Kafedra: MÜhasibat uçotu və audiT



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə38/68
tarix17.09.2018
ölçüsü1,65 Mb.
#69040
1   ...   34   35   36   37   38   39   40   41   ...   68

116 
 
хərclər  və  ödəmələr  üçün  ehtiyаtlаr",  538    sаylı  "Digər  qısаmüddətli  kreditоr 
bоrclаrı",  541  sаylı  "Qısаmüddətli  pensiyа  öhdəlikləri",  545  sаylı  "Digər 
qısаmüddətli  öhdəliklər"  hesablаrı  (76  "Müxtəlif  debitor  və  kreditorlarla  hesab-
laşmalar  ")  üzrə  yazılışlarla  tutuşdurulur.  Bu  yazılışların  düzgünlüyünə  əmin  ol-
duqdan sonra mədaxil sənədləri üzrə mədaxil edilmiş əmtəə-material qiymətliləri-nin 
mədaxil edilməsinin tamlıüı və düzgünlüyü yoxlanılmalıdır.  
 
4.
 
Pul sənədlərinin və yolda olan köçürmələrin auditi 
 
 
    Pul sənədlərinin uçоtunun yoxlanılması zamanı auditor müəssisədə saxlanılan 
bütün  pul  sənədləri  üzrə  (poçt  və  veksel  markaları,  ödənilmiş  aviabiletlər,  istirahət 
yol  vərəqləri,  dövlət  ödəmə  markaları  və  s.)  analitik  uçоtunun  mövcudluüunu 
yoxlayır.  
Pul  sənədlərinin  yoxlanması  müvafiq  aktın  tərtib  olunması  ilə  onların  tam 
inventarizasiyası  ilə  müşayiət  olunur.  Ilk  növbədə  nəzarət  prosesində  analitik  uçot 
üzrə  qalıq  məlumatlarının    225  sаylı  "Pul  vəsаitlərinin  ekvivаlentləri",    (56  "Pul 
sənədləri")  sintetik  hesabı  üzrə  qalıüa  bərabər  olmasına  əmin  olmaq  lazımdır. 
Analitik uçotun məlumatları  əsasında pul sənədlərinin miqdar və məbləü ifadəsində 
225  sаylı  "Pul  vəsаitlərinin  ekvivаlentləri",  (56    "Pul  sənədləri")  hesabına  tam  və 
vaxtında mədaxil edildiyi müəyyən edilməlidir. 
     Sanatoriyalara, istirahət evlərinə yol vərəqələrinin alınması və verilməsi üzrə 
əməliyyatları yoxlayarkən yol vərəqələrinin hansı mənbə hesabına əldə edildiyi, onun 
dəyərinin  hansı  hissəsinin  alıcı  tərəfindən  ödənilmədiyi,  yol  vərəqini  alan-lardan 
pulun  tam  həcmdə  və  vaxtında  kassaya  daxil  olduüu,  müəssisə  işçilərinə  yol 
vərəqələrinin həmkarlar təşkilatının razılıüı ilə verildiyi, həmin müəssisədə işləməyən 
şəxslərə  yol  vərəqinin  verilməsi  faktlarının  olması  aydınlaşdırılmalıdır.  Müəyyən 
edilmiş qaydaların pozulması faktları aşkar edilərsə, onun səbəbləri və bu işdə təqsiri 
olan şəxslər müəyyən edilməlidir. 
Auditor  tərəfindən  pul  sənədləri  üzrə  hesabat  da  yoxlanılır.  Həmin  hesabatda 
ayrı-ayrılıqda  hər  bir  blank  növü  üzrə  miqdar  və  nominal  dəyəri  ilə  hesabat  döv-
rünün  əvvəlinə  onların  qalığı,  daxil  olması,  sərf  olunması  və  hesabat  dövrünün 


117 
 
sonuna  qalıqları  haqda  məlumatlar  əks  etdirilir.  Hesabata  həmin  blankların  daxil 
olması  və  istifadəsi  üzrə  təsdiqedici  sənədlər  əlavə  olunur.  Auditor  müəssisədə 
qiymətli  kaüızların  vaxtında  inventarizasiyasının  aparılmasını  və  onun  nəticələrinin 
necə rəsmiləşdirilməsini yoxlayır. 
Ilkin sənədlər əsasında 222  "Yоldа оlаn pul köçürmələri"  (57 "Yolda olan kö-
çürmələr")    hesabı  üzrə  hər  bir  yazılışın  əsaslı  olması  yoxlanılır.  222  (57)  saylı 
hesabın krediti, pul vəsaitlərinin uçotu üçün nəzərdə tutulmuş hesabların debeti üzrə 
yazılışları  üzləşdirməklə  yolda  olan  pul  vəsaitlərinin  banklarda  müvafiq  hesablara 
vaxtında  və  tam  köçürülməsi  müəyyən  olunur.  Eyni  zamanda  yolda  olan  pul 
vəsaitlərinin tərkibində kassada çatışmayan naüd pulun olması və ya ayrı-ayrı vəzifəli 
şəxs tərəfindən mənimsənilən məbləüin olması faktları da aydınlaşdırılmalıdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


118 
 
VII  MÖVZU. HESABLAŞMA Və KREDIT  əMəLIYYATLARININ                              
AUDITI   
 
1. Malsatan və podratçılarla hesablaşmaların auditi. 
 2. Alıcılarla və sifarişçilərlə hesablaşmaların auditi 
 3. Iddialar üzrə hesablaşmaların auditi 
 
4. Təhtəlhesab şəxslərlə hesablaşmaların auditi 
 
5. Büdcəyə və qeyri-büdcə fоndlаrınа ödəmələr üzrə  hesаblаşmа- 
     lаrın аuditi 
 6. Təsisçilərlə və səhmdarlarla hesablaşmaların auditi 
  
7. Kredit əməliyyatlarının auditi 
 8. Ixrac-idxal əməliyyatlarının auditi 
 
1.
 
Malsatan və podratçılarla hesablaşmaların auditi
 
Malgöndərənlərlə və podratçılarla hesablaşmalara nəzarətin əsas vəzifələrinə 
hesablaşmaların  vəziyyəti  haqqında  uçot  məlumatlarının  dürüstlüyü  və  qаnunа-
uyğunluüunun,  hesablaşma-maliyyə  intizamının  gözlənilməsinin  və onun  müəssi-
sənin  ödəmə  qabiliyyətinə  təsirinin,  borcların  reallıüının  müəyyən  edilməsinin 
yoxlanmasıdır. 
Yoxlama prosesində aşağıdakılara diqqət verilməlidir: 
-  məhsul  (iş,  xidmət)  göndərilməsi  üzrə  müqavilənin  mövcudluüu  və  onun 
tərtib edilməsinin düzgünlüyünə; 
- debitor və kreditor borcları mövcud olarsa onların yaranma tarixi və əmələ 
gəlməsi səbəblərinə; 
-  iddia  müddəti  keçmiş  borcların  mövcudluüuna,  onun  alınması  üçün 
tədbirlərin görülməsinə.  
Baülanmış  müqavilədə  malların  (iş,  xidmətlərin)  göndərilmə  müddəti  və 
onların ödənilmə qaydası və müddəti göstərilməlidir.  


119 
 
Yoxlama  material  resurslarının  göndərilməsi  və  əsaslı  tikintinin  yerinə 
yetirilməsi  üzrə  tərəflərin  hüquq  və  vəzifələrini  müəyyən  edən  sənədlərin  tərtib 
edilməsinin  mövcudluüu  və  düzgünlüyünün  müəyyən  edilməsi  ilə  başlanır. 
Yoxlama prosesində müvafiq borc məbləülərinin balans maddələri üzrə düzgün əks  
etdirilməsi müəyyən edilir. Bunun üçün eyni tarixə analitik uçot məlumatları üzrə 
hər  bir  növ  hesablaşma  431  sаylı  "Mаlsаtаnlаrа  və  pоdrаtçılаrа  uzunmüddətli 
kreditоr  bоrclаrı",  434  sаylı  "Tikinti  müqavilələri  üzrə  uzunmüddətli  kreditоr 
bоrclаrı,  531  sаylı  "Mаlsаtаnlаrа  və  pоdrаtçılаrа  qısаmüddətli  kreditоr  bоrclаrı", 
536  sаylı  "Tikinti  müqavilələri  üzrə  qısаmüddətli  kreditоr  bоrclаrı",  537    sаylı 
"Fаizlər  üzrə  qısаmüddətli  kreditоr  bоrclаrı"  (60  "Malsatan  və  podratçılarla 
hesablaşmalar")  sintetik hesabının qalıqları ilə, Baş kitabla və mühasibat balansı 
ilə  üzləşdirilir.  Bu  zaman  auditor  aşağıdakı  formada  köməkçi  cədvəl  tərtib  edir. 
(cədvəl 1) 
                                                                                                             Cədvəl 1 
431,  433,  434,  531,  536,  537  sаylı  (60)  saylı  "Malsatan  və  podratçılarla 
hesablaşmalar"hesabı üzrə borcların dürüstlüyünün yoxlanılması 
431,433,434,531,536,537
 
sаylı (60) hesаb 
üzrə 
                 Məlumаtlаrın kənаrlаşmаsı 
Bаlаnsа 
əsаsən 
Bаş kitа-
bа əsа-
sən 
Ъurnаl 
оrderə 
əsаsən 
Аnаli-
tik üçоt 
məlu-
mаtlаrı-
nа 
əsаsən 
           
Bаlаnsın 
      
Bаş kitаbın 
Ъurnаl
оrderi 
Bаş 
kitаb-
dаn 
Ъurnаl
-оrder-
dən 
Аnаli-
tik uçоt 
məlu-
mаtlа-
rındаn 
Ъurnаl
-оrder-
dən 
Аnаli-
tik uçоt 
məlu-
mаtlа-
rındаn 
аnаli-
tik 
uçоt 
məlu-
mаtlа-
rındаn 
 
 
 
 
 
 
 
 
 
 
    
Əgər göstəricilər arasında kənarlaşmalar olarsa, hər bir malgöndərən və pod-
ratçı üzrə borcun reallıüı və sənədlə əsaslı olması yoxlanmalıdır. Ayrı-ayrı hesab-
larda  hər  bir  debitor  və  kreditor  borcları  borcun  yaranması  səbəbləri  və  borcların 
yaranma vaxtı onun alınmasının reallıüı baxımından nəzərdən keçirilir. Bu zaman 


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə