178
Şəkil 100. XIV Lüdovik
Bəzi tədqiqatçıların fikrincə, özündən çox razı olan, özünü bütün cəmiyyətdə
üstün keyfiyyətlərə malik yeganə vücud hesab edən, habelə rəhbər mövqedə olduğu vaxt
özbaşınalıq edən adamları səciyyələndirmək üçün işlətdiyimiz «dövlət mən özüməm»
ifadəsi ilk dəfə Fransa kralı XIV Lüdovikə isnad edilir. 1655-ci ildə zadəganlar, şəhərlilər
və ruhanilərdən ibarət Fransa parlamentinin iclasında XIV Lüdovikdən öz siyasətini
dəyişməsi xahiş edilmişdi. Kral «nə üçün?» deyib təəccüb etmiş və qaşlarını çatmışdı. İclas
iştirakçıları bir ağızdan söyləmişdilər: «Çünki bu siyasət dövlətin siyasətinə ziddir». Onda
kral soyuqqanlıqla «dövlət mən özüməm» cavabını vermişdi. Parlament də əlahəzrətin
iradəsi ilə hesablaşmağa məcbur olmuşdu. Tədqiqatçıların bəziləri XIV Lüdovikin bu
ifadəni işlətdiyinə şübhə edirlər. Lakin burası var ki, Fransa kralları həmişə özlərini belə
aparmış, şəxsiyyətləri barədə yüksək fikirdə olmuşlar. Məşhur Fransa yazıçısı Aleksandr
Düma üç muşketyor haqqında özünün bənzərsiz trilogiyasının üçüncü hissəsi olan «Vikont
de Brajelon və ya on il sonra» romanında kral XIV Lüdovikin nitqində həmin ifadəni
olduğu kimi işlətmişdir.
Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin bir felyetonunda deyilir:
«Firəngistanın padşahı on dördüncü Lüdovik həmişə deyərdi: dövlət ibarətdir tək mənim
vücudumdan» [2].
75
Dofin (fransızca dauphin; rusca дофин) – 1830-cu ilin inqilabında Fransada
vəliəhd, şahzadə.
Dofin Fransa taxt-tacı varisinin XIV əsrdən tituludur. Ona tam halda
Fransa dofini (Dauphin de France) və yaxud Vyen dofini (Dauphin de Viennois) deyilir.
76
Patronessa (rusca патронесса) – bəzi ölkələrdə xeyriyyə təşkilatına
himayədarlıq edən qadın.
77
Adresat (rusca адресат) – adına nəsə göndərilən, ötürülən, verilən, göstərilən
şəxsdir. Ona başqa sözlə adres sahibi də deyilir. Fransızca adresser – müraciət etmək,
göndərmək, yönəltmək deməkdir.
179
78
Bastard (rusca бастард) – nikahdankənar cinsi kontaktdan qazanılan uşaq.
79
Delakrua Ferdinand Viktor Ejen (fransızca Ferdinand Victor Eugene
Delacroix; rusca Фердинанд Виктор Эжен Делакруа; 1798–1863) – fransız boyakarı və
qrafiki, Avropa boyakarlığında romantik istiqamətin seçilmiş nümayəndəsi, mütərəqqi
romantizmin görkəmli nümayəndəsi.
Delakrua 1798-ci ilin 26 aprelində Paris şəhərində doğulmuşdur. Delakrua
fransız rıtsarı Filipp de Mezyerin (Philippe de Mezieres) şagirdidir. Onun yaradıcılığı XIX
əsr dünya boyakarlığı zirvələrindən biridir. Delakrua 1863-cü ilin 13 avqustunda 65
yaşında Parisdə vəfat etmişdir.
Şəkil 101. Ferdinand Viktor Ejen Delakrua (Ferdinand Victor Eugene
Delacroix; 1798–1863). Avtoportret, 1837-ci il
80
Çox vaxt Markiz de Sad (Marquis de Sade) adlandırılan məşhur fransız
aristokratı, siyasətçi, yazıçı və filosofu Donasyen Alfons Fransua de Sad (Donatien
Alphonse François de Sade) 1740-cı ilin iyun ayının 2-də Parisdə doğulmuş, 1814-cü ilin 2
dekabrında 74 yaşında ikən elə həmin şəhərdə vəfat etmişdir.
Şəkil 102. Donasyen Alfons Fransua de Sad (Donatien Alphonse François de
Sade; 1740–1814)
180
81
Potaskuxa (rusca потаскуха) – yüngül davranışlı qadının bir formasıdır.
Nikahda olmasına baxmayaraq kənarda kişilərlə seks yaşamağı sevən ərli qadını ifadə
etmək üçün jarqon kimi «potaskuxa» sözü işlənir. Lüğətlərimizdə onun tərcüməsi
verilməmişdir. Onu «aparılan qadın», «evdən çıxarılan qadın» kimi təsvir etmək olar.
82
«İnfant İzabellanın kameristkasının portreti» (flamand dilində «Sael doegter
van de Infante tot Brussel»; rusca «Портрет камеристки инфанты Изабеллы») – Piter
Paul Rubensin əsəri olan bir portret. Təxminən 1623–1626-cı illərdə (böyük ehtimalla
1625-ci ildə) yaradıldığı güman edilir. Mənzərə Rubens yaradıcılığı üçün xarakterik
olmayan psixoloji portret janrına bir müraciətdir. Portret saray xanımı ispan infantı İzabella
Klara Yevgeninin (Isabel Clara Eugenia de Austria) təsvir edir. Ancaq əsərin adı burada
infantın kameristkasının təsvir edildiyini göstərir. Xatırladaq ki, İspaniya və Portuqaliyada
monarxiya dövründə şahzadəyə infant, keçmişdə xanımların xüsusi xidmətində olan
qulluqçuya isə kameristka deyirdilər.
83
Pinakoteka (fransızca pinacotheque; rusca пинакотека) qədim yunanlarda
naqqaşlıq, rəssamlıq təsvirlərini saxlamaq üçün otağa deyirdilər. Yunanca pinax – şəkil,
mənzərə, təsvir və theke – anbar, otaq, saxlanılan yer deməkdir. Lüğətlərdə pinakoteka
dedikdə şəkil muzeyi, yaxud şəkil qalereyası nəzərdə tutulur.
84
Ser Riçard Uorsli (Sir Richard Worsley) 1751-ci ilin 13 fevralında anadan
olmuş, 1805-ci ilin 8 avqustunda vəfat etmişdir.
85
Seymur Doroti Fleminq (Seymour Dorothy Fleming) 1758-ci ilin oktyabr
ayının 5-də doğulmuş, 1818-ci ilin sentyabr ayının 9-da vəfat etmişdir.
86
İdilliya (rusca идиллия) – 1) ədəbiyyatda: təbiət ağuşunda asudə və sakit
həyatı təsvir edən bədii əsər; 2) məcazi mənada: dinc, sakit həyat.
İdillik (rusca идиллик) – idilliyaçı (idilliya müəllifi).
İdillik janr (rusca идиллический жанр) – idilliya tərzində olan janr.
İdillik münasibət (rusca идиллическое отношение) – dinc, sakit münasibət.
87
Reputasiya (rusca репутация) – ad, etibar, şöhrət.
88
Miledi (rusca миледи) – İngiltərədə imtiyazlı siniflərdən olan ərli qadına
hörmətlə müraciət.
89
Reynolds Coşua (ingiliscə Joshua Reynolds; rusca Джошуа Рейнольдс;
1723–1792) – ingilis tarixi və portret naqqaşı, XVIII əsr portret naqqaşlığı ingilis
məktəbinin görkəmli
nümayəndəsi, incəsənət nəzəriyyəçisi,
Kral Rəssamlar
akademiyasının birinci prezidenti, London Kral Cəmiyyətinin üzvü, antik incəsənəti
öyrənmək məqsədilə yaradılmış Diletantlar Cəmiyyətinin üzvü. 1723-cü ilin 16 iyulunda
Böyük Britaniyanın Devon qraflığının Plimpton şəhərində doğulmuşdur. 1792-ci ilin 23
fevralında 69 yaşında Böyük Britaniyanın paytaxtı London şəhərində vəfat etmişdir.
Dostları ilə paylaş: |