İlkin Sabiroğlu
atına başlanan Bakı‐Batumi
Neft Boru Kəməri 1906‐cı ildə
tamamlanmışdı. 840 km uzun‐
luğundakı bu kəmər 1928‐ci ildə
yeniləndikdən sonra 1942‐ci il‐
də tamamən söküldü.
sislər dünyadakı neft və qaz re‐
zervlərinin gələcək 30‐40 il içə‐
risində tükənəcəyini vurğula‐
yırlar. Belə çıxır ki, bu kəmər də
30‐40 il sonra söküləcək. Ona
görə də Azərbaycanın uzun‐
müddətli inkişafını neft kəmə‐
rinə bağlamaq doğru deyil.
Yuxarıdakı müqayisələri kifayət qədər uzatmaq mümkün‐
dür. Məsələn, Çar Rusiyası vaxtında da Qərb ölkələrini Azər‐
baycanda neft şirkətləri təmsil edirdi, indi də neft şirkətləri
təmsil edir. Və böyük dövlətlər Azərbaycandakı proseslərə bu
neft şirkətlərinin maraqları baxımından yanaşırlar. Artıq dün‐
ya çox dəyişib. Amma neft şirkətləri Azərbaycanda hələ də
XIX əsrin axırları və XX əsrin əvvəllərində oynadıqları rolu
təkrarlamaqdadırlar. “Midiya Yağı” dəyişmədiyi kimi, onlar
da dəyişmirlər.
Labirintdən bir tək çıxış yolu var. Azərbaycan hökuməti
qeyri‐neft sektoruna da xarici investisiyaların sürətli axınını
təşkil etməlidir. Çünki böyük dövlətlər sadəcə neft şirkətlərin‐
dən ibarət deyil. Ölkədə bilgi çağının təmsilçisi olan şirkətlərlə
sənaye çağının təmsilçisi olan şirkətlərin maraqları balanslaş‐
dırılmalıdır. Hətta balansı birincinin lehinə poza bilsək daha
uğurlu olar.
‐ 56 ‐
Kapitalizm Kapitalizmə Bənzəməz
Yanlış olanlar
nədir?
Kapitalist toplumlardakı dövlət formaları çox müxtəlifdir:
cümhuriyyət, demokratiya, aristokratiya, monarxiya, krallıq
və hətta 1930‐cu illərin Hitler Almaniyasında olduğu kimi na‐
sional sosializm adları altında təqdim olunsa da başlıca xarak‐
teristik xüsusiyyətləri ondan ibarətdir ki, bu toplumlarda bur‐
juaziya təbəqəsi hər zaman əhəmiyyətli rol oynayıb və oyna‐
maqdadır.
68
Kapitalist toplumlarda burjuaziyanın mahiyyəti həmin top‐
lumun siyasi mahiyyətini də müəyyənləşdirir. Məsələn, krallıq
sistemində burjuaziyanın təmsilçisi kral, monarxiyada bir şəxs
və ya ailə, cümhuriyyətdə (respublikada) bürokratiya, milli de‐
mokratik dövlətdə isə xalqdır. Məhz buna görə, burjuaziyasız
kapitalist toplum təsəvvür etmək mümkün deyil. Milli demok‐
ratik dövlətdə burjuaziyanın təmsilçisi xalq olduğundan, bura‐
dakı kapitalizmin adı da xalq kapitalizmidir.
Azərbaycan müstəqil respublikadır. Fəqət, biz hələ də milli
demokratik dövlətimizi qura bilməmişik. Zəruri tarixi şərait
yetişdiyi təqdirdə bir xalq çox qısa zamanda öz müstəqil döv‐
lətini qura bilər, lakin demokratik dövlət qurmaq çox məşəq‐
qətli bir prosesdir. Məhz milli demokratik dövlət deyil, sadəcə
müstəqil respublika olduğumuza görə, bizdə dövlətin sahibi
bürokratiyadır. Eyni tendensiya bütün MDB ölkələrində müşa‐
hidə edilməkdədir. Biz iqtisadiyyatda dövlətin payını azaltdı‐
ğımız kimi, bürakratoyanın da təsirini minimuma endirməli‐
yik. “Elektron hökumət” proqramına eyni zamanda bu aspetk‐
dən də yanaşmaq lazımdır.
68
İlkin Sabiroğlu, “Yanlış olanlar nədir?”, “Yeni Müsavat” qəzeti, 14 avqust
2003.
‐ 57 ‐
İlkin Sabiroğlu
Bizdə bürokratik burjuaziya (məmur burjuaziyası) var. La‐
kin milli burjuaziya (xalq burjuaziyası) demək olar ki, yeni‐
yeni və çox çətinliklə formalaşır. Bir başqa ifadə ilə, iqtisadiy‐
yatda xalq kapitalizmi yerinə, məmur kapitalizmi hökm sürür.
Son iki ildə 30‐dan artıq icra hakimiyyəti başçısının
69
, bir sıra
yüksək vəzifəli dövlət məmurunun dəyişdirilməsi isə məsələ‐
nin həllinə nail olmada çözüm yolu deyil. Dövlət milli burjua‐
ziyanın inkişafı üçün sahibkarların hüququnu qorumalı oldu‐
ğu kimi eyni zamanda sahibkarlarda da digər partnyorlarının
hüququnu anlamaq və hörmət etmək məsuliyyəti yaranmalı‐
dır. Son hadisələr də göstərdi ki, Azərbaycanda hansısa mə‐
mura yaxınlıq edərək süni imtiyazlar əldə edən və beləcə digər
sahibkarların hüquqlarını pozan sahibkarlar da mövcuddur və
bu durumun əvvəl‐axır o sahibkarın özü üçün də problem ya‐
rada biləcəyi aydınlaşmış oldu.
Bizdə bazar iqtisadiyyatı var. Amma sərbəst bazar iqtisa‐
diyyatı yoxdur. Ona görə də sərbəst bazar iqtisadiyyatına xas
olan iqtisadi qanunların əksəriyyəti burada bir işə yaramır.
Məsələ burasındadır ki, bütün kapitalist toplumlarda bazar iq‐
tisadiyyatı mövcuddur. Lakin, çağdaş anlamda sərbəst bazar
iqtisadiyyatı yalnız milli demokratik dövlətlərdə mövcud ol‐
muşdur və bu dövlətlərdə inhisarçı burjuaziyanın ortaya çıx‐
maması qanunlarla tənzimlənir. Digər kapitalist toplumlarda
isə, burjuaziyanın inhisarçılığı hökm sürür. Belə ki, cümhuriy‐
yət sistemində bürokratik burjuaziyanın, monarxiyada şəxs və
ya ailə burjuaziyasının, krallıq sistemində isə burjua kralın in‐
hisarçılığı iqtisadiyyata hakim olur.
Ölkədə iqtisadi və siyasi sabitlik var, lakin uzun müddət
stabillik mövcud olmayıb və yeni‐yeni əsasları qoyulur. Elə bu
kimi səbəblərdən də ölkədə vaxtaşırı “inqilab” mövzusunda
spekulaysiyalara rəvac verilir. Sabit ifadəsi hərəkətsiz, statik,
69
Mehdiyev, op. cit.
‐ 58 ‐
Dostları ilə paylaş: |