Kandavlizm Şahin Böyükağa oğlu Əlibəyli Candaulism



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/73
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5796
1   ...   49   50   51   52   53   54   55   56   ...   73

129 
 
Bəzi  araşdırıcıların  fikrincə,  dəyyusluq  təkcə  insana  deyil,  eyni  zamanda 
heyvanlara,  məsələn,  donuzlara  da  xas  olan  bir  əlamətdir.  Belə  araşdırıcıların  gəldikləri 
qənaətə görə, «donuz qısqanclıq duymaz, namus bilməz». 
Monoqam  həyat  sürən  heyvanlar  arasında  öz  seksual  partnyoruna  vəfalılıq 
möhkəm olur. Ancaq cinsi həyatı poliqam tipi üzrə gedən heyvanlar seksual partnyorlarını 
tez-tez dəyişdirirlər.  
Heyvanlar arasında dəyyusluq hadisəsinə bir qədər başqa aspektdən yanaşmaq 
lazım  gəlir.  Məsələ  burasındadır  ki,  təbiət  daha  sağlam  olan  fərdlərin  saxlanmasında, 
onların  nəslinin  davam  etdirilməsində  maraqlı  olur.  Buna  görə  dişi  fərdlə  cütləşmək 
üstündə erkəklərin bir-birilə döyüşə çıxmaları, bəzən amansız mübarizənin ağır xəsarətlə, 
hətta  ölümlə  nəticələnməsi  vəhşi  təbiətdə  tez-tez  rast  gəlinən  səhnədir.  Belə  səhnələrin 
təşkil edilməsində güdülən məqsəd qalib gəlmiş erkəyin dişiyə sahib çıxaraq nəslini davam 
etdirə bilməsinə şərait yaratmaqdır. 
Bundan  başqa,  insestə  yol  verməmək  naminə  heyvanlar  arasında  dəyyusluq 
tamamilə  normal  bir  hal  kimi  meydana  çıxa  bilər.  Yəni,  «kənar»  erkəklərdən  mühafizə 
edilən  («namusu  qorunan»)  dişi  son  halda  öz  yaxınları  (qan  qohumları)  ilə  cütləşmək 
məcburiyyətində qala bilər.  
İnsanın təkamülü prosesinin gedişində müəyyən dövr ərzində oxşar mənzərənin 
müşahidə  edildiyi  iddia  olunur.  Güman  edilir  ki,  kənardan  davanın  nəticəsini  gözləyən 
qıza, qadına yalnız qarşı tərəfi məğlub etmiş kişi sahib ola bilərdi.  
Dəyyusluq şüurlu ictimai varlıq olan insana münasibətdə əhəmiyyət kəsb edir. 
Hətta bəzi xalqlarda təkcə kişinin deyil, eyni zamanda qadının da dəyyus ola bildiyi bəyan 
edilir.  Buradan  belə  çıxır  ki,  həmin  xalqlarda  əri  xəyanət  edən  qadına  da  dəyyus  kimi 
baxılır. Təsadüfi deyildir ki, təxminən 1815-ci ildə çəkildiyi güman edilən bir fransız satirik 
şəklində həm kişi, həm də qadın cinsli şəxslər arasında buynuzdaşıyanlar təsvir edilmişdir. 
 
 
 
Şəkil  51.  Həm  kişi,  həm  də  qadın  cinsli  şəxslər  arasında  buynuzdaşıyanların 
təsvir edildiyi fransız satirik şəkli. Təxminən 1815-ci il. 


130 
 
 
Ancaq qəbul edilmiş  ənənəyə görə, dəyyus kişi cinsli  şəxsdir.  Arvadı xəyanət 
edən kişiyə  dəyyus deyirlər.  Qeyd  edək  ki,  ərə  xəyanət  epizodik  və  sistematik ola bilər. 
Yalnız nadir hallarda, çox gec-gec edilən xəyanətə epizodik xəyanət deyilir. Bəzən xəyanət 
mütəmadi hal alır. Belə hallarda ona sistematik xəyanət deyilir. 
Kifayət  qədər  davamlı  olan  və  geniş  yayılan  «buynuzdaşıyan»  istilahının 
etimologiyasına  (mənşəyinə)  dair  bir  neçə  versiya  vardır.  Daha  çox  inandırıcı  olan 
versiyalardan  birinə  görə,  «buynuzdaşıyan»  istilahı  Bizansda  (Vizantiyada)  çox  geniş 
yayılmışdı. Onu imperator Birinci Andronik Komnin (Andronikos I Komnenos)
125
 adı ilə 
bağlayırlar.  
Birinci Andronik Komnin Bizans tarixində ən qeyri-adi və maraqlı fiqurlardan 
biri  olmuşdur.  Onun  hərbi  sahədə  başına  gələn  sərgüzəştlər  məhəbbət  macəralarına 
qarışaraq özü haqqında qəribə bir təsəvvür formalaşdırmış, paytaxt sakinlərinin dedi-qodu 
yaymalarının və fərqli xəbər gəzdirmələrinin mənbəyinə çevrilmişdir.  Həm alçaq, həm də 
yüksək keyfiyyətlərə malik olan Komnin çox ziddiyyətli bir adam olaraq qalmışdır. Güclü, 
cəsarətli, zirək, bacarıqlı, ağıllı və gözəl olması onun ləyaqətli şəxsiyyət kimi tanınmasını 
təmin edirdisə, irsən aldığı hakimiyyətpərəstlik, səbirsizlik, tədbirsizlik, daim istənilən növ 
cinayəti  törətməyə  hazır  olma,  zalımlıq  (amansızlığa  yol  vermə),  qisasçılığa  meyllilik, 
şorgözlük və digər cəhətlər onun hörmətdən düşməsinə gətirib çıxarırdı. Birinci Andronik 
Komnin  öz  amur  (eşq)  macəralarına  görə  əməlli-başlı  ad  çıxarmış,  şöhrət  qazanmışdı. 
Özünün cavan arvadı və bir neçə məşuqəsi olmasına baxmayaraq gözü doymaq bilməyən, 
daim başqalarının gözəl və cazibədar arvadlarına tamah salan hökmdar «başdan çıxardan 
imperator»  reputasiyasını  qazanmışdı.  Andronik  öz  əxlaqsız  hərəkətlərinə  görə 
şəhərlilərdən «Bizans Priapı» ləqəbini almışdı. Paytaxt sakinlərini ələ salan, lağa qoyan, 
onlara masqara, rişxənd edən basilevs
126
 bəzi kişilərin öldürdükləri maralların buynuzlarını 
meydanlarda  asmaqla  onların  arvadlarının  əxlaqsızlığını  göstərmiş,  ayağısürüşkənliyini 
ifadə etmişdir.  
İmperator  öz  məşuqələrinin  ərlərinə  kompensasiya  qismində  maral  buynuzu 
hədiyyə edirdi. Ərin maral buynuzu alması ona cəmiyyətdə bir sıra imtiyazlar (üstünlüklər) 
qazandırırdı.  Məsələn,  buynuza  sahib  olan  kişi  şahın  malikanəsində,  ona  məxsus  olan 
torpaq  sahəsində  ov  etmək  hüququ  qazanırdı.  Arvadı  şah  tərəfindən  «ovlanan»  kişi  indi 
sarayın həndəvərində heyvan ovlamaq ixtiyarı əldə edirdi. Buna müvafiq olaraq belə ərləri 
«buynuza malik olan ərlər», «buynuza yiyələnmiş ərlər» adlandırmağa başladılar. Tədricən 
uzun  kəlmələr  yığcamlaşdırılaraq  «buynuzdaşıyan»  və  yaxud  «buynuzgəzdirən»  halına 
salınmışdır [23; 24]. 
Bir  sözlə desək,  arvadı  sarayda imperatorun yatağında olan  «başıpapaqlıların» 
maral buynuzlarını gəzdirməkdən başqa yolu qalmırdı. Onlar həm buynuzun özünü, həm 
də sözünü gəzdirməli, daşımalı olurdular.  
İkinci versiyaya görə, sabitliyini mühafizə edə bilən «buynuzdaşıyan» məfhumu 
Qərbi  Avropada  linqvistik  internasionalizasiya  (dilçilik  beynəlmiləlləşdirilməsi) 
nəticəsində meydana çıxmışdır. Belə ki, köhnə fransız sözü olan «cuccu» artıq insanlara 
münasibətdə  istifadə  edilməyə  başlamışdır.  «Cuccu»  sözü  rus  dilinə  «kukuşka» 
(«кукушка»), bizim dilə isə «ququ quşu» kimi tərcümə edilmişdir.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə