Kapitalizm Kapitalizmə Bənzəməz
karlığa Milli Kömək Fondu Haqqında” prezident fərmanı im‐
zalandı.
1993‐cü ilin yanvar ayında “Azərbaycan Respublikasında
Dövlət Mülkiyyətinin Özəlləşdirilməsi Haqqında” qanun qə‐
bul edildi. Lakin bir sıra səbəblərdən bu qanunu icra etmək
mümkün olmadı.
1995‐ci ilin mart ayında “Dövlət əmlakının özəlləşdirilməsi
haqqında Azərbaycan Respublikası qanununun icrası ilə bağlı
əlavə tədbirlər haqqında” prezident fərmanı imzalandı. Bunu
1995 və 2000‐ci illərdə qəbul edilmiş I və II Dövlət özəlləşdir‐
mə proqramları, 1997‐2000‐ci illərdə kiçik və orta sahibkarlığa
dövlət yardımı proqramı, Sahibkarlığa Kömək Milli Fondu‐
nun, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin, sahib‐
karlığa maliyyə, informasiya və məsləhət xidmətləri göstərən
müxtəlif qurumların yaradılması, prezidentin sahibkarlığın in‐
kişafını nəzərdə tutan 1996 və 1999‐cu il tarixli fərmanları izlə‐
di.
2002‐ci il avqustun 27‐də “Azərbaycan Respublikasının Sa‐
hibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamənin təsdiq
edilməsi haqqında” və “Azərbaycan Respublikası Prezidenti‐
nin yanında Sahibkarlar Şurasının yaradılması haqqında” pre‐
zident fərmanları imzalandı. Ardından sentyabrın 2‐də lisen‐
ziya verilən fəaliyyət növlərinin sayının azaldılması ilə əlaqə‐
dar prezident fərmanı imzalanaraq, belə fəaliyyət növlərinin
sayı 240‐dan 30‐a endirildi. Sentyabrın 10‐da “Azərbaycan Res‐
publikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsin‐
də əlavə tədbirlər haqqında” fərman imzalandı. Bu məqsədlə
2003‐2005‐ci illərdə dövlət büdcəsindən 250 milyard manat, o
cümlədən 2003‐cü ildə 50 milyard manat vəsait ayrılması nə‐
zərdə tutulurdu. 2002‐ci il sentyabrın 28‐də “Sahibkarlığın in‐
kişafına mane olan müdaxilələrin qarşısının alınması haqqın‐
da” fərman imzalandı.
‐ 135 ‐
İlkin Sabiroğlu
Ayrıca bu sırada “Haqsız Rəqabət Haqqında”, “Lizinq Xid‐
məti Haqqında”, “Səhmdar Cəmiyyəti Haqqında” qanunlar,
“Azərbaycan Respublikasında Kiçik və Orta Sahibkarlığın İn‐
kişafının Dövlət Proqramı (2002‐2005)”, “Korrupsiyaya Qarşı
Mübarizə Üzrə Dövlət Proqramı (2004‐2006)” və s. sadalana
bilər.
Hökumətlərin sosial‐iqtisadi siyasətlərinin məqsədi struk‐
tur islahatlarını sürətləndirmək və sosial müdafiənin təşkilinin
təkmilləşdirilməsi və paralel olaraq iqtisadiyyatın davamlı iq‐
tisadi artım tempini qorumaqdır. Bu baxımdan yeni məşğulluq
imkanlarının yaradılması və yoxsulluğun aradan qaldırılması
istiqamətində inkişaf strategiyaları mənimsənməlidir.
155
Son il‐
lər həyata keçirilməkdə olan “Azərbaycan Respublikası Regi‐
onlarının Sosial‐İqtisadi İnkişafı Dövlət Proqramı (2004‐2008)”
və “Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf Üzrə Dövlət
Proqramı (2003‐2005)” da bu qəbildəndir.
Azərbaycan Respublikasının Vergi Məcəlləsində qeyd olu‐
nur: “Vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təş‐
viq etməlidir.”
156
Məcəllənin 13‐cü maddəsinə görə isə, “sahib‐
karlıq fəaliyyəti ‐ şəxsin müstəqil surətdə, öz riski ilə həyata
keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim
edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilmə‐
sindən mənfəət götürülməsi olan fəaliyyətidir.”
157
Ardından, Vergi Məcəlləsinin 13‐cü maddəsinin 2‐ci bən‐
dində müəssisə deyiləndə nəyin nəzərdə tutulduğu göstərilir.
Buna görə, Müəssisə ‐ bu Məcəllənin məqsədləri üçün müəssi‐
sələr ‐ sahibkarlıq fəaliyyətini həyata keçirən və bu cür fəaliy‐
yət üçün yaradılan aşağıdakı qurumlar deməkdir:
155
UNECE, Promotion of Entrepreneurship and SME Sector in The South‐Caucasian
Region, op. cit.
156
Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikasının
Vergi Məcəlləsi, I Fəsil, Maddə 3.10., http://www.taxes.gov.az.
157
Ibid, I Fəsil, Maddə 13.2.37., http://www.taxes.gov.az.
‐ 136 ‐
Kapitalizm Kapitalizmə Bənzəməz
‐ Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq
olaraq yaradılmış hüquqi şəxslər;
‐ xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış
hüquqi şəxslər (korporasiyalar, şirkətlər, firmalar və digər ana‐
loji qurumlar), habelə onların filialları və ya daimi nümayən‐
dəlikləri;
‐ Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq
olaraq yaradılmış hüquqi şəxslərin sərbəst balansa, cari və ya
digər hesablara malik olan filialları, struktur bölmələri və ya
digər ayrıca bölmələri.
158
“Sahibkarlıq Fəaliyyəti Haqqında” Azərbaycan Respublika‐
sının Qanununa görə isə, “sahibkarlıq fəaliyyəti (sahibkarlıq)
fiziki şəxslərin, onların birliklərinin, habelə hüquqi şəxslərin
mənfəət və ya şəxsi gəlir əldə edilməsi məqsədilə özlərinin ca‐
vabdehliyi və əmlak məsuliyyəti ilə, yaxud digər hüquqi və ya
fiziki şəxslərin adından qanunvericiliklə qadağan edilməyən
təsərrüfat fəaliyyətinin bütün növləri, o cümlədən məhsul is‐
tehsalı, satışı və xidmətlər göstərilməsi formasında həyata ke‐
çirdikləri müstəqil təşəbbüskarlıq fəaliyyətidir.”
159
Birləşmiş Millətlər Təşkilatının Avropa üzrə İqtisadi Ko‐
missiyasının (UNECE ‐ United Nations Economic Commission
for Europe) rəsmi saytında verilən bir cədvəldə Azərbaycanda
kiçik və orta müəssisələrin açıqlaması aşağıdakı şəkildə veri‐
lib:
160
Kiçik müəssisələr kateqoriyasına, sənayedə 50‐dən az, nəq‐
liyyatda 15‐dən az, tikintidə 25‐dən az, xırda ticarətdə və xid‐
158
Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikasının
Vergi Məcəlləsi, I Fəsil, Maddə 13.2.39., http://www.taxes.gov.az.
159
Entrepreneurship Support, “Sahibkarlıq Fəaliyyəti Haqqında” Azərbaycan
Respublikasının Qanunu, Maddə 1., http://www.sahibkar.biz.
160
UNECE ‐ United Nations Economic Commission for Europe, Network of
SME National Focal Points: Azerbaijan,
http://www.unece.org/indust/sme/azerb.htm.
‐ 137 ‐
Dostları ilə paylaş: |