KapitaliZMƏ



Yüklə 192,44 Kb.
Pdf görüntüsü
səhifə36/67
tarix23.09.2017
ölçüsü192,44 Kb.
#1240
1   ...   32   33   34   35   36   37   38   39   ...   67

Kapitalizm Kapitalizmə Bənzəməz 
Neft böhranları və 
Holland sindromu 
 
Neft  böhranı  əslində  neft  idxal  edən  ölkələr  üçün  böhran‐
dır. Neft ixrac edən ölkələr isə açıq şəkildə ifadə etməsələr də 
belə vəziyyətdən çox razı qalırlar. Xüsusilə Azərbaycan, Nige‐
riya, Anqola, Liviya və Oman kimi ixracatlarında neftin çəkisi 
çox‐çox  yüksək  olan  ölkələrin  neft  böhranlarından  nə  qədər 
razı qaldıqlarını əlavə şərh etməyə ehtiyac yoxdur. Lakin neft 
böhranları nadir olaraq baş verir. 
Hələ 1970‐ci illərin əvvəllərində meydana gələn neft böhra‐
nında  Amerika  Birləşmiş  Ştatlarının  neftin  qiymətindəki  yük‐
səlmənin tərəfdarı kimi davranması belə bir sualın ortaya çıx‐
masına səbəb olmuşdu: ABŞ neft qiymətlərinin yüksəlməsində 
niyə maraqlı davranırdı? 
Çünki  həmin  dövrdə  Bretton  Woods  sistemi  çökmək  üzrə 
idi. ABŞ dolları da bu sistemin “əsas pul” funksiyasını yerinə 
yetirdiyindən  dolların  gələcək  aqibəti  sual  altına  girmişdi. 
Əgər Dünya Bankının qurulduğu dövrdə dünya qızıl ehtiyatı‐
nın  70  faizdən  yuxarısı  ABŞ‐da  cəmləşmişdisə,  sonradan  bu 
nisbət kəskin şəkildə ABŞ‐ın əleyhinə dəyişmişdi. Ona görə də 
70‐ci  illər  üçün  dalğalı  valyuta  məzənnəsi  sisteminin  keçərli 
olduğu beynəlxalq valyuta sistemində dolların əsas pul funksi‐
yasını qoruya bilməsinin ən əlverişli yolu neft böhranlarından 
istifadə etməkdi. Çünki ABŞ‐nın əlində çox əhəmiyyətli bir va‐
sitə var: neft ödəmələri dollarla həyata keçirilir. Beləliklə neftin 
qiymətlərindəki  yüksəlmə  neft  idxal  edən  ölkələrin  dollara 
olan tələbini artırdı ki, bu da ABŞ dollarının beynəlxalq valyu‐
ta sistemindəki çəkisini qorumaqda bir vasitəyə çevrildi.
135
                                                 
135
 Ilkin Sabiroglu, “Oil Crisis and the Holland Syndrome”, The Times of Central 
Asia, 11 may 2001, http://www.times.kg. 
 
‐ 123 ‐


İlkin Sabiroğlu 
Bu gün isə ABŞ dolları üçün belə bir problem mövcud de‐
yil.  Həmçinin  ABŞ  dünyanın  ən  böyük  enerji  istehlakçısıdır. 
Bunları nəzərə aldıqda ABŞ‐ın neft qiymətlərinin yüksəlməsin‐
də əvvəlki kimi maraqlı olmadığını söyləmək olar. Bu amil də 
bir  növ  ciddi  neft  böhranlarının  ortaya  çıxmasına  əngəl  törə‐
dir.  Ayrıca  ölkələr  yüksək  neft  qiymətlərini  ucuz  faiz  siyasəti 
və  enerji  istehlakını  subsidiyalaşdırmaqla  balanslaşdırırlar. 
Dolayısilə  neft  qiymətləri  yüksəlsə  də  neft  böhranı  baş  ver‐
mir.
136
 Həmçinin, yüksələn enerji qiymətləri dünyanın alterna‐
tiv  enerji  mənbələrinə  yönəlməsinə  səbəb  olur.  Bu  tendensiya 
da öz növbəsində “Kyoto Protokolu”nun lehinə işləyir.
137
Qısacası, neft böhranlarına və yüksək neft qiymətlərinə ar‐
xayın  olmaq  olmaz.  Ona  görə  də  Azərbaycan  kimi,  ixracatla‐
rında  neftin  mütləq  üstünlük  təşkil  etdiyi  ölkələr  üçün  “Hol‐
land sindromu” çox aktual mövzu halına gəlmişdir. 
Bir müddət əvvəl yerli mətbuatda bir dövlət rəsmisinin be‐
lə bir fikrinə rast gəldik: “Böyük neft gəlirlərinin ölkəyə daxil 
olduğu dövrdə “Holland sindromu” yarana bilməz”.
138
 Doğru‐
dan  da  dünya  bazarlarında  neft  qiymətlərinin  yüksəklərdən 
“uçduğu” və ölkəyə böyük neft gəlirlərinin daxil olduğu mər‐
hələdə  “Holland  sindromu”  yarana  bilərmi?  Ümumiyyətlə, 
“Holland sindromu” nədir? Yaranarsa, hansı halda yaranar və 
ya yaranmaması üçün nə edilməlidir? 
Geniş  şəkildə  istifadə  olunan  “Holland  sindromu”  mode‐
lində  intensiv  inkişaf  edən  təbii  ehtiyatlar  sektoru  ilə  ixracat 
potensialı  olmayan  mallar  sektorunun  ixracat  potensialı  olan 
qeyri‐neft  malları  sektorunu  sıxışdırdığı  göstərilir.  “Holland 
                                                 
136
 Əfsun Ələkbər, “Dünya İqtisadi Böhranı niyə baş vermir?”, “Gündəlik 
Azərbaycan” qəzeti, 14 dekabr 2005. 
137
 “WWF: 2006 Kyoto’nun sınav yılı”, NTVMSNBC
http://www.ntvmsnbc.com/news/361346.asp, 14 fevral 2006. 
138
 “Oqtay Haqverdiyev: Azərbaycanda “Holland sindromu” yarana bilməz”, 
“Ekspress” qəzeti, 14 dekabr 2005. 
 
‐ 124 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
sindromu”nun  “üç  sektor  modeli”nə  görə,  təbii  ehtiyatlardan 
intensiv istifadənin iqtisadiyyatın ixracat potensialı olan digər 
sahələrinə mənfi təsiri iki istiqamətdə özünü göstərir.
139
Bunlardan birincisi xərclərin artması effektidir. Əgər neftlə 
əlaqədar əldə olunan sərvətlər xaricdə saxlanmırsa və maliyyə 
kanalları vasitəsilə birbaşa və ya dolayı yolla ixracat potensialı 
olmayan  mallara  xərclənirsə,  bu  malların  qiymətləri  ixracat 
potensialı olan malların qiymətləri ilə müqayisədə artır və real 
effektiv valyuta məzənnələri də bahalaşır. Bu da ənənəvi ixra‐
cat potensialı olan sahələrə zərər gətirir. Xarakterik olaraq cari 
əməliyyatlar hesabının tarazlığı pozulur. Belə ki, neft ixracının 
daha  sonrakı  mərhələdə  bahalaşmasına  baxmayaraq,  gələcək‐
də neft gəlirlərinin artacağının gözlənməsilə daxili istehlak və 
idxal  ən  yüksək  səviyyəyə  çatır,  qeyri‐neft  sektoru  üzrə  ixrac 
isə azalır. 
İkincisi  isə  əmək  ehtiyatlarının  yerdəyişməsi  effektidir  ki, 
belə  halda  da  “sıçrayışla”  inkişaf  müşahidə  olunan  sahələrdə 
əmək  haqları  artdığından  bu  sahələr  iqtisadiyyatın  digər  sek‐
torlarından işçi qüvvələrini özünə cəlb edir. Beləliklə də digər 
sahələrin  resurslarını  zəiflədərək  istehsalın  aşağı  düşməsinə 
səbəb olur. 
Nəzərə alsaq ki, Azərbaycanda neftlə əlaqədar əldə olunan 
sərvətlər xarici banklarda saxlanılır və maliyyə kanalları vasi‐
təsilə  birbaşa  və  ya  dolayı  yolla  kütləvi  şəkildə  xarici  ticarət 
obyekti olmayan mallara xərclənmir, deməli, ixracat potensialı 
olan  digər  sahələr  üçün  bu  prizmadan  yarana  biləcək  birinci 
mənfi effekt hələlik mövcud deyil. 
Eyni zamanda xarici ticarət obyekti olmayan sahələrdə “sıç‐
rayışla” inkişaf özünü göstərmədiyindən ikinci mənfi effekt də 
bu  prizmadan  mövcud  deyil.  Ayrıca  yaxın  gələcəkdə  ölkəyə 
                                                 
139
 İlkin Sabiroğlu, “Azərbaycanda ʺHolland sindromuʺ yarana bilərmi?”, 
“Gündəlik Azərbaycan” qəzeti, 16 dekabr 2005. 
 
‐ 125 ‐


Yüklə 192,44 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə