Kandavlizm Şahin Böyükağa oğlu Əlibəyli Candaulism



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/73
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5796
1   ...   48   49   50   51   52   53   54   55   ...   73

127 
 
ailəsindəki  stabilliyi  pozan  kişinin  də  vətəndaşın  azadlığına  təcavüz  etmə,  qadını 
əxlaqsızlığa  sürükləmə  kimi  əməllər  törədərək  qanun  qarşısında  cavab  verməli  olduğu 
bildirilir.  Xoşagəlməz  olayın  baş  verdiyi  el-oba  belə  biabırçılığın  geniş  kütlə  içərisində 
müzakirəyə çıxarılmasını özlərinin aşağılanması, onların təhqir edilməsi kimi başa düşür 
və  haqlı  narazılığını  çatdırır,  hətta  rüsvayçı  görüntülərin  yayımına  etiraz  edən  sakinlər 
onlardan üzr istənilməsini tələb edirlər. Halbuki bir qədər əvvəl qeyd etdiyimiz kimi, həyat 
yoldaşının  başqa  kişi  ilə  olan  intim  münasibətini  gizlincə  videoya  çəkib  ictimaiyyət 
içərisinə  çıxaran  ərin  belə  bir  addımı  atmaqla  yardım  istəməsi  qisas  almaqla  cinayət 
işlətmək istəməyən bir vətəndaşın çarəsiz vəziyyətə düşməsi zamanı etdiyi hərəkət kimi 
qarşılana  və  müəyyən  mənada  başa  düşülə  bilər.  Çox  böyük  ehtimalla  aldanmış  kişi 
xəyanətkar  həyat  yoldaşının  əxlaqsızlığını  ifşa  etdiyindən  məhz  belə  bir  yolla  ondan 
heyfini almaq istəmişdir. 
«Kandavlizm»  adlandırılan  hadisə  sadə  xalq  dilində  «dəyyusluq»  və 
«qurumsaqlıq» kimi başa düşülə, buna müvafiq surətdə belə meyl pozğunluğuna mübtəla 
olmuş  kişilərin  özləri  «dəyyuslar»  və  «qurumsaqlar»  kimi  anlaşıla  bilər.  Halbuki 
«kandavlizm», «dəyyusluq» və «qurumsaqlıq» istilahlarının hamısını eyniləşdirmək doğru 
olmazdı. Söz yox ki, «dəyyus», «qurumsaq» kimi tanınan kişilərin arasında kandavlistlər 
vardır,  bunu  inkar  etmək  mümkün  deyildir.  Ancaq  «dəyyus»  və  «qurumsaq»  adını 
qazananların hamısını kandavlist hesab etmək olmur, hətta «dəyyusla» «qurumsağın» eyni 
olmadığı  unudulmamalıdır.  Hər  «qurumsağa»  da  «dəyyus»  deməzlər.  Buna  görə 
psixiatriya, seksologiya, psixologiya, sosiologiya və digər yanaşı elm sahələrində istifadə 
edilən  «kandavlizm»  termini  ilə  bizim  dildə  işlənən  «dəyyusluq»  və  «qurumsaqlıq» 
istilahları arasındakı əlaqədən söz açmaq və dəqiq məlumat vermək lazım gəlir.  
Azərbaycan  Milli  Elmlər  Akademiyasının  müxbir  üzvü,  filologiya  elmləri 
doktoru,  professor  Əliheydər  Abbas  oğlu  Orucovun  rəhbərliyi  və  ümumi  redaktəsi  ilə 
hazırlanmış «Azərbaycan dilinin izahlı lüğəti»ndə oxuyuruq: «Dəyyusluq – öz arvadının 
namussuzluğuna dözmə; qeyrətsizlik, namussuzluq» [3, səh. 611, sağ sütun]. 
Himayəsində  olan  qadının  qeyrətini  çəkməyən,  ailəsinin  namus  və  ləyaqətini 
qorumayan,  arvadının  qayğısına  qalmayan  kişi  cinsli  şəxsə  dəyyus  deyilir.  Yenə  həmin 
lüğəti vərəqləyək: «Dəyyus – öz arvadının xəyanətinə dözən adam; qeyrətsiz, namussuz» 
[3, səh. 611, sağ sütun]. 
«Dəyyus» sözü mənşəyinə görə ərəb sözüdür. Ərəb mənşəli «dəyyus» kəlməsini 
bəzən  «əd-dəyyus»  kimi  yazırlar.  Həmin  kəlmənin  süryani  dilindən  ərəb  dilinə  keçdiyi, 
oradan isə digər dillərə sirayət etdiyi söylənilir.  
«Dəyyus»  sözü  bəzən  söyüş  yerində  işlənir.  Məsələn,  azərbaycanlı  yazıçı, 
dramaturq,  jurnalist  və  ictimai  xadim  Cəlil  Hüseynqulu  oğlu  Məmmədquluzadənin 
əsərində Xudayar bəyin dilindən deyilir: «... Eşşəyi mənə o dəyyus özü veribdi». 
Dəyyus  –  arvadının  (zövcəsinin)  başqa  kişilərlə  intim  yaxınlığına  göz  yuman, 
onu  digər  kişilərə  qısqanmayan  zəif  ərdir.  Dəyyus  arvadının  və  yaxınları  sayılan  digər 
qadınların  namusuna  xələl  gətirəcək  davranışa  qarşı  müqavimət  göstərmək  iqtidarı 
olmayan, qısqanma və qeyrət hisslərini itirən, şərəf hissini duymayan, nikahdankənar cinsi 
əlaqəyə biganə qalan kimsədir.  


128 
 
Bir  qeyrətsiz  adam  olaraq  dəyyus  xalq  arasında  olan-olmaz  hörmətini  itirir. 
Dəyyusun çox vaxt camaat arasına çıxmağa üzü olmur. İslam dininin banisi Məhəmməd 
peyğəmbər salavatullah buyurur: «Üç nəfər cənnətə girməz: valideyninin üzünə ağ olan 
övlad, dəyyus kişi və özünü kişiyə bənzədən qadın». 
Söhbətin  daha  aydın  olması  naminə  gəliun  «Azərbaycanca-rusca  lüğət»ə 
müraciət edək: 
Dəyyusluq – isim qismində: характер мужа, мирящегося с изменой жены. 
Dəyyus – isim qismində: рогоносец (муж, которому изменяет жена) [7, səh. 
760, sol sütun]. 
Həqiqətən belədir: dəyyusluq – arvadının xəyanətinə dözən, onun ayağısürüşkən 
olması ilə razılaşan, zinakarlığı ilə barışan ərin xarakteridir. Növbəti cümlədə arvadının ona 
xəyanət etdiyini bilən ərdən – dəyyusdan söhbət gedir və beləsi «buynuzdaşıyan» (rusca 
«рогоносец») adlandırılır. Elə buradan söhbət qızışır. Stol üzərinə «Rusca-azərbaycanca 
lüğət»  gətirilir:  «Рогоносец  –  köhnəlmiş  söz:  dəyyus,  qurumsaq  (arvadı  tərəfindən 
aldadılan ər)» [19, səh. 113, sol sütun]. 
Qarışıqlıq  yaranmamasından  ötrü  «qurumsaqlıq»  və  «qurumsaq»  sözlərinə 
aydınlıq gətirək, sonra «buynuzdaşıyan» ətrafında söhbətimizi davam etdirərik. 
Həqiqətən  «dəyyus»,  «qurumsaq»  sözləri  köhnə  ədəbiyyatlarda  işlənmiş 
sözlərdir. «Azərbaycanca-rusca lüğət»dən başlayaq: 
Qurumsaqlıq – isim qismində: бесчестие, позор. 
Qurumsaq  –  I.  Sifət  qismində:  бесчестный;  II.  İsim  qismində:  1.  Мерзавец, 
негодяй; 2. негодник [8, səh. 227, sağ sütun]. 
İsim  qismində  işlənən  «qurumsaqlıq»  sözü  eyni  vaxtda  həm  «biabırçılıq», 
«həqarət»,  «namussuzluq»,  «rüsvayçılıq»,  «təhqir»,  həm  də  «bədnamlıq»,  «üzüqaralıq» 
kimi anlaşılır. Buradan aydın olur ki, «qurumsaqlıq» insan üçün pis addır, biabırçılıq və 
rüsvayçılıqdır, belə şeyə yol vermək həqarət, təhqir sayılır, namussuzluq kimi qarşılanır, 
bədnamlıq, üzüqaralıq olaraq dəyərləndirilir.  
«Qurumsaq»  sözü  sifət  qismində  işlənərkən  «abırsız»,  «arsız»,  «namussuz», 
«şərəfsiz» mənasını kəsb edir, ancaq isim kimi istifadə edilərkən eyni vaxtda həm söyüş 
olaraq  «alcaq»,  «əclaf»,  «yaramaz»,  həm  də  oğlan  uşağına  münasibətdə  «dəcəl», 
«şuluqçu»  mənalarını  özündə  ehtiva  edir.  Azərbaycan  yazıçısı,  ədəbiyyatşünas  və 
ssenaristi  İsmayıl  Şıxlının  əsərlərindən  birində  oxuyuruq:  «Kəs  səsini,  dınqıra  süzən 
qurumsaq!» 
Deyilənlərə əsasən belə nəticə hasil olur ki, «qurumsaqlıq» məfhumu müəyyən 
hallarda  «dəyyusluq»  anlayışı  ilə  eyniləşdirilə  bildiyi  kimi,  ondan  fərqli  yaramaz 
xüsusiyyətləri də əhatə edə, özündə birləşdirə bilir.  
Ancaq «dəyyusluq» və «buynuzluluq» məfhumları tam-üst-üstə düşür. 
Dəyyusluq  hesab  edilən  xarakterə  malik  kişi  sadə  xalq  dilində  «arvadı 
ayağısürüşkən  olan  kişi»,  «arvadı  paylayan  kişi»,  «arvadı  verən  kişi»  və  başqa  adlar 
almışdır. Bundan başqa, kişinin arvadı ona xəyanət edirsə, belə kişinin «buynuzu» olduğu 
zənn  edilir.  Odur  ki,  ona  «buynuzlu»,  «buynuzu  olan»,  «buynuzdaşıyan», 
«buynuzgəzdirən» deyirlər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə