Katolik Kilsəsinin katexizisi



Yüklə 10,74 Mb.
Pdf görüntüsü
səhifə30/53
tarix08.09.2018
ölçüsü10,74 Mb.
#67679
1   ...   26   27   28   29   30   31   32   33   ...   53

etməyə qadir edir. Yepiskopun  əməkdaşı olaraq presviter
Müjdəni vəz etməyə, imanlıları otarmağa, Liturgiya , ilk 
növbədə isə Evxaristiya keçirməyə həsr olunur. Presviter 
xidməti üçün qüvvəni Evxaristiyadan əldə edir.
329. Presviter öz xidmətini necə həyata keçirir?
1568
Ümumdünya missiyası üçün əlqoyulmuş olduğu halda, 
presviter yerli Kilsədə xidmət edir, ayinlər vasitəsilə 
qardaş bağları ilə presviterliyi təşkil edən digər 
presviterlərlə birləşir, yepiskopla ünsiyyətdə olaraq və 
ona tabeçilikdə, yerli Kilsə üçün məsuliyyət daşıyır.
330. Dyakon əlqoyulmasının nəticəsi nədir?
1569-1571
1596
Dyakon hamıya xidmətçi olmuş Məsihə bənzər olaraq, 
Kilsəyə xidmət etmək üçün əlqoyulma olur və yepiskop 
səlahiyyəti altında xidmət edir, Kəlam xidmətində iştirak 
edir, ibadəti yerinə yetirir, rəhbərlik və mərhəmət 
işlərində iştirak edir.
331. Keşişlik sirri necə həyata keçirilir?
1572-1574
1597 
Hər üç dərəcə üçün Keşişlik ayini yepiskopun əlqoyulan 
şəxsin başına əlqoyulması vasitəsilə həyata keçirilir və 
bu zaman təntənəli həsretmə duası edilir. Duada 
yepiskop Allahdan əlqoyulan insanın üzərinə Müqəddəs 
Ruhun xüsusi enməsini və namizədə əlqoyulma vasitəsilə
aid edilən xidmətə müvafiq olan Onun ənamlarını diləyir.
332. Bu ayini kim həyata keçirə bilər?
142


1575-1576
1600
Həvarilərin varisləri olan və düzgün yolla həsrolunmuş 
yepiskoplar keşişliyin üç dərəcəsini həyata keçirə bilər.
333. Bu ayini kim qəbul edə bilər?
1577-1578
1598 
Əslində bu ayini yalnız vəftiz olunmuş kişi ala bilər: Kilsə 
özünü Rəbbin bu seçiminə tabe edir. Heç kim Keşişlik 
ayininin alınmasını tələb edə bilməz. Keşişlik ayininin 
alınmasını istəyən kişinin bu xidmət üçün müvafiq olması
Kilsə səlahiyyətləri tərəfindən tanınmalıdır.
334. Keşişlik ayinini qəbul edən şəxs nikahsız 
qalmalıdırmı (daimi subaylıq)?
1579-1580
1599
Yepiskopdan həmişə daimi subaylıq tələb olunur. 
Presviterlik dərəcəsinə gəldikdə, Latın Kilsəsində din 
xadimləri adətən nikahsızlıqda yaşayan və nikahsızlığı 
«Səmavi Padşahlıq uğrunda» (Mat 19:12) qorumaq 
niyyətində olan imanlı kişilər arasından seçilir; Şərq 
Kilsələrində əlqoymadan sonra evlənməyə icazə verilmir.
Daimi dyakonluğa evli kişilər də buraxıla bilər. 
335. Keşişlik ayininin səmərəsi nədir?
1581-1589
Bu ayin Müqəddəs Ruhun xüsusi enməsini verir və bu, 
əlqoyulan insanı keşişliyin üç dərəcəsinə müvafiq olaraq 
üç cür xidmət edən Məsihə bənzədir: Kahinə, 
Peyğəmbərə, Padşaha. Əlqoyulma ruhani möhür 
(xasiyyət) qoyur, buna görə də təkrar oluna və 
müvəqqəti olaraq verilə bilməz.
143


336. Keşişlərin xidməti hansı səlahiyyətlə həyata 
keçirilir?
1547-1553
1592
Əlqoyulmuş keşişlər müqəddəs xidməti həyata keçirmək 
üçün öz iradələri ilə deyil, icmanın tapşırığı və icazəsi ilə 
deyil, Kilsənin və Baş olan Məsihin Simasında danışır və 
hərəkət edirlər. Buna görə keşişlərin xidməti mahiyyətcə 
(və yalnız dərəcə ilə deyil) sadiq olanların ümumi 
keşişliyindən fərqlənir və Məsihin müəyyən etdiyi 
xidmətə aid olunur.
Nikah sirri
337. Kişi və qadın haqqında Allahın niyyəti nədir?
1601-1605
Məhəbbət olan və məhəbbətinə görə insanı yaradan 
Allah onu məhəbbətə çağırıb. Kişi ilə qadını yaradandan 
sonra Allah onları nikahda həyatın məxfi və bir-birinə 
qarşı məhəbbət birliyinə çağırdı ki, onlar artıq «iki deyil, 
bir bədəndir» (Mat 19:6). Onlara xeyir-dua verərək Allah 
dedi: «Törəyib çoxalın» (Yar 1:28).
338. Allah nikahı hansı niyyətlə təşkil etdi?
1659-1660
Şəxsi qanunlarına uyğun olaraq Yaradıcı tərəfindən 
təməli qoyulmuş və təşkil olunmuş kişi ilə qadının nikah 
birliyi təbiətcə ər-arvadın ünsiyyətinə və xeyrinə, 
həmçinin uşaqların doğulmasına və tərbiyə olunmasına 
istiqamətləndirilib. İlkin İlahi niyyətə görə nikah birliyi 
144


ayrılmazdır: «Allahın birləşdirdiyini insan ayırmasın» 
(Mark 10:9), – deyə İsa Məsih təsdiqləyir.
339. Nikaha günah necə təhlükə törədir?
1606-1608 
Yaradıcının verdiyi kişi ilə qadının birliyinin dağılmasına 
gətirib çıxaran ilkin günaha görə nikah birliyi çox vaxt 
xəyanət və ədavət təhlükəsi qarşısında olur. Lakin buna 
baxmayaraq, əbədi mərhəmətinə görə Allah ilkin İlahi 
planına uyğun olaraq həyatlarının birliyini yerinə 
yetirmək üçün kişi ilə qadına lütf verir.
340. Əhdi-Ətiqin nikah haqqında təlimi necədir?
1609-1611
Qanun təlimi və peyğəmbərlər vasitəsilə Allah Öz xalqına
ilk növbədə nikahın vahidliyini və ayrılmazlığını dərk 
etməsi üçün tədricən yetkinləşməyə kömək edir. Allahın 
İsraillə nikah əhdi Allah Oğlu İsa Məsihin Öz Nişanlısı 
Kilsə arasında bağlanan Əhdi-Cədidi hazırlayır və 
qabaqlayır.
341. İsa nikah birliyinə hansı yeni xüsusiyyət 
verdi?
1612-1617
1661 
İsa Məsih Allaha məqbul olan ilkin nizamı nəinki bərpa 
edir, həmçinin nikahda həyatın  həqiqi ləyaqətini alması 
üçün və Onun Kilsəyə ər məhəbbətinin rəmzi olması 
üçün lütf verir: «Ey ərlər, Məsih Kilsəni sevib onun 
uğrunda Özünü fəda etdiyi kimi siz də arvadlarınızı 
sevin» (Ef 5:25).
342. Nikaha girməyə hamı məcburdurmu?
1618-1620
Nikah hamının borcu deyil. Allah bəzi kişi və qadınları 
nikah birliyinin böyük nemətindən imtina edərək Rəbbə 
145


Yüklə 10,74 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə