Kafedra: MÜhasibat uçotu və audiT



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə30/68
tarix17.09.2018
ölçüsü1,65 Mb.
#69040
1   ...   26   27   28   29   30   31   32   33   ...   68

91 
 
Uçot  siyasətinin  hazırlanması  zamanı  üzünün  strateji  inkişaf  baxımından 
təsərrüfat  subyekti  optimal  son  nəticələrə  nail  olmaüa  imkan  verəcək  siyasətin 
formalaşdırılmasına  səy  göstərir.  Uçot  siyasətinin  seçilməsindən  əvvəl  aşağıdakı 
analitik işlər görülməlidir: 
 müəssisənin cari maliyyə vəziyyətinin təhlili; 
 müəssisənin uçot siyasətinin bu və ya digər aspektinə təsir edən mövcud 
qаnunvericilikdə və digər normativ aktlardakı dəyişikliklərin təhlili; 
  növbəti  maliyyə  ilində  təsərrüfat  subyektinin  strategiyasının  və  inkişafı 
perspektivinin qiymətləndirilməsi; 
 uçot siyasətinin təmin edəcəyi aparıcı məqsədlərin müəyyən edilməsi; 
 mühasibat uçotunun aparılmasının mövcud üsul və metodlarının təhlili və 
təsərrüfatçılıüın  konkret  şəraitində  onların  tətbiqinin  səmərəliliyinin  qiymət- 
ləndirilməsi; 
  müəssisənin  strateji  vəzifələrinin  yerinə  yetirilməsinə,  o  cümlədən  onun 
mаliyyə  sabitliyinin  yüksəldilməsinə  şərait  yaradan  daha  səmərəli  uçоt  metоdlа-
rının müəyyən edilməsi; 
  mühasibat  uçotunun  aparılması  ilə  bağlı  problemli  məsələlərin  müəyyən 
edilməsi. 
Yoxlama  zamanı  auditor  uçot  siyasətinin  mövcud  qanunvericiliyə  uyğun 
оlmasına,  onun  bütün  struktur  bölmələri  tərəfindən  tətbiq  edilməsinə  diqqət 
verməlidir. 
Uçot  siyasətinin  formalaşdırılması  zamanı  aşağıdakı  mütləq  tələbələr 
gözlənilməlidir: 
  bütün  təsərrüfat  faktlarının  ilkin  sənədlərdə  və  mühasibat  uçotu 
registrlərində əks etdirilməsinin tamlıüı; 
 müəssisənin seçdiyi mühasibat uçotunun aparılması üsul və metodları-nın 
qanuniliyi,  eləcə  də  təsərrüfat  fəaliyyəti  aktlarının  uçotda  əks  etdirilməsi 
qаydаsının mövcud qanunvericiliyə uyğunluüu; 
 analitik və sintetik uçot məlumatlarının ziddiyətli olmaması; 


92 
 
  təsərrüfat  fəaliyyəti  aktlarının  mühasibat  uçotunda  əks  etdirilməsində 
məzmununun formadan üstünlüyü
  dürüstlük-maliyyə  təsərrüfat  fəaliyyətinin  dürüst  aralıq  və  son 
nəticələrinin formalaşdırılması; 
  səmərəlilik-təsərrüfat  fəaliyyəti  şəraitindən  asılı  olaraq  mühasibat 
uçotunun rasional və səmərəli aparılması. 
Yoxlama  zamanı  nəzərə  almaq  lazımdır  ki,  müəssisənin  uçot  siyasəti  uçot 
prosesinin bütün aspektlərini - metodiki və təşkilati-texniki tərəfini əhatə etməlidir: 
metodiki aspekt    mühasibat uçotunun aparılması üzrə müəssisənin seçdiyi 
konkret üsul və metodlar; 
təşkilati-texniki  aspekt  -  mühasibat  xidmətinin  qurulması  sistemi,  daxili-
təsərrüfat  uçotunun,  hesabatının  və  nəzarətin  təşkili,  uçot  informasiyalarının 
işlənməsi  texnologiyası  (məsələn,  sənəd  dövriyyəsinin,  inventarizasiyanın  təşkili 
üsulları, uçot registrləri sistemi və s.). 
Auditor  uçot  siyasətinin  tərtib  edilməsinin  düzgünlüyünü  yoxlayır. 
Müəssisənin uçot siyasəti yeni hesabat ilinin  əvvəlində təsdiq edilir. O,  müəssisə 
rəhbərinin  əmri  kimi  və  ya  müvafiq  əmrə  əsasən  uçot  siyasəti  üzrə  qayda  kimi 
rəsmiləşdirilə bilər. 
       
 
       4. Müəssisədə mühasibat uçotu və hesabatların təşkilinin auditi 
 
 
Müəssisədə mühasibat uçоtunun təşkili dedikdə, adətən, təsərrüfat və maliyyə 
fəaliyyəti,  istehsal  və  maliyyə  resurslarının,  xüsusi  və  cəlb  edilmiş  vəsaitlərin 
səmərəli  istifadə  olunmasına  nəzarətin  həyata  keçirilməsi  haqqında  dürüst  və 
vaxtında  informasiyanın  əldə  edilməsi  məqsədi  ilə  uçоt  prosesinin  qurulması 
sistemi başa düşülür. Bu sistem mühasibat uçоtu hesablarının işçi planının tərtibini, 
uçоtun  formasının,  analitik  uçоt  registrlərinin  seçilməsini,  sənədlərin  saxlanması 
qaydasını,  baş  mühasibin  öz  hüquq,  vəzifə  və  məsuliyyətini  yerinə  yetirməsini 
özündə əks etdirir.  
Müəssisədə mühasibat uçоtunun təşkili aşağıdakıları təmin etməlidir: 


93 
 
 idarəetmənin ümumi prinsiplərindən istifadəni (sistemli yanaşma, iqtisadi- 
riyazi  metodlar,  proqram-məqsədli  idarəetmə  prinsipləri,  mühasibatlıq  işçilərinin 
elmi cəhətdən təşkili daxil olmaqla); 
 təsərrüfat və maliyyə əməliyyatlarının cari müşahidəsi, ölçülməsi və qeyd 
edilməsini; 
 ilkin sənədlərdə əks etdirilmiş uçоt informasiyalarının sistemləşdirilməsini 
və qruplaşdırılmasını; 
  istifadə  olunan  informasiyaların  dürüstlüyü  və  tamlıüı  daxil  olmaqla 
resursların və hazır məhsulun hazırlanması və istifadəsi üzərində nəzarəti; 
  müəyyən  dövrə  müəssisənin  təsərrüfat-maliyyə  fəaliyyətini  xarakterizə 
edən göstəricilər sistemini əks etdirən hesabatların tərtib edilməsini; 

 
müəssisənin  təsərrüfat  fəaliyyətinin  təhlilində  uçоt  və  hesabat 
məlumаtlаrından istifadə edilməsini; 
  müəssisədə  müəyyən  edilmiş  sənəd  dövriyyəsi  qrafikinin  dəqiq  yerinə 
yetirilməsini; 
 inventarizasiyanın aparılmasının qaydaları, formaları və müddətlərini; 
  müəyyən  olunmuş  formalarda  mühasibat  hesabatlarının  keyfiyyətli  tərtib 
edilməsini və təqdim olunmasını; 
 uçоtun mexanikləşdirilməsi və avtomatlaşdırılması.  
Mühasibat  uçоtu  xüsusi  təşkil  edilmiş  müşahidə  və  ölçü  sistemini,  dəyər 
ifadəsində  müəssisənin  əmlakı,  öhdəlikləri  və  təsərrüfat  əməliyyatları  haqqında 
informasiyaların  rəsmiləşdirilməsini,  işlənməsini  və  ötürülməsini  əks  etdirir.  Bu 
baxımdan aşağıdakılar baş mühasibin əsas vəzifələrinə aid edilir: 
      əmlakın, pul vəsaitlərinin mövcudluüu və hərəkətinə, material, əmək və 
maliyyə  resurslarının  müvafiq  norma  və  normativ  sənədlərə  uyğun  istifadə 
olunmasına nəzarət; 
       təsərrüfat-maliyyə  fəaliyyətində  neqativ  hallar  barədə  vaxtında 
xəbərdarlıq etmək, daxili ehtiyatların aşkar və səfərbər edilməsi
      operativ rəhbərlik və idarəetmə üçün, eləcə də investorlar, malsatan-lar, 
alıcılar,  kreditorlar,  banklar,  təsiszilər,  vergi  orqanları  və  digər  informasiya 


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə