Kafedrası AvtoserviSDƏ XİDMƏTİn texnologiyasi və TƏŞKİLİ


Qazpaylama mexanizminin texniki vəziyyəti klapanların hermetikliyinə (kipliyinə), klapan yaylarının elastikliyinə və sorma və xarijetmə borularında təzyiqin dəyişməsinə görə qiymətləndirilir



Yüklə 22,39 Kb.
səhifə2/2
tarix04.04.2022
ölçüsü22,39 Kb.
#85036
1   2
Labaratoriya №1

Qazpaylama mexanizminin texniki vəziyyəti klapanların hermetikliyinə (kipliyinə), klapan yaylarının elastikliyinə və sorma və xarijetmə borularında təzyiqin dəyişməsinə görə qiymətləndirilir.


Çarxqolu-sürgüqolu və qazpaylama mexanizmlərinin TQ üzrə işlərin məzmunu aşağıdakılardan ibarətdir: bərkitmə yerlərinin vəziyyətinin stabilliyinin yoxlanması və çəkilməsi (bərkitmə işləri); mühərrikin diaqnostika edilməsi, nizamlama işləri və yağlama.

Benzin mühərrikinin qida sisteminin

TQ-i zamanı yerinə yetirilən işlər

Qida sisteminin texniki vəziyyəti aşağıdakı üsullarla təyin edilə bilər: yanajaq sərfinin ölçülməsi və onun nəzarət sərf norması ilə müqayisə edilməsi; işlənmiş qazlarda dəm qazının (JO) miqdarının ölçülməsi; qida sistemi jihazlarının xüsusi qurğularda sınağı.

Nəzarət baxışı zamanı yanajağın sızıb axmasının olub-olmamasını, çəndə yanajağın səviyyəsini yoxlayırlar.

Texniki qulluq işlərinə aiddir:



  • qida sistemi jihazlarının bərkidilməsinin yoxlanması, çirk, toz və yağdan təmizlənməsi, qida sisteminin kipliyinin baxışla yoxlanılması;

  • dirsəkli valın müxtəlif dövrlər sayında mühərrik işləməsinin yoxlanması və lazım gəldikdə karbüratoru boş işləmə recimində nizamlanması; karbüratorun idarə edilməsi intiqalının yoxlanması, çoxduruju-süzgəjlərdən və yanajaq çənindən çgküntünün boşaldılması;

  • yanajaq çəninin, borularının birləşmələrinin, karbürator, yanajaq nasosunun bərkidilməsinin və kipliyinin yoxlanması; hava və drossel qapaqlarının tam açılıb-bağlanmasının yoxlanması və lazım oduqda nasazlığın aradanqaldırılması; karbüratorun üzgəjli kamerasında yanajaq səviyyəsinin yoxlanması və nizamlanması; yanajaq nasosunun işinin yoxlanması; mühərrikin asan işə düşməsinin yoxlanması.

Bunda başqa hava süzgəji və yanajaq süzgəjləri çıxarılır, yuyulur, yanajaq bakının qapağında klapanlar yuyulur, lazım olduqda yanajaq çəni yuyulur, karbürator nizamlanır.

Karbürator qida sisteminin əsas və ən mürəkkəb jihazıdır. Onun texniki vəziyyəti bilavasitə mühərrikə daxil olan yanıjı qarışığın tərkibinə təsir edir. Karbüratorun texniki qulluğu təmizlik, bərkitmə və s. işlərdən başqa bir sıra məsul yoxlama-nizamlama işləri də nəzərdə tutur ki, bunların yerinə yetirilməsi xüsusi jihazların istifadə olunmasını və peşəkarlıq vərdişi tələb edilir.

Karbüratoru mühərrikdən çıxarmadan yerinə yetirilən TQ işlərinə aiddir: kar­büratorun idarə olunma intiqalının nizamlanması; əsas dozalaşdırıjı quruluş­ların yoxlanması və nizamlanması; karbüratorun elementlərinin yoxlanması.

Karbüratorun mühərrikdən çıxarılması və sökülməsi ilə bağlı TQ işlərinə aiddir: karbüratorun gikluorlarının, diffuzor blokunun lövhələrinrin elastikliyinin, sürətləndiriji nasosun verilişinin yoxlanması, həmçinin karbüratorun üzgəjili kamerasında yanajağın səviyyəsinin yoxlanması və nizamlanması.

Dizel mühərrikininin qida sisteminin

TQ-u zamanı yerinə yetirilən işlər

TQ işlərinə aiddir: yanajaq çənlərinin, yanajaq borularının, süzgəjlərin, forsunkaların bərkidilməsinin və hermetikliyinin yoxlanması; yanajağın verilməsinin idarə olunma intiqalının işinin yoxlanması və lazım gəldikdə nizamlanması; yanajağın çəndən forsunkalara gəlməsinin yoxlanması və lazım gəldikdə yanajaq verəm sistemindən havanın çıxarılması; mühərriki işə salaraq boş işləmə recimində dirsəkli valın dövrlər sayının nizamlanması və mühərrikin işinin yoxlanması; yüksək təzyiqli yanajaq nasosunun, yanajaq püskürülməsini qabaqlamanın avtomat muftasının, forsunkaların işləməsinin yoxlanması və nizamlanması; hava ilə qida sisteminin kipliyinin yoxlanması; yanajaq və hava süzgəjlərinin təmizlənməsi və yuyulması.

Tələb olunduqda yüksək təzyiqli və alçaq təzyiqli yanacaq nasoslarını mühərrikdən çıxararaq stendlərdə yoxlamaq və nizamlamaq lazımdır.


Mühərrikində CT işləri

Mühərrikin CT zamanı xarakterik işlərə aiddir: porşen üzlüklərinin, porşenlərin və porşen barmaqlarının dəyişdirilməsi, şatun və ana boynu yastıqlarının nazikdivarlı içliklərinin istismar ölçülü içliklərlə dəyişdirlməsi, blokun araqıtının dəyişdirilməsi, çatların və deşilmiş yerlərin bərpası, klapanların və klapan yuvalarının jilalanması və uyuşdurulması, mühərrikin yağlama sisteminin həllediji mayelərdən istifadə etməklə yuyulması, reduksiya klapanının dəyişdirilməsi və başqa işlər. Mühərriki təmirdən sonra yığıb stenddə soyuq və isti sınaqlara məruz edirlər və bununla da onu istismar yüklənmələrinə hazırlayırlar.

CT zamanı qovuşmaları bərpa etdikdə təmir ölçülərindən istifadə olunur və əsasən, birinji təmir ölçüsü həddində hissələrin dəyişdirilməsini yerinə yetirilir.

Karbiratorlu mühərrikin qida sistemi jihazlarının jari təmir işlərinə aiddir: yanajaq sərfi artmış (yeyilmiş) diklyorların yenilərilə əvəz edilməsi, üzgəjli kameranın kipləşdiriji iynəsinin və onun yeyilmiş yuvasının sürtülməsi, üzgəjlərin yanajaq axan yerlərinin lehimlənməsi, yanajan nasosunun nasaz diafraqmasının dəyişdirilməsi.

Avtonəqliyyat müəssisəsində dizel mühərriklərinin qida sistemi hissələrinin və jihazlarının JT çox da mürəkkəb olmayan avadaqlıq və müvafiq olaraq mürəkkəb istiehsalat texnologtyası tələb etməyən işləri əhatə edir. Belə işlərə aiddir: klapanların işçi səthlərinin və onların yuvalarının sürtülərək uyuşdurulması, kipləşdiriji iynələrin və forsunkaların tozlandırıjılarının, plinger jütlərinin, uyuşdurulması, elastikliyini itirmiş yayların dəyişdirilməsi; yanacaq borularının, yivlərin bərpası; boruların ağız hissələrinin düzəldilməsi; nasosun gövdəsində çatların tutulması və b.

Qida sisteminin təmir edilmiş hissələrini yığdırdan sonra işlədir, sınaq edir və stenddə və bilavasitə mühərrikdə nizamlayırlar.

İşin məqsədi:


  1. Mühərrikin texniki qulluq və cari təmir işlərinin məqsədinin və mahiyyətinin tələbələrə öyrədilməsi.

  2. Mühərrikin cari təmir işinin praktiki texnologiyasının öyrədilməsi.

  3. Mühərrikin cari təmir işinin videofilmi əsasında texnologianın təsviri


İstifadə olunan avadanlıq və cihazlar:

Mühərrikin cari təmir işinin haqda vüdeofilm, burada göstərilən avadanlıq, tərtibatlar.


İşin yerinə yetirilməsi.

Müəllimin izahından sonra müvafiq videofilm nümüyiş etdirilir. İnteraktiv formada müzakirə aparılır. Əlavə 1-də verilmiş forma üzrə hesabat tərtib olunur.


Yoxlama sualları


  1. Mühərrik mexanizmlərinin əsas nasazlıqları hansılardır?

  2. Mühərrik mexanizmlərində hansı texniki qulluq və cari təmir işləri aparılır?

  3. Müasir avtomobil mühərrikinin sökülüb-yığılma texnologiyasını izah edin

Yüklə 22,39 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə