KapitaliZMƏ



Yüklə 192,44 Kb.
Pdf görüntüsü
səhifə34/67
tarix23.09.2017
ölçüsü192,44 Kb.
#1240
1   ...   30   31   32   33   34   35   36   37   ...   67

İlkin Sabiroğlu 
yetirə  bilmir.  Bu  problem  də  öz  növbəsində  Neft  Fondunun 
vəsaitlərindən  məqsədyönlü  və  səmərəli  istifadə  mövzusunu 
aktuallaşdırır. 
Aşağıdakı fikirlər də ölkə prezidentinin yuxarıda bəhs edi‐
lən çıxışından seçilib:
127
 “Son illərdə həyata keçirilən neft stra‐
tegiyası bu yolun düzgün olduğunu bir daha sübut etdi. Am‐
ma bu heç də o demək deyil ki, biz gələcəyimizi də yalnız neft‐
lə bağlamaq istəyirik. Neft faktoru bizim üçün vasitədir. Müs‐
təqilliyimizin  möhkəmləndirilməsi,  iqtisadiyyatımızın  güclən‐
dirilməsi istiqamətində bir vasitədir. Yəni biz bu vasitədən is‐
tifadə edirik. 
Bundan başqa: 
‐ Sazişlərin həyata keçirildiyi dövrdə neft sənayesinin infra‐
strukturu xeyli dərəcədə təzələnəcək və neft sənayemizin yeni, 
güclü infrastrukturu yaranacaqdır; 
‐ Ölkə iqtisadiyyatının digər sahələrinə sərmayələr axını tə‐
min ediləcəkdir; 
‐ Azərbaycan yeni, müasir texnologiyalar əldə edəcəkdir; 
‐  Azərbaycanın  böyük  miqdarda  yeni  müəssisələri  yaradı‐
lacaq və onlar xarici neft şirkətlərinə xidmət göstərəcəklər; 
‐ Bank və sığorta biznesinin inkişafına böyük təkan verilə‐
cəkdir; 
‐  Sivilizasiyalı  cəmiyyətin  qanunları  çərçivəsində  işləyəcək 
sahibkarların sanballı bir təbəqəsi formalaşacaqdır; 
‐  Xarici  şirkətlərin  ödədiyi  vergilərdən  büdcəyə  mədaxil 
xeyli artacaqdır; 
‐ Müxtəlif sənaye və xidmət sahələrində minlərlə yeni iş ye‐
ri açılacaqdır; 
‐ Azərbaycan neft satışından milyardlarla dollar götürəcək‐
dir ki, bu da geniş sosial proqramları həyata keçirməyə, əmək 
haqqını  və  pensiyaları  artırmağa,  imkansız  ailələrə,  müharibə 
                                                 
127
 “Azərbaycanın Yeni Neft Strategiyası”, op. cit. 
 
‐ 116 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
əlillərinə və qaçqınlara daha da çox kömək etməyə imkan ve‐
rəcəkdir. 
Nəticədə güclü iqtisadi potensial yaradılacaq və bu da ölkə‐
nin müstəqilliyini bundan sonra da qoruyub möhkəmlətməyə 
imkan  verəcəkdir...  Hesab  edirəm  ki,  respublikamız  bundan 
əldə etdiyi gəliri düzgün xərcləyəcək və beləliklə, iqtisadiyya‐
tımızın bütün sektorları inkişaf edəcəkdir”. 
Xatırlatmaq yerinə düşər ki, hələ əsrin əvvəllərində “Azər‐
baycan  özünün  milli  müstəqilliyini  elan  edərkən  onun  qarşı‐
sında duran ən mühüm və vacib vəzifələrdən biri yeni yarana‐
caq siyasi hakimiyyətin dövlətçilik formasının seçilməsi məsə‐
ləsinin həllindən ibarət idi. O vaxtlar Azərbaycanı əhatə edən 
qonşu  dövlətlərdə  imperatorluq,  şahlıq,  sultanlıq,  krallıq  üsul 
idarə  formaları  mövcud  idi.  Azərbaycanın  yeni  yaranmış  ali 
hakimiyyət orqanı olan Milli Şura, fikirləşmədən, götür qoy et‐
mədən  qonşu  ölkələrin  rejimlərini  tamamilə  və  ya  qismən  öz 
ölkəsində  tətbiq  edə  bilərdi.  Bu  çox  asan  yol  idi.  Lakin  Milli 
Şuraya  daxil  olan  rus  və  Avropa  təhsilli,  yüksək  təfəkkürlü, 
demokratik ziyalı vətənpərvərlər tamamilə yeni, mütərəqqi və 
sivil yol seçdilər, Şərqdə ilk demokratik respublika üsul‐idarə 
sisteminin  yaradılmasına  üstünlük  verdilər.  M.Ə.  Rəsulzadə 
qeyd edirdi ki, “Bizə Ərəbistanı göstərsələr də” , Milli Şura tə‐
rəddüd etmədən azadlığı, insan hüquqlarını, qanunun aliliyini 
təmin  edən  demokratik  respublika  quruluşunun  yaradılma‐
sına üstünlük verdi.”
128
Müsbət haldır ki, Azərbaycan elə indi də neft ölkəsi olsa da, 
neftlə zəngin ərəb ölkələrinin getdiyi yolu izləmir. Bizim gələ‐
cək nəsillərə bilgi çağının şərtləri ilə ayaqlaşa bilən, demokra‐
tik bir Azərbaycan verə bilməmiz isə onlar üçün neft dollarla‐
rından daha əhəmiyyətli olacaq. 
                                                 
128
 Gülnarə Sultanova, Azərbaycan Demokratik Respublikasının Dövlətçilik 
Fəaliyyəti, http://www.uludil.gen.az/adr/3.php, (01.03.2006). 
 
‐ 117 ‐


İlkin Sabiroğlu 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 118 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
“Hamı yerli mal alsın! 
Xeyir Vətənə qalsın!” 
  
İqtisadi  İnkişaf  Nazirliyi  (İİN)  4  avqust  2005‐ci  il  tarixdə 
Hyatt  Regency  mehmanxanasında  “Milli  istehsalın  dəstəklən‐
məsi”  mövzusunda  Konfrans  keçirmişdi.  Konfransın  əsas  de‐
vizi  isə  belə  idi:  “Hamı  yerli  mal  alsın!  Xeyir  Vətənə  qalsın!”. 
İstər‐istəməz belə bir sual yaranırdı: “Görəsən İqtisadi İnkişaf 
Naziri bir addım daha irəliyə gedərək öz işçilərinə yerli isteh‐
salın dəstəklənməsi məqsədilə xidməti və minik avtomobilləri‐
ni  Gəncə  Avtomobil  Zavodunun  məhsulları  ilə  dəyişdirmə 
göstərişini  verəcəkmi?”.  Əks  təqdirdə  yuxarıdakı  deviz  effekt 
qazana  bilməzdi.  Eynilə,  “Yerli  malı,  yurdun  malı,  hər  Türk 
onu  kullanmalı!”  devizi  altında  Türkiyədə  başladılan  kompa‐
niyaların heç bir müsbət effekt vermədiyi kimi.
129
“Amerikan Malı Satın Al” Fondunun sədri William J.Lynott 
deyirdi  ki,  bir  ölkənin  dünyadakı  iqtisadi  mövqeyini  müəy‐
yənləşdirən  əsas  amil,  həmin  ölkənin  istehsal  gücüdür.  XVIII 
əsrdə İngiltərə, bu sayədə İspaniyanın; XIX əsrdə də Amerika, 
İngiltərənin yerinə keçmiş, digər ölkələri də kontrol edə bilən, 
dünyanın  ən  böyük  iqtisadi  gücü  halına  gəlmişdir.  Lakin  bu‐
nunla  belə  amerikalılar  istehsalda  “Fordist  İnqilab”ın  banisi 
Henry Fordun avtomobillərindənsə daha çevik olan yapon av‐
tomobillərinə üstünlük verirlər.
130
İİN‐nin devizi də iqtisadi cəhətdən populist olduğu qədər, 
real əsasları olmayanl bir devizdir. Devizdəki məntiq çox sadə‐
dir:  Mən  keyfiyyətsiz,  zəmanətsiz  yerli  məhsul  almalıyam  ki, 
bu məhsulu istehsal edən yerli şirkət istehsalını genişləndirsin 
və  nəticədə  bir  başqa  vətəndaşımız  iş  tapa  bilsin.  İqtisad  el‐
                                                 
129
 İlkin Sabiroğlu, “Hamı yerli mal alsın! Xeyir Vətənə qalsın!”, “Gündəlik 
Azərbaycan” qəzeti, 16 avqust 2005. 
130
 Ibid. 
 
‐ 119 ‐


Yüklə 192,44 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə