78
Ə d ə b i y y a t
Elman. Türkmənçay sülhü:
nələri itirdik? Gülüstan və
Türkmənçay müqavilələri
Azərbaycan türkünün
faciəsidir /Elman //Azad
Azərbaycan.- 2014.- 12
fevral.- S.5.
Əli. Ermənilərin Azərbaycan
torpaqlarına köçürülməsi...:
“Türkmənçay
müqaviləsi”nin XV maddəsi
ermənilərin Azərbaycan
torpaqlarına köçürülməsini
nəzərdə tuturdu /Əli //Xalq
cəbhəsi.- 2015.- 19 iyun.-
S.13.
Rəhimli, Ə. Türkmənçay
müqaviləsi (10 fevral
1828-ci il) /Ə.Rəhimli,
S.Bayramzadə //Güney və
Quzey Azərbaycan: başlıca
tarixi olaylar, siyasi və
ədəbi şəxsiyyətlər: ensiklo-
pedik təqvim.-Bakı, 2014.-
S.63-70.
Türkmənçay müqaviləsi
Azərbaycan tarixinin ən
faciəvi müqavilələrindən
biridir: Son nəfəsində
“Azərbaycan” deyərək
dünyaya göz yuman şahzadə
//Üç nöqtə.-2016.- 22 iyul.-
S. 5.
Azərbaycanı iki yerə bölən
Türkmənçay müqaviləsinin imzalan-
masından bu gün 190 il ötür. Rusiya
ilə İran arasında ikinci müharibənin
(1826-1828) yekunlarına əsasən,
1828-ci il fevral ayının 10-da Çar
Rusiyası və İran arasında bağlanan
bu müqaviləyə əsasən Azərbaycan
torpaqlarının Araz çayından Şimal
hissəsi Çar Rusiyasının, Cənub hissəsi
isə Şah İranının əsarətinə keçdi.
Təbrizin 50 km-dəki Türkmənçay
kəndində Rusiya generalı İvan Paske-
viç və İran şahzadəsi Abbas Mirzənin
imzaladığı müqaviləyə əsasən, İrəvan
və Naxçıvan xanlıqları Rusiyaya
birləşdirilmişdir. Müqavilənin imza-
lanmasında məşhur rus yazıçısı Qribo-
yedov və tarixçi-yazıçı Abbasqulu ağa
Bakıxanov iştirak etmişlər. Bakıxanov
burda tərcüməçi olmuşdur.
Türkmənçay
müqaviləsi
Azərbaycan
tarixində
qanlı
səhifələrdən biridir. Bu müqavilə
Azərbaycan ərazisinə Azərbaycanın
tarixi taleyinə bütövü, tamı bölən,
Azərbaycanı parçalayan, ərazilərimizə
qəsd edilən bir tarixi məqamdır. Çün-
ki zaman öz hökmünü vermişdi,
Azərbaycan müstəqil feodal xanlıqları
formasında mövcud idi. Hər bir xan-
lıq orta əsrlərin feodal dövlətlərindən
idi. Belə bir məqamda İranla Rusiya
bu müstəqil feodal dövlətləri tutmaq
qərarına gəldilər. Nəticədə, tamamilə
özlərinə məxsus olmayan ərazi uğrun-
da vuruş başlanmış və Azərbaycan tor-
paqlarını öz aralarında bölmüşdülər.
Tarixən nə Rusiya, nə İrana dəxli olma-
yan, əksinə Böyük Səfəvi dövlətinin
bir parçası olan bu feodal dövlətlər
bölünmüş və Azərbaycanın Şimalı və
Cənubu ifadəsi yaranmışdı. Əslində
bu, Rusiyanın Pyotr dövründən qal-
ma siyasətinin bilavasitə davamı idi
və burda hələ I Pyotr vəsiyyətlərində
ifadə olunmuş müəyyən məqamlar
öz əksini tapmışdı. Müqavilədə İran-
dan erməni əhalisinin Rusiya impe-
riyasının yeni torpaqlarına (İrəvan,
Naxçıvan, Qarabağ və s.) köçməsi,
İranın Rusiyaya təzminat (20 mln.
rubl) ödəməsi, Rusiya donanmasının
Xəzərdə şəriksiz hakim olması və rus
tacirlərin İranda ticarət güzəştləri əldə
etməsi barədə maddələr də vardı.
Yəni ermənilərin Azərbaycanda
yerləşdirilməsi üçün münbit siya-
si şərait yaranmışdı və Türkmənçay
müqaviləsinin təbəə alış-verişi, yəni
insan dəyişməsi maddələri burda
Azərbaycanın bugünkü taleyinə təsir
edən məqamları yaratmışdı. Belə ki,
bu müqavilənin şərtləri əsasında İran-
dan 40 min, Türkiyədən 84 min erməni
Azərbaycana köçürüldü. Beləliklə,
Azərbaycana elə bir tarixi zülm edil-
di ki, indi də bu zülmün qarşısında
Azərbaycan xalqı əziyyət çəkir.
Türkmənçay
müqaviləsi
ilə
Azərbaycan torpaqlarının Rusiya
və İran arasında Araz çayı boyunca
bölüşdürülməsi başa çatmışdı.
Bütünlükdə bu müqavilə 16
maddədən ibarətdir.
Qarabağın işğalı əslində elə bu
“sülh” müqaviləsinin imzalanması ilə
başlanmışdır.
Bundan sonrakı tariximizin hər
vərəqində qanla, qadayla yanaşı
qəhrəmanlıq, şəhidlik zirvələri də
ucalmışdı.
Tarixdə bu gün
Türkmənçay müqaviləsi
1828
FEVRAL
10
190
ili
79
Tarixdə bu gün
Azərbaycan Hərbi Hava Qüvvələri Günü
1992
FEVRAL
Azərbaycan Respublikası Prezidentinin 1992-
ci il 14 sentyabr 203 saylı Fərmanı ilə 14 fevral
-Azərbaycan Hərbi Hava Qüvvələri Günü kimi
qeyd olunur. Azərbaycan Hərbi Hava Qüvvələri
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
xüsusi qoşun növüdür.
Yaranma tarixi 1919-cu ildən götürülsə də, mil-
li hərbi qurum kimi formalaşdırması 1992-ci ilə
təsadüf edir.
1997-ci ildə Azərbaycanın Ali Hərbi
Təyyarəçilik
Məktəbi
ilk
milli
hərbi
təyyarəçilərimizin buraxılışına başlayıb. Bu gün
ən müasir təyyarə və helikopterlərlə arsenalını
zənginləşdirən Hərbi Hava Qüvvələri və Hava
Hücumundan Müdafiə Qoşunları Azərbaycan
səmasını tam gücü ilə qorumağa qadirdir.
Azərbaycan Cənubi Qafqaz regionunda maddi-
texniki imkanları yüksək və ən çox döyüş təyyarəsi
olan ölkə sayılır. Müxtəlif məlumatlara görə, hazır-
da Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ)
arsenalına 70-ə yaxın döyüş təyyarəsi, 40-a ya-
xın zərbə helikopteri, həmçinin 46 ədəd yardımçı
təyyarə və helikopter daxildir. 7200 nəfər perso-
nalın xidmət etdiyi HHQ-nin arsenalında “Aero
L-29”, “Aero L-39” təlim-hücumçu, müxtəlif
təyinatlı “MiQ-21”, “MiQ-25”, “MiQ-29”, “Su-
17”, “Su-24”, “Su-25”, “İl-76”, “An-24”, “An-12”,
“Tu-134A”, “Tu-16”, Pakistan istehsalı olan “JF-
17” döyüş təyyarələri, “Mi-2”, “Mi-6”, “Mi-8”,
“Mi-24”, “Mi-35M” markalı helikopterlər, həm-
çinin dünyanın tanınmış şirkətlərinin (Aerostar,
Orbiter) istehsalı olan pilotsuz uçan aparatlar var.
14
Keçmiş SSRİ Qriqorian təqviminə
keçmişdir
1918
Qriqorian təqvimi - hazırda dünyanın əksər
ölkələrində istifadə olunan təqvimdir. Papa XIII
Qriqorinin göstərişi ilə tərtib olunmuşdur. Daha
əvvəlki Yuli təqviminin islah olunmuş variantıdır.
4 oktyabr 1582-ci ildən tətbiq olunsa da, ayrı-ayrı
ölkələrdə bu təqvimə müxtəlif vaxtlarda keçilmiş-
dir.
Qriqori təqvimi də Yuli təqvimi kimi 12 ay-
dan ibarətdir. Yeni il yanvarın 1-dən başlayır. Yuli
təqvimi hər 400 ildə təxminən 3 gün qabağa qaçır-
dı. Məsələn, əgər eranın başlanğıcında - İusus Xris-
tosun doğulduğu illərdə gecə-gündüz bərabərliyi
martın 23-nə düşübsə, 1600-cü ildə 11-nə təsadüf
etməli idi. Ona görə də Papa Qriqori təqvimində
islahat etməyə məcbur oldu və 4 oktyabr 1582-ci
il tarxindən sonra İspaniya, İtaliya, Portuqaliyada
elan edildi ki, əslində 5 oktyabr yox, 15 oktyabr-
dır! Lakin pravoslav məzhəbli xristianlar Papa
Qriqorinin islahatını dərhal tanımadılar.
Rusiya 1918-ci ilə qədər Qriqori təqviminə
keçmədi və yalnız, Leninin dekreti ilə 31 yanvar
1918-ci il tarixində Rusiyada elan edildi ki, sabah
fevralın 1-i yox, fevralın 13-dür! 14 fevral 1918-ci
il tarixində Sovet Rusiyası Qriqori təqviminə keç-
mişdir.
Hazırda və bütün XX əsrdə Qriqori təqviminin
Yuli təqvimindən fərqi – 13 gündürsə, XIX əsrdə
-12 gün, XVIII əsrdə - 11 gün, XVII və XVI əsrlərdə
isə 10 gün olub! Başqa sözlə, Böyük Oktyabr So-
sialist İnqilabı Yuli təqvimi ilə 25 noyabrda vaqe
olub, bu tarixi Qriqorian təqviminə çevirmək üçün
25 noyabrın üstünə 13 gəlmək lazımdır (7 noyabr).
Əgər həmin hadisə XX əsrdə yox, XIX əsrdə baş
versə idi, 12 gün, XVIII əsrdə baş versə idi, 11 gün
əlavə etməli idik.
Ə d ə b i y y a t
Süleymanova, F. Qriqorian təqvimi //Mədəni həyat.- 2012.-№1.- S.14.
Абдулла, А. Таблицы соотвествия по дням между календарями Хиджры и Юлия -Григория /Аъзамов, А.; сост.: А.Ахмедов,
А.Мансуров, А. П. Каюмов. -Ташкент: Fафур Fулом номидаги нашриёт-матбаа ижодий уйи, 2007. -268 с.
14