Karabakh martyrs memorial day Karimov BahrustrreplN


Sentyabr Azərbaycanda anım günüdür



Yüklə 20,82 Kb.
səhifə3/3
tarix22.03.2024
ölçüsü20,82 Kb.
#184095
1   2   3
Karabakh martyrs memorial day

27 Sentyabr Azərbaycanda anım günüdür
Xalqımız İkinci Qarabağ müharibəsində qəhrəmancasına döyüşərək ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan əsgər və zabitlərimizi, bütün şəhidləri ehtiramla yad edir. 27 sentyabr Anım Günü münasibətilə keçirilən ümumrayon tədbirləri çərçivəsində “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun kollektivi daha sonra Ağstafa rayon Şəhidlər Xiyabanını və Ağstafa rayonunun mərkəzində ucaldılmış “Şəhid” Xatirə Kompleksini ziyarət edib. , “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun inzibati binasında “27 sentyabr Milli Qürur Günüdür” adlı dəyirmi masa təşkil olunub. İlk öncə Vətən uğrunda qəhrəmancasına döyüşüb şəhidlik zirvəsinə ucalan bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Qoruğun direktoru Musa Mursaquliyev çıxış edərək bildirdi ki, sentyabrın 27-si Vətən Müharibəmizin başlanması və Böyük Qələbəmizin tarixidir. Bu gün doğma torpaqlarımızın işğaldan azad edilməsi milli ruhumuzun, həmrəyliyimizin sözsüz ifadə etdiyi şanlı bir tarixdir. Allah şəhidlərimizə rəhmət eləsin.
"Report" xəbər verir ki, bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının və hərbi fəaliyyətinin qarşısının alınması və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə başlanmış Vətən Müharibəsində canlarını qurban vermiş Azərbaycanın qəhrəman şəhidlərinin anım günüdür.
Bununla bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən ölkə daxilində bir sıra tədbirlər təşkil olunacaq, xaricdə anım mərasimləri keçiriləcək.
Ötən il olduğu kimi, Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda şəhidlərimiz dərin ehtiramla yad ediləcək, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən igidlərinin ruhuna dualar oxunacaq.
Saat 12:00-da şəhid olan əsgərlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
Literature

  1. https://44days.info/martyrs/

  2. https://keshikchidagh-heritage.az/en_US/content/10229

  3. https://report.az/en/domestic-politics/azerbaijan-marks-remembrance-day/

Yüklə 20,82 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə