171
56
Yu
Şarl Dezire (fransızca Charles Desire Hue; rusca Шарль Дезире Ю)
mənbələrdən bəzisində 1825-ci ildə, digərlərində isə 1830-cu ildə anadan olduğu göstərilir.
Həmçinin ölüm tarixi dəqiq deyildir. Bəziləri 1880-ci, digərləri isə 1883-cü ildə öldüyünü
yazırlar. Sənətkarın 1830-cu ildə anadan olduğunu iddia edənlər onun 1880-ci ildə 50
yaşında vəfat etdiyini bildirirlər. Halbuki rəssamın 1825-ci ildə doğulduğunu güman edən
müəlliflər onun 58 yaşında 1883-cü ildə dünyasını dəyişdiyini qeyd edirlər.
57
Karre Mişel Antuan Floranten (fransızca Michel Antoine Florentin Carre;
rusca Мишель Антуан Флорантен Карре; 1821 – 1872) – fransız dramaturqu və
librettisti.
1821-ci ilin 20 oktyabrında Bezansonda doğulmuşdur. 1872-ci ilin 27 iyununda
arjanyoyda vəfat etmişdir.
Qeyd edək ki, Mişel Antuan Floranten Karre çox vaxt «ata Mişel Karre»
adlandırılır, çünki fransız kinorejissoru, ssenarist, aktyor və librettist Mişel Karrenin
atasıdır. Müvafiq olaraq sonuncu «oğul Mişel Karre» adlandırılır.
58
Dias Ejen (fransızca Eugene Diaz; rusca Эжен Диас) bir çox mənbələrdə Ejen
Diaz kimi yazılır.
59
Sen-Jorj Jül-Anri Vernua de (fransızca Jules-Henri Vernoy de Saint-Georges;
rusca Жюль-Анри Вернуа де Сен-Жорж;) – məşhur fransız dramaturqu və prozaiki,
nəhəng miqdarda opera və balet librettolarının müəllifi.
1799-cu ilin 7 noyabrında Parisdə doğulmuşdur. Lakin mənbələrin bəzilərində
onun 1799-cu ildə deyil, iki il sonra 1801-ci ildə dünyaya gəldiyi qeyd edilir. 1875-ci ilin
23 dekabrında vəfat etmişdir.
Onun tərəfindən yazılan və musiqiçilərin diqqətini cəlb edən libretto rus dilində
ilk dəfə yalnız 2012-ci ildə nəşr olunmuşdur.
Şəkil 94. Jül-Anri Vernua de Sen-Jorj (Jules-Henri Vernoy de Saint-Georges;
1799/1801–1875)
172
60
Puni Sezar (italyanca Cesare Pugni; rusca Цезарь Пуни) – italyan bəstəkarı.
Doğularkən adı Çezare Punyi olmuşdur. 1802-ci ilin 31 mayında Sardinsk krallığında
Genuyada doğulmuşdur. Milan, Paris, London və Sankt-Peterburq teatrlarında işləmişdir.
312 baletin, 10 operanın, 40 messin, həmçinin simfoniya, kantata və digər əsərlərin
müəllifi olmuşdur. 1870-ci ilin 14 yanvarında 67 yaşında ikən Rusiya imperiyasının Sankt-
Peterburq şəhərində vəfat etmişdir.
Şəkil 95. Sezar Puni (Cesare Pugni; 1802–1870)
61
Petipa Marius İvanoviç (fransızca Marius Petipa; rusca мариус Иванович
Петипа; 1818–1910) – fransız və rus balet solisti, baletmeyster, teatr xadimi və balet
pedaqoqu.
173
Şəkil 96. Marius İvanoviç Petipa (Marius Ivanovich Petipa) 1898-ci ildə
1818-ci ilin 1 martında Fransanın Marsel şəhərində doğulmuşdur. 1910-cu ilin 1
iyulunda 92 yaşında Rusiya imperiyasının Tavri quberniyasının Qurzuf şəhərində vəfat
etmişdir.
62
Jid Andre Pol Giyom (fransızca Andre Paul Guillaume Gide; rusca Андре
Поль Гийом Жид; 1869–1951) – fransız yazıçısı, prozaik, dramaturq və esseist.
Şəkil 97. Andre Pol Giyom Jid (Andre Paul Guillaume Gide) 1920-ci ildə
A. Jid təkcə XX əsr fransız ədəbiyyatına deyil, eyni zamanda fransızların bir
neçə nəslinin əhvali-ruhiyyəsinə əhəmiyyətli dərəcədə təsir göstərmişdir.
174
Andre Jid 1869-cu ilin 22 noyabrında Parisdə doğulmuşdur. 1893-cü ildə 24
yaşı olarkən ağciyərlərinin ağır xəstəliyindən (vərəmə şübhə olmaqla) sonra Andre Jid
müalicə olunmaq məqsədilə Şimali Afrikaya yollanmışdır. Orada gənc ərəblər təzə-təzə
yazmağa başlayan yazıçının bircinsli məhəbbətə qoşulan həqiqi təbiətini aşkara çıxarırlar.
1893-cü və 1895-ci illərdə Afrika boyunca səyahətlərdən aldığı təəssüratlar 1902-ci ildə
işıq üzü görən «İmmoralist» povestində öz əksini tapır.
Özündən üç yaş böyük olan əmisi qızı, fanatik protestant və məşum qadın kimi
ad çıxaran Madlen Rondoya bəslədiyi məhəbbətin fonunda Jid homoseksuallığını başa
düşür və bundan narahat olur, çox həyəcanlanır. Qorxuya düşən yazıçı 1895-ci ildə
keçirdiyi təlaşına görə həkimə müraciət edir. Həkim söz verir ki, nikaha daxil olduqdan
sonra hər şey normaya düşəcək, yoluna qoyulacaqdır.
Amma həkimin dedikləri özünü doğrultmur. 1910-cu illərin axırlarında
gənclərin digər pərəstişgahı fransız yazıçısı, şair, dramaturq, rəssam və kinorejissor, XX əsr
fransız ədəbiyyatında ən nəhəng simalardan biri Jan Moris Ejen Kleman Kokto (Jean
Maurice Eugene Clement Cocteau) ilə «soyuq müharibə» halında olur. Bunun səbəbi
fransız kinorejissoru gənc Mark Alleqrenin (Marc Allegret) hər iki ədəbiyyatçıya pərəstiş
etməsindəydi. Jidin sonralar məşhur rejissor kimi tanınacaq Alleqre ilə mürəkkəb çoxillik
münasibəti onun 1925-ci ildə qələmə aldığı «Saxtakarlar» romanında əksini tapmışdır.
Həmin roman yazıçının ən qiymətli əsəri hesab edilir. Özünün xeyli sayda əlamətini
romanın baş qəhrəmanı yazıçı Eduara şamil etmişdir.
Jid 1911-ci ildə «Koridon» traktatını yazaraq orada sübut edir ki,
homoseksuallıq psixi kənarlanma deyil, insan seksuallığının tamamilə təbii bir formasıdır.
Onun fikrincə, homoseksuallıq daha mədəni olan və estetik şüur səviyyəsi yaxşı inkişaf
edən cəmiyyətlərə xas bir əlamətdir. Ən böyük incəsənət əsərlərində homoseksuallıq
özünün parlaq əksini tapır. Əfsanəvi qədim yunan şair-dastançısı Homer və qədim
Romanın ən böyük şairlərindən biri Publi Vergili Marondan (Publius Vergilius Maro)
tutmuş ingilis şairi və dramaturqu Uilyam Şekspir (William Shakespeare) və italyan
heykəltəraşı, rəssam, arxitektor,şair və mütəfəkkiri Mikelancelo Buonarrotiyə
(Michelangelo Buonarroti) qədər xeyli sayda dahinin əsərində homoseksuallıq barəsində
danışılır. Traktat 1924-cü ildə Fransada dərc edildikdən sonra ictimai qalmaqalı qızışdırmış
oldu. Jid hətta dostları tərəfindən obstruksiyaya məruz qoyuldu.
Bununla bərabər Jid bütün həyatı boyu öz arvadına dərin hiss bəsləmişdir.
Onunla dramatik münasibətləri yazıçının bir çox əsərləri üçün ilkin material xidmətini
görmüşdür. Lakin Jidin arvadına bəslədiyi münasibət elə platonik məhəbbət olaraq
qalmışdır. Bunun səbəbi Madlenin fiziki yaxınlıq qarşısında nevrotik qorxu keçirməsi
(koitofobiya) olmuşdur.
Andre Jid «həqiqətə cəsarətli məhəbbətlə və dərin psixoloji açıqgözlülüklə
bəşəri problemlərin təqdim olunduğu mənalı və bədii cəhətdən qiymətli əsərlərinə görə»
1947-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı laureatı almağa layiq görülmüşdür. Elə həmin
il yazıçı Oksford universitetinin fəxri doktoru olmuşdur. 1951-ci ilin 19 fevralında Parisdə
vəfat etmişdir.
63
Semlinski Aleksandr fon (almanca Alexander von Zemlinsky; rusca
Александр фон Цемлинский) – Avstriya bəstəkarı və dirijoru.
Dostları ilə paylaş: |