Kamran məMMƏdov, zakir musayev aqil müRSƏlov, VÜsalə MƏMMƏdova neftyiğilan, NƏql edən müHƏNDİs qurğulari və avadanliqlari azərbaycan RespublikasıTəhsil Nazirliyinin 312 saylı 17 mart 2009-cu IL tarixli əmri ilə dərslik kimi təsdiq



Yüklə 1,18 Mb.
səhifə56/57
tarix27.12.2023
ölçüsü1,18 Mb.
#162411
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   57
C fakepath lav v sait

5.3. Korroziyaya qarşı qoruyucu örtük
Neft – qaz kəmərlərini və çənlərini mühafizə etmək üçün müxtəlif konstruksiyalı materiallardan ibarət qoruyucu örtük tətbiq olunur ki, bu da passiv mühafizə metodu adlanır.
Yeraltı magistral polad boru kəmərlərini korroziyadan mühafizə etmək üçün iki növ qoruyucu örtükdən – normal və gücləndirilmiş örtüklərdən istifadə olunur. Diametri 1000mm və daha böyük olan neft – qaz kəmərində yalnız gücləndirilmiş qoruyucu örtük tətbiq edilir. Bütün hallarda qoruyucu örtüklər aqressiv şəraitdə yüksək kimyəvi dayanıqlığa, neytrallığa, mexaniki möhkəmliyə, istiliyə davamlılığa, dielektriklik xassəsinə, boru səthinə yaxşı yapışmaq və hidroizolyasiya qabiliyyətinə malik olmalıdırlar.
Metal neft çənlərinin dibinin xarici səthləri bitum örtüyü ilə mühafizə olunmalıdır. Əksər hallarda boru kəmərlərinin və neft çənlərinin istismar müddətini artırmaq və normal təhlükəsizliyini təmin etmək üçün onların xarici və daxili səthləri həm qoruyucu örtüklə, həm də elektrik üsuli ilə mühafizə olunurlar. Qoruyucu örtüyün zədə və nasaz yeri İP - 1-60 tipli zədəaxtarıcı cihazla aşkar edilir. Bu cihazın iş prinsipi, onun iki nöqtəsi arasındakı potensiallar fərqinin ölçülməsinə əsaslanır. Bu göstəricinin maksimal qiymətini bilavasitə zədə üzərindəki elektrod göstərir. Minimal mühafizə potensialını aşağıdakı düstur ilə təyin etmək olar:
Umin−t = Umin−18 (1+ βu t)
burada, Umin-t – t0C temperaturda minimum mühafizə potensialı; Umin-18 – 180C temperaturda mühafizə potensialı;
βu – potensialın temperatur əmsalı 0-180C temperatur üçün
βu =0,003; 18 – 300C temperatur üçün βu =0,01;
t= tr −18 ;
tr – boru kəmərinin divarının yaxınlığında temperaturdur. Magistral boru kəmərlərinin korroziyadan mühafizəsi
katod protektor və elektrodrenaj qurğuları vasitəsi ilə mühafizə olunur. Elektrik mühafizə metodu sərbəst mühafizə tədbiri kim ayrılqda tətbiq olunmur, çünki qurğunun gücü çox artar və kəmərin mühafizə olunan sahəsinin uzunluğu çox sərt qısalır. Ona görə də bu növ mühafizə elektrokimyəvi üsulu tamamlayır.
Katod mühafizə üsulunda boru kəmərinin səthində mənfi potensial yaradılır və onun səthindən elektrik cərəyanının çıxmasının qarşısı alınır. Bu məqsədlə boru kəməri katoda çevrilir və ona daimi cərəyanın mənfi qütbü, müsbət qütbü isə anoda – yəni boru kəmərindən kənarda torpağa



basdırılmış xüsusi elektrod vasitəsilə birləşdirillir (şəkil 5.1). Nəticədə cərəyan xüsusi elektroddan boru kəmərinin korroziyasının qarşısını alır.

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə