Kardiologiya 6. 11. 2014-cü IL tarixində əlavə və dəyişikliklər edilmişdir. Qan dövranı sistemi neçə yerə bölünür?


) I tonun əmələ gəldiyi izovolümik yığılma fazası nə ilə xarakterizə olunur?



Yüklə 3,31 Mb.
səhifə2/35
tarix30.05.2018
ölçüsü3,31 Mb.
#46787
1   2   3   4   5   6   7   8   9   ...   35

41) I tonun əmələ gəldiyi izovolümik yığılma fazası nə ilə xarakterizə olunur?
A) mədəciklərdə təzyiqin qulaqcıqlardakı təzyiq həddinə düşdükdən sonra atrioventrikulyar qapaqların açılmasıyla

B) qulaqсıqların yığılması və qanın aktiv qulaqcıqlardan mədəciklərə qovulması ilə

C) aorta və ağ ciyər arteriyasının qapaqlarının bağlanması, mədəcik miokardının başlanan boşalması nəticəsində yaranan təzyiqin magistral damarlardakı təzyiqdən az qədər aşağı düşməsi ilə

D) təzyiqlər fərqi hesabına qanın qulaqcıqlardan mədəciklərə “passiv” tökülməsi, bu fazada mədəciklərin maksimal qanla dolması baş verir

E) mədəcik miokardının sürətli və qüvvətli yığılması, atrioventrikulyar və aypara qapaqların tam bağlanması fonunda mədəcikdaxili təzyiqin təcili yüksəlməsi ilə
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 27
42) Ürəyin I tonu nə zaman yaranır?
A) izovolümik boşalma dövründə

B) qulaqcıqların sistola fazasında

C) protodiastolik dövrdə

D) izovolümik yığılma fazasında

E) mədəciklərın sürətli dolma fazasında
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 27
43) Mədəciklərdən qanın qovulması fazasında ardıcıllığı göstərin.
A) mədəciklərdə təzyiq, aorta və ağ ciyər arteriyasındakı təzyiqdən aşağı olduqda, bu vaxt aypara qapaqlar bağlanır və qan maqistral damarlara daxil olur

B) mədəciklərdəki təzyiq, aorta və ağ ciyər arteriyasındakı təzyiqdən azacıq artıq olduqda, bu vaxt aypara qapaqlar açılır və qan maqistral damarlara daxil olur

C) qulaqcıqların aktiv yığıldığı və qanın qulaqcıqlardan mədəciklərə vurulduğu vaxt

D) mədəciklərdə təzyiq, qulaqcıqlardakı təzyiq həddinə düşdükdə, atrioventrikulyar qapaqlar açılır və mədəciklərdən qanın qovulması başlayır

E) mədəciklərdə təzyiq, aorta və ağ ciyər arteriyasındakı təzyiqlə bərabərləşdikdə, bu vaxt aypara qapaqlar açılır və qan maqistral damarlara daxil olur
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 27
44) Mədəciklərin diastolası neçə fazadan ibarətdir?
A) 1

B) 4


C) 5

D) 2


E) 3
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 28
45) Mədəciklərin diastola fazasına nə aid deyil?
A) qulaqcıqların sistolası

B) mədəciklərın sürətli dolması

C) mədəciklərin zəif dolması

D) izovolümik boşalma

E) asinxron yığılma
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 28-29
46) Mədəciklərin diastola fazasının ardıcıllığını göstərin:

1. mədəciklərin zəif dolması

2. protodiastolik dövr

3. mədəciklərin izovolümik boşalması

4. qulaqcıqların sistolası

5. mədəciklərın sürətli dolması

A) 2, 3, 5, 1, 4

B) 1, 2, 3, 4, 5

C) 3, 1, 5, 2, 4

D) 5, 1, 2, 3, 4

E) 4, 2, 3, 5, 1


Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 28-29
47) II tonun baş verdyi protodiastolik dövr hansı vaxta uyğun gəlir?

A) aorta və ağ ciyər arteriyası aypara qapaqlarının bağlanması vaxtına

B) mədəciklərdəki təzyiqin qulaqcıqlardakı təzyiq dərəcəsinə düşmə vaxtına

C) qulaqcıqların yığılması vaxtına

D) yaranmış təzyiqlər fərqi hesabına qanın qulaqcıqlardan mədəciklərə “passiv” tökülmə vaxtına

E) mədəciklərin sürətlə və qüvvətli yığılması vaxtına


Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 28
48) II tоn nə zaman yaranır?
A) mədəciklərin sürətli dolma

B) izovolümik boşalma

C) izovolümik yığılma

D) protodiastolik dövrdə

E) qulaqcıqların sistolası
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 28
49) İzovolümik boşalma fazasında nə baş verir?
A) qulaqcıqlarda təzyiq artır

B) mədəciklərdə və qulaqcıqlarda təzyiq artır

C) mədəciklərdə və qulaqcıqlarda təzyiq maqistral damarlardakı təzyiqdən bir az aşağı düşür

D) mədəciklərdə təzyiq artır

E) mədəciklərin aktiv boşalması davam edir
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 28
50) İzovolümik boşalma fazasında nə müşahidə olunur?

1.atrioventrikulyar qapaqlar bağlanır

2.mədəciklərin aktiv boşalması davam edir

3.mədəciklərin qanla maksimal dolması baş verir

4.mədəciklərdə təzyiq qulaqcıqlardakı həddə düşür

5.atrioventrikulyar qapaqların açılması baş verir

6.mədəciklərdə təzyiq magistral damarlardakından bir az aşağı düşür

A) 1, 3, 5, 6

B) 2, 4, 5

C) 1, 2, 3

D) 3, 4, 5, 6

E) 1, 2, 4, 6


Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 28
51) İzovolümik boşalma fazası ürəyin hansı vəziyyətində baş verir?
A) Atrioventrikulyar qapaqların açıq, aypara qapaqların isə bağlı qaldığı

B) Mədəciklərin həcminin artdığı və aypara qapaqların açıq qaldığı

C) Ürəyin bütün qapaqlarının hermetik bağlı və mədəciklərin həcminin dəyişmədiyi

D) Mitral qapaqların hermetik bağlı, aypara qapaqların açıq qaldığı

E) Trikuspidal və aorta qapaqlarının hermetik bağlı və mədəciklərin həcminin artdığı
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 28
52) Müəyyən hallarda əlavə III tonun baş verə bildiyi mədəciklərin sürətli dolma fazası nə ilə xarakterizə olunur?
A) mədəciklərdə təzyiqin qulaqcıqlardakı təzyiq həddinə düşməsi ilə

B) magistral damarlardakı təzyiqin azca aşağı düşməsi ilə (mədəciklərin boşalması nəticəsində)

C) atrioventrikulyar və aypara qapaqların tam bağlanması ilə

D) qulaqcıqların yığılması və qanın mədəciklərə "aktiv" qovulması ilə

E) təzyiqlər fərqi hesabına qanın qulaqcıqlardan mədəciklərə “passiv” tökülməsi və mədəciklərin maksimal qanla dolması ilə
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 28
53) Müəyyən şəraitdə hansı fazanın sonunda ürəyin əlavə III tonu yarana bilər?
A) mədəciklərin izovolümik yığılması

B) mədəciklərin yavaş dolması

C) mədəciklərin sürətli dolması

D) qulaqcıqların sistolası

E) mədəciklərin izovolümik boşalması
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая систе ма). «Бином-пресс», 2007, стр.,28
54) Mədəciklərin yavaş dolması fazasında nə baş verir?
A) təzyiqlər fərqi hesabına qan qulaqcıqlardan mədəciklərə "passiv" tökülür

B) mədəciklərin boşalmaları nəticəsində təziq, magistral damarlardakı həddən azacıq fərqlə aşağı düşür

C) qulaqcıq və mədəciklərdə təzyiq bərabərləşir və mədəciklərin dolması yavaşıyır

D) mədəciklərdəki təzyiq qulaqcıqlardakı təzyiqə nisbətən artır və atrioventrikulyar qapaqlar açılır

E) qan aktiv olaraq qulaqcıqlardan mədəciklərə qovulur
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 29
55) Müəyyən şəraitidə ürəkdə əlavə IV tonun baş verə bildiyi qulaqcıqların sistola fazası nə ilə xarakterizə olunur?
A) qulaqcıqların yığılması və qanın mədəciklərə aktiv qovulması ilə

B) mədəciklərdəki təzyiqin qulaqcıqlardakı təzyiq həddinə çatması ilə

C) atrioventrikulyar və aypara qapaqların tam bağlanması şəraitində mədəcikdaxili təzyiqin ani qalxması ilə

D) magistral damarlarda qan təzyiqinin mədəciklərdəkinə nisbətən aşağı düşməsi ilə

E) qanın qulaqcıqlardan mədəciklərə passiv daxil olması ilə
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 29
56) Müəyyən şəraitdə hansı fazanın sonunda ürəkdə əlavə IV ton baş verə bilər?
A) mədəciklərin zəif dolması

B) mədəciklərin izovolümik boşalması

C) mədəciklərin sürətli dolması

D) mədəciklərin izovolümik yığılması

E) qulaqcıqların sistolası
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,29
57) Sol mədəcikdə son diastolik təzyiqin artması nəyə səbəb olur?

A) Sol qulaqcıqda və aşağı boş venada təzyiqin enməsinə

B) Sağ qulaqcıqda və yuxarı boş venada təzyiqin yüksəlməsinə

C) Yuxarı və aşağı boş venalarda təzyiqin enməsinə

D) Sol qulaqcıqda və ağciyər kapilyarlarında təzyiqin yüksəlməsinə

E) Sağ qulaqcıqda təzyiqin yüksəlməsinə


Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 30
58) Sol mədəcikdə son diastolik təzyiqin normal ölçüsü neçə mm c.süt-dür?
A) 20-22

B) 8-10


C) 4-6

D) 6-8


E) 9-12
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 30
59) Sol mədəcikdə son diastolik təzyiqin düşməsi nəyə səbəb olur?
A) sol mədəciyin vurğu həcminin qalxmasına

B) sol mədəciyin son diastolik həcminin enməsinə

C) sol mədəciyin son diastolik həcminin qalxmasına

D) sol mədəciyin atım fraksiyasının yüksəlməsinə

E) sol mədəciyin dəqiqəlik həcminin qalxmasına
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 30
60) Ağciyər arteriyasında son diastolik təzyiqin normal ölçüsü nə qədərdir (mm c.süt.)?
A) 9-12

B) 0-2


C) 4-6

D) 25-30


E) 21-23
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,30
61) Sol qulaqcıqda orta təzyiqin normal ölçüsü nə qədərdir (mm c.st.)?
A) 12-14

B) 8-12


C) 25-30

D) 3-5


E) 18-21
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,30
62) Sağ qulaqcıqda orta təzyiqin normal ölçüsü nə qədərdir (mm c.st.)?
A) 3-5

B) 4-5


C) 9-12

D) 12-14


E) 25-30
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,30
63) Sağ mədəcikdə son diastolik təzyiqin normal ölçüsü nə qədərdir (mm c.st.)?
A) 25-30

B) 4-6


C) 0-3

D) 9-12


E) 8-12
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,30
64) Aortada son diastolik təzyiqin normal ölçüsü nə qədərdir (mm c.st.)?
A) 120-145

B) 25-30


C) 4-6

D) 9-12


E) 70
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 30
65) Sakit halda və fiziki yüklənmədə sol mədəciyin funksiyasının xarakterizə olunmasında hansı hemodinamık göstərici mühüm praktiki əhəmiyyət kəsb edir?
A) sol mədəcikdə orta təzyiq

B) sol mədəcikdə son diastolik təzyiq

C) sol mədəcikdə maksimal sistolık təzyiq

D) sol mədəcikdə son sistolık təzyiq

E) sol mədəcikdə son sistolık həcm
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 30
66) Sol mədəcikdə son diastolik təzyiqin yüksəlməsi nəyə gətirib çıxarır?
A) sol qulaqcıqda və ağciyər kapillyarlarında təzyiqin yüksəlməsinə

B) sol qulaqcıqda və ağciyər kapillyarlarında təzyiqin enməsinə

C) sağ mədəcikdə və sağ qulaqcıqda təzyiqin yüksəlməsinə

D) sağ mədəcikdə və ağciyər arteriyasında təzyiqin enməsinə

E) sağ mədəcikdə və ağciyər arteriyasında təzyiqin yüksəlməsinə
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 30
67) Sol mədəcikdə son diastolik təzyiqin enməsi cox vaxt nəyi qöstərir?
A) hipertenziyayanı

B) hipervolemiyayanı

C) mitral stenozu

D) hipovоlemiyanı

E) aortal stenozu
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 30
68) Ürəyin sistolik funksiyasını xarakterizə edən əsas göstərici hansıdır?
A) sol mədəciyin son sistolik həcmi

B) ümumi damar müqaviməti

C) sol mədəciyin vurğu həcmi

D) qanin dəqiqəlik həcmi

E) sol mədəciyin son diastolik həcmi
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 31
69) Ürək atımı- dəqiqəlik həcm lazım gələrsə sakit haldakından neçə dəfə artıq arta bilər?
A) 7-8

B) 5-6


C) 3-5

D) 2-3


E) 1-2
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,31
70) Vurğu həcmi (VH) nədir? (DH-qanın dəqiqəlik həcmi, SDH -mədəciklərin son diastolik həcmi, SSH-mədəciklərin son sistolik həcmi, S –bədən səthinin sahəsidir: nomoqramma vasitəsilə müəyyən olunur və ya xüsusı formula ilə hesablanır, m2)
A) VH-nin, bədən səthinin sahəsinə nisbətidir

B) VH-nin mədəciklərin SSH nisbətidir

C) qanın DH –nin, bədən səthinin sahəsinə nisbətidir

D) hər ürək yığılmasında mədəciklərin magistral damarlara vurduğu qanın mıqdarıdır

E) VH-nin mədəciklərin SDH nisbətinin faizlə ifadəsidir
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,31
71) Atım fraksiyası nə deməkdir? (DH- dəqiqəlik həcm, VH-vurğu həcmi, SDH- mədəciklərin son diastolik həcmi, SSH- mədəciklərin son sistolik həcmi, S- bədən səthinin sahəsi: nomoqramma vasitəsilə müəyyən olunur və ya xüsusı formula ilə hesablanır, m2)
A) VH-nin mədəciklərin SSH nisbətidir

B) qanın DH –nin, bədən səthinin sahəsinə nisbətidir

C) VH-nin mədəciklərin SDH nisbətinin faizlə ifadəsidir

D) hər ürək yığılmasında mədəciklərin magistral damarlara vurduğu qanın mıqdarıdır

E) VH-nin, bədən səthinin sahəsinə nisbətidir
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 31
72) Atım fraksiyası necə ölçülür? (DH- dəqiqəlik həcm, SDH- mədəciklərin son diastolik həcmi, VH-vurğu həcmi (litr),UVS-ürək vurğularının sayı, SDÖ- mədəciklərin son diastolik ölçüsü, SSÖ- mədəciklərin son sistolik ölçüsü, S- bədən səthinin sahəsi: nomoqramma vasitəsilə müəyyən olunur və ya xüsusı formula ilə hesablanır, м2)
A) (SDÖ – SSÖ) / SDÖ

B) VH / SDH x 100%

C) DH x S

D) VH x ÜVS

E) VH x S
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 31
73) Ürəyin sistolik funksiyasını və qanın son-diastolik həcminin hansı hissəsinin sistola zamanı mədəciklərdən qovulmasını göstərən, əsas inteqral göstəricisi necə adlanır?

A) vurğu həcmi

B) ümumi damar müqaviməti

C) mədəciyin son sistolik həcmi

D) atım fraksiyası

E) ürək indeksi


Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,31
74) Vurğu indeksi nədir ? (DH- dəqiqəlik həcm, VH-vurğu həcmi, SDH- mədəciklərin son diastolik həcmi,SSH- mədəciklərin son sistolik həcmi, S- bədən səthinin sahəsi: nomoqramma vasitəsilə müəyyən olunur və ya xüsusı formula ilə hesablanır, м2)
A) vurğu həcminin mədəciklərin son sistolik həcminə nisbətidir

B) vurğu həcminin bədən səthinin sahəsinə (S) nisbətidir

C) qanın dəqiqəlik həcminin bədən səthinin sahəsinə olan nisbətidir

D) hər ürək yığılmasında mədəciklərin magistral damarlara vurduğu qanın miqdarıdır

E) vurğu həcminin mədəciklərin son diastolik həcminə nisbətinin faizlə ifadəsidir
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,31
75) Əsas göstəricilərdən başqa ürəyin sistolik funksiyasının adekvat qiymətləndirilməsi ücün hansı əlavə göstəricilər nəzərə alınmalıdır?

1. mədəciklərin son diastolik həcmi

2. mədəciklərin son sistolik həcmi

3. mədəciklərin son diastolik təzyiqi

4. mədəciklərin vurğu həcmi

5. ümumi damar müqaviməti
A) 1, 2, 5

B) 3, 4, 5

C) 1, 2, 3

D) 1, 3, 5

E) 2, 4, 5
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,31
76) Qanın dəqiqəlik həcmi – ürək atımı (DH) necə hesablanır? (VH-vurğu həcmi, DH- dəqiqəlik həcm, ÜVS-ürək vurğularının sayı, SDH- mədəciklərin son diastolik həcmi, AF- atım fraksiyası, % -lə)
A) DH = VH + ÜVS

B) DH = VH / ÜVS

C) DH = VH x ÜVS

D) DH = ÜVS + AF

E) DH = VH + ÜVS + SDH
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 31
77) Mədəciklərin vurğu həcmi (VH) göstəricisi necə hesablanır? (DH-ürək atımı- dəqiqəlik həcm, ÜVS-ürək vurğularının sayı, SDH-mədəciklərin son diastolik həcmi, SSH- mədəciklərin son sistolik həcmi )
A) VH= DH + ÜVS

B) VH =SDH - SSH

C) VH = SSH + DH

D) VH =DH x ÜVS

E) VH = SSH -SDH
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 31
78) Ürək indeksi göstəricisi necə hesablanır? ( VH-mədəciklərin vurğu həcmi, DHrək atımı- dəqiqəlik həcm, ÜVSrək vurğularının sayı, SDH-mədəciklərin son diastolik həcmi, SSH- mədəciklərin son sistolik həcmi, S- bədən səthinin sahəsi: nomoqramma vasitəsilə müəyyən olunur və ya xüsusı formula ilə hesablanır,m2)
A) DH / S

B) (SDH-SSH) x 100%) / SDH

C) VH/ S

D) DH (l/dəq) / ÜVS

E) VH x 100% / SDH
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,31
79) Vurğu indeksi necə hesablanir? (VH-mədəciklərin vurğu həcmi, DHrək atımı- dəqiqəlik həcm, ÜVSrək vurğularının sayı, SDH-mədəciklərin son diastolik həcmi, SSH- mədəciklərin son sistolik həcmi, S- bədən səthinin sahəsi: nomoqramma vasitəsilə müəyyən olunur və ya xüsusı formula ilə hesablanır,m2)
A) DH / ÜVS

B) DH / S

C) VH x 100% / SDH

D) VH / S

E) (SDH-SSH) x 100%) /SDH
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 31
80) Bunlardan hansı səhvdir?
A) ön yüklənmə - ölcülə bilən əzələ liflərinin yığılmadan əvvəlki uzunluğu və ya mədəciklərin son diastolik həcminin ölcüsüdür

B) Frank-Starlinq mexanizmi - ürəyin qanla dolması zamanı miofibrillərin gərilməsinə cavab olаraq yığılma qüvvəsinin artması və ya ürəyin işinin artmasına cavab olaraq diastolanın kompensator uzanmasıdır

C) miokardın inоtrop (yığılma) halı - «qüvvə- sürət» aslılığı və əzələ liflərinin ilkin uzunluğu arasındakı münasibətdir

D) son yüklənmə–elə bir gərginlikdir kı, yığılma vaxtı, ürək əzələsi onu artırmalıdır

E) Laplas qanunu- ürəyin qanla dolmasının artması hesabına ürək əzələsinin gərginlik dərəcəsinin yüksəlməsidir
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,33
81) Ürək atımı – vurğu həcmi və ürək əzələsinin yığılma dərəcəsi hansı əsas faktorlarla təyin edilir?
A) ön yüklənmənin ölçüsü, xromotrop halla, son yüklənmənin ölçüsü ilə

B) ön yüklənmənin ölçüsü, batmotrop halla, son yüklənmənin ölçüsü ilə

C) ön yüklənmənin ölçüsü, inotrop və xromotrop hallarla

D) ön yüklənmənin ölçüsü, dromotrop halla, son yüklənmənin ölçüsü ilə

E) ön yüklənmənin ölçüsü, inоtrop hal, son yüklənmənin ölçüsü ilə
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 33
82) Frank-Starlinq qanununa əsasən diastola zamanı mədəciklərin tam dolması (qanın son diastolik həcmi ), hələ ki, ürək əzələsi «normadan artıq acılma» həddində deyilsə nə baş vermir?
A) ancaq qanın dəqiqəlik həcminin ölçüsünün artması

B) növbəti yığılmanin gücünün azalması

C) növbəti yığılmanin gücünün artması

D) ancaq mədəciklərin vurğu həcminin ölçüsünün artması

E) mədəciklərin vurğu həcminin və qanın dəqiqəlik həcminin ölçülərinin artması
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 33
83) Önyüklənmənin ölcüsünün və mədəciklərin son diastolik həcminin müəyyən olunmasında hansı faktor vacib sayılmır?
A) qulaqciqların yığılması

B) qanın ürəyə axını

C) dövr edən qanın həcmi

D) qanın yapışqanlığı

E) diastolanın ümumi davam müddəti
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,34


Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə