Katolik Kilsəsinin katexizisi



Yüklə 10,74 Mb.
Pdf görüntüsü
səhifə23/53
tarix08.09.2018
ölçüsü10,74 Mb.
#67679
1   ...   19   20   21   22   23   24   25   26   ...   53

Ayinlərdə Kilsə əbədi həyatı müjdələyir ancaq bu müjdəni
“...bəxtiyarlıq gətirən ümidimizin gerçəkləşməsini, ulu 
Allah və Xilaskarımız İsa Məsihin izzətinin zühurunu 
gözləyərək” (Tit 2:13) yayır.
İkinci fəsil
PASXA SİRRİNİN AYİNLƏRDƏ İZZƏTLƏNMƏSİ
Kilsə Liturgiyasının keçirilməsi
LİTURGİYANI KİM KEÇİRİR?
233. Liturgiyada kim iştirak edir?
1135-1137
1187 
Liturgiyada «bütöv Məsih» (Christus totus) – Baş və 
Bədən iştirak edir. Baş Kahin (Məsih) Öz Bədəni - səmavi 
və yer üzünə məxsus olan Kilsə - vasitəsilə Liturgiyanı 
keçirir.
234. Səmavi Liturgiyanı kim keçirir?
1138-1139 
Səmavi Liturgiyanı mələklər, Əhdi-Ətiq və Əhdi-Cədid 
müqəddəsləri keçirir: Allah Anası, həvarilər, şəhidlər, 
“hər millətdən, hər tayfadan, hər xalqdan və hər dildən 
olan, heç kəsin saya bilməyəcəyi böyük bir kütlə” (Vəhy 
7:9). Ayinlərdə (sirrlərdə) xilas sirrini həyata keçirəndə bu
əbədi Liturgiyada biz də iştirak edirik.
235. Yer üzündə Kilsə Liturgiyanı necə keçirir?
1140-1144
1188
110


Yer üzündə Kilsə kahin xalqı kimi Liturgiya keçirir. Burada
hər kəs öz missiyasına uyğun olaraq Müqəddəs Ruhun 
birliyində iştirak edən: vəftiz olunmuşlar ruhani qurbanlar
təqdim edirlər; əlqoyulma ilə təyin edilmiş keşişlər bütün
Kilsə üzvlərinə xidmət etmək üçün Keşişlik ayininə uyğun
olaraq Liturgiya keçirirlər; yepiskoplar və presviterlər Baş
olan Məsihin simasında hərəkət edirlər.
NECƏ KEÇİRMƏK?
236. Liturgiyanı necə keçirmək gərəkdir?
1145
Liturgiya işarə və simvollardan ibarətdir, bunların kökü 
Yaradılış işindən və insani mədəniyyətdən gəlir, 
Əhdi-Ətiq hadisələrində bunlar dəqiqləşdirilir və Məsihin 
Şəxsiyyəti və əməlində aşkar olunur.
237. Sirli (müqəddəs) işarələr haradan gəlir?
1146-1152
1189
Bəziləri yaranan dünyaya aiddir (işıq, su, alov, çörək, 
şərab, ətirli yağ), digərləri – ictimai həyata (yuyulma, 
məshetmə, çörək bölmə), başqaları – xilas tarixinin 
Əhdi-Ətiq zamanına (Pasxa mərasimləri, 
qurbangətirmələr, əlqoyulma, həsretmə). Məsih 
tərəfindən qəbul olunmuş bu işarələrin bəziləri dəyişməz 
və normativdir, bunlar xilasedici və təqdisedici hərəkəti 
daşıyır.
238. Jest və sözlər ayinlərin keçirilməsində bir-biri 
ilə necə əlaqədardır?
1153-1155
1190 
Jest və sözlər ayinlərin keçirilməsində bir-biri ilə sıx 
əlaqədardır. Simvolik hərəkətlər artıq müəyyən bir dil 
111


olduğu halda, ayini Liturgiya sözləri və hərəkətlərinin 
onları mütləq müşayiət etmələri vacibdir. İşarə və təlim 
kimi ayrılmaz olan liturgiya sözləri və hərəkətləri məna 
verdikləri ifadədə də eyni dərəcədə qırılmazdır.
239. Hansı kriterilərə görə nəğmə oxuma və 
musiqi öz funksiyasını Liturgiya zamanı həyata 
keçirməlidir?
1156-1158
1191
Nəğmə oxuma və musiqi Liturgiya hərəkətləri ilə sıx 
əlaqədədir, lakin onlar növbəti kriterilərə uyğun 
olmalıdır: mətnləri katolik təliminə uyğun olmalıdır, 
əsasən Müqəddəs Yazılardan götürülməlidir; duanın 
təsirli gözəlliyi; musiqinin keyfiyyəti; ifasında Liturgiya 
məclisinin iştirakı olmalıdır; Allah xalqının mədəni 
zənginliyi, ibadətin müqəddəs və təntənəli xarakteri. 
«Nəğmə oxuyan ikiqat dua edir» (müq. Avqustin).
240. Müqəddəs təsvirlər nəyə gərəkdir?
1159-1161
1192
Məsihin surəti – əksər cəhətdən Liturgiya ikonasıdır. Allah
Anası və müqəddəslər təsvirləri ilə digər ikonalar onlarda
olan izzətlənmiş Məsihi göstərir. Müqəddəs Yazıların sözlə
təsvir etdiyi eyni Müjdə Xəbərini çatdırır və məsihçilərin 
imanını qidalandırır, oyadırlar.
NƏ VAXT KEÇİRMƏK?
241. Liturgiya vaxtının mərkəzi nədir?
1163-1167
1193
Liturgiya vaxtının mərkəzi – bütün Liturgiya ilinin təməli 
və mərkəzi olan Rəbbin Günüdür (bazar günü), onun 
112


zirvəsi – hər il bayramların bayramı olan Pasxanın qeyd 
edilməsidir.
242. Liturgiya ilinin funksiyası nədən ibarətdir?
1168-1173
1194-1195
Liturgiya ili ərzində Kilsə Məsihin bütün sirrini bayram 
edir – bədəndə gəlməsindən izzətdə Onun İkinci 
Gəlişinədək. Müəyyən günlərdə Kilsə xüsusi məhəbbətlə 
Allah Anası Müqəddəs Məryəmə ehtiram göstərir və 
Məsihə görə yaşayan, Ona görə əzab çəkən və Onunla 
izzətlənən müqəddəsləri xatırlayır.
243. Saatın Liturgiyası nədir?
1174-1178
1196 
Kilsənin ictimai və birgə duası Saatın Liturgiyası adlanır 
və Məsihlə Onun Bədəni olan Kilsənin duasıdır. Onun 
vasitəsilə Evxaristiyada qeyd etdiyimiz Məsihin Sirri 
günün axımını təqdis edir və dəyişdirir. O əsasən 
Məzmurları və digər Müqəddəs Kitab mətnlərini, 
həmçinin Kilsə Atalarının və ruhani müəllimlərin yazılarını
oxumağı özünə daxil edir.
HARADA KEÇİRMƏK GƏRƏKDİR?
244. Liturgiya keçirmək üçün Kilsəyə xüsusi yer 
gərəkdirmi?
1179-1181
1197-1198
Əhdi-Cədidin «Ruhda və həqiqətdə» (Yəh 4:24) ibadəti 
xüsusi bir yerlə bağlı deyil, çünki Məsih həqiqi Allah 
Məbədidir, ona görə hər bir məsihçi və bütün Kilsə 
Müqəddəs Ruhun təsiri altında Canlı Allahın məbədləri 
113


olurlar, lakin Allahın Xalqına yer üzündə yaşayarkən bir 
yer gərəkdir ki, burada cəmiyyət yığışıb Liturgiya keçirə 
bilsin.
245. Müqəddəs binalar nədir?
1181
1198-1199
Allahın Evi – müəyyən bir yerdə yaşayan Kilsənin surəti 
və səmavi evin surətidir. Bu, dua yeridir, burada Kilsə 
Evxaristiya keçirir və bəxşişxanada real şəkildə olan 
Məsihə ibadət edir.
246. Görünən məbədin (müqəddəs binanın) ən 
ehtiramlı ünsürləri hansılardır?
1182-1186
Mehrab, bəxşişxana, müqəddəs zeytun yağının və digər 
təqdis olunmuş yağların saxlandığı yer, yepiskopun 
yaxud keşişin taxtı (kafedra), minbər (amvon), vəftiz 
yeri, tövbə hücrəsi.
Liturgiya müxtəlifliyi və ayinin icra edilməsi
247. Nə üçün bir olan Məsihin ayini Kilsədə 
müxtəlif Liturgiya ənənələrinə uyğun olaraq 
keçirilir?
1200-1204
1207-1209
Məsihin dərkedilməz sirrinin zənginliyi bir Liturgiya 
ənənəsi ilə tükənməz. Məhz buna görə ən əvvəldən bu 
zənginlik müxtəlif xalqların mədəniyyətlərində əks 
olunurdu və məhz buna görə o bu qədər müxtəlifdir və 
bir-birini tamamlayır.
248. Müxtəliflikdə birliyi hansı meyar təmin edir?
1209
114


Yüklə 10,74 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə