məqbul olan şeylərin qeydinə qalmaq üçün, Ona məqbul
olmağa çalışmaq üçün, Məsih məhəbbətinin mütləq
üstünlüyünü göstərmək üçün və Onun izzətlə gəlişinin
alovlu intizarını Allahın Padşahlığına görə Bakirəlik yaxud
nikahsızlıq yolu ilə Rəbb İsanın ardınca getməyə çağırır.
343. Nikah sirri necə həyata keçirilir?
1621-1624
Nikah ər-arvad üçün Kilsə həyatında bir ictimai status
qoyduğuna görə ictimai şəkildə ibadət zamanı keşişin
(yaxud Kilsənin səlahiyyətli şahidi) və həmçinin
şahidlərin iştirakı ilə həyata keçirilir.
344. Ər-arvadın razılığı nədir?
1625-1632
1662-1663
Ər-arvadın razılığı – kişi ilə qadının sadiq və səmərəli
məhəbbət birliyində yaşamaq məqsədi ilə özlərini
bir-birlərinə vermək istəyidir. Nikah razılıqla qurulduğuna
görə razılıq vacib və əvəzedilməzdir. Nikahın qanuni
olması üçün belə razılığın məqsədi həqiqi nikaha daxil
olmaq arzusu olmalıdır; nikaha daxil olanlar üçün razılıq
şüurlu və azad hərəkət olmalıdır, zorla yaxud məcburən
onların boynuna qoyulmamalıdır.
345. Nikaha daxil olanlardan biri katolik deyilsə,
onlardan nə tələb olunur?
1633-1637
Qarışıq nikahın (katolik və vəftiz olunmuş şəxslə
qeyri-katolik arasında olan nikah) qanuni olması üçün
Kilsə səlahiyyətlilərinin icazəsi olmalıdır. Dinlər
fərqləndikdə (yəni katoliklərlə vəftiz olunmamış şəxslər
arasında) nikahların qanuni olması üçün dispensasiya
(azadolunma) tələb olunur. Hər halda vacibdir ki, tərəflər
nikahın məqsədini və əhəmiyyətli «xüsusiyyətlərini»
kənar etməsinlər və imanı qorumaq, uşaqları Katolik
146
Kilsəsində vəftiz və tərbiyə etmə kimi borcların katolik
olmayan tərəfin nəzərinə çatdırılmasını katolik tərəf
təsdiqləməlidir.
346. Nikah ayininin səmərələri nədir?
1638-1642
Nikah ayini ilə ər-arvad arasında daimi və müstəsna
bağlar bağlanır. Allah Özü ər-arvadın razılığını möhürləyir.
Buna görə də vəftiz olunmuş şəxslər arasında təqdir
edilən və tamamlanan nikah heç vaxt ləğv edilə bilməz.
Bundan başqa, ayin ər-arvada nikah həyatının təqdis
olunması üçün lütf və uşaqların tərbiyəsi üçün
məsuliyyət verir.
347. Nikah ayininə hansı günahlar tam ziddir?
1645-1648
Xəyanət və çoxarvadlılıq, çünki bunlar kişi və qadının
bərabər olan ləyaqətlərinə və həmçinin nikah
məhəbbətinin nadirliyinə və müstəsnalığına ziddir;
ər-arvadı övlad ənamından məhrum edən həyat
davamından imtina; ləğvolunmazlığa zidd olan boşanma.
348. Kilsə nə vaxt ər-arvadın fiziki ayrılığını
mümkün edir?
1629
1649
Ciddi səbəblərə görə birgə həyatlarının qeyri-mümkün
olduğu halda, Kilsə onların fiziki cəhətdən ayrılığına icazə
verir, lakin onlardan barışma gözləyir. Lakin hər iki tərəf
sağdırsa, Kilsə onların keçmiş nikahlarının qanuni
qüvvəsi olmadığını elan etməsə, onlar yeni nikah qura
bilməzlər.
147
349. Kilsə boşanmadan sonra təkrar nikah
birliyinə daxil olanlara necə münasibət bəsləyir?
1650-1651
1665
Rəbbə sadiq olan Kilsə təkrarən qurulmuş vətəndaş
nikahını qanuni hesab edə bilməz: «Arvadını boşayıb
başqası ilə evlənən kəs arvadına qarşı zina edir. Ərindən
boşanıb başqasına gedən qadın da zina edir» (Mark
10:11-12). Onlara münasibətdə Kilsə diqqətlə qayğı
göstərir, onları iman, dua həyatına, mərhəmət işlərinə və
uşaqları məsihçilikdə tərbiyəyə dəvət edir. Lakin onlar
obyektiv olaraq Allah qanununa zidd olan vəziyyətdə
olduqları zaman günahların Tövbə ayini vasitəsilə
bağışlanmasını əldə edə və Evxaristiyanı qəbul edə və
bəzi Kilsə öhdəliklərini yerinə yetirə bilməzlər.
350. Nə üçün məsihçi ailəsi ev Kilsəsi də adlanır?
1655-1658
1666
Çünki ailə Allah ailəsi olan Kilsənin ictimai və qohumluq
təbiətini izhar edir və həyata keçirir. Onun hər üzvü öz
roluna müvafiq olaraq vəftiz keşişliyini yerinə yetirir,
ailəyə lütf və dua icmasına çevrilməyə, insani və məsihçi
dəyərlərin məktəbi olmağa, uşaqlara ilk dəfə imanın
xəbərini verən yer olmağa kömək edir.
Dördüncü fəsil
DİGƏR İBADƏTLƏR
Müqəddəs təsirli əməllər
351. Müqəddəs təsirli əməllər nədir?
1667-1672
1677-1678
148
Həyatın bəzi şəraitlərini təqdis etmək üçün Kilsə
tərəfindən təyin edilmiş müqəddəs əlamətlərdir. Onlara
xaç əlaməti və digər işarələr ilə müşayiət olunan dualar
daxildir. Müqəddəs təsirli əməllər arasında xeyir-dualar,
Allahı izzətləndirmə və Onun ənamlarının verilməsi
barədə dua; insanın həsretməsi və İlahi kultun
əşyalarının təqdis edilməsi vacib yer tutur.
352. Ekzorsizm nədir?
1673
Kilsə İsa naminə öz səlahiyyəti ilə insanın yaxud əşyanın
hiyləgərin hücumlarından müdafiə olunmasını və onun
idarəsi altından alınmasını tələb edirsə, onda söhbət
Ekzorsizmdən gedir. Sadə şəkildə bu, vəftiz zamanı
keçirilir. Böyük ekzorsizm adlanan təntənəli ekzorsizmi
yalnız yepiskopun icazəsi ilə keşiş keçirə bilər.
353. Xalq salehliyinin hansı formaları sirrli ayinli
Kilsə həyatını müşaiət edir?
1674-1676
1679
Məsihçi xalqının dindar hissi həmişə salehliyin müxtəlif
formalarında izhar olunurdu, bu da ayinli Kilsə həyatına
uyğun gəlirdi, məsələn, müqəddəs sayılan şeylər,
müqəddəs yerlərin ziyarəti, dini mərasimlər, Çarmıx yolu,
Təsbeh üstə Dua. Kilsə imanın nuru ilə xalq salehliyinin
həqiqi formalarını maarifləndirir və dəstəkləyir.
Məsihçilərin dəfn olunması
354. Ayinlər və məsihçinin ölümü bir-biri ilə hansı
əlaqədədir?
1680-1683
Məsihdə vəfat edən məsihçi yer üzündəki günlərinin
sonunda Vəftizlə başlayan, Yağla Məshetmə ilə
möhkəmlənən, səmavi ziyafətin intizarı olan Evxaristiya
ilə qidalanan həyatının sonuna çatır. Məsihçinin
149
Dostları ilə paylaş: |