Kafedra: MÜhasibat uçotu və audiT



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə18/68
tarix17.09.2018
ölçüsü1,65 Mb.
#69040
1   ...   14   15   16   17   18   19   20   21   ...   68

54 
 
Auditor yoxlaması zamanı auditin planına və proqramına korrektə edilə bi-
lər.  Onların  məzmununda  edilmiş  ciddi  dəyişikliklər  sənədlə  təsdiqlənməli-dir. 
Аuditin  plаnının  və  prоqrаmının  оperаtiv  qаydаdа  dəqiqləşdirilməsi  оnun  vаcib 
istiqаmətlərinə  lаzımı  diqqətin  verilməsini,  аudit  prоsesində  yаrаnmış  prоblemin 
оperаtiv  həll  оlunmаsını,  digər  аuditоr  və  ekspertlər  tərəfindən  yerinə  yetirilmiş 
işlərə  düzəliş  edilməsini  təmin  edir  ki,  nəticədə  аudit  vахtındа  və  keyfiyyətli 
аpаrılır. 
Auditor  proqramı.  Auditor  proqramı,  audit  yoxlaması  planının  daha  da 
dəqiqləşdirmək  üçün  zəruridir.  Audit  proqramı  auditor  planının  inkişafıdır  və  o 
özündə hər bir konkret yoxlama üçün vacib olan auditor əməliyyatlarının siyahısını 
əks etdirir. Auditor yoxlaması proqramının aşağıdakı iki növü vardır: 
1.
 
Müəssisənin  daxili  nəzarət  sisteminin  fəaliyyət  göstərməsi  haqqında 
informasiyaların  toplanması  qaydalarını  özündə  əks  etdirən  testlərin  nəzarət 
proqramı. 
2.
 
Bilavasitə 
hesablardakı  qalıqlar  haqqındakı  informasiyaların 
toplanması  qaydasını  özündə  əks  etdirən  hesablardakı  qalıqların  yoxlamasının 
proqramı. 
   Auditor proqramı özündə aşağıdakı faktorları əks etdirir. 
   Auditorun  iş  qrafiki.  Qrafik  auditor  rəyi  hazırlamaq  üçün  yoxlamanın 
gedişində materialların və başqa sənədlərin toplanması və təqdim olunmasının son 
həddini müəyyən edir. 
   Dəqiq  qaydalar.  Audit  proqramı  yazılı  qaydada  hazırlanır.  Auditor 
yoxlamasının  planını  həyata  keçirmək,  habelə  yoxlamanın  hər  bir  sahəsinin 
məqsəd  və  vəzifəsini  düzgün  açıqlamaq  məqsədilə  lazım  gələn  bütün  qaydalar 
proqramda dəqiq və ətraflı şərh olunur.Proqramın dəqiq və ətraflı tərtib olunması, 
bir qayda olaraq onun yoxlamada iştirak edənlər üçün təminat xarakter daşıması və 
işlərin yerinə yetirilməsi üzərində nəzarət aləti olması ilə əlaqədardır. 
    Audit  üzrə  nəzarət  işləri.  Proqram  nəzərdə  tutur  ki,  auditor  qrupunun 
yoxlamaya  göndərilən  bütün  üzvləri,  onların  qarşısında  qoyulan  tələbləri  yaxşı 


55 
 
bilir.  Proqram  kiçik  auditor  və  auditor  qrupunun  assistenti  tərəfindən  yerinə 
yetirilən işlərin üzərində nəzarət olunması sahəsində baza sənədi hesab olunur. 
    Auditor  heyəti.  Proqramda  auditi  aparmaq  üçün  tələb  olunan  heyətin 
sayı, işlərin həcmi və onun məzmunu dəqiq müəyyən olunur. 
    Bir  qayda  olaraq  auditi  əsas  auditordan,  kiçik  auditordan  və  assistentdən 
ibarət qrup aparır. Dünyanın qabaqcıl dövlətlərinin iri həcmli firmalarında auditin 
yoxlama xəritəsini aşaüıdakı tərkibdə heyət aparır: 
-
 
Tərəf  müqabil  (partnyor)  –  daimi  olaraq  müştəri  ilə  işləyir,  auditor 
xidmətinə  görə  ümumi  məsuliyyət  daşıyır,  yoxlamanın  gedişində  baş  verən 
nisbətən  mürəkkəbl  və  çətin  problemləri  həll  edir,  auditin  planını  təsdiq  edir  və 
auditin  iş  qrafikini  müştəri  ilə  razılaşdırılır,  işi  ümumi  qaydada  şərh  edir,  ona 
qiymət verir və auditor rəyi haqqında qərar qəbul edir. 
     Menecer.  Menecer  də  tərəf  müqabil  kimi  daimi  müştəri  ilə  işləyir. 
Müştəri  ilə  olan  cari,qarşılıqlı  münasibətə  görə  cavab  verir,  auditin  planını  və 
auditorlarin işçilərinin qrafikini hazırlayır, audit üzrə sənədlərə baxır. Həll edilmək 
üçün tərəf müqabilə verilməli olan problemləri müəyyən edir. 
    Böyük  əməkdaş.  Böyük  əməkdaş  auditor  yoxlamasının  cari  işlərinin 
idarə  olunmasını  həyata  keçirir,  proqram  tərtib  edir,  nisbətən  mürəkkəbl  auditor 
tapşırıqlarını  yerinə  yetirir,  auditor  yoxlaması  planına  əməl  olunmasına  cavab 
verir, baş vermiş çətinlik haqqında meneceri xəbərdar edir. 
Kiçik  əməkdaşlar.  Kiçik  əməkdaşların  funksiyalarına  tapşırılmış  işlərin 
keyfiyyətlə yerinə yetirilməsi kimi vəzifələr daxildir. 
Auditor  xidmətinin  hazırki  mərhələsində  dünya  praktikasına  əsasən  bir 
qayda olaraq auditor proqramına aşaüıdakılar daxil edilir: 
-
 
Əməliyyatların  testləşdirilməsi,  analitik  qaydalar  və  balans 
maddələrin  testləşdirilməsi. 
Maliyyə hesabatlarının maddələrinin düzgünlüyünü təsdiq etmək məqsədi ilə 
maddələr  üzrə  nöqsan  səhvlərin  yoxlanılması  üçün  əməliyyatların  testləri 
hazırlanır. Bu testlər həyata keçirilərkən aşaüıdakılar müəyyənləşdirilir: 
-
 
əməliyyatların həyata keçirilməsi üçün müvafiq icazə vardırmı? 


56 
 
-
 
mühasibat yаzılışlаrı düzgün tərtib edilibmi, jurnal orderdə və analitik 
uçot kitablarına yekunlar düzgün hesablanılıbdırmı? 
-
 
informasiyalar baş kitabda düzgün köçürülübdürmü? 
Hər bir auditor yoxlama zamanı bunlara xüsusi fikir verməlidir. 
Auditor  proqramının  hazırlanması  zamanı  daxili  nəzarətin  nəticələri  nəzərə 
alınmalıdır. əgər daxili nəzarətin kifayət qədər səmərəli olduüu müəyyən edilərsə, 
onda proqrama bütün auditor prosedurları deyil, mаliyyə hesаbаtlаrının və bаlаnsın 
göstəricilərinin dürüstlüyü və yа qeyri dürüstlüyü hаqqındа düzgün nəticənin əsаs-
lаndırılmаsınа  imkаn  verən  bəzi  аuditоr  prоsedurlаrını  dахil  etmək  olar.  Əgər 
аuditоrdа kifаyət qədər аuditоr sübutlаrının tоplаnmаsı üçün dаhа effektli metоdlаr 
оlаrsа, оndа о, dахili nəzаrətin məlumаtlаrındаn istifаdə etməmək hаqdа qərаr verə 
bilər. 
Auditor  proqramının  hər  bir  bölməsi  üzrə  auditorun  işçi  sənədlərində  əks 
etdirilmiş  nəticələr  auditor  rəyinin  analitik  hissəsinin  tərtib  edilməsi,  təsərrüfat 
subyektinin  mühasibat  (maliyyə)  hesabatları  haqda  auditorun  obyektiv  fikrinin 
formalaşmаsı üçün əsas hesab edilir.   
 
3.
 
Auditor riski və оnun qiymətləndirilməsi metоdlаrı    
 
Auditor  riski  dedikdə,  auditorun  qeyri  dürüst  informasiyanın  əks  etdirildiyi 
maliyyə hesabatları və mühasibat balansı üzrə müsbət arayış verə biləcəyi ilə bağlı 
risk başa düşülür. Auditor riski  - auditor tərəfindən həqiqətə uyüun olmayan ma-
liyyə hesabatları və mühasibat balansı haqda öz fikrini əks etdirməkdən qorunma-
sıdır. 
  Auditor riskinin üç komponentini fərqləndirmək lazımdır: 
    xüsusi  risk  (yoxlanılan  müəssisənin  mühasibat  uçotu  və  maliyyə 
hesabatlаrında qeyri dürüst informasiyanın olması ilə bağlı risk); 
       nəzarət  üzrə  risk  (müştərinin  daxili  nəzarət  sistemi  buraxılan  səhvləri 
görməyə  və ya düzəltməyə imkan verməməsi ilə bağlı risk); 
      aşkar etmək üzrə risk (buraxılan nöqsan və qanun pozuntularının auditor 
tərəfindən müəyyən oluna bilməməsi ilə bağlı risk). 


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə