İlkin Sabiroğlu
dəki payları cəmisi 8 faiz təşkil edir. Özəl sektorda çalışanların
isə 45.6 faizi kiçik və orta böyüklükdəki müəssisələrdə işləyir.
Diqqət yetirsək görərik ki, Türkiyənin iqtisadi inkişaf səviyyəsi
ilə yuxarıda adını sadaladığımız ölkələrin iqtisadi inkişaf sə‐
viyyələri arasındakı fərq bu ölkələrdəki kiçik və orta böyük‐
lükdəki müəssisələrin inkişaf səviyyələri arasındakı fərqlə uy‐
ğunluq təşkil edir.
Müqayisə üçün qeyd edək ki, verilən toplam krеditlər içəri‐
sində kiçik və orta böyüklükdəki müəssisələrin payı Yaponiya‐
da 50, Fransada 48, Amerika Birləşmiş Ştatlarında 42.7, Alma‐
niyada 35, Türkiyədə 3‐4 faiz təşkil edir.
148
Bir müddət əvvəl Türkiyədə kiçik və orta böyüklükdəki
müəssisələrə ixracatda dəstək üçün sıfır faizli kredit verilməsi
ilə əlaqədar protokol imzalandı. Faiz ödəmələri KOSGEB (Sə‐
naye və Ticarət Nazirliyinə bağlı Kiçik və Orta Miqyaslı Sə‐
naye Gəlişdirmə və Dəstəkləmə İdarəsi Başqanlığı) tərəfindən
qarşılanacaq olan illik 4.5 faizli kredit üçün üç banka (Halk‐
bank, Ziraat Bankı və Vakıfbank) vəsait ayrıldı. Faizlərin bu
vəsait hesabına ödənəcəyini nəzərdə tutan sistemə görə, ixra‐
cat həyata keçirən ya da kredit müddəti boyunca həyata keçir‐
mə öhdəliyi götürən emalatçı kiçik və orta böyüklükdəki
müəssisələr, maksimum 100 min dollar həcmində istifadə edə
biləcəkləri krediti 6‐cı ayın axırında ödəyəcəklər. Kredit borcu‐
nu vaxtında ödəyən və ixracatını nəzərdə tutulan müddətdə
tamamlayan müəssisələr tələbləri münasib görüldüyü təqdir‐
də ikinci dəfə yenidən kredit ala biləcəklər.
Ümumiyyətlə OECD, 1980‐ci illərin sonlarından etibarən
iqtisadi inkişafda kiçik və orta böyüklükdəki müəssisələrin
əhəmiyyətini artırmağa səy göstərir. Bu səylərin nəticəsində,
kiçik və orta böyüklükdəki müəssisələrlə əlaqəli nazirlər ilk
dəfə olaraq 2000‐ci ildə İtaliyada ‐ Boloniyada bir araya gəldi.
148
Ibid.
‐ 132 ‐
Kapitalizm Kapitalizmə Bənzəməz
Həmin toplantıda ABŞ‐ın kiçik müəssisələr üçün həyata keçir‐
diyi politikalardan təsirlənərək hazırlan bir prinsiplər məcmu‐
su formalaşdırıldı və yayımlandı. Amerika, kiçik müəssisələri,
qurduğu bir mərkəzdən istiqamətləndirir. Eyni addımı İngiltə‐
rə də 2000‐ci ildə atdı. İndi isə Fransa bunun hazırlığını həyata
keçirir...
149
Qısacası, beynəlxalq təcrübə sübut edir ki, təşəbbüskarlığın
dəstəklənməsi və kiçik biznesin inkişafı yeni iş yerlərinin açıl‐
masında, işsizliyin azaldılmasında və gəlirlərin formalaşma‐
sında effektiv bir yanaşma üsuludur. Kiçik biznes hər bir sər‐
bəst bazar iqtisadiyyatında əhəmiyyətli və inteqral sektordur.
Dünya təcrübəsi sənaye ölkələrində iqtisadi restrukturlaşma‐
nın kiçik və orta biznes sektorunun inkişafının müşayiəti altın‐
da həyata keçdiyini ortaya qoyur. Kiçik biznesin iqtisadi rifah‐
da və inkişafda oynadığı əhəmiyyətli rol yaxşı bilinməkdə və
hər kəs tərəfindən qəbul edilməkdədir.
150
Keçid ölkələrində (Countries in Transition ‐ CITs) Kiçik və
Orta Sahibkarlığın formalaşmasının bütün mərhələlərində tə‐
şəbbüskarlığın geniş şəkildə dəstəklənməsi sərbəst bazar iqti‐
sadiyyatına transformasiyada və cəmiyyətin demokratikləşmə‐
sində həyati dərəcədə vacibdir. Kiçik və Orta Sahibkarlıq iqti‐
sadi artımın lokomotivi və davamlı inkişafın mənbəyi kimi qə‐
bul edilməkdədir. Xüsusilə yüksək səviyyəli işsizlik və yox‐
sulluq şəraitində kiçik təşəbbüslər xüsusi əhəmiyyətə sahibdir,
çünki onlar sahibkarlığın beşiyi sayılır.
151
149
Mehmet Altan, “Fransaʹda manşet, Türkiyeʹde haber değil...”, “Sabah” qəzeti,
http://www.sabah.com.tr/2004/06/05/yaz71‐40‐118.html, 5 iyun 2004,
(01.03.2006).
150
UNECE ‐ United Nations Economic Commission for Europe, Promotion of
Entrepreneurship and SME Sector in The South‐Caucasian Region,
www.unece.org/indust/sme/smeyent.pdf, 2003.
151
Ibid.
‐ 133 ‐
İlkin Sabiroğlu
2000‐ci ildən əvvəl hazırlanan beynəlxalq hesabatlarda bir
qayda olaraq Cənubi Qafqaz regionundakı üç respublika Kiçik
və Orta Sahibkarlığın (Small and Medium Enterprise ‐ SME)
inkişaf etdirilməsində ləngiyən ölkələr qrupuna daxil edilir‐
di.
152
Daha sonrakı beynəlxalq hesabatlarda isə üç Cənubi Qaf‐
qaz respublikası arasında məhz Azərbaycanda sahibkarlığın, o
cümlədən KOS‐ların inkişafının daha ümid verici olduğu qeyd
edilir. Təbii ki, belə qiymətləndirmədə Azərbaycanda sahib‐
karlıq fəaliyyətini tənzimləyən qanunvericiliyin mütəmadi ola‐
raq təkmilləşdirilməsi, KOS‐ların inkişaf etdirilməsini nəzərdə
tutan dövlət proqramlarının qəbul edilməsi və s. əhəmiyyətli
rol oynayır.
153
Şəxsi mülkiyyət hüququ, sahibkarlıq və məsuliyyət azadlığı
sərbəst bazar iqtisadiyyatının sütunlarını təşkil edir. Azərbay‐
can Respublikasının Konstitusiyasının 59‐cu maddəsində
“Azad sahibkarlıq hüququ” başlığı altında qeyd olunur:
“Hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanla‐
rından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək
təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliy‐
yəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət
növü ilə məşğul ola bilər.”
154
Azərbaycanda sahibkarlığın inkişafına təsir göstərən əsas
qanunvericiliyin formalaşma tarixçəsini isə qısaca aşağıdakı
şəkildə göstərmək mümkündür:
Ölkədə 1992‐ci ildə “Sahibkarlıq Fəaliyyəti Haqqında” qa‐
nun qəbul edildi, daha sonra eyni ilin oktyabr ayında “Sahib‐
152
UNECE ‐ United Nations Economic Commission for Europe, SMEs in
Countries in Transition in 1997‐1998, OPA/AC.12/1, 30. April 1999, Geneva.
153
UNECE, Promotion of Entrepreneurship and SME Sector in The South‐Caucasian
Region, op. cit.
154
Azərbaycan Respublikasının Konstitusiyası, Maddə 59., Azərbaycan
Respublikasının Milli Məclisi, http://www.meclis.gov.az.
‐ 134 ‐
Dostları ilə paylaş: |