168
olmuşdur. Xüsusən Əlcəzairdə çox istifadə edildiyinə görə ədəbiyyatların bir çoxunda onu
«həşişin Əlcəzair növü», yaxud sadəcə «Əlcəzair həşişi» adlandırırdılar.
Teofil Qotyenin şəhadətinə görə, klubun həyatında aktiv iştirak edən Bodler
«eksperimentləri gedişində həşişi cəmi bir, yaxud iki dəfə qəbul etmişdir, heç vaxt onu
daimi istifadə etməmişdir. Aptekdə alınan və jiletin cibində daşınan bu xoşbəxtlik onda
ikrah doğurmuş, onun ürəyini bulandırmışdır». Sonralar Bodler opiuma öyrəşir, lakin
1850-ci illərin əvvəllərində meylinin qabağını ala, onun öhdəsindən gələ bilir, öz
psixodelik təcrübəsi haqqında üç böyük məqalə yazır. Həmin məqalələr 1860-cı ildə «Süni
cənnət» məcmuəsini təşkil etmişdir. Məqalələrdən ikisi kannabinoidlərə həsr olunmuşdur.
1851-ci ildə «Çaxır və həşiş», 1858-ci ildə «Həşiş haqqında poema» dərc edilmişdir.
Bodler onların təsirinin maraqlı olduğunu bildirmiş, lakin yaradıcı şəxsiyyət üçün
qəbuledilməz hesab etmişdir. Bodlerin gəldiyi qənaətə görə, «çaxır insanı ünsiyyətcil edir
və xoşbəxt göstərir, həşiş onu təcrid edir. Çaxır iradənin tərifini göylərə qaldırır, həşiş onu
məhv edir». Buna baxmayaraq Bodler öz məqalələrində obyektiv müşahidəçi kimi çıxış
edir, həşişin psixotrop effektlərini şişirtmir və artıq dərəcədə öyüd-nəsihət vermək istəmir.
Buna görə öz təcrübəsindən çıxardığı qeyri-qənaətbəxş, kifayətləndirməyən nəticələr
müəyyən etimad payı olan məlumatlar kimi qavranılır, qəbul edilir.
1865-ci ildə Bodler Belçikaya köçür. Cansıxıcı və darıxdırıcı Belçika həyatına
nifrət etməsinə və sağlamlığının sürətlə pisləşməsinə baxmayaraq iki il yarımdan artıq bir
müddətdə orada qalır. Namyurda Sen-Lu kilsəsində olarkən Bodler huşunu itirir və birbaşa
daş pilləkənlərin üstünə yıxılır.
1866-cı ildə Bodler ağır xəstələnir. Şair öz naxoşluğunu belə təsvir edirdi:
«boğulma başlayır, fikirlərim qarışır. Yıxılma duyğusu meydana gəlir, başım gicəllənir,
çox güclü baş ağrısı yaranır, soyuq tər basır, qarşısıalınmaz apatiya başlayır».
Məlum səbəblərə görə şair özündəki sifilis xəstəliyi haqqında qəsdən heç bir şey
söyləməmişdir. Buna baxmayaraq xəstəlik hər gün onun halını pisləşdirir. 1866-cı ilin 3
aprelində Bodler ağır vəziyyətdə Brüssel xəstəxanasına çatdırırlar, lakin anası gəlib
çıxdıqdan sonra onu mehmanxanaya köçürürlər. Həmin vaxt Bodler çox qorxunc, dəhşətli
bir görünüş əldə etmişdi, belə ki, ağzı əyilmiş, baxışları büsbütün dayanmış, sözləri tələffüz
etmək imkanını praktik olaraq tam itirmişdir. Xəstəlik proqressivləşir və artıq bir neçə
həftədən sonra fikirlərini cəmləşdirib fadə edə bilmir, tez-tez prostrasiyaya qapılır (ruh
düşkünlüyü, üzgünlük, laqeydlik, bezginlik), artıq yatağı tərk etməkdən qalır. Buna
baxmayaraq onun bədəni hələ müqavimət göstərməkdə davam edir, şairin idrakı
(dərrakəsi) sönür. Onu Parisə köçürür və dəlilər üçün klinikada yerləşdirilir. 1867-ci ilin 31
avqustunda elə oradaca dünyasını dəyişir.
Monparnas qəbristanlığında dəfn olunur, bir vaxtlar nifrət etdiyi atalığı ilə eyni
qəbirdə torpağa tapşırılır. 1871-ci ilin avqustunda dar məzar şairin anasının da cənazəsini
qəbul edir. Müfəssəl epitafiyada Bodler haqqında cəmi üç sətir var: «General Jak Opikin
oğulluğu və Karolina Arşanbo-Defainin oğlu. 1867-ci ilin 31 avqustunda Parisdə 46
yaşında ikən vəfat etmişdir». Şair Bodler haqqında heç bir söz işlənməmişdir.
50
Pradye
Jan Jak (fransızca Jean-Jacques Pradier; rusca Жан-Жак Прадье;
1790–1852) – İsveçrə mənşəli fransız rəssamı və heykəltəraşı. Bəzən sadəcə Ceyms
Pradye (James Pradier) adlandırılır.
169
1790-cı ilin 23 mayında İsveçrənin Cenevrə şəhərində doğulmuşdur. 1852-ci ilin
4 iyununda 62 yaşında ikən Fransanın Bujival şəhərində vəfat etmişdir.
Şəkil 90. Jan Jak Pradye (Jean-Jacques Pradier)
51
Şasserio Teodor (fransızca Theodore Chasseriau; rusca Теодор Шассерио;
1819–1856) – fransız rəssamı
Teodor Şasserio 1819-cu ilin 20 sentyabrında Santo-Dominqo şəhərində anadan
olmuşdur. 1856-cı ilin 8 oktyabrında Paris şəhərində 37 yaşında ikən vəfat etmişdir.
Şəkil 91. Teodor Şasserio (Theodore Chasseriau). Avtoportret, 1835-ci il.
52
Fransız naqqaşı, impressionist hərəkatının ən görkəmli və orijinal
nümayəndələrindən biri İler-Jermen-Edqar de Qa (Hilaire Germain Edgar de Gas) çox vaxt
qısaca Edqar Dega (Edgar Degas) adlanır.
İler-Jermen-Edqar de Qa 1834-cü ilin 19 iyulunda Paris şəhərində anadan
olmuşdur. 1917-ci ilin 27 sentyabrında 83 yaşında vəfat etmişdir.
170
Şəkil 92. İler-Jermen-Edqar de Qa (Hilaire Germain Edgar de Gas). Avtoportret,
1854–1855-ci il. Paris şəhərinin Orse muzeyində saxlanılır.
53
Jerom Jan-Leon (fransızca Jean-Leon Gerome; rusca Жан-Леон Жером;
1824–1904) – fransız rəssamı, naqqaş və heykəltəraş, akademizm nümayəndəsi.
1824-cü ilin 11 mayında Vezulda doğulmuş, 1904-cü ilin 10 yanvarında 80
yaşında Parisdə vəfat etmişdir.
Şəkil 93. Jan-Leon Jerom (Jean-Leon Gerome; 1824–1904). XX əsrin
başlanğıcında çəkilmiş fotoqrafiya.
54
«Neoyunan» (rusca «неогрек») – 1820-ci illərdə meydana çıxmış və klassik
yunan nümunələrinə «qayıtmağa» əsaslanan arxitektura stili.
55
Tragizm (rusca трагизм) – 1) ədəbiyyatda: dram əsərində faciə ünsürü,
faciəvilik; 2) faciə, faciənin olması, faciəlilik.
Dostları ilə paylaş: |