziyalaşdırılmasında  əsas 
məqsəd  bu  fəaliyyət  wzərində  dövlət  nəzarətıni  həyata  keçirməklə  yanaşı,  onun 
müvafiq  standartlara  uyüun  olaraq  təşkilini  təmin  etmək,  keyfiyyətini  yüksəlmək 
və səmərəli fəaliyyətinə müvafiq təminat verməkdən ibarətdir. 
Auditor  fəaliyyəti  ilə  məşüul  olmaq  üçün  attestasiya  Auditor  Palatası  tərə-
findən təşkil edilmiş komissiya tərəfindən "Auditor xidməti haqqında" Azərbaycan 
Respublikası  Qanununa  və  "Azərbaycan  Respublikasının  Auditorlar  Palatası 
haqqında" əsasnaməyə uyğun həyata keçirilir. 
Auditor fəaliyyəti ilə məşğul olmaq hüququ verən lisenziya peşə imtahanlarını 
verdikdən  və  dövlət  qeydiyyatına  alındıqdan  sonra  5  il  müddətinə  verilir.  Sərbəst 
auditorlar  hüquqi  şəxs  yaratmadan  sahibkarlıq  fəaliyyəti  ilə  məşüul  olmaq  üçün 
müəyyən edilmiş qaydada uçota alınırlar.  
Həmin  qanunverici  və  normativ  hüquqi  aktlara  əsasən  AR-dа  audit 


25 
 
fəaliyyətinə  lisenziya verilməsini AR Auditorlar Palatası icra edir.  
Auditor fəaliyyəti ilə məşüul olmaq hüququ verən lisenziyanı almaq üçün aşa-
ğıdakı sənədlər təqdim olunur: 
 müəyyən edilmiş formada ərizə; 
  hüquqi  şəxsin  nizamnamə  və  ya  təsis  sənədinin  notarial  qaydada  təsdiq 
edilmiş surəti; 
  hüquqi  şəxsin  dövlət  qeydiyyatı  haqda  şəhadətnamənin  notarial  qaydada 
təsdiq edilmiş surəti; 
 hüquqi şəxsin ştat cədvəli; 
 auditorların əmək kitabçalarının notarial qaydada təsdiq edilmiş surəti; 
 təşkilatın rəhbəri və orada işləyən auditorlar haqqında məlumat; 
 lisenziyanın alınması üçün rüsumun ödənildiyini təsdiq edən sənəd. 
Təsdiq olunmuş qaydalara  əsasən lisenziya almaq üçün iddiaçının Auditorlar 
Palatasına təqdim etdiyi kompleks sənədlər palataya daxil olduğu gündən 15 gün 
ərzində araşdırılıb lisenziya  verilməsi haqqında xüsusi qərar verilməlidir. 
Auditor  təşkilatının  rəhbəri  mütləq  auditor  olmalıdır.  Rəhbərlə  yanaşı 
təşkilatda ən azı auditor fəaliyyəti ilə məşğul olmaq hüququ verən lisenziyaya mа-
lik  olan  iki  auditor  da  çalışmalıdır.  Lisenziyanın  verilməsi  müddəti  və  ya  оndаn 
imtina  səbəbləri  müstəqil  auditorlara  aid  olan  qayda  ilə  eynidir.  Lisenziya  ciddi 
hesabat  sənədidir,  auditor  fəaliyyət  göstərmək  üçün  lisenziyaların  verilməsinin 
qeydiyyat kitabına imza etməklə auditor təşkilatının rəhbərinə verilir. Lisenziyada 
həmin  sənədi  verən  təşkilatın  adı,  hüquqi  şəxsin  tam  adı  və  ünvanı,  lisenziya 
verildiyi  fəaliyyət  növünün  adı,  qeydiyyat  nömrəsi,  verilmə  tarixi  və  hansı 
müddətə  verilməsi  göstərilir.  Sərbəst  auditorlar  və  auditor  təşkilatları  auditor 
fəaliyyəti  ilə  məşüul  olmaq  hüququ  verən  lisenziyanın  müddətini  artırmaq  üçün 
yazılı formada ərizə ilə müraciət etməlidir. ərizəyə aşaüıdakı sənədlər əlavə edilir: 
  a) sərbəst auditorlar: 
      fərdi sahibkar qismində auditor fəaliyyətinin göstərilməsi haqqında xüsusi 
formada məlumat; 
      ixtisasartırma kurslarında təhsil keçməsi haqda şəhadətnamənin surəti


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə