Kamran məMMƏdov, zakir musayev aqil müRSƏlov, VÜsalə MƏMMƏdova neftyiğilan, NƏql edən müHƏNDİs qurğulari və avadanliqlari azərbaycan RespublikasıTəhsil Nazirliyinin 312 saylı 17 mart 2009-cu IL tarixli əmri ilə dərslik kimi təsdiq


V FƏSİL MAGİSTRAL BORU KƏMƏRLƏRİNİN TİKİNTİSİ VƏ İSTİSMARI DÖVRÜNDƏ ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ



Yüklə 1,18 Mb.
səhifə54/57
tarix27.12.2023
ölçüsü1,18 Mb.
#162411
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   57
C fakepath lav v sait

V FƏSİL
MAGİSTRAL BORU KƏMƏRLƏRİNİN TİKİNTİSİ VƏ İSTİSMARI DÖVRÜNDƏ ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ
5.1.Boru kəmərlərinin yeraltı və atmosfer korroziyalarından qorunması
Boru kəmərlərinin layihələndirilməsi, çəkilməsi (tikintisi) zamanı, kəmərin qurğularının və boruların özüllərinin ətraf mühitin təsirindən qorunması məsələləri öz həllini tapmalıdır.
Boru kəmərləri yeraltı və yerüstü (tökmədə) çəkilərkən erroziyaya qarşı mübarizə tədbirləri kimi yeraltı materiallardan istifadə olunur. Yeraltı boru kəmərləri ilə kəsişmə yerində subasmayan sahillərin bərkidilmə səviyyəsinin qaşı, 50 ildən bir baş verə biləcək daşqın səviyyəsindən və eləcə də sahilə çırpılan dalğaların təsirindən 0,5m yuxarıda olmalıdır.
Su basan sahillərin yamaclarından başqa digər hissələrində 1-5m uzunluğunda yamaclara birləşən sahələr bərkidilməlidir. Sahillərin bərkidilən zolaqlarının eni geoloji və hidrogeoloji şəraitdən asılı olaraq layihə əsasında tapılır. Boru kəmərlərinin trassası sürüşmə rayonlarından keçərsə, ətraf mühitin və kəmərin mühafizəsi üçün borular dayaq üstü (çalınma, qazma – çalınma svaylar və dirəklərlə) keçirilməlidir. Boru kəmərinin trassasına yaxınlıqdakı ərazilər erroziyaya uğramış və çatlarla əhatə olunmuş haldadırsa, həmin sahələr kəmərin çəkilişindən qabaq möhkəmləndirilir. Bununla da gələcəkdə ətraf mühitin qorunması üçün qabaqlayıcı tədbirlər görülmüş olur.
Boru kəmərlərinin konkret çəkilmə və istismarı şəraitindən asılı olaraq onların korroziyadan müdafiə örtükləri iki tipdə tətbiq olunur: gücləndirilmiş və normal. Müdafiə örütüyünün gücləndirilmiş tipi 1020 mm diametrli və istənilən diametrli döşənmə boru kəmərlərində aşağıdakı qaydada tətbiq edilə bilər: kəmər keçən trassa
–cənubdan şimala doğru 500 – li bucaq altında yönəldikdə;
–üzrə ölkənin istənilən rayonun ərazisində münbit torpaq hissəsi şoranlaşdıqda və şorakətlişdə;
–bataqlıq, qara torpaq və suvarılan ərazidən keçdikdə;
–sualtı keçid, çay məcrası, avtomobil və dəmir yolları ilə kəsişdikdə;
–digər boru kəmərləri trassası ilə kəsişdikdə hər iki tərəfdən 20m məsafədə örtüklə müdafiə olunur;
–sənaye və məişət çirkab suları axan və zibil tullantıları atılan ərazilərlə kəsişdikdə;
–313 K (400C) temperaturunda maye nəql edən boru kəməri xətti ilə kəsişdikdə;
–çay, kanal, göl, su anbarı, həmçinin yaşayış məntəqəsi yerləşən ərazidən 1000 m-dən az məsafədə olduqda.
Yerüstü çəkilən boru kəmərlərini atmosfer korroziyasından qorumaq üçün laklı boya, emal olunmuş şüşəli pambıq, metal, yaxud konsistentli sürtgü örtüklərdən istifadə olunur. Laklı boyanın ümumi qalınlığı 0,2mm – dən az, cərəyan keçiriciliyi isə 1 kV – dan çox olmamalıdır.
Lak rəngləmədə nəzarət qalınlıqölçən «MT-41NÜ»,«TU 25-06.2500-83» və «Krona -1R» tipli «TU 25-06.2515-83» cihazları ilə yerinə yetirilir.
Emal olunmuş şüşəli pambıq boru kəmərinə «OCT 26- 01-1-90» avadanlığı ilə 0,5 mm – dən az olmayan qalınlıqda sarınır. Şüşəli pambıq boru ətrafına həmçinin yuxarıda adları çəkilən avadanlıqlarla da örtülə bilər.
Boru kəmərlərinin atmosfer korroziyasından qorunması üçün temperaturu (–600C) – dən aşağı və +400C –dən yuxarı olan ərazilərdə konsistentli sürtgu örtüyündən istifadə olunur. Onun tərkibində çəkisinə görə 20% təşkil edən «PAK -3» və «PAK-4» alüminium tozlu qarışıq vardır. Bu sürtgünün qalınlığı boru kəmərinin səthindən ərazidə havanın temperaturundan asılı olaraq 0,2 -0,5 mm qəbul edilir.
Yerüstü boru kəmərlərinin atmosfer korroziyasından müdafiə olnmasında metal örüklərdən «SNiP III- 23- 81*»- in tələblərinə uyğun olaraq istifadə olunur.

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə