Kbt я25 uot (059) Baş redaktor



Yüklə 56,21 Mb.
Pdf görüntüsü
səhifə46/276
tarix08.11.2018
ölçüsü56,21 Mb.
#79527
1   ...   42   43   44   45   46   47   48   49   ...   276

96

Folklor

125 

illiyi

MART

İslam Qara oğlu Yusifov 1893-cü il 

mart  ayının  15-də  İrəvan  quberniyası-

nın  Basarkeçər  elinin  Ağəli  kəndində 

anadan  olmuşdur.  Erkən  çağlardan  bu 

sənətə maraq göstərmiş, el şənliklərində 

aşıq  ifalarının  pərəstişkarı  olmuşdur. 

1916-cı  ildə  Şəmkirə  gələrək  aşıq  Ço-

ban Hüseynin oğlundan sənətin sirlərini 

öyrənmişdir.

20-ci  illərdən  Bakıda  müxtəlif 

tədbirlərdə,  konsertlərdə,  1928-ci  ildə 

Azərbaycan aşıqlarının birinci qurulta-

yında iştirak etmişdir. 

1934-cü  ildə  Zaqafqaziya  xalq 

incəsənəti və birinci Azərbaycan kənd 

bədii  özfəaliyyət  olimpiadalarında 

uğurlu  çıxışlarına  görə  Zaqafqaziya 

Mərkəzi İcraiyyə Komitəsi tərəfindən 

təşəkkürnamə ilə təltif edilmişdir. 

Aşıq  1938-ci  ildə  Moskvada 

Azərbaycan  ədəbiyyatı  və  incəsənəti 

ongünlüyünün  də  iştirakçısı  olmuş, 

1939-cu  ildə  Moskva  Ümumittifaq 

Kənd Təsərrüfatı Sərgisinin açılışında 

çıxış etmişdir.

Onun  təşəbbüsü  ilə  1937-ci  ildə 

Gəncədə  aşıqlar  ansamblı  yaradıl-

mışdr.  Ansamblın  ifası  üçün  Aşıq 

İslam 


“Qəmərcan”, 

“Yaşa-yaşa, 

Azərbaycan”  və  s.  bir  çox    mahnı-

lar    yazmışdır.  Dahi  bəstəkar  Üze-

yir  Hacıbəyli  onun    bu  təşəbbüsünü 

yüksək qiymətləndirmişdir.  

Aşıq  İslam  qəhrəmanlıq  və 

məhəbbət  dastanlarımızın  ən  yaxşı 

ifaçılarından  olmuşdur.  20-dən  artıq 

dastan bilən sənətkarın el şənliklərində 

ən çox söylədiyi isə “Koroğlu”, “Şah 

İsmayıl  və    Gülzar”,  “Aşıq  Valeh  və 

Zərnigar”, “Aşıq Qərib və Şahsənəm” 

dastanları  olmuşdur.  Respublika  xalq 

yaradıcılığı  evinin  1957-ci  ildə  burax-

dığı  “Aşıqlar”  kitabında  Aşıq  İslamın 

şeirləri də çap edilmişdir. 

Tanınmış  türk  şairi  Nazim  Hikmət 

1960-cı  ildə  Gəncədə  qonaq  olarkən 

onu  qarşılayanlardan  biri  də  Aşıq  İs-

lam olmuşdur. Aşıq sədəfli sazı ilə şa-

irin  qarşısında  “Ürfani”  havasını  ifa 

etmişdir.  Böyük  Vətən  müharibəsi 

illərində Aşıq  İslam  dəfələrlə  cəbhədə 

əsgərlərin qarşısında çıxış etmişdir. On-

ları qəhrəmanlığa ruhlandıran mahnılar 

oxumuşdur.

Aşığın yaradıcılığında ictimai motiv-

li şeirlər üstünlük təşkil edir. Şeirlərinin 

bir  qismini  Nizami  Gəncəvi,  Aşıq 

Ələsgər, Üzeyir Hacıbəyli, Səməd Vur-

ğun, Qurban Pirimov kimi sənətkarlara 

həsr etmişdir. O, eyni zamanda dövrü-

nün tanınmış aşıqları haqqında araşdır-

malar  aparmış,  yaradıcılıqlarını  təbliğ 

etmişdir  (Aşıq  Ələsgər,  Növrəs  İman, 

Aşıq Hüseyn, Aşıq Çoban, Aşıq Dövlət 

və başqaları). Aşıq İslamın şəxsi fondun-

da  saxlanılan  materiallar  saz  sənətinin 

dərindən öyrənilməsi və tədqiq edilməsi 

üçün qiymətli  mənbədir. 

Görkəmli  sənətkarın  aşıq  sənəti-

nin inkişafında  əməyi yüksək qiymət-

ləndirilmiş,  o,  1940-cı  ildə  “Əməkdar 

incəsənət xadimi” fəxri adına layiq gö-

rülmüşdür. 1959-cu ildə “Qırmızı Əmək 

Bayrağı” ordeni ilə təltif edilmişdir.

Azərbaycan Yazıçılar Birliyinin üzvü 

olmuşdur.

Aşıq İslam  1968-ci il dekabr ayının 

7-də vəfat etmişdir.

Ə d ə b i y y a t

Aslan, Q. Söz sərrafı 

/Q.Aslan //Respublika.-

2013.- 11 iyul.- S. 7.

Aşıq İslam //Azərbaycan 

Milli Ensiklopediyası.- Bakı, 

2010.- C.2.- S.191.

Aşıq sənətinin ustad İslamı  

//Ozan dünyası.-2013.- № 

1.- S.117.

Fərəcov, S. “Könül arzu-

ladı, gəldim Göyçəyə...”  

/S.Fərəcov //Mədəniyyət.-

2016.- 18 mart.- S.15.

Vahid, T. Aşıq sənətinin 

ustad İslamı /T.Vahid              

//Mədəniyyət.- 2013.- 6 

mart.- S.4.

İ n t e r n e t d ə

http://www.anl.az/down/

meqale/medeniyyet/2016/

mart/482109.htm

http://www.anl.az/down/

meqale/medeniyyet/2013/

mart/297636.htm

http://anl.az/down/meqale/

medeniyyet/medeniyyet_

fevral2009/69916.htm

Aşıq-şair

Aşıq İslam   

1893-1968 

15



97

Folklor

125 

illiyi

MART

Şəmşir Qurban oğlu Qocayev (Aşıq 

Şəmşir) 1893-cü il mart ayının 15-də 

Yelizavetpol  quberniyasının  Cavanşir 

qəzasının  (indiki  Kəlbəcər  rayonu) 

Dəmirçidam kəndində anadan olmuş-

dur. İlk tərbiyəçisi və ustadı atası Aşıq 

Qurban və Aşıq Ələsgər olmuşdur. 

1907-ci  ildə  ailəsi  Ağdaban 

kəndinə köçmüşdür. 1914-cü ildə saz 

sənəti  aləminə  gəlmiş,  müstəqil  aşıq-

lığa  başlamışdır.  1920-ci  ildə  Qamış-

lı  kəndində  yeddiillik  məktəbi  biti-

rib,  kənd  sovetində  katib  işləmişdir. 

Sənətkar ailəsində doğulan Şəmşir çox 

keçmədən el yığıncaqlarında tanınma-

ğa başlamışdır. 

Miskin  Abdal  nəslinin  davamçısı 

olan Dədə Şəmşiri bütün Azərbaycana 

daha  yaxından  tanıdan  böyük  Səməd 

Vurğun olmuşdur. İstisu yaylaqlarında 

istirahət  edən  görkəmli  şair  günlərin 

birində  özünəməxsus  səsi,  sözü  və 

çalğısı olan bir ozanla - Aşıq Şəmşirlə 

tanış olmuş və ona məşhur qoşmasını 

həsr etmişdir.

Dədə Şəmşir qələmə aldığı qoşma, 

gəraylı,  təcnis,  divani,  bayatı,  rübai, 

qəzəl  və  müxəmməslərlə  Kəlbəcər 

ədəbi mühitini, eləcə də yazılı və şifahi 

poeziyamızın ən önəmli nümunələrini 

ustalıqla  mənimsəyən  söz  sənətkarı 

kimi  öz  məktəbini  yaratmışdır.  Onun 

40-dan artıq şəyirdi olmuş, Aşıq Qar-

daşxanın,  Qəmkeş  Allahverdinin, 

Aşıq  Xalıqverdinin  və  bu  gün  çox-

larının  yaxşı  tanıdığı  onlarla  saz-söz 

sənətkarlarının 

yetkinləşməsində, 

kamilləşməsində 

Aşıq 

Şəmşir 


məktəbinin  əvəzsiz  rolu  olmuşdur. 

Bu  məktəb  təkcə  aşıq  sənətinə  de-

yil,  ümumən  saz-söz  sənətinə  təsir 

göstərməklə  Bəhmən  Vətənoğlu, 

Sücaət kimi şairlərin yetişməsinə mün-

bit zəmin yaratmışdır.

Aşıq  Şəmşirin  qeyri-adi  səsi  və 

çalğısı,  saz-söz  sərrafı  olması  tək 

Kəlbəcər  ellərində  deyil,  bütün 

Azərbaycanda  yüksək  dəyərləndirilir, 

ustad  sənətkarın  orijinal  ifaçılığı  və 

şairliyi heç kəslə müqayisə edilmirdi. 

İlk  dəfə  musiqişünas  Əminə  El-

darova  Aşıq  Şəmşirin  ifasında  75 

aşıq havasını lentə köçürmüşdür. İndi 

Azərbaycan  Dövlət  Radiosunun  qızıl 

fondunda  mühafizə  olunan  bəzi  lent 

yazıları aşığın Əminə xanım tərəfindən 

1958-ci ildə yazılan saz havalarıdır.

1938-ci  ildə  Azərbaycan  aşıqları-

nın  II  qurultayında  iştirak  etmişdir. 

İlk  mətbu  qoşması  “Aşığın  səsi”  adlı 

şeirlər  toplusunda  çap  olunmuşdur. 

Xidmətlərinə  görə  şair,  “Şərəf  Ni-

şanı”  ordeni,  “1941-1945-ci  illərdə 

Böyük  Vətən  müharibəsində  fədakar 

əməyə görə” medalı ilə təltif edilmiş, 

1957-ci ildə Azərbaycanın “Əməkdar 

incəsənət xadimi” fəxri adına layiq gö-

rülmüşdür.

Aşıq Şəmşir 1980-ci il fevral ayının 

10-da vəfat etmişdir. 

Aşığın  Ağdaban  kəndindəki  evi 

ermənilər tərəfindən talan edilmişdir. 



Ə d ə b i y y a t

Seçilmiş əsərləri /Aşıq 

Şəmşir; köçürən Dr. Hüseyn 

Şərgi (Soytürk).- Tehran: 

Negmeye Zendegi, 2008.- 

387 s. 

Dədə Şəmşir yaddaşlarda: 

[xatirələr] /topl. tərt. ed. 

Q.Şəmşiroğlu; red. və ön 

söz. müəl. F.Ramazanoğlu.- 

Bakı: Gənclik, 2000.- 360 s.

O Kürün, Arazın Tərtəriyəm 

mən /Aşıq Şəmşir; tərt. ed. 

Q.Şəmşiroğlu; red. M.Aslan; 

rəssam Y.Əsədov.- Bakı: 

[Sabah], 2004.- 510 s.

Şəmşiroğlu, Q. Axtarıb 

Şəmşiri görmək istəsən...: 

xatirələr /Q.Şəmşirli; tərt. 

ed., red. və ön söz. müəl. 

F.Ramazanoğlu.- Bakı: 

Adiloğlu, 2003.- 158 s.

Aşıq Şəmşir //Azərbaycan 

aşıq şeirindən seçmələr: 2 

cilddə.- Bakı, 2005.- C.2.- 

S.212-229. 

Nəbioğlu, M. Aşıq Şəmşir   

//Musa Nəbioğlu. Ozan-aşıq 

dünyası.- Bakı, 2010.- S.23.

Aşıq-şair

Aşıq Şəmşir

1893-1980 

15


Yüklə 56,21 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   276




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə