Kbt я25 uot (059) Baş redaktor



Yüklə 56,21 Mb.
Pdf görüntüsü
səhifə48/276
tarix08.11.2018
ölçüsü56,21 Mb.
#79527
1   ...   44   45   46   47   48   49   50   51   ...   276

100

110 

illiyi

Salam Salamzadə 

1908-1997 

Salam Əbdülqasım oğlu Salamzadə 

1908-ci  il  mart  ayının  7-də  Bakıda 

anadan olmuşdur.

1925-1929-cu  illərdə  Azərbaycan 

Dövlət  Rəssamlıq Texnikumunda təhsil 

almışdır. 1932-ci ildə  Azərbaycan Pe-

daqoji İnstitutunu bitirmişdir. 

Yaradıcılığının  erkən  dövründə 

əsasən  tematik  tablolar  çəkmiş  (“Sap 

sexi”,  1930;  “MTS-in  açılışı”  1932; 

“Gəncə toxuculuq fabrikində”; “Kom-

somolçular  iş  vaxtı”;  1930),  sonralar 

portret  ustası  kimi  məşhurlaşmışdır. 

İlk dəfə onun rəsm  işləri 1932-1933-

cü illərdə Moskva şəhərində keçirilən 

Azərbaycan rəssamlarının əsərlərindən 

ibarət  sərgilərdə  nümayiş  etdirilmiş-

dir.  Nümayiş  olunan  işlərdə  Salam 

Salamzadə Azərbaycan xalqının tarixi 

keçmişini,  əmək  qabaqcıllarının  ob-

razlarını əks etdirmişdir.

O,  Azərbaycan  təbiəti  və  məişət 

səhnələri təsvir olunan tematik tablola-

rın, portret və mənzərələrin müəllifidir. 

(Günəş altında 1958; “N.Nərimanovun 

portreti”,  1958;  “Sovxoz  çölləri”, 

1959;  “Suya  gedən  qadınlar”  1968; 

“Çay plantasiyası”, 1970; “Rezervuar-

lar”, 1976; “Lənkəran çaybecərənləri”, 

1977;  “Toya  gedənlər”,  1982; 

“S.A.Orucovun  portreti”,  1979-82) 

və  S.  Dəfələrlə  Yaxın  və  Orta  Şərq 

ölkələrində (Misir, İraq, Liviya və s.) 

olmuş, bu ölkələrin həyatını və təbiətini 

təsvir edən tablolar yaratmışdır (“Ərəb 

ölkələrində” silsiləsi, 1961-70).

Dünyanın bir sıra şəhərlərində fərdi 

sərgiləri nümayiş etdirilmişdir. Əsərləri 

R.Mustafayev ad. Azərbaycan Dövlət 

İncəsənət  Muzeyində,  Azərbaycan 

Dövlət  Şəkil  Qalereyasında  və  s. 

muzeylərdə saxlanılır. 

Xidmətləri  yüksək  qiymətləndiril-

miş, 1940-cı ildə Azərbaycan Respub-

likasının  “Əməkdar  incəsənət  xadi-

mi”, 1982-ci ildə “Xalq rəssamı” fəxri 

adlarına  layiq  görülmüşdür.  1974-cü 

ildə Nasir adına Beynəlxalq mükafatı 

laureatı  olmuş,  “Şərəf  nişanı”  ordeni 

və bir sıra medallarla təltif edilmişdir.

Salam Salamzadə 1997-ci ildə Bakı 

şəhərində vəfat etmişdir.

Ə d ə b i y y a t

İsmayılov, C. Salam Salamzadənin bədii irsi və onun Azərbaycan realist rəngkarlığının təşəkkülündə rolu: sənətşün. üzrə fəls. d-ru e. 

dər. al. üçün təq. ed. dis-nın avtoreferatı: 6215.01 /C.Ş.İsmayılov; Azərb. Resp. Təhsil Nazirliyi, Azərb. Dövlət Rəssamlıq Akademiyası. 

-Bakı: 2014.-22 s.

Qəzənfər Xalıqov,1912-1986 [İzomaterial]: rəngkarlıq, qrafika; Salam Salamzadə, 1908-1997: rəngkarlıq, qrafika; İsmayıl Axundov, 

1940-1994: rəngkarlıq, qrafika /lay. rəhb. Ç. Fərzəliyev; mətnin müəl. X. İbrahimova, G. Quliyeva; ing. dilinə tərc. E. Paşayev, Ə. 

Məlikova; fotolar Ə. Ağasiyev ; baş dizayner İ. Eldarova.-Bakı: Sərvət, [Şərq-Qərb], 2013.-104 s.

Salam Salamzadə //Azərbaycan rəssamları ilə tanışlıq /müəl. N.Məmmədbəyov; baş red. T. Quliyev; red. S.Həsənova, D.Qasımova; rəs. 

F.Əliyev; Azərb. Resp. Təhsil Nazirliyi Estetik Tərbiyə Üzrə Resp. Tədris-Metodik Mərkəzi.-Bakı: [Səda], 2004.-S.15.

Salam Salamzadə// Azərbaycan Sovet Ensiklopediyaı:10 cilddə.-Bakı, 1984.-C. VIII.- S.267.

shamakhi-encyclopedia.az/salamzadə-salam-əbdulqasim-oglu/

https://az.wikipedia.org/wiki/Salam_Salamzadə

Rəssam

MART

7

Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq



101

95 

illiyi

Nəcəfqulu İsmayılov 

1923-1990 

MART

Nəcəfqulu 

Əbdülrəhim 

oğlu                   

İsmayılov 1923-cü il mart ayının 15-də 

Bakıda  anadan  olmuşdur.  1940-cı  ildə 

Azərbaycan  Dövlət  Rəssamlıq  Texni-

kumunu bitirmişdir. 

İlk  yaddaqalan  əsərləri  ilə  artıq 

1940-cı  ildən  etibarən  sənətə  gələn 

N.İsmayılov daima sənət yollarında ax-

tarışda olmuş, novatorluğu ilə seçilmiş-

dir.  Yaradıcılığının  ilk  illəri  müharibə 

dövrünə  təsadüf  etdiyindən,  dövrünün 

digər rəssam həmkarları kimi müharibə 

mövzusuna  həsr  edilmiş  tablolar  ya-

ratmışdır.  “Ana”,  “Həzi  Aslanov”, 

“A.Quliyev” portretləri bu qəbildəndir.

Onun  dəzgah rəngkarlığının portret, 

süjetli tablo və natürmort janrlarında çox 

uğurlu  əsərləri  mövcuddur.  Rəssamın 

yaradıcılığında  portret  janrı  xüsusi  yer 

tutur.  “Qubalı  Fətəli  xan”,  “General 

H.Aslanov”,  “Sara  Aşurbəyli”,  “Şair 

M.Ə.Möcüz”, “Yazıçı A.Şaiq”, “Ana”, 

“Yazıçı Cəlil Məmmədquluzadə”, “Şair 

S.Vurğun”,  “Akademik  M.Hüseynov”, 

“S.Bəhlulzadə”,“Ü.Hacıbəyli”,  “Nəsi-

rəddin  Tusi”  və  digər  portretləri  buna 

misal ola bilər. Nəcəfqulu İsmayılovun 

süjetli  tablo  və  mənzərə  əsərlərindən  

“Nəsiminin  edamı”,  “Qrand-opera”, 

“İçərişəhərdə  küçə”,  “Səadət”,“Realist 

rəssam” və başqaları da maraqla qarşıla-

nan əsərləri sırasına daxildir. Nəcəfqulu 

İsmayılov 

1970-1982-ci 

illərdə 


Məhəmməd  Füzulinin,  Sabirin,  Üzeyir 

Hacıbəylinin  misdən  barelyeflərini  ya-

ratmışdır.  

Rəngkar,  portret  ustası,  qrafik,  ka-

rikaturaçı  kimi  yaddaşlara  həkk  olun-

muş görkəmli sənətkar, dostluq şarjları, 

barelyeflər,  qalvanika,  qalvanoplastika 

sahəsində də özünü sınamışdır.

N.İsmayılovun  qrafika  sahəsindəki 

fəaliyyəti  də  təqdirəlayiqdir.  Onun 

C.Məmmədquluzadənin 

məşhur 


“Ölülər”  əsərinin  personajlarını  əks 

etdirən qrafik illüstrasiyaları - Qurbanəli 

bəy,  Usta  Zeynal,  M.Ə.Sabirin 

“Hophopnamə”sinə  çəkdiyi  dörd  il-

lüstrasiya,  “Köhnə  Bakı”  qrafik  albo-

mu,  “Köhnə  Bakının  tipləri”,  “Sabir 

və  onun  tipləri”  qrafik  illüstrasiyaları 

və başqalarını qeyd etmək olar. Tuş və 

quaşla işlənmiş bu qrafik illüstrasiyalar 

rəssamın bədii yaradıcılığını çox geniş 

şəkildə nümayiş etdirmişdir. 

Daim  axtarışda  olan  rəssam 

Nəcəfqulu  İsmayılov  Azərbaycan  mil-

li  mədəniyyətinə,  bu  mədəniyyətin 

atributlarından  olan  milli  geyimlərə 

xüsusi  qayğı  və  diqqətlə  yanaşmış  və 

“Azərbaycan  geyimləri  (tiplər)”  jurna-

lını yaratmışdır.

1963-cü  ildə  “Əməkdar  incəsənət 

xadimi”  fəxri  adına  layiq  görülmüş-

dür. Əsərləri ADR, Kanada, Livan və s. 

ölkələrdəki  sovet  sərgilərində  nümayiş 

etdirilmişdir. 

Nəcəfqulu  İsmayılov  1990-cı  ildə 

vəfat etmişdir.

Ə d ə b i y y a t

Abdullayev, V.  Əməkdar 

incəsənət xadimi, rəssam 

Nəcəfqulu İsmayılovun 

yaradıcılığı: sənətşün. n. 

al. dər. a. üçün təq. ed. dis.: 

17.00.09 /V.Abdullayev; 

Azərb. Resp. Təhsil Nazirli-

yi, Azərb. Dövlət Rəssamlıq 

Akad.-Bakı, 2009.- 138 s.

Kamil Xanlarov, 1915-

1996: rəngkarlıq: Baba 

Əliyev, 1915-1990: 

rəngkarlıq; Nəcəfqulu 

İsmaylov, 1923-1990: 

rəngkarlıq [İzomateri-

al] /layihənin rəhbəri 

Ç. Fərzəliyev; mətnin 

müəl. T. Əfəndiyev, G. 

Quliyeva; foto. Ə. Ağa-

siyev; ing. dilində tərc. 

İ.Peart, S.İbrahimova, Ə. 

Məlikova.-Bakı: Sərvət, 

[Şərq-Qərb], 2013.-104 s.

Xəlilzadə, F.  Güldürmək 

və düşündürmək ustalı-

ğı /F.Xəlilzadə//Mədəni 

həyat.-2015.- № 2.- S. 

69-71.

Hacızadə, B. Nəcəfqulu 

İsmayılov //Hacızadə B. 

Azərbaycanın karikaturaçı 

rəssamları.- Bakı, 2005.-  

S.22-29.  

31

Rəssam

MART

15

Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq



Yüklə 56,21 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   276




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə