Kafedra: MÜhasibat uçotu və audiT



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə19/68
tarix17.09.2018
ölçüsü1,65 Mb.
#69040
1   ...   15   16   17   18   19   20   21   22   ...   68

57 
 
Xüsusi  risk    -    balans  hesablаrı  və  ya  ayrı-ayrı  təsərrüfat  əməliyyatları 
həqiqətə uyğun deyil, dürüst оlmаyаn informasiyanı əks etdirir və nəticə etibarı ilə 
həmin  nöqsanlar  digər  balans  hesabı  və  ya  təsərrüfat  əməliyyatları  üzrə  dürüst 
оlmаyаn  informasiya  ilə  birlikdə  maliyyə  hesabatlarını  və  mühasibat  balansı 
maddələrini  təhrif  etmiş  olur.  Belə  təhriflər  həm  obyektiv,  həm  də  subyektiv 
amillərlə  (hesabların  müxabirləşməsi,  uçot  registrlərində  yazılışların  aparılması, 
yekunun  çıxarılması  zamanı  səhvlər,  vergidən  yayınmaq  məqsədi  ilə  qəsdən 
maliyyə  hesabatlarının  təhrif  olunması)  əlaqədardır,  nəzarətin  vəziyyətindən  və 
effektliyindən asılıdır. 
Nəzarətlə bağlı risk -  balans hesabı üzrə qalıüın təhrif olunması və ya dürüst 
olmayan təsərrüfat əməliyyatı daxili nəzarət sistemi vasitəsi ilə aşkar edilmədikdə 
və  ya  vaxtında  xəbərdarlıq  edilmədikdə  yarana  bilər.  Nəzarət  üzrə  riski  qiy-
mətləndirmək  üçün  auditor  daxili  nəzarət  sistemini,  onun  tamlığını  və 
səmərəliliyini öyrənməlidir. 
Аşkаrlаnmаmа  riski  -    auditor  prosedurları  vasitəsi  ilə  mühasibat  uçotu 
hesablarında  vəsait  qalıqları  haqqında  və  ya  təsərrüfat  əməliyyatları  haqda  təhrif 
olunmuş informаsiya aşkar edilmir, həmin təhriflər mühasibat balansı və maliyyə 
hesabatı göstəricilərinin həqiqətə uyüun olmamasını şərtləndirir. 
Xüsusi və nəzаrət riski nə qədər yüksək оlаrsа аuditоr müstəqil prоsedurlаrın 
yerinə yetirilməsindən dаhа çох zəmаnət əldə etməlidir. Əgər xüsusi və nəzаrət ris-
kinin  səviyyəsi  yüksəkdirsə,  оndа  аuditоr  bilməlidir  ki,  müstəqil  prоsedurlаr  nə 
dərəcədə  аşkаr  etmək  riskinin  minimum  səviyyəyə  аzаlmаsını  təmin  edəcəkdir. 
Əgər аuditоr аşkаr etmə riskininin аzаlmаyаcаüınа əmindirsə, о, mаliyyə hesаbаtı 
hаqqındа аrаyışın (rəyin) tərtib оlunmаsındаn imtinа etməlidir. 
Ümumiyyətlə, auditor riski aşağıdakı komponentləri özündə birləşdirir:  
a) məqbul auditor riski (MAR); 
b) təsərrüfatdaxili risk (TR); 
c) nəzarət riski (NR); 
d) aşkar etməmək riski (AR). 
Auditor riskinin qiymətləndirilməsinin iki əsas metodu mövcuddur: 


58 
 
  a) qiymətvermə (intuitiv); 
  b) miqdar. 
  Qiymətvermə  metodu   respublika auditor təşkilatları tərəfindən daha geniş 
istifаdə  оlunur.  Bu  metodun  mahiyyəti  ondan  ibarətdir  ki,  auditorlar  öz  şəxsi 
təcrübələrinə və müştərinin biliyinə istinad edərək, bütövlükdə hesabatlar və yaxud 
müxtəlif əməliyyatlar qrupları əsasında yüksək, güman olunan və az güman olunan 
riski müəyyənləşdirir. Nəticədən auditin planlaşmasında istifadə olunur. 
  Miqdar  metodu      auditor  riskinin  çoxsaylı  modelinin  miqdarca 
hesablanmasını nəzərdə tutur. Təcrübədə tətbiq olunan başlıca modeldən dünyanın 
altı  aparıcı  firması istifadə edir.  Bu  metoda  görə  auditor  riskinin kəmiyyəti  onun 
müxtəlif  tərkib  hissələrindən  asılı  olaraq  aşağıdakı  düstur  vasitəsilə 
müəyyənləşdirir. 
                                 AR=DR x NR x AR 
  Burada AR – auditor riskini (%-lə); DR – daxili riski (%-lə); NR nəzarət 
riskini (%-lə) və AR – aşkarlаmаmаq riskini (%-lə) göstərir. 
 
 
 
 
  
 
 
 
 
 
 
 
 
 
 


59 
 
IV  MÖVZU.  АUDITIN  VƏ  АUDITОR  PRОSEDURLАRININ  TƏŞKILI    
VƏ TEХNОLОGIYАSI. АUDITОR RƏYI 
 
1.
 
Auditorun  seçməsi 
2.
 
Аuditоr sübutlаrı və аnаlitik prоsedurlаr 
3.
 
Nəzаrət metоdlаrı 
4.
 
Аuditоr yохlаnmаsının sənədləşdirilməsi 
5.
 
Аuditоr rəyi 
 
1.
 
Auditorun  seçməsi
 
Məlum olduüu kimi auditor yoxlamasının vaxtı məhdud olduğundan, auditor 
yoxlama zamanı müxtəlif baş vermiş bütün  əməliyyatları və onlara tərtib edilmiş 
sənədlərin  hamısını  yoxlamaq  iqtidarında  olmur.  Başdan-başa  yoxlama  bir  qayda 
olaraq  çох  mühüm  hallarda  aparılır.  Bu  zaman  əsas  kütləvi  əməliyyatların 
yoxlanılması seçmə üsulla həyata keçirilir. Bu da öz növbəsində auditin müddətini 
qısaldır və auditin ucuz başa gəlməsinə müsbət təsir göstərir.Auditor seçməsininin 
əsas prinsipləri auditi planlaşdırılarkən istifadə olunmuşdur. Bu prinsip müştərinin 
uçоtunun aparılmasında olan “ağrılı nöqtələrin” seçilməsindən ibarətdir. 
 
Auditor  nümunəsinin  seçilməsi,  müvafiq  xüsusi  seçmə  metodların 
texnikasından istifadə etməklə həyata keçirilir. Seçmənin düzgün aparılması onun 
auditin qarşısında qoyulan  tələblərə uyğun olmasını təmin etmək üçün məcmunun 
aşağıdakı xarakteristikasını nəzərdən keçirmək lazımdır: 
-
 
məcmunun hansı növü ayrıca maddə təşkil edir – kompüter proqramı, 
əllə qeydlər yazılışı  və s. 
-
 
seçmənin  ayrı-ayrı  maddəsi  hansı  qayda  ilə  bütün  məcmunun 
daxilində bölüşdürülür; 
-
 
seçmə sıfır və ya mənfi həcm ölçüsünü əks etdirməlidir və s. 
Seçmənin müəyyən edilməsi hər şeydən əvvəl aparılan təhlilin məqsədindən, 
habelə hər prosedura şamil edilməli olan riskdən asılıdır. 


60 
 
Seçmənin müəyyən edilməsinin bir neçə metodu var: 
-
 
statistik metod 
-
 
qeyri-statistik metod 
-
 
seçmə metodu tətbiq etmədən aparılan metod. 
   Statistik  seçmə  metodu  aşağıdakı  məqsədlərə  nail  olmaq  üçün  tətbiq 
oluna bilər:  
1.Məcmu  halda  müəyyən  miqdarda  təhriflər  və  kənarlaşmaların  aşkar 
olunması; 
2.Aşkara  çıxarılan  kənarlaşmaların  və  ya  təhriflərin  yayınmasının 
miqyasının qiymətləndirilməsi. 
Nümunəni  müəyyən  etmək  üçün  auditora  onun  sərancamında  olan  bütün 
informasiyaların  deyil,  onların  yalnız  auditora  o  hissəsi  lazımdır  ki,  həmin  hissə 
auditora baxılan sübutları əldə etmək və sonra qiymətləndirmək üçün kifayət etsin. 
Qeyri-statistik seçmə metodu: - bu keyfiyyət əlamətləri üzrə təhlildir. 
Seçmə üsulu tətbiq etmədən aparılan yoxlama. Bu yoxlama prosedurların 
tətbiq edilməsinə görə seçmə metod tətbiq edə bilmədiyi halda həyata keçirilir. Bu 
prosedurlara aiddir: 
-
 
analitik prosedurlar; 
-
 
audit  planlaşdırılarkən  və  idarə  (iqtisadi  subyekt)  yoxlanılarkən 
istifadə edilən sorğular və müşahidələr
-
 
balansın maddələrinin və ya digər müvafiq sinif əməliyyatların 100% 
yoxlanılması. 
Seçmənin  növləri.  Adətən seçmə  səviyyəli (mötəbər)  olmasıdır. Buna nail 
olmaq üçün auditor təşkilatı aşağıdakı metodların birindən istifadə etməlidir: 
1.
 
Təsadüfi seçim;  
2.
 
Mütəmadi (daimi) suçim; 
3.
 
Kombinə edilmiş suçim. 
Seçmənin  düzülüş  qaydası.  Seçmənin  düzülüşü  üçün  auditor  təşkilatı 
mühasibat hesabatının konkret bölməsinin yoxlanılması qaydasını müəyyənləşdirir. 
Mühasibat hesabatının konkret bölməsinin yoxlamanın aparılma qaydası müəyyən 


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə