Kapitalizm Kapitalizmə Bənzəməz
faiz həcmində gömrük rüsumu tətbiq olunmağa başlayıb. Di‐
gər ödəmələri də nəzərə aldıqda, bunun təqribən bir faiz təşkil
etdiyi qeyd olunur.
Bu qərarın da nəticəsinin əvvəlkindən çox fərqlənməyəcəyi
aydın idi. Elə isə belə qərarlara nə ehtiyac var? Axı bu kimi qə‐
rarlarla ölkəyə valyuta vəsaitlərinin daxil və xaric olmalarına
müvəffəqiyyətlə nəzarət etmək imkanı heç bir ölkəyə nəsib ol‐
mayıb. Ancaq açıq şəkildə məlumdur ki, həmin qərarlar iki bö‐
yük mənfi effekt yaradır:
‐ Birincisi, bu addımlar valyuta vəsaitlərinin hərəkət xətti‐
nin ödəmələrdən yayınmaq məqsədilə bank sektoru xaricinə
çıxmasını təşviq edir. Bu da çətin vəziyyətdə olan bank sek‐
toruna zərbədir.
‐ İkincisi, bu cür məhdudiyyətlər ölkəyə kapital axınının
qarşısında sadəcə iqtisadi deyil, ondan da əhəmiyyətlisi val‐
yuta vəsaitlərinin sərbəst hərəkət edə bilmələri ilə bağlı psi‐
xoloji baryer yaradır.
Aydındır ki, valyuta münasibətlərinin tənzimlənməsini
müvəffəqiyyətlə həyata keçirə bilmək üçün hər bir ölkə özü‐
nün valyuta rezervlərini və ölkəyə valyuta daxilolmalarını ar‐
tırmağa çalışır. Valyuta daxilolmaları isə əsasən xarici borclan‐
ma, mal və xidmət ixracı və kapital daxilolmaları yolu ilə baş
verir. Kapital daxilolmaları içərisində də ən əhəmiyyətli yeri
birbaşa investisiyalar tutur. Onsuz da Azərbaycanda inkişaf et‐
miş bir finans sistemi olmadığından xarici investorların portfel
investisiyaları da yoxdur. Belə sərt valyuta nəzarəti isə, xüsu‐
silə qeyri‐neft sektoruna xarici investisiya daxilolmalarına ma‐
neədir. Yeri gəlmişkən müqayisə üçün qeyd edək ki, Müstəqil
Dövlətlər Birliyi (MDB) Dövlətlərarası Statistika Komitəsinin
yaydığı məlumata görə, MDB ölkələri üzrə 2001‐ci ilin birinci
rübündə investisiyaların həcmi 2000‐ci ilin müvafiq dövrü ilə
müqayisədə 8 faiz artıb. Belə ki, bu artım Gürcüstanda 61 faiz,
Qazaxıstanda 26 faiz, Ukraynada 24 faiz, Rusiyada 7 faiz,
‐ 161 ‐
İlkin Sabiroğlu
Ermənistanda 4 faiz təşkil etdiyi halda, Azərbaycanda isə 0.8
faiz olmuşdur.
Belə bir vəziyyətdə, valyuta nəzarəti ilə bağlı yuxarıda sa‐
daladığımız qərarlar hansı iqtisadi məntiqə əsaslanır? Axı ka‐
pital hərəkətlərinə heç bir dövlətin tam nəzarət etmək imkanı
mövcud deyil. Hökumətlər sadəcə kapitalın ölkəyə daxil olma‐
sı üçün zəruri və əlverişli şəraiti yarada bilərlər. Lakin burada
qeyd edilməlidir ki, “əlverişli mühit” ifadəsi də nisbi bir ifadə‐
dir. Belə ki, biz xarici kapital üçün əlverişli şərait yarada bilə‐
rik, lakin əgər imkanlarına görə bu sahədə bizə rəqib olan öl‐
kələr daha yaxşı şərait yaradıblarsa bizim təqdim etdiyimiz
mühit əlverişli olmaqdan çıxar.
2003‐cü ilə gəldiyimizdə isə iqtisadiyyatda müşahidə edilən
yeni tendensiyalar həm də inflyasiya baxımından yeni dövrün
başlanacağına işarə etməkdə idi. İlk siqnalı çörəyin qiymətinin
bahalaşması ilə almış olduq. Bir çoxları Azərbaycanda çörəyin
qiymətinin bahalaşmasına inhisarçılıq meyllərinin səbəb oldu‐
ğu fikrini irəli sürsə də, bizə görə bu məsələdə əsas iş nə Döv‐
lət Gömrük Komitəsinin, nə də Vergilər nazirliyinin deyil,
məhz Milli Bankın üzərinə düşürdü. Məhz bu səbəbdən Nazir‐
lər Kabinetinin ölkəyə gətirilən taxılın 18 faizlik əlavə dəyər
vergisindən bir illiyə azad edilməsi ilə bağlı 17 sentyabr 2003‐
cü il tarixli 118 saylı qərarı problemin həllində yetərsiz qaldı.
179
Bəs, Milli Bankın unun, çörəyin qiymətinə nə dəxli vardı?
Əvvəlcə, qısa bir arayış verək:
Belə ki, son bir neçə il ərzində dünya bazarlarında əksər
əmtəələrin qiyməti mütəmadi olaraq yüksəlib. Gümüşün, qızı‐
lın, dəmirin, pambığın və s.‐nin qiymətləri yüksəldiyi kimi, pa‐
ralel olaraq buğdanın da qiyməti yüksəlib. Daha dəqiq ifadə
179
İlkin Sabiroğlu, “Çörəyin qiymətini necə ucuzlaşdırmaq olar?”, IqtisadNet, 9
mart 2004, http://www.iqtisad.net/is009.htm, (01.03.2006).
‐ 162 ‐
Kapitalizm Kapitalizmə Bənzəməz
etsək, bu əmtəələrin qiymətləri xüsusilə, amerikan dolları ilə
ifadədə yüksəlib.
Məsələni digər prizmadan ələ alsaq görərik ki, yüksəlmə‐
nin səbəbi əslində beynəlxalq valyuta bazarlarında amerikan
dollarının dəyərindəki düşmə və beynəlxalq bazarlardakı risk
gözləmələrinin yüksəlməsidir.
Dolların dəyərindəki düşməni şərtləndirən amil isə, Ameri‐
ka Birləşmiş Ştatlarında rekord səviyyəyə çatan büdcə və tə‐
diyyə balansındakı kəsirdir.
ABŞ ilə Avropa Birliyi arasında qısa müddətli faiz səviyyə‐
lərindəki fərq amerikan dollarının dəyərindəki düşmənin bir
başqa səbəbini təşkil edirdi.
Dünyanın buğda ticarətində xüsusi yer tutan ABŞ, mühüm
dünya birjalarının, həmçinin buğda qiymətlərinin referans ola‐
raq alındığı Chicago Birjasının bu ölkədə yerləşməsi səbəbin‐
dən, dünya buğda ticarətinin inkişaf istiqamətinin müəyyən‐
ləşməsində və qiymətlərin formalaşmasında önəmli rol oyna‐
maqdadır.
Beynəlxalq Taxıl Şurasının (IGC) 29 yanvar 2004 tarixli he‐
sabatını və ABŞ‐ın Kənd Təsərrüfatı Nazirliyinin məlumatları‐
nı da təhlil edərkən görürük ki, dünyada buğda qiymətlərin‐
dəki kəskin yüksəlmənin əsl səbəbi buğda istehsalındakı və ya
tələbatındakı dəyişmələr deyil. Çünki buğda istehsalında və ya
tələbatında hər hansı bir kəskin dəyişmə özünü göstərməmək‐
dədir.
180
2003‐cü ildə Azərbaycana 807573,7 ton buğda, 6743,4 ton
un idxal olunub. Azərbaycan əsasən Rusiya və 40 dövlətə taxıl
göndərən Qazaxıstandan buğda idxal edirdi. Eyni zamanda öl‐
kənin Kanada və Ukrayna ilə də hökumətlərarası müqaviləsi
var. Həmin müqavilələrə görə, lazım olan vaxt bu ölkələrdən
məhsul idxal etmək olar.
180
Ibid.
‐ 163 ‐
Dostları ilə paylaş: |