Kafedra: MÜhasibat uçotu və audiT



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə16/68
tarix17.09.2018
ölçüsü1,65 Mb.
#69040
1   ...   12   13   14   15   16   17   18   19   ...   68

48 
 
5.  Məsləhətlər.  Burada  zərurət  yarandıqda  müvafiq  biliklərə  malik  olan 
mütəxəssislərlə məsləhətləşmələrin aparılmasının təşkil olunması qeyd olunur. 
6.  Sifarişçilər  və  onlarla  əlaqə  saxlanması.  Bu  əlverişli  sifarişçilərin 
seçilməsi ilə əlaqədar lazımi analitik işlərin aparılmasını nəzərdə tutur. 
7.  Yoxlama.  Burada  daxili  nəzarətin  qayda  və  prosedurlarının  tətbiqinin 
səmərəli və müəyyən olunmuş  tələblərə uyüun olmasının müntəzəm yoxlanıldıüı 
nəzərdə tutulur. 
Yuxarıda qeyd olunanlara  əsasən belə bir nəticəyə gəlmək olur ki, auditor 
apardıüı  auditor  yoxlamaları  üzrə  keyfiyyətə  nəzarətin  elə  bir  qayda  və 
prosedurlarını tətbiq etməlidir ki, onlar auditor təşkilatının qəbul etdiyi qayda və 
proseduraya uyüun gəlsin. 
Auditin  keyfiyyətinə  kənar  nəzarət.  Bu  nəzarəti  həyata  keçirməkdə 
məqsəd auditor təşkilatı və sərbəst auditor tərəfindən göstərilən auditor xidmətinin 
keyfiyyətinin  və  daxili  nəzarət  sisteminin  qiymətləndirilməsindən  ibarətdir. 
Keyfiyyətə  nəzarət  «Аuditdə  işlərin  keyfiyyətinə  nəzаrət»  BАS  220  ilə 
tənzimlənir.  Bu  nəzarət  iki  formada  olmaqla  Azərbaycan  Respublikasının 
Auditorlar  Palatası  tərəfindən  həyata  keçirilir.  Kənar  nəzarətin  formaları 
azağıdakılardır: 
1. Auditin keyfiyyətinə daxili nəzarət sisteminin qiymətləndirilməsi; 
2. Auditor təşkilatı tərəfindən göstərilmiş auditor xidmətlərinin keyfiyyətinə 
nəzarət. 
Auditin  keyfiyyətinə  kənar  nəzarət  auditorun  mövcud  iş  və  yekun 
sənədlərinə  əsasən  həyata  keçirilir.  Bu  qaydada  həyata  keçirilən  nəzarət  auditor 
təşkilatı tərəfindən göstəriilmiş audit xidmətlərinin ümumi sayının 25 faizindən az 
olmamaq şərti ilə seçmə qaydada aparılır. 
Bir  qayda  olaraq  kənar  nəzarətin  həyata  keçirilməsinin  metod  və  üsulları 
Azərbaycan  Respublikası  Auditorlar  Palatası  tərəfindən  təsdiq  olunmuş  proqram 
və təlimatla nizamlanır. 
Hazırki dövrdə auditor peşəsinin ictimai əhəmiyyəti ilə əlaqədar, onun işinə 
nəzarət müstəsna rol oynayır. 


49 
 
1977-ci  ildə  ABŞ-da  keyfiyyətə  nəzarət  standartları  üzrə  komitə 
yaradılmışdır.  Komitə  1979-cu  ildə  üzünün  “Diplomlu  ictimai  mühasiblərin 
(auditorların)  firmalarının  fəaliyyətinin  keyfiyyətinə  nəzarət  sistemi”  adlı  Ilk 
hesabatını  buraxmışdır.  Hesabatda  qeyd  olunan  aşağıdakı  doqquz  məqam 
auditorların işinin keyfiyyətinə ciddi təsir göstərə bilər: 
1. Əməkdaşların muzdla işə götürülməsi. Firmanın heyəti mçəyyən ixtisasa 
(təhsilə, peşə fəaliyyətinə və şəxsi təcrübəyə) malik olmalıdır. 
2.  Işin  qrafikinin  tərtib  olunması.  Auditor  yoxlaması  planlaşdırılan  zaman 
onun  keçirilmə  müddəti,  əməkdaşın  təcrübəsi  və  ixtisaslaşması  mütləq  nəzərə 
alınmalıdır. 
3.  Ixtisasın  artırılması.  Əməkdaşlar  özlərinin  təhsil  səviyyələrini  daima 
artırılmalı və məsuliyyət hissini gücləndirməlidirlər. 
4.  Karyera.  Yüksək  vəzifələri  ancaq  yüksək  ixtisaslı  mütəxəssislər 
tutmalıdırlar (cəlb etməlidirlər). 
5.  Nəzarət.  Auditor  yoxlaması  daimi  rəhbər  işçilərin  nəzarəti  altında 
aparılmalıdır. 
6. Müştərilərin qəbul olunması və onlarla əməkdaşlıq. Mövcud və gələcək 
illərin  müştərilərinin  doüruçuluüa  və  işgüzar  mövqeyinə  ciddi  fikir  verilməli, 
onlarla daimi əlaqələri formalaşdırmaüa səy göstərməlidirlər. 
7.  Məsləhət.  Baş  verə  bilən  texniki  mürəkkəblikləri  həll  edə  bilmək  üçün 
firmanın kitabxanası, müvafiq mütəxəssisləri və ekspertləri olmalıdır. 
8.  Müstəqillik.  Işçilərə  hökmən  nəzarət  olunmalıdır.  Lakin  onların  sərbəst 
qərar çıxarmaq haqda hüquqlarına müdaxilə etmək məqsədə uyüun deyildir. 
9.  Nəzarət.  Keyfiyyətə  nəzarətin  sadaladıüımız    əvvəlki    səkkiz  ünsürünə 
təsir  göstərən  tədbirlərin  səmərəliliyinə  firma  özü  nəzarət  etməlidir.  Keyfiyyətə 
nəzarətin  bu  ünsürləri  və  onun  təmin  olunması  üçün  firma  tərəfindən  həyata 
keçirilən tədbirlər nisbətən daha təcrübəli, diplomlu ictimai mühasiblər tərəfindən 
yoxlanılır. Belə yoxlama əsasında firma tərəfindən həyata keçirilən auditə qiymət 
verilir. 


50 
 
1988-ci  ildə  Amerika  diplomlu  ictimai  mühasiblər  institutu  (ASRA) 
mühasiblərin qarşısına daha yeni tələblər qoymuşdur. Institutun qərarına görə üç  
ildə  bir  dəfədən  az  olmamаq  şərtilə  keyfiyyətə  nəzarət  proqramının  həyata 
keçirilməsində  iştirak  etməlidir.  1987-ci  ildə  institutun  nəzdində  keyfiyyətə 
nəzarətin icrası komitəsi yaradılmışdır. Audit yoxlamalarının keyfiyyətinə nəzarət 
bu komitəyə həvalə olunmuşdur. 
Onu  da  qeyd  etmək  lazımdır  ki,  Azərbaycanda  audit  xidmətinə  nəzarət 
qaydası  qabaqcıl  xarici  dövlətlərdə  olduüu  səviyyədə  işlənib  hazırlanmamışdır. 
Lakin bu istiqamətdə işlər davam etdirilir. 
 
2.
 
Аuditin plаnlаşdırılmаsı 
 
Auditor  planlaşdırılması  –  auditor  yoxlaması  üçün  ən  mühüm  mərhələ-
lərindən  biridir.  Auditor  planlaşdırılması  –  auditin  həcmi,  planlaşdırılan  işlərin 
növləri və onların yerinə yetirilmə müddəti göstərməklə auditin ümumi planı-nın, 
elecə  də  iqtisadi  subyektin  mühasibat  (maliyyə)  hesabatı  haqqında  rəyin 
hazırlanması üçün vacib olan auditor prosedurlarının həcmini, növlərini müəyyən 
edən audit proqramının işlənib hazırlanması prosesidir. 
Təsərrüfat 
subyektinin  mühasibat  (maliyyə)  hesabatlarının  auditi 
planlaşdırılan  zaman  auditor  təşkilatları  və  sərbəst  auditorlar  tərəfindən  tətbiq 
edilən normalar «Auditin planlaşdırılması» BАS 300 ilə müəyyən edilir.   Auditor 
planını  və  proqramını  hazırlayarkən  auditor  iqtisadi  subyekt  haqqın-da  ilkin 
biliklərə və keçirilmiş analitik prosedurlarının nəticələrinə istinad etməlidir. 
Nəzərə  almaq  lazımdır  ki,  auditin  planlaşdırılması,  auditin  keçirilməsinin 
ümumi  prinsiplərinə  uyğun  surətdə  auditor  təşkilatı  tərəfindən  həyata  keçirilir. 
Auditin ümumi prinsipləri ilə yanaşı aşağıdakı xüsusi prinsiplər mövcuddur: 
a) planlaşdırmanın kompleksliyi  
b) planlaşdırmanın fasiləsizliyi 
s) planlaşdırmanın optimallıüı 
   
Planlaşdırmanın kompleksliyi dedikdə planlaşdırmanın bütün mərhələlərinin 
qarşılıqlı əlaqəsinin və razılıüının təmin olunması başa düşülür. 


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə