da Papa ilə ünsiyyətdə olan yepiskoplar kollegiyası,
xüsusilə Ümumdünya Məclisində iman və əxlaq təliminin
əsaslarını qəti qərarla bəyan edir, həmçinin Papa və
yepiskoplar özlərinin adi Müəllimliyi çərçivəsində
razılaşdırılmış halda hansı isə nəsihəti son nəticə kimi
təklif edirlər. Hər bir imanlı iman itaəti ilə bu cür
nəsihətlərə əməl etməlidir.
186. Yepiskoplar təqdisetmə xidmətlərini necə
yerinə yetirirlər?
893
Yepiskoplar Kəlam və ayinlər (sirrlər), xüsusilə də
Evxaristiya xidmətləri, həmçinin duaları, əməyi və şəxsi
nümunələri vasitəsilə Məsihin lütfünü yayaraq Kilsəni
təqdis edirlər.
187. Yepiskoplar idarəetmə funksiyasını necə
həyata keçirirlər?
894-896
Yepiskoplar kollegiyasının üzvü olan hər bir yepiskop
Papa ilə vəhdətdə olan digər yepiskoplarla birlikdə bütün
yerli Kilsələrin və bütün Kilsənin qayğısına qalırlar. Yerli
Kilsənin tapşırıldığı yepiskop Yaxşı Çoban olan Məsih
naminə həyata keçirilən, şəxsi, bilavasitə, düzgün
müqəddəs səlahiyyət hökmü ilə bütün Kilsə ilə
ünsiyyətdə olaraq və müq. Peterin varisinin rəhbərliyi
altında onu idarə edir.
188. Dünyəvilər nəyə çağırılıb?
897-900
940
Dünyəvilərin çağırışı – fani reallığı Allahın iradəsinə
uyğun maarifləndirib quraraq Allahın Padşahlığını
axtarmaqdır. Bununla onlar bütün vəftiz olunmuşlara aid
olan müqəddəsliyə və həvariliyə çağırışı həyata keçirirlər.
86
189. Dünyəvilər Məsihin Keşişlik xidmətində necə
iştirak edir?
901-903
Onlar “İsa Məsih vasitəsilə Allaha məqbul olan” (1Pet
2:5) ruhani qurban gətirməklə Məsihin Keşişlik
xidmətində iştirak edirlər; ilk növbədə Ona Evxaristiyada
şəxsi həyatlarını və ona məxsus olan bütün işlərini,
dualarını, həvarilik başlanğıclarını, ailə münasibətlərini,
gündəlik əmək və həyat çətinliklərini (səbirlə keçirilirsə),
cismani və ruhani istirahətlərini təqdim edirlər. Bununla
Məsihə həsr olunmuş və Müqəddəs Ruhla məsh edilmiş
dünyəvilər bütün dünyanı Allaha həsr edirlər.
190. Onlar Məsihin peyğəmbərlik xidmətində necə
iştirak edirlər?
904-907
942
Onlar bunda daha da kamil şəkildə imanda Məsih
Kəlamını qəbul edərək, həyat və sözlə, müjdəçilik və
katexizasiya ilə Xoş Xəbəri dünyada yayaraq iştirak
edirlər. Belə müjdəçilik xüsusilə təsirli olur, çünki bu
dünyanın adi şəraitində həyata keçirilir.
191. Onlar Məsihin padşahlıq xidmətində necə
iştirak edirlər?
908-913
943
Dünyəvilər Məsihin padşahlıq xidmətində həyatlarının
müqəddəsliyi vasitəsilə iştirak edirlər. Onlar Məsihdən
özlərindən imtina etmək, özündə və dünyada günaha
qalib gəlmək qüvvəsini alırlar. Onlar cəmiyyətin xeyri
üçün müxtəlif xidmətləri yerinə yetirir, insanın yer
üzündəki işlərini və ictimai təşkilatları mənəvi dəyərlərlə
zənginləşdirirlər.
192. Allaha həsr olunmuş həyat nədir?
87
914-916
944
Bu, Kilsə tərəfindən qəbul edilmiş həyat tərzi, Məsihin
xüsusi çağırışına azad cavabdır; bu cavab vasitəsilə
məsihçilər özlərini Allaha tamamilə həsr edir və
Müqəddəs Ruhun təsiri altında məhəbbət kamilliyinə can
atırlar. Belə həsretmə Müjdənin məsləhətlərini yerinə
yetirməklə səciyyələnir.
193. Allaha həsr edilmiş həyat Kilsə missiyasına
nə verir?
931-933
945
Allaha həsr edilmiş həyat Məsihə və qardaşlara Səmavi
Padşahlığın ümidi haqqında şəhadətdə tam həsrolunma
vasitəsilə Kilsə missiyasında iştirak edir.
Müqəddəslərin ünsiyyətinə iman edirəm
194. «Müqəddəslərin ünsiyyəti» ifadəsinin mənası
nədir?
946-953
960
Bu ifadə ilk növbədə bütün Kilsə üzvlərinin müqəddəs
olan işdə ümumi iştirakına işarə edir. Müqəddəs olan işlər
bunlardır: iman, ayinlər(sirrlər), xüsusilə Evxaristiya,
xarizma və digər ruhani ənamlar. Ünsiyyətin kökü –
məhəbbətdir, məhəbbət «öz xeyrini güdməz» (1Kor
13:5), lakin imanlını «bütün əmlaklarından birgə istifadə
etməyə» (Həv 4:32), həmçinin məzlum insanlara maddi
yardım göstərməyə ruhlandırır.
195. «Müqəddəslərin ünsiyyəti» ifadəsinin mənası
daha nədir?
954-959
961-962
88
Bu ifadə həmçinin müqəddəs (sancti), yəni ölən və
dirilən Məsihlə lütf vasitəsilə birləşən adamlar arasında
ünsiyyət mənasını daşıyır. Bunlardan bəzisi yer üzündə
hələ ki qəribdir, digərləri bu həyatı tərk edərək
təmizlənmədən keçirlər, biz isə onlara dualarımızla
kömək edirik; başqaları artıq Allahın izzətindən ləzzət alır
və bizim üçün vəsatətçilik edirlər. Birlikdə biz Üçlüyün
izzəti və şöhrəti üçün Məsihdə bir ailəni, bir Kilsəni təşkil
edirik.
MƏRYƏM – MƏSİHİN ANASI, KİLSƏNİN ANASI
196. Bəxtiyar Bakirə Məryəm nə mənada Kilsənin
anasıdır?
963-964
973
Bəxtiyar Bakirə Məryəm –Allah Oğlu İsanı dünyaya
gətirdiyinə görə Allahın lütfü ilə Kilsənin anasıdır.
Çarmıxda ölərkən İsa Onu Ana kimi şagirdinə tapşırdı:
«Bu da sənin anandır!» (Yəh 19:27).
197. Bəxtiyar Bakirə Məryəm Kilsəyə necə kömək
edir?
965-970
974-975
Bakirə Məryəm Öz Oğlunun göyə yüksəlməsindən sonra
Öz duaları ilə doğulan Kilsəyə yardım edir. Səmalara
götürüldükdən sonra isə Öz övladları üçün vəsatətçilik
etməkdə davam edir, hamı üçün iman və məhəbbət
nümunəsi olaraq qalır, onlara Məsihin nailiyyətlərinin
çoxluğundan gələn xilasedici təsir göstərir. İmanlılar
Onda öz gələcək dirilmələrinin surətini və ləzzətini
əvvəlcədən görürlər, Onu Müdafiəçi, Köməkçi, Vəsatətçi
kimi köməyə çağırırlar.
89
Dostları ilə paylaş: |