198. Müqəddəs Məryəm hansı ehtiramla əhatə
olunur?
971
Müqəddəs Məryəm müstəsna ehtiramla əhatə olunur,
lakin bu ehtiram Müqəddəs Üçlüyə göstərilən ehtiramdan
tam fərqlənir. Bu xüsusi ehtiram Allah Anasına həsr
edilmiş Liturgiya bayramlarında və Allah Anasına
ünvanlanan xahişlərdə xüsusi yolla əks etdirilir. Bu
xahişlərdən ən məşhuru bütün Müjdənin sintezi olan
Müqəddəs Rozaridir.
199. Məryəm hansı şəkildə Kilsənin esxatoloji
surətidir?
972
Müqəddəs olan, artıq bədənlə və canla izzətlənən
Məryəmə baxanda Kilsə Onun simasında yer üzündə
nəyə çağırıldığını və səmavi vətəndə necə olacağını
görür.
«Günahların bağışlanmasına iman edirəm»
200. Günahlar necə bağışlanılır?
976-980
984-985
Günahların bağışlanmasının ilk və əsas ayini – Vəftizdir.
Vəftizdən sonra edilən günahlar üçün Məsih Barışma
yaxud Tövbə ayinini təyin etmişdir, bu ayin vasitəsilə
vəftiz olunan şəxs Allah və Kilsə ilə barışır.
201. Nə üçün Kilsənin günahları bağışlamaq
səlahiyyəti var?
981-983
986-987
Kilsə günahları bağışlamaq səlahiyyəti və missiyasına
malikdir, çünki Məsih Özü ona bunu tapşırdı: “Müqəddəs
90
Ruhu alın! Kimin günahlarını bağışlasanız, bağışlanır,
kimin günahlarını bağışlamasanız, bağışlanmamış qalır”
(Yəh 20:22-23).
«Cismin (bədənin) dirilməsinə inanıram»
202. «Cisim» deyəndə nə nəzərdə tutulur və bu
sözün
mənası nədir?
990
1015
«Cisim» sözü zəif və öləri insanın vəziyyətini bildirir.
«Cisim xilasın oxudur» (Tertullian). Əslində biz cismi
Yaradan Allaha iman edirik; cismi satın almaq üçün
cismdə gələn Kəlama iman edirik; cismin satın
alınmasına və yaradılışın tamamlanması olan cismin
dirilməsinə iman edirik.
203. «Cismin dirilməsi» ifadəsinin mənası nədir?
990
Məna odur ki, insanın sonuncu vəziyyəti bədəndən
ayrılmış və yalnız ruhani olan can deyil, bizim öləri
bədənlərimiz də bir gün həyat əldə edəcək.
204. Məsihin və bizim dirilməyimiz arasında hansı
əlaqə var?
998
1002-1003
Məsih ölülərdən, həqiqətən, dirildiyi və əbədi yaşadığı
kimi son gündə də hamını çürüməz bədəndə dirildəcək;
“yaxşılıq edənlər dirilib həyat əldə edəcək, pislik edənlər
isə dirilib hökm alacaq” (Yəh 5:29).
205. Öləndə bədənimizə və canımıza nə olur?
992-1004
1016-1018
91
Öləndə – bədənimizlə canımız ayrılanda bədən çürüməyə
başlayır, ölməz canımız isə Allahın məhkəməsinə tərəf
gedir və Məsihin İkinci Gəlişində izzətli olacaq bədənlə
birləşməni gözləyir. Gələcəkdə olacaq dirilmənin
anlaşılması bizim təsəvvürümüzdən və ağlımızdan
üstündür.
206. İsa Məsihdə ölmək nə deməkdir?
1005-1014
1019
Ölümə aparan günah içində olmadan Allahın lütfündə
ölmək deməkdir. Məsih imanlısı Ondan nümunə
götürərək ölümünü Ona tabeçilik və məhəbbət
hərəkətinə çevirə bilər. “Bu söz etibarlıdır ki, «əgər
Onunla öldüksə, Onunla da yaşayacağıq” (2Tim 2:11).
«Əbədi həyata iman edirəm»
207. Əbədi həyat nədir?
1020
1051
Əbədi həyat ölümdən dərhal sonra başlayır. Bu həyat
əbədidir. Hər bir kəs üçün bu həyat şəxsi məhkəmədən
sonra başlayır. Məhkəməni dirilərin və ölülərin hakimi
olan Məsih keçirəcək və son Məhkəmə tərəfindən təsdiq
olunacaq.
208. Şəxsi məhkəmə nədir?
1021-1022
1051
Ölməz canında hər bir insan ölümdən sonra imanına və
əməllərinə görə dərhal əvəz alacaq. Bu əvəz dərhal yada
lazımi təmizlənmədən sonra səmada bəxtiyarlığa daxil
olma, yaxud da cəhənnəmdə əbədi lənətdə olmaqdır.
209. «Səma» nədir?
92
1023-1026
1053
«Səma» ali və son xoşbəxtlik vəziyyətidir. Allahın
lütfündə vəfat edənlər artıq təmizlənməyə ehtiyac
duymur, Məsih, Məryəm, mələklər və müqəddəslərlə
olurlar. Onlar səmavi Kilsəni təşkil edirlər, burada Allahı
«üzbəüz» (1Kor 13:12) görürlər, Müqəddəs Üçlüklə
məhəbbət ünsiyyətində yaşayır və bizim üçün
vəsatətçilik edirlər.
“Var və Həqiqi həyat Atadır. O, Oğul və Müqəddəs Ruh
vasitəsilə istisna olunmadan hamıya səmavi xeyir-dua
verir; Onun mərhəmətinə görə biz insanlar əbədi həyatın
sarsılmaz vədini aldıq” (müq. Kiril Yerusəlimli).
210. Məhşər (əraf) nədir?
1030-1031
1054
Məhşər (əraf) – Allahla dostluqda vəfat edən insanın
vəziyyətidir. Lakin əbədi xilasla təmin olunmasına
baxmayaraq, səmavi bəxtiyarlığa daxil olmaq üçün onun
hələ də təmizlənməyə ehtiyacı olur.
211. Canların məhşərdə (ərafda) təmizlənməsinə
necə yardım edə bilərik?
1032
Müqəddəslərin ünsiyyətinə görə yer üzündə hələ də
qəribçilik edən Məsihə iman edənlər məhşərdə (ərafda)
olan canlar üçün vəsatətçilik dualarının təqdimatları,
xüsusilə Evxaristiya Təqdimatı, həmçinin sədəqə,
indulgensiya və tövbə əməlləri vasitəsilə onlara kömək
edə bilərlər.
212. Cəhənnəm nədir?
1033-1035
1056-1057
93
Cəhənnəm ölümə aparan günahda azad seçimi ilə vəfat
edən şəxslərin əbədi mühakiməsidir. Cəhənnəmin əsas
əzabı – Allahla əbədi ayrılıqdır, çünki yalnız Allahda insan
həyat və xoşbəxtlik əldə edə bilər. İnsan yalnız bunun
üçün yaranmışdır və buna can atır. Məsih cəhənnəmin
reallığı barədə belə deyir: “Ey lənətə gəlmişlər, çəkilin
önümdən! ...əbədi oda yollanın!” (Mat 25:41).
213. Cəhənnəmin vəziyyəti ilə Allahın sonsuz
xeyirxahlığı arasında ziddiyyət yoxdurmu?
1036-1037
Allah «hər kəsin tövbə etməsini istəyir» (2Pet 3:9), azad
və məsuliyyətli insanı yaratmasına baxmayaraq, onun
qərarlarına hörmətlə yanaşır. Buna görə də insan ölüm
anınadək ölümə aparan günahda inadkarlıq edirsə,
Allahın mərhəmətli məhəbbətini rədd edirsə, öz iradəsinə
görə özünü Allahla ünsiyyətdən kənar edir.
214. Ümumi (Dəhşətli) Məhkəmə nədən ibarət
olacaq?
1038-1041
1058-1059
Ümumi (dəhşətli) məhkəmə bəxtiyar həyata yaxud əbədi
lənətə hökmdən ibarət olacaq. Bu hökmü ölülərin və
dirilərin Hakimi olan Rəbb İsa yenidən gələrək Onun
qarşısında yenidən dayanan “həm saleh, həm də saleh
olmayan insanlara” (Həv 24:15) verəcək. Dəhşətli
məhkəmə nəticəsində dirilmiş bədən şəxsi məhkəmədə
aldığı əvəzi alacaq.
215. Bu məhkəmə nə vaxt olacaq?
1040
Dəhşətli məhkəmə zamanların sonunda olacaq, bu
vaxtın gününü və saatını yalnız Tək Allah bilir.
216. Yeni səmalara və yeni yerə ümid nədir?
94
Dostları ilə paylaş: |