Kafedra: MÜhasibat uçotu və audiT



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə34/68
tarix17.09.2018
ölçüsü1,65 Mb.
#69040
1   ...   30   31   32   33   34   35   36   37   ...   68

104 
 
qalıqları böyük məbləü təşkil edirsə, uzun müddət azalmırsa, gündəlik daxilolma 
və istifadəsindən çoxdursa, müəssisə rəhbərliyinə dərhal kassanın inventarizasiya-
sının aparılması təklif olunmalıdır.  
Yoxlanılan  dövrün  hər  gün  üçün  bank  tərəfindən  təyin  olunmuş  kassa 
qalıqları  limitinin  gözlənilməsi,  pul  gəlirlərinin  təhvil  verilməsi  müddəti  və 
qaydası,  vaxtında  verilməmiş  əmək  haqqı  və  sosial-əmək  güzəşti  məbləülərinin 
vaxtında  banka  qaytarılması  yoxlanılır.
 
Qalıqların  daima  limitdən  artıq  olması 
müşayət olunduqda bunun səbəbləri müəyyən edilir və müvafiq tədbir görülür.
  
Xəzinədən  bütün  naüd  pul  buraxılışı  və  onların  hüquqi  əsası  yoxlanılır. 
Bütün kassa məxaric orderlərində şəxsiyyət vəsiqəsinin məlumatları olmalıdır.  
Kassa  orderlərinin  təkrar  nüsxəsinin,  düzəlişlərin,  pozuntuların,  ödəmə 
cədvəllərində  baş  mühаsibin  qeydi  olmayan  düzəlişlərin  mövcudluüu, 
rekvizitlərin  doldurulması  yoxlanılır.  Kassa  orderlərinin  məlumatlarının 
qruplaşdırıcı  cədvəllərin  (jurnal-orderin,  qalıq-dövriyyə  cədvəllərinin,  memorial-
orderin  və  b.)  sonuncuların  baş  kitabın  və  hesabat  balansında  qalıüa 
məlumatlarına uyğunluüu yохlаnılır. 
Kassa və kassa əməliyyatlarının auditi üç əsas istiqamət üzrə aparılır: 
1. Naüd pulun inventarizasiyası; 
2. Kassaya daxil olan pul vəsaitlərinin tam və vaxtında mədaxil edilməsinin 
yoxlanılması; 
3. Pul vəsaitlərinin xərclərə silinməsinin düzgünlüyünün yoxlanması. 
Kassa və kassa əməliyyatlarının auditinin əsas mənbələrinə kassa kitabları, 
kassa  mədaxil  və  məxaric  orderləri  əlavə  edilməklə  xəzinədarın  hesabatları,  çek 
kitabçalarından  istifadəni  əks  etdirən  çek  kötükləri,  müəssisənin  hesаblаrındаn 
bаnk çıxarışları, 221(50), 223 (51, 52), 224 (55), 225 (56),  231,232,233,234 (58) 
saylı  hesablar  üzrə  jurnal-orderlər,  baş  kitab  və  pul  vəsaitləri  ilə  bağlı 
əməliyyatların əks olunduüu digər sənədlər aid edilir. 
Kassanın  inventarizasiyası  qəflətən,baş  mühasibin  iştirakı  ilə  həyata 
keçirilir.  Inventarizasiyaya  başlanana  qədər  xəzinədar  kassada  müəssisənin 
həmkarlar  təşkilаtınа,  qarşılıqlı  kömək  kassasına  aid  pul  vəsaitlərinin  olması 


105 
 
haqda  yazılı  formada  izahat  verir.  Bu  halda  həmkarlar  komitəsinin  (qarşılıqlı 
kömək  kassasının)  sədri  və  təftiş  komissiyasının  üzvləri  dəvət  olunmalı  və  eyni 
vaxtda müəssisənin və həmkarlar təşkilatının (qarşılıqlı kömək kassası) kassaları 
yoxlanılır. Kassada naüd pul vəsaitlərinin və digər qiymətlilərin mövcudluüunun 
yoxlanmasından  əvvəl  xəzinədar  kassa  hesabatı  tərtib  edir.  Kassada  olan 
vəsаitlərin  inventarizasiyasına  qədər  xəzinədar  inventarizasiyа  başlanana  qədər 
pul  vəsaitlərinin  mədaxil  və  məxaric  sə-nədlərinin  hesabata  daxil  edildiyi  və 
mühasibatlıüa  təhvil  verildiyi,  kassaya  daxil  olunan  bütün  pul  vəsaitlərinin 
mədaxil  edildiyi,  kassadan  verilən  vəsaitlərin  xərclə-rə  silindiyi  haqda  izahat 
yazır.  Kassada  olan  bütün  mədaxil  və  məxaric  orderləri  hesabata  daxil  edilir. 
Şəxsi  qeydlər  və  kassa  əməliyyatlarının  aparılması  qaydala-rında  nəzərdə 
tutulmayan digər sənədlər nəzərə alınmır və xəzinədarın hesabatına daxil edilmir. 
Kassanın  inventarizasiyası  dövründə  kassa  əməliyyatları  dayandırılır,  bu 
əməliyyatlar istisna hallarda auditorun razılıüı və iştirakı ilə həyata keçirilə bilər. 
Auditor  inventarizasiya  anına  kassa  hesabatının  və  kassadakı  naüd  pul 
qalıqla-rının çıxarılmasının düzgünlüyünü ciddi yoxlamalıdır. Pul qalıqları balans 
üzrə hər ayın əvvəlinə qalıq nəzərə alınmaqla yoxlanılır. Kassa hesabatını və оna 
əlavə  edi-lən  mədaxil  və  məxaric  orderlərini  yoxlayarkən  auditor  sonuncu 
mədaxil  və  məxaric  orderlərinin  nömrələrini  qeyd  jurnallarındakı  yazılışlarla 
üzləşdirərək son kassa  əməliyyatlarının uçotunun tamlıüını müəyyən edir. Kassa 
hesabatı yoxlan-dıqdan sonra onda heç bir düzəlişə yol verilməməsi məqsədi ilə 
auditor kassa hesabatına və ona əlvə edilən kassa mədaxil və məxaric sənədlərinə 
"__________. tarixinə inventarizasiyaya qədər" qeyd etməklə viza qoyur.  
Kassa  hesabatı  yoxlandıqdan  və  viza  qoyulduqdan  sonra  "Kassa"  hesabı 
üzrə saldo çıxarmaq məqsədi ilə mühasibatlıüa verilir. Bundan sonra kassada naüd 
pulun  və  digər  qiymətlilərin  yoxlanmasına  başlanılır.  Sonda  kassanın  invertari-
zasiyası aktı tərtib edilir. Xəzinədar aktda qeyd olunmuş pul vəsaitləri, sənədləri 
və digər qiymətlilərin məsul saxlanmaya qəbul etdiyi haqda yazılı zəmanət verir. 
Kassanın inventarizasiyası zaman auditor pul vəsaitlərinin və digər qiymətlilərin 


106 
 
çatışmazlıüı və ya artıqlıüını, müvəqqəti ərizə ilə kassadan pul alındıüı faktlarını 
aşkar edərsə, bu haqda xəzinədardan yazılı izahat tələb etməlidir. 
                         Naüd pul vəsaitlərinin inventarizasiyası aktı 
Inventarizasiyanın başlamasına qədər pul vəsaitləri üzrə bütün məxaric və 
mədaxil  sənədləri  mühasibatlıüa  təhvil  verilmiş,  mənim  məsuliyyətimdə  olan 
bütün  pul  vəsaitləri  daxil  edilmiş,  məsarif  olunmuş  pul  vəsaitləri  xərclərə 
silinmişdir. 
Maddi məsul şəxs 
Xəzinədar vəzifəsi _______________ _________________________ 
Imza Soyadı 
"____" _____________ 20_____ il № əmrə (göstərişə) əsasən 
"____" _____________ 20_____ il tarixinə pul vəsaitlərinin inventarizasiyası 
aparılmışdır. 
Inventarizasiya zamanı aşağıdakılar müəyyən olunmuşdur: 
1) naüd pul _________________ AZN 
2) poçt markaları _____________AZN 
3) _________________________AZN 
Mövcud məbləülərin yekunu ________________AZN______________ 
                                                                 (sözlə) 
Uçot məlumatları üzrə ________________AZN 
Inventarizasiyanın nəticələri: artıqgəlmə yoxdur, çatışmazlıq yoxdur 
Kassa orderlərinin sonuncu nömrələri: 
Mədaxil orderi № 4, məxaric orderi № 7 
Komissiyanın sədri: 
Auditor ___________________ ___________ ___________________ 
(vəzifəsi) (imza) (adı, soyadı) 
Komissiya üzvləri: 
1) Baş mühasib _________________ _________ _________________ 
(vəzifəsi) (imza) (adı, soyadı) 
2) ____________________ ___________ ____________________ 
(vəzifəsi) (imza) (adı, soyadı) 
3) ____________________ ___________ ____________________ 
(vəzifəsi) (imza) (adı, soyadı) 
Aktda göstərilən pul vəsaitlərinin mənim məsul saxlanmamda olduüunu 
təsdiq edirəm. 
Maddi məsul şəxs 
"____" _____________ 20____ il 
×atışmazlıq və artıqgəlmələrin səbəblərinin izah edilməsi ___________ 
___________________________________________________________ 
___________________________________________________________ 
___________________________________________________________ 
Maddi məsul şəxs: 
Müəssisə rəhbərinin qərarı ___________________________________ 


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə