Kassa əməliyyatlarının uçotu muhasibat az /kassa-əməliyyatlarinin-ucotu/ Kassa əməliyyatları


Kassaya pul vəsaiti pul çek vasitəsilə mü əs si sə nin bankda olan hesablaşma



Yüklə 252,06 Kb.
Pdf görüntüsü
səhifə2/2
tarix23.05.2022
ölçüsü252,06 Kb.
#87776
1   2
muhasibat.az-Kassa əməliyyatlarının uçotu

Kassaya pul vəsaiti pul çek vasitəsilə mü əs si sə nin bankda olan hesablaşma
hesabından və digər mənbələrdən daxildir.
Bankdan pul almaq üçün çek kitabçası müəssisəyə ərizəsi əsa sında bank dan verilir.
Alınmış çek kitabçası bir qay da olaraq müəssisənin baş müha si bində saxlanılır. Bank dan
pul alınması üçün çek kitabçasının bir səhifəsi dol du rulur, alınacaq pulun məbləği və onun
təyinatı gös tə ril məklə müəssisə rəh bəri, baş mühasib tərəfindən im za la nır və möhürlə
təsdiqlənir. Bank çekində heç bir dü zə li şə licazə verilmir.
Müəssisə kassasına bir sıra başqa mənbəələrdən də, yəni məhsul satı şın dan işçi
heyətnin müəssisəyə olan bor c unun ödənilməsindən, təhtəlhesab şəxs lərdən və sai rə dən
də nəğd pul daxil ola bilər.
Kassaya pul vəsaitinin daxil olması kassa mədaxil or derinin tərtib olun ması və müəssisə
rəhbəri, baş mühasib və kassirin imzası ilə rəsmiyyətə salınır. Müəssisənin kassasından
pul vəsaitinin sərf olunması kassa məxaric orderi və ya müəyyən olunmuş tə ləblərə
uyğun formada tərtib olunmuş hesablaşma-ödəmə cədvəli əsasında həyata keçirilir.
Kassa məxaric orderi müəssisə rəhbəri və baş mühasibi tərəfindən imza olunur. Kassa
mə xa ric orderinə pul vəsaitini alan şəxs imza edir.
İşçi heyətinə əmək haqqının, mükafatın, müvəqqəti əmək qabiliyyə ti nin itirilməsinə görə
ödənilən müa vi nət lə rin, pensiyanın və sairənin ödənilməsi üçün tərtib edi lən ödəniş
cədvəlləri əsasında pul bu vəsaitlərinin kas sadan ödə nil mə si üçün 3 gün vaxt verilir.
Həmin müddətdə ödənil mə yən (alın mayan) məbləğin qarışısında «deponentləş d i ril miş -
dir» sözü yazılır və vaxtında alınma yan məbləğ ye ni dən müəssisənin kassasından
hesablaşma hesabına qaytarılır.


3/4
Kassa sənədləri hesabata əlavə edilməzdən əvvəl pul vəsaitinin mədaxil və məxaric üzrə
məbləğ kassa kitabında qey diyyatdan keçirilməlidir. Kitabda yazılışlar elə formada
aparılmalıdır ki, pul vəsaitinin təyinatı üzrə sərf edilməsinə, ümumiyyətlə isə həmin
sənədlərin icrasına nəzarət oluna bilsin.
Hər bir müəssisədə yalnız bir kassa kitabı ancaq bir ədəd ol ma lıdır. Kassa kitabından
istifadə olunmağa başlanan ki mi onun səhifələri nömrələnməli, şunurlanmalı və sur ğuc la,
yaxud elastik möhürlə möhürlənməlidir. Kitab da kı səhifələrin sayı müəssisə rəhbəri və
baş mühasib tə rə fin dən təsdiq edilməlidir.
Kassa kitabında və kassa əməliyyatlarının uçotu nun aparıl ma sı sənədlə rin də heç bir
düzəlişə icazə ve ril mir. Təshihat (korrektura) qaydasında hər han sı düzəliş apa rı l arsa,
onlar müəssisənin baş mühasibi və kassiri tərə fin dən təsdiq olunmalıdır.
Kassa kitabında yazılışlar qara kağız va si tə silə iki surətdən ibarət kassir tərəfindən yerinə
ye ti ril mə lidir. Onun ikinci surəti kəsilən surətdir.
Kassir günün axırında gün ərzində baş vermiş əmə liy yatlar üzrə məbləğ lərin yekununu
hesablamalı və son ra kı günə qalıq çıxarmalıdır.
Mühasibatlığa təqdim olunmuş kassa hesabatında əks olunmuş əməliy yat ların
düzəldilməsi ilkin sənədlərə əsasən yoxlanılır və bundan sonra əmə liyyatlara müvafiq
mühasibat yazılışları tərtib edilir.
Kassada pul vəsaitinin qalığı və hərəkətini müha si bat uçotunu aparmaq üçün hesablar
planında 50 saylı«Kassa» hesabı müəyyən olunmuşdur. Hesab ak tiv dir onun debitində
müəssisənin kassasında olan ovə kassaya daxil olan pul vəsaitinin, kreditində isə pul
vəsaitinin verilməsi əks etdirilir. 50 «Kassa» hesabının ilk qalığı ay ın əvvəlinə, son qalığı
isə ayın sonuna kassadakı nağd pu l qalığını göstərir.
50 «Kassa» hesabının debeti 46 «Məhsul (iş, xid mət) satışı» hesabı; 51 «He sablaşma
hesabı»; 71 «Təhtəlhesab şəxslərlə hesablaşmalar» hesabı; 76 «Müx təlif debitorlar və
kre di tor larla hesablaşmalar» hesabının və digər hesab ların krediti ilə müxa bir ləşir.
50 «Kassa» hesabının krediti isə pul vəsaitinin bu raxılması ilə əlaqədar olaraq 51
«Hesablaşma hesabı»; 70 «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesab laş ma lar» hesabı;
71 «Təhtəlhesab şəxslərlə hesab laş ma lar» hesabı və digər hesabların de be ti ilə
müxabirləşir.
Mövcud qaydalara görə hər ayın sonunda müəs si sə nin kassasında olan pul vəsaitinin
qalığının reallığının yoxlanılması üçün müəssisə rəhbərliyinin göstərişi ilə kassada
inventarlaşma aparıllır.


4/4
Kassada aparılan inventarlaşma nəticəsində əskik gəl mə aşkar edildikdə həmin məbləğ
kassirdən tutulur və əməliyyat 84 «Sərvətlərin əskik gəl mə si və xa rabolmasından itkilər»
hesabının debeti, 50 «Kassa» hesabının krediti ya zı lışı ilə rəsmiyyətə salınır. Eyni za -
manda 73 «Sair əməliyyatlar üzrə işçi heyyəti ilə he sab laşmalar» və ya 70 «Əməyin
ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» hesablarının debitinə və 84 «Sərvətlərin
əskikgəlməsi və xarab olmasından itgilər» he sabının kreditinə yazılış aparılır.
İnventarlaşma nəticəsində artıqgəlmə müəyyən olun duqda 50 «Kassa» hesabının debeti
və 80 «Mənfəət və zərər» hesabının kreditinə yazılış edilir.

Yüklə 252,06 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə