Kafedra: MÜhasibat uçotu və audiT



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə3/68
tarix17.09.2018
ölçüsü1,65 Mb.
#69040
1   2   3   4   5   6   7   8   9   ...   68


 
covptes),  Almaniyada  -  "təsərrüfat  nəzarətçiləri"  (Wirtschaftsprufer)  və  ya  "kita-
bların nəzarətçiləri" (Buchprufer) adlandırılır. 
ßksər ölkələrdə auditorların yüksək 
təhsil alması, müəyyən iş staúına malik olması, ixtisas imtahanlarını verməsi və nə-
hayət, təmiz imicinin olması əsas şərtdir. 
Ikinci mərhələ 1950-ci ildən sоnrаkı dövrü  əhatə edir. Əksər ölkələrdə öz fili-
allarını  və  nümayəndəliklərini  yaratmış  iri  transmilli  auditor  -  məsləhət  firmaları 
inkişaf  etməyə  başlamışdır.  Bu  dövrdə  auditor  xidməti  bazarının  əsas  meyli 
peşəkar  qaydada  xidmətlərin  göstərilməsi  üzrə  ixtisaslaşmış  şirkətlərin 
möhkəmlənməsi,  konsaltinq  (məsləhətlərə)  tələbatın  nəzərə  çarpacaq  artması  ilə 
xarakterizə olunurdu. Şirkətlərin birləşməsi və ya ayrılması və müəssisənin maliy-
yə  sabitliyi  ilə  baülı  məsələlər  üzrə  məsləhət  xidmətlərinə  tələbat  böyükdür.  Son 
dövrlərin  təcrübəsi  göstərir  ki,  məsləhət  xidməti  xa-rakterli  auditə  tələbat  demək 
olar  ki,  yoxdur  və  bu  baxımdan  onun  potensial  inkişafı  üçün  zərurət  aradan 
qalxmışdır. 
Respublikamızda  auditin  inkişafı  və  formalaşması  aşağıdakı  xronoloji 
ardıcıllıqla  getmişdir.  1991-ci  il  iyulun  31-də  AR  NK-nin  «Azərbaycan  Respub-
lıkasının  Maliyyə  Nazirliyi  yanında  Təsərrüfat  Hesablı  Auditor  Mərkəzi 
yaradılması  haqqında»  qərar  qəbul  edildi.  Nəzarət-təftiş  işini  təkmilləşdirmək, 
bütün mülkiyyət formalarının qorunmasını təmin etmək, sui-istifadə və rəqəmləri 
şışirtmə faktlarının qarşısını almaq üçün AR NK MN yanında Təsərrüfat Hesablı 
Audıtor Mərkəzi haqqında Əsasnaməni təsdiq etmişdir. AR NK-nin 1992-ci il 27 
mart tarixli 157 saylı qərarına əsasən A R  MN-də audit xidmətinə xüsusi razılıq 
verilməsinə  dair  Lisenziya  Komissiyası  yaradılmışdı.  16  sentyabr  1994-cü  ildə 
«Auditor xidməti haqqında» AR-nın Qanunu qəbul edildi və həmin Qanunun qüv-
vəyə  minməsi  barədə  20  iyun  1995-ci  ildə  xüsusi  qərar  qəbul  edilmişdir. 
Respublikamızda  auditin  struktur  formalaşması  və  fəaliyyəti  üçün  AR  MM  19 
sentyabr  1995-ci  il  tarixli  qərarı  ilə  «Azərbaycan  Respublikasının  Auditorlar 
Palatası haqqında» Əsasnamə təsdiq etmişdir. Audit fəaliyyətinin respublıkamızda 
daha da təkmilləşdirilməsi  məqsədi ilə AR MM 12 mart 1996-cı ildə iki mühüm 
qərar  qəbul  etmişdir:  «Azərbaycan  Respublikasında  auditorların  və  auditor 



 
təşkilatlarının  qeydiyyatı  barədə»;    «Azərbaycan  Respublıkasının  Audıtorlar 
Palatası  haqqında»  Əsasnaməyə  əlavələr  və  dəyışikliklər  haqqında.    1996-cı  il 
aprelin  4-dən  AR  Auditorlar  Palatası  müstəqil  qurum  kımi  öz  fəaliyyətinə 
başlamışdır.  Hazırda Auditorlar  Palatası  respublikamızda  auditor  fəaliyyətıni tən-
zimləməklə  yanaşı,  bu  sahənin  inkişafına,  təkmilləşdırilməsinə  dair  mütəmadi 
tədbirlər  sistemi  hazırlayaraq  dövlətin  təsərrüfat  subyektlərinin  və  auditorların 
mənafeyinin  müdafiəsini  təmin  edir  və  audıt  xidmətinin  beynəlxalq  standartlarda 
qurulması istiqamətində əməli-praktiki işlər görür. 
       
 
3.
 
Auditin növləri 
 
Iqtisadi ədəbiyyatlarda auditin əsasən iki növü fərqləndirilir: kənar və daxili.  
Kənar  audit  yoxlanılan  müəssisə  və  ya  şirkətə  münasibətdə  müstəqildir  və 
onun informasiyalarına görə kənar istifadəçilər (səhmdarlar, təsisçilər, kreditorlar, 
banklar  və  i.a.)  qarşısında  məsuliyyət  daşıyır.  Kənar  auditin  məqsədi 
informasiyaların  dürüstlüyünün,  mühasibat  balansı  və  maliyyə  hesabatlаrının 
reallığının, eləcə də uçotun aparılmasının düzgünlüyünün yoxlanılmasıdır.  
Təsərrüfat subyektinin maliyyə-təsərrüfat fəaliyyəti xarici auditin obyekti ki-
mi  çıxış  edir.  Səhmdar  cəmiyyətinin  üzvləri,  təsisçiləri,  banklar,  maliyyə-vergi 
orqanları,  digər  hüquqi  və  fiziki  şəxslər  tərəfindən  dürüstlüyü  təsdiq  olunmuş 
maliyyə  hesabatları  və  balanslardan  istifadə  edilməsi  bu  və  ya  digər  müəssisənin 
(şirkətin)  maliyyə  vəziyyətinin  və  ödəmə  qabiliyyətinin  obyektiv  qiymətləndiril-
məsinə imkan verir. 
Praktiki  olaraq  informasiyanın  tərtib  edənlərlə  onların  istifadəçiləri  arasında 
mübahisəli şərait yarana bilər ki, bu da, öz növbəsində müstəqil nəzarətin (auditin) 
aparılmasını zəruri edir. Auditə tələbatın artması eyni zamanda digər amillərlə də 
şərtlənir.  Informasiyanın  istifadəçiləri  (təsisçilər,  səhmdarlar)  onun  keyfiyyətini 
birbaşa  qiymətləndirmək  imkanına  malik  deyildir.  Onlar  müəssisədə  işlərin  real 
vəziyyətinin  obyektiv  qiymətini  əldə  etmək  üçün  mühasibat  balansının,  maliyyə 
hesabatlarının  müstəqil  ekspertiza-sının  aparılmasında  maraqlıdır.  Aktiv  və 


10 
 
passivlərin  dürüstlüyünün  belə  qiymətləndirilməsi  auditorlar  tərəfindən  həyata 
keçirilir. 
  Uçot informasiyaları böyük iqtisadi nəticələri özündə əks etdirir. Riskdən və 
qeyri məhsuldar xərclərdən qaçmaq üçün informasiyaların real və obyektiv olması 
vacib şərtdir. Müstəqil audit bu vəzifənin uğurla həll olunma-sını təmin edir. 
    Kənar auditin əsas vəzifələri aşaüıdakılardır: 
     müəssisənin  mühasibat  balansının  və  maliyyə  hesabatının  dürüstlüyünün 
yoxlanılması və bununla əlaqədar rəyin verilməsi
    baş vermiş maliyyə və təsərrüfat əməliyyatlarının AR qanunvericiliyinə və 
normativ aktlarına uyüunluüunun qiymətləndirilməsi; 
     mühasibat  uçotunun  təşkili  səviyyəsinin,  onun  keyfiyyətinin,  istehsаl-
kоmmersiya  fəaliyyətini  və  onun  nəticələrini  əks  etdirən  mühasibat  yazılışlarının 
tərtib edilməsinin düzgünlüyünün müəyyən edilməsi; 
  məhsulun  maya  dəyərinin,  mənfəətin  hesablanmasının və onun bölüşdürül 
məsinin düzgünlüyünün yoxlanılması; 
  büdcə  ilə,  malgöndərənlə  və  podratçılarla,  alıcılarla  və  sifarişçilərlə, 
müxtəlif debitorlarla və kreditorlarla, fəhlələrlə və qulluqçularla hesablaşmala-rın 
düzgünlüyünün və vaxtında aparılmasının yoxlanılması; 
  xarici  iqtisadi  əməliyyatların,  xarici  kontragentlərlə  hesablaşmaların  qаnu-
nаuyüunluüunun, xarici valyutada əməliyyatların və valyuta hərraclarında vаlyuta-
ların alışı və satışının nəticələrinin düzgünlüyünün yoxlanılması; 
  təsərrüfat  subyektlərinə  xarici  şirkətlərlə  birgə  müəssisənin  yaradılması 
zamаnı  köməklik göstərilməsi:  mümkün  tərəfdaşların  namizədliyinin  edilməsində 
iştirak etmək; 
 təsərrüfat subyektlərinin nizamnamə kapitalının vaxtında yaradılmasının və  
onun tamlıüının təsdiq edilməsi; 
 müştərinin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsində, mülkiyyət-çilərin 
və dövlətin maraqlarının qorunmasında köməklik göstərilməsi


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə