Kafedra: MÜhasibat uçotu və audiT



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə22/68
tarix17.09.2018
ölçüsü1,65 Mb.
#69040
1   ...   18   19   20   21   22   23   24   25   ...   68

67 
 
3.
 
Nəzarət metodları 
 
Auditin vəzifələrinin yerinə yetirilməsi və  səmərəli qiymətləndirilməsi üçün 
müxtəlif metodlardаn istifаdə оlunur.  Auditin metodu onun qarşısında duran əsas 
məqsədlərə çatmaq üçün tətbiq edilən vasitə və üsullardır.
 Yuxarıda qeyd etdıyımiz 
kimi, audıtin predmeti çохşaxəli məqsədə malikdir. Bu məqsədlərə çatmaq üçün və 
audıtin  qarşısında  duran  vəzifələri  həll  etmək  üçün  müxtəlif  spesifik    metod  və 
üsullardan da istıfadə edilə bilər.   
Auditin metod və metodlar sistemi zəngindir və 
bu sistemə aşağıdakılar aiddir: 
faktiki yoxlama
sənədli yoxlama
arifmetik hesablama 
• sorğu; 
şəxsi müşahidə
 qarşılıqlı üzləşmə 
• alternativ maliyyə-hesabat sənədlərinin hazırlanması; 
• sənədlərin texniki ekspertizası; 
• maddi ekspertiza; 
başdanbaşa üzləşdirmə
analitik testlər
• müayinə; 
• xüsusi yoxlama və s. 
Faktiki  yoxlama  dedikdə,  hər  hansı  bir  təsərrüfat  əməliyyatının  yerində 
yoxlanılması,  hesablanması  və  onun  mühasibat  sənədləri  ilə  üzləşdirilməsi  başa 
düşülür.  Bu  ilk  baxımdan  inventarlaşdırmaya  oxşardır.  Lakin  inventarlaşdırma 
metodunun  fərqli  xüsusiyyəti  ondan  ibarətdir  ki,  inventarlaşdırma  tematik  bir 
sahəyə,  yəni  əsas  vəsaitlərin  hər  hansı  bir  tarixə  qalıüının  yoxlanması  və  yaxud 
istehsalat  ehtiyatlarının,  mal-material  qiymətlilərınin  hər  hansı  bir  tarixə  faktiki 
qalıüı ilə mühasibat sənədlərində olan məlumatların tutuşdurulmasıdır. 


68 
 
Təsdiqetmə  informasiyaların  doüruluüu  barədə  müştəridən  və  ya  üçüncü 
şəxsdən cavab (arayış) alınır. 
Sənədli  yoxlamada  ilkin  sənədlər  və  yazılışlar  yoxlanılır.  Bu  zaman 
sənədlərdəki  rekvizitlərin  bütövlüyü,  hesabi  qaydada  göstəricilərin  düzgünlüyü, 
sənədlərin  qanunauyğunluğu,  məqsədəuyğunluğu,  əməliyyatların  hesablarda 
düzgün əks etdirilməsi və s. bu kimi məsələlər yoxlanılır. 
Analitik testlər – hər hansı bir mal-material çeşidinin indeks və dərəcələrini 
müəyyənləşdirmək üçün tətbiq edilir. 
Arifmetik hesablama – audit yoxlama-ekspertiza işlərində adətən kəmiyyət 
və  keyfiyyət  göstəriicilərini  xarakterizə  edən,  yekun  sənədlərinin  dəqiq-
ləşdirilməsində tətbiq edilən bir üsuldur. 
Sorğu – müəssisə və təşkilatların, firmaların digər təşkılatlarla əlaqəli fəaliy-
yətində  qarşıya  çıxan  hər  hansı  bir  məsələnin  araşdırılıb  dəqiqləşdırilməsinə  dair 
aparılan yazılı və şifahi müraciətlərdir.    
Şəxsi müşahidə – müəssisə və təşkilatların istehsal-təsərrüfat fəaliyyətində 
hər  hansı  bir  prosesə  şəxsi  əminlik  əldə  etmək  üçün  audıtorun  həmin  prosesə 
müəyyən vaxt ərzində şəxsi müşahidəsi və ya baxışıdır. 
Qarşılıqlı üzləşmə – audit olunan müəssisə və firmaların təsərrüfat-maliyyə 
prosesində baş vermiş analitik bir əməliyyatın digər əlaqəli təşkılatla üzləşdirilməsi 
və  hər  iki  tərəfin  razılıüı  ilə  aparılmış  maliyyə  əməliyyatının  təsdiqinin  rəsmi 
sənədləşdirilməsi deməkdir. 
Riyazi  statistik  üsullar  –  kombinələşmiş  üsuldur,  adətən  iqtısadi  göstə-
ricilərin  ümumiləşdirilməsində  və  hər  hansı  bir  məsələnin  qiymətləndırilməsində 
tətbiq olunur. 
Alternativ  maliyyə-hesabat  sənədlərinin  hazırlanması  -  mühasibat-ma-
liyyə  hesabatları  audit  edilən  zaman  təsərrüfat-maliyyə  fəaliyyətində  baş  vermiş 
əməliyyatların  uçоt-hesabat  sənədlərində  doğruluğunu  təsdiq  etmək  üçün  bəzi 
hallarda  tərtib  olunmuş  uçоt  və  maliyyə  hesabatlarına  alternativ  olaraq  hesabatlar 
tərtib edılir. 
Sənədlərin texniki ekspertizası – müəssisə, təşkilatların təsis sənədlərini və 


69 
 
digər  qeyri-maliyyə  sənədlərini  texnıki  baxışdan  keçırməklə,  onun  qanunverici 
normativ aktlara uyüun olmasına qiymət verməkdir. 
Maddi  ekspertiza  dedikdə,  istehsal  olunmuş  məhsulun  maddi  tərkıbinin 
müvafiq  standartlara  uyğun  olmasını  müəyyənləşdirmək  üçün  xüsusi 
laboratoriyalarda bu istiqamətdə aparılan ekspertiza işləri başa düşülür.  
Başdanbaşa  üzləşdirmə  dedikdə  isə  adətən  seçmə  üsulu  ilə  aparılmış 
analitik  yoxlamalar  nəticəsində  mühasibat  sənədləri  ilə  faktiki  əməliyyatlar 
arasında  aşkar  edilmiş  kənarlaşmaların  daha  dəqiqləşdırilməsi  üçün  yoxlamanı 
əhatə  edən  dövr  üçün  mühasibat  maliyyə  əməliyyatlarının  həmin  istıqamətdə 
əməliyyatların başdanbaşa  ilkin sənədlərlə üzləşdirilməsi başa düşülür və sair.  
Analitik testlər müqayisə, indekslər və əmsallar metodudur. 
Müayinə problemlə dəqiq və şəxsən tanış olmaüa əsaslanır. 
Xüsusi  yoxlama  dar  ixtisaslı  mütəxəssisin  yoxlamaya  cəlb  edilməsini 
nəzərdə tutur.  
Göründüyü  kimi,  auditin  metod  və  üsullarının  tətbiqi,  auditorun  yoxlama-
ekspertiza  etdiyi  sənədlərin  məzmunundan,  təyınatından  asılıdır.  Məsələn, 
mühasibat  sənədlərinin  audit  yoxlama-ekspertızası  zamanı  təsərrüfat-maliyyə 
fəaliyyətinin  yoxlanılmasında  təsərrüfat  əməliyyatlarına  uyüun  olaraq  müxtəlif 
metod  və  üsullar  tətbiq  edilir.  Əgər  pul  əməliyyatlarının  yoxlama-ekspertızası 
zamanı bir qayda olaraq başdanbaşa üzləşdirmə metodu tətbiq edilirsə, əmək haqqı 
və əmək ödəmələri üzrə yoxlamalarda ilk variantda seçmə üsulundan istifadə edil-
məsi kifayətdir. 
Audit  yoxlama-ekspertiza  işlərinin  bir  sıra  yekun  təklifləri  iqtısadi  təhlilin 
nətıcələrinə əsaslanır. Belə hallar əsasən resurslardan səmərəli istifadənin qiymət-
ləndirilməsində,  ehtiyatların  aşkar  olunub  səfərbər  edilməsində,  iqtisadi  qanu-
nauyüunluqların  qiymətləndırilməsində  baş  verir.  Daha  doürusu,  bu  məsələlərin 
həlli iqtisadi təhlilin metod və üsulları tətbiq edilmədən qeyri-mümkündür.  
Auditdə  maliyyə  təhlilinin  metod  və  üsullarının  tətbiqi  təsərrüfat-maliyyə 
fəaliyyətinin  nəticələrinin  qiymətləndirilməsində  istıfadə  olunur.  Burada  əsasən 
ayrı-ayrı  bölmələr  üzrə  qiymətləndirmə  sistemlərinə  istinad  etmək  lazımdır.  Belə 


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə