KapitaliZMƏ



Yüklə 192,44 Kb.
Pdf görüntüsü
səhifə35/67
tarix23.09.2017
ölçüsü192,44 Kb.
#1240
1   ...   31   32   33   34   35   36   37   38   ...   67

İlkin Sabiroğlu 
mində belə “emosional fədakarlıq”lara yer yoxdur. Bunun belə 
olduğunu əslində İİN də başa düşür. Nazirliyin rəsmi saytında 
yer  alan  məlumatda  deyilir:  “Konfransın  keçirilməsində  məq‐
səd  milli  istehsalın  dəstəklənməsi  üzrə  dövlət  siyasətinin  sə‐
mərəliliyinin  artırılması,  istehsalın  keyfiyyətinin  yüksəldilmə‐
si,  sertifikatlaşdırma  sisteminin  təkmilləşdirilməsi,  ixrac  qabi‐
liyyətinin artırılması, yerli istehsalın təbliğinin gücləndirilməsi 
və  milli  istehsalın  dəstəklənməsi  məsələlərin  müzakirəsi  idi.” 
Yəni  keyfiyyətli  məhsul  istehsal  etmədikcə  vətəndaşlarımıza 
da niyə yerli məhsul almırsınız ‐ deyə irad tuta bilmərik. 
William  J.Lynott  əlavə  edərək  deyirdi  ki,  öz  mallarımızın, 
öz  ölkəmizdəki  satışını  artırmaq;  nəhayət  bunları,  “keyfiyyət‐
li” dünya məhsulları halına gətirərək, xaricə satmaq; milli iqti‐
sadiyyatımızın sağlam işləyə bilməsi üçün əsas şərtdir. Bu şərti 
yerinə yetirə bilməsək, ixrac gəlirlərimizdən vaz keçmək məc‐
buriyyətində  qalacağıq  ki,  bu  da  milyonlarca  vətəndaşımızın 
işsiz  qalması,  hərbi‐sivil  bütün  investisiyaların  kökünü  kəs‐
mək, yəni ölkəmizin süqutunu hazırlamaq deməkdir.
131
Amma  məsələ  ondadır  ki,  hələ  keyfiyyətli  məhsul  istehsal 
etmək də problemdən çıxış yolu deyil. İstehsalla məşğul olan‐
lar gözəl bilirlər ki, ciddi bir marka yaratmaq keyfiyyətli məh‐
sul istehsal etməkdən qat‐qat çətin olan bir işdir. Marka yarat‐
madan isə nə daxili bazarda, nə də xarici bazarda güclü möv‐
qeyə  sahib  olmaq  və  bu  mövqeni  qorumaq  mümkün  deyil. 
Azərbaycan kimi ölkələrdə marka yaratmaq isə xüsusilə çətin‐
dir. Ona görə də daha optimal variantlar axtarılmalıdır. 
Məsələn, bir neçə il əvvəl xəbər gəldi ki, Gəncə Avtomobil 
Zavodu  ilə  Fransanın  “Reno”  şirkəti  maraqlanır.  Daha  sonra 
isə, zavodun avtomobil istehsal edən xarici şirkətlərdən birinə 
icarəyə  verilməsi  ilə  bağlı  “KamAZ”,  “İrankhodro”  kimi  şir‐
kətlərin  adları  çəkildi.  Ardınca  Almaniyanın  “Volkswagen” 
                                                 
131
 Ibid. 
 
‐ 120 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
konserninin  Gəncə  avtomobil  zavodunun  yenidən  qurulması 
ilə  bağlı  ilkin  razılığını  verməsi  barədə  məlumat  yayıldı. 
Paralel  olaraq  eyni  danışıqların  Rusiyanın  “QAZel”  şirkəti  ilə 
də aparıldığı söylənildi. Nəhayət, 1989‐cu ildən tikintisi yarım‐
çıq  qalan  zavodda,  2004‐cü  ilin  dekabrın  24‐də  ilk  “OKA” 
markalı  avtomobilin  buraxılışı  oldu. Rusiyanın  daha  bir avto‐
mobil  şirkəti  ilə  əldə  olunmuş  razılaşmaya  əsasən  zavodda 
“UAZ”  markalı  avtomobillərin  7  modelinin  yığımı  da  təşkil 
ediləcək. Gəncə Avtomobil zavodunda paralel olaraq Çinin iki 
iri avtomobil şirkətləri ilə də danışıqlar aparılır...
132
 2006‐cı ilin 
mayından etibarən isə Rusiya Avropa ölkələrinin qəbul etdiyi 
“Avro‐2”  standartlarına  uyğun  olmayan  “Oka”  markalı  avto‐
mobillərin  istehsalını  dayandırır.  Nəticədə  Azərbaycanda  da 
bu markalı avtomobillərin istehsalı dayandırılacaq.
133
Halbuki  qəti  şəkildə  marka  yaratmağın  çətinliyi  və  yaxşı 
bir  markanın  gətirəcəyi  üstünlüklər  nəzərə  alınaraq  “Volks‐
wagen”  kimi  məşhur  markalardan  birinə  üstünlük  verilməli 
idi. Məsələn, Türkiyə “Gömrük Birliyi”nə üzv olduqdan sonra 
yerli  avtomobil  markalarının  istehsalından  daha  çox  tanınmış 
dünya  markalarının  Türkiyədə  istehsalına  üstünlük  verməyə 
başladı.  Nəticədə  həm  daxili  bazarda  avtomobil  satışını,  həm 
də xaricə avtomobil ixracını artırmış oldu. 
Ayrıca, əgər bir sektorda innovasiya fəaliyyətlərinə yönələn 
xərclər iqtisadi artımın altındadırsa həmin sektor “ömrünü ta‐
mamlamış sektor” (metal mədənçiliyi, kömür mədənçiliyi, neft 
və qaz istehsalı, meşəçiliyə dayanan sənayelər, anorqanik kim‐
ya sənayeləri, kauçuk sənayesi, kənd təsərrüfatına dayanan sə‐
nayelər, silikatlar, trikotaj və s.) sayılır. Əgər innovasiya xərc‐
ləri iqtisadi artımla eyni səviyyədədirsə bu sektor “ömrünü ta‐
mamlamaya keçiş mərhələsində olan sektor” (neft‐kimya, elek‐
                                                 
132
 Ibid. 
133
 “Azərbaycanda da “OKA” avtomobillərinin istehsalı dayandırılır”, Trend, 9 
fevral 2006. 
 
‐ 121 ‐


İlkin Sabiroğlu 
trotexnika,  avtomobil  sənayesi,  makina  sənayesi,  təyyarə,  gə‐
mi, kompüter, sintetik iplik və s.) kimi qəbul edilir. Əksinə, in‐
novasiya  xərcləri  iqtisadi  artımın  üstündədirsə  bu  sektorlar 
“yenilikçi sektorlar” və ya “yenilikçi sənayelər” (mikroelektro‐
nika,  biotexnologiya,  fəza  texnologiyaları,  robotik,  foto  aktiv 
ləvazimatlar, füzyon enerjisi, membran texnologiyası, telekom‐
munikasiya, elektronik keramikalar və s.) adlanır.
134
İnkişaf  baxımından  Azərbaycanla  eyni  qrupda  olan  kiçik 
daxili  bazara  sahib  ölkələr  “ömrünü  tamamlamış  sektor”lara 
aludə  olmadan  heç  olmasa  tədricən  “ömrünü  tamamlamaya 
keçiş  mərhələsində  olan  sektor”ları  mənimsəmək  üçün  isteh‐
salda  sadəcə  keyfiyyət  problemini  deyil,  “ticarət  markası” 
problemini də həll etməyi bacarmalıdırlar. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                 
134
 Mehmet Altan, “Köylüler ne zaman manşet olur?”, Zaman Kitap, İstanbul, 
2001. səh.26. 
 
‐ 122 ‐


Yüklə 192,44 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə