Kafedra: MÜhasibat uçotu və audiT



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə23/68
tarix17.09.2018
ölçüsü1,65 Mb.
#69040
1   ...   19   20   21   22   23   24   25   26   ...   68

70 
 
qiymətləndirmə  sistemlərınə  müəssısənin  aktivlərınin  mövcud  vəziyyətini 
müəyyənləşdirən,  dövriyyə  kapitalının  manevretmə  qabiliyyətini  qiymətləndirən, 
qeyri-maddi aktivləri qiymətləndirən, maliyyə vəziyyətini səciyyələndırən, istehsalın 
səmərəliliyini  müəyyənləşdirən,  müəssisənin  rentabellik    səviyyəsini    müəyyən 
edən  və onu qiymətli kaüızlar bazarında səciyyələndirən qiymətləndirmə sistemini 
aid etmək olar. 
Yoxlamaların  aparılma  metodları  ilə  yanaşı,  onun  təşkilatı  metodları  da 
mövcuddur:  
• başdan başa (sənədli və faktiki) yoxlama; 
seçmə üsulla yoxlama
аnalitik yoxlama
• kombinələşmiş yoxlama. 
 
4.
 
Auditor yoxlamasının sənədləşdirilməsi 
 
Auditor  öz  rəyinin  əsaslandırılması  üçün  zəruri  sübutların  əldə  olunmasınа, 
eləcə  də  auditin  standartlara  uyüun  aparılmasının  təsdiq  edilməsinə  xidmət  edən 
məlumat və faktları sənədlərlə rəsmiyyətə salmalıdır (BАS 230 «Sənədləşdirmə»). 
Auditorun iqtisadi subyektdə yerinə yetirdiyi işləri özündə əks etdirən bu sənədlər, 
auditorun  tələb  etdiyi,  topladığı  və  auditor  üçün  hazırlanan  məlumatlardan 
ibarətdir.  Sənədləşmə  -  auditor  tərəfindən  sərbəst  əldə  olunan  və  ya  tərtib  olunan 
və qorunub saxlanılan işçi sənədləridir.  Onların tərkibi və miqdarı hər bir konkret 
hal üçün auditor tərəfindən müəyyən edilir. Auditorun, audit yoxlaması başlanana 
qədər  və  yoxlama  dövründə  topladıüı  və  yoxlamanın  nəticəsi  üzrə  hazırladıüı 
bütün  bu  məlumatlar  audit  üçün  informasiya  mənbəyidir.  Işçi  sənədləri  auditin 
planlaşdırılması  və  aparılması,  eləcə  də  auditor  işinin  səmərəliliyinə  nəzarət  və 
onun  təhlil  edilməsi  zamanı  istifadə  olunur.  Buna  auditor  işləri  nəticəsində  əldə 
edilən  auditor  sübutları  daxildir  ki,  onların  nəticəsində  auditor  rəyi  tərtib  olunur, 
auditorun  iş  vaxtına  nəzarət  və  onun  əməyinin  ödənilməsinin  əsaslı  olmasına 
nəzarəti  təmin  edir,  auditorun  professionallıüı,  peşəkarlıüı,  kompetentliyi  haqda 
fikir formalaşdırır. 


71 
 
Toplanmış  bu  informasiyalara,  əldə  olunmuş  sənədlər  və  ya  onların 
çıxarılmış  surətləri,  müvafiq  arayışlar,  alınmış  sənədlər  daxildir.  Onlar 
ümumilikdə  auditor  sübutlarıdır.  Bu  sübutlar  isə  auditorun  tərtib  edəcəyi  rəyin 
əsaslandırılması üçün əvəz olunmaz mənbədir.   Auditorun hazırladığı bu sənədlər 
kompüterdə,  hesablaama  maşınında,  müvafiq  registrlərdə,  kağızlarda  və  s. 
yazılmış  məlumatlar  halında  ola  bilər.  Qeyd  etmək  lazımdır  ki,  mühasibat 
sənədləşməsi ilə auditorun işçi sənədləşməsini bir-birilə qarışdırmaq olmaz. 
   
Mühasibat uçоtunun sənədləşməsi özlüyündə aşağıdakıları birləşdirir: 
a)
 
ilkin uçоt sənədlərini
b)
 
icmal uçоt sənədlərini; 
c)
 
mühasibat uçоt registrlərini; 
d)
 
daxili mühasibat hesabatı məlumatlarını. 
   
Auditorun işçi sənədləri iqtisadi subyekti yoxlayan auditor tərəfindən tərtib 
edilir və ona aşağıdakəlar daxildir: 
a)
 
auditin keçirilməsi planı və proqramı;  
b)
 
auditor  təşkilatı  tərəfindən  istifadə  olunan  prosedurların  və  onların 
nəticələrinin təsviri; 
c)
 
iqtisadi subyektin ərizəsi, izahatı və əlavələri; 
d)
 
iqtisadi subyektin sənədlərinin surəti, o cümlədən foto surəti; 
e)
 
auditor təşkilatının analitik sənədləri. 
f)
 
digər sənədlər. 
  Auditorun  işçi  sənədlərinin  tərkibinə  daxil  olan  sənədlərin  nümunəvi 
siyahısı aşağıda verilir: 
-    iqtisadi  subyektin  təşkilati-hüquqi  formasına  və  təşkilat  quruluşuna  aid 
edilən informasiyalar; 
-  iqtisadi subyektin təsis sənədlərinin surəti, müqavilə və protokollardan sitat-
lar və ya onların  surətləri; 
- аuditin planlaşdırılmasını sübut edən materiallar; 
-  mühasibat  uçоtu  və  daxili  nəzarət  sisteminin  öyrənilməsi  və 
qiymətləndirilməsi haqda qeydlər; 


72 
 
- təsərrüfat əməliyyatlarının və mühasibat uçоtu üzrə hesabların qalıqlarının 
təhlili; 
-  iqtisadi  subyektin  fəalyyətinin  əhəmiyyətli  göstəricilərinin  və  meyllərinin 
təhlili; 
-  keçirilən  auditor  prosedurunun  xarakteri,  keçirilmə  vaxtı  və  həcmi  haqda 
qeydlər; 
- аuditor prosedurlarının nə vaxt və kim tərəfindən yerinə yetirilməsi haqda 
məlumat; 
- auditin hər bir aspekti üzrə auditorun nəticələri; 
- digər auditor təşkilatları ilə yazışmaların surəti; 
 - iqtisadi subyektdən alınan təsdiqedici məktub; 
- iqtisadi subyektin mühasibat və digər maliyyə sənədlərinin surəti. 
      Auditor  bütün  yoxlama  müddətində  yazılışların  saxlanması  üzrə  praktiki, 
hüquqi və peşəkar tələblərə uyüun konfidensiallıüa əməl etməli və işçi sənədlərin 
qorunmаsını  təmin  etməlidir.  Audit  başa  çatdıqdan  sonra  işçi  sənədlər  saxlanmaq 
üçün auditor təşkilatının arxivinə verilməlidir. 
   Auditorun  işçi  vərəqələri  isə  müştərinin  dosyesi  adlanan  qovluqda 
mühafizə olunur. Dosyelər (fayllar) üç yerə bölünür: 
1.
 
Cari; yoxlanılan ilə aid olan işçi sənədləri- auditin proqramı və ümumi 
informasiyaları,  işçi  nümunə  balansı  (yoxlamanın  əvvəlinə  müştəri  tərəfindən 
hazirlanr) və köməkçi qeydlər
2.
 
 Daimi  (müştəri  haqda  tarixi  və  yaxud  əsas  təzələnən  məlumatlar- 
müştərinin  təsis  sənədlərindən  çıxarış  və  yaxud  onun  surəti;  müqavilə  və 
kontraktların  surəti;  istiqrazların  və  digər  qiymətli  kaüızların  siyahısı;  əvvəlki 
təhlillərin  və  auditor  yoxlamalrının  materialları;  müştərinin  vergiyə  cəlb 
olunmasının xüsusiyyətləri) 
3.
 
Xüsusi (müxabirləşmələrin işə tikilməsi, xüsusi qərarları və fərmanlar, 
vergi sənədləri, qanunvericiliyə əməl olunması üzrə məlumatlar). 
Işçi  sənədlər  auditorun  (auditor  firmasının)  mülkiyyəti  sayılır  və  onların 
konfidensial  xarakteri  gözlənilməklə  müvafiq  qaydada  mühafizə  olunmalıdır. 


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə